Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1883/2022 01.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X8 qarşı müqavilə öhdəlikləri barədə qaydalarının qeyri-müqavilə öhdəliklərinə tətbiqi və əvəzləşdirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı müqavilə öhdəlikləri barədə qaydaların qeyri-müqavilə öhdəliklərinə tətbiqi və əvəzləşdirilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəlikləri barədə qaydaların qeyri-müqavilə öhdəliklərinə tətbiqi və əvəzləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin 6-cı maddəsində qeyd olunmuş “İddiaçı hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən əri Cavabdeh məxsus yaşayış sahəsi 250 kv.m olan 4 otaqlı mənzildən o, (arvad) nikahda olduğu dövrdə və boşandıqdan sonra da istifadə hüququ saxlanılmaqla yaşayacağını təmin etmək vəzifəsi barədə üzərinə öhdəlik götürür” barədə öhdəliyinin onun və uşaqlarının hal-hazırda birgə yaşadığı, müqavilənin 6-cı maddəsində qeyd olunan ünvanın satılması nəticəsində əldə olunmuş ünvan 2 ünvanında yerləşən mənzilə münasibətdə əvəz edilərək cavabdeh tərəfindən icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikah münasibətlərindən xx.xx.2011-ci il tarixdə X10 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli, 2(012)-916/2019 saylı qətnaməsi ilə onun cavabdehlə bağladığı nikahı pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 onun himayəsində qalmaları və uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehlə onun arasında xx.xx.2011-ci il tarixdə nikah müqaviləsi bağlanmışdır. Həmin müqavilə 15 maddədən ibarət olmaqla 3 nüsxədə tərtib edilmiş, onlardan biri notariat kontorunda, digər nüsxələri isə tərəflərdə, yəni cavabdeh və onda saxlanılır. Müqavilənin 6-cı maddəsində qeyd olunan ünvan cavabdeh tərəfindən satılmış, əvəzinə ünvan 2 ünvanında yeni mənzil alınmış və o, hal-hazırda da övladları ilə birgə həmin mənzildə yaşayır. Bu səbəbdən də, onun verilməsi vəd olunan Bakı şəhəri Nəsimi rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzili cavabdeh tərəfindən satıldığı və həmin mənzilin dəyərinin hesabına Abşeron rayonu Xırdalan şəhəri döngə 7, dalan 1, S.Bəhlulzadə küçəsi ev 6 saylı mənzili alındığından müqavilə bəndinə də dəyişiklik edilərək mənzil yeni mənzillə əvəz olunmalıdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Mənzilin satılması zamanı o, özü də notariat qurumunda iştirak etmiş, mənzilin satılmasına razılıq vermişdir. Lakin yenidən müqavilə bağlamamışdır. Belə ki, elə zənn etmişdir ki, sözügedən mənzil birgə nikah dövründə əldə olunmuş, boşanacaqları təqdirdə isə qeyd olunan mənzil də yarıya bölünmüş olacaqdı. Məhkəmə bunlara düzgün qiymət verməmişdir. Abşeron Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(012)-1721/2022 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi A.Ə.Süleymanova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uygun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin etməyərək, hazırkı müqavilənin qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsi olaraq bağlanmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon 13 saylı notariat kontorunda təsdiq olunmuş 3M/2-162 reyestr nömrəli xx.xx.2011-ci il tarixli nikah müqaviləsindən görünür ki, imza edənlər, 07 may 2010-cu il tarixdə rəsmi qeyd olunmuş nikaha daxil olmuş və Bakı şəhəri, Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən AZ-İ N 558097 saylı nikah şəhadətnaməsi verilmiş, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh və xx.xx.1981- ci il təvəllüdlü İddiaçı hazırki müqaviləni aşağıdakı məzmunda bağlamışlar: “1. Biz 07 may 2010-cu ildə nikaha daxil olmuş və həmin müqavilə ilə nikahda olduğumuz müddətdə və nikahımız pozulduqdan sonra öz əmlak hüquq və vəzifələrimizi müəyyən edirik. 2. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınan və alınmayan, birgə nikah dövründə əldə etdiyimiz bütün əmlak üzərində payımız bərabər olmaqla bizim birgə mülkiyyətimiz sayılır. 3. Birgə nikah dövründə, qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödənildikdən sonra əldə etdiyimiz təmiz gəlir qarşılıqlı razılığımız əsasında ailəmizin mənafeyinə xərclənəcəkdir. 4. Hər bir tərəfin nikaha daxil olana qədər əldə etdiyi bütün əmlak, habelə nikah dövründə olsa da, vərəsəlik qaydasında və ya hədiyyə verilmiş əşyalar və əmlak həmin tərəfə məxsus olur və bölünmür. Həmin tərəf bu əmlak üzərində digər tərəfin razılığı olmadan öz arzusu ilə sərəncam vermək hüququnu özündə saxlayır. 5. Ümumi mülkiyyətimizdə olan əmlak bölündüyü halda doğulmuş və gələcəkdə doğulacaq uşaqlarımız üçün alınmış bütün əmlak və onların adına banka qoyulmuş pul vəsaitləri bölünməyəcək. 6. İddiaçı hal- hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən ər - Cavabdeh məxsus yaşayış sahəsi 250 kv.m olan 4 otaqlı mənzildən o, (arvad) nikahda olduğu dövrdə və boşandıqdan sonra da istifadə hüququ saxlanılmaqla yaşayacağını təmin etmək vəzifəsi barədə üzərinə öhdəlik götürür. 7. Ər nikahları pozulduğu halda birgə nikahdan doğulmuş uşaqlarını, onlar yetkinlik yaşına çatana qədər maddi baxımdan təmin etməklə bağlı üzərinə öhdəlik götürür. 8. Cavabdeh nikah pozulacağı təqdirdə onunla birgə nikahda olan İddiaçı birinci nikahdan olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öhdəsinə götürür. 9. İddiaçı əvvəl vəfat edəcəyi təqdirdə ona məxsus olan evin tam hüquqlu sahibi həyat yoldaşı İddiaçı olacaq. 10. İddiaçı Cavabdehdan əvvəl vəfat edəcəyi təqdirdə sonuncu Hacı Qumruyevin qarşısında atalıq vəzifələrini heç bir qüsur olmadan yerinə yetirəcək. 11. Həmin nikahdan gələcəkdə doğulması ehtimal olunan başqa uşaq ilə Aynur Hüseynovun birinci nikahdan olan oğlu X14 Hüseynova məxsus əmlak üzərində hüquq bərabərliyini təmin etməyi öhdəsinə götürür. 12. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtinaya və müqavilənin pozulmasına yol verilmir. 13. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulmuş vəzifələr istisna olmaqla nikah pozulduğu vaxtdan nikah müqaviləsinə xitam verilir. 14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, Ailə Məcəlləsinin 38-40-cı maddələrinin məzmunu müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələrimiz, həmçinin müqavilənin hüquqi nəticələri dövlət notariusu tərəfindən bizə izah edildi. 15. Müqavilə 3 nüsxədən ibarət tərtib olundu, onlardan biri Bakı şəhəri dövlət notariat kontorunda saxlanılır, tərəflərin hər birinə isə bir nüsxə verilir.” Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İİ N 793923 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2373 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ N 008025 saylı övladlığa götürmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə Balakən rayonunda doğulmuş X1 Adil Əliş oğlu tərəfindən övladlığa götürülmüş, ona “Hüseynov” soyadı, “Hacı” adı, “Adil” ata adı verilmiş, bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 01 nömrəsi ilə qeydə alınmışdır. Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ N 822924 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə Balakən rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 509 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ N 338152 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 287 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Hüseynova soyadı verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-1052/2021 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(105)-1512/2020 nömrəli qətnaməsi qismən, ünvan 4 ünvanında yerləşən evə dair payların müəyyən edilməsi hissəsində ləğv edilmiş və işin ləğv olunmuş hissə üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin yoxlanılan digər hissədə, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin pay haqqının ödənilmiş hissəsinin 77000 manatının % h issəsi üzərində İddiaçı, % hissəsi üzərində Cavabdeh paylarının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş və onların həmin nikah münasibətlərindən xx.xx.2011-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. Tərəflərin nikah münasibətləri pozulduğundan Abşeron rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2(012)- 916/2019 saylı qətnaməsi ilə tərəflərin nikahının pozulması, uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiq olunmuş, xx.xx.2011-ci il tarixli nikah müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən, tərəflər nikah müddətində, eyni zamanda, nikaha xitam verilməsindən sonrakı müddət üçün öz əmlak hüquq və vəzifələrinə dair razılığa gəlmişlər. Belə ki, nikah müqaviləsinə əsasən, cavabdeh nikah müddətində, həmçinin, nikaha xitam verilməsindən sonra Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzilinə dair iddiaçının istifadə hüququ saxlanılmaqla yaşamasının təmin edilməsinə dair öhdəlik götürmüşdür. Hazırda, iddiaçı sözügedən mənzilin cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə satılması və əvəzində xx.xx.2014-cü il tarixdə ünvan 6 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin alınmasını əsas gətirərək, nikah müqaviləsinin 6-cı bəndinin müddüasının yeni mənzillə də tədbiq edilməklə cavabdehin üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin olaraq, tərəflər arasında bağlanmış nikah müqaviləsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlandırılacaq): 38.1-ci maddəsinə əsasən, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. 39.1-ci maddəsinə əsasən, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər- arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcləlləsinin 38.4-cü maddəsinə əsasən, ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər- arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Mülki iş materiallarına əlavə olunmuş nikah müqaviləsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, nikah müddətində, yəni xx.xx.2011- ci il tarixdə nikah müqaviləsi bağlayaraq, həmin müqavilə ilə nikahlarının qüvvədə olduğu, eyni zamanda, nikaha xitam verildikdən sonra əmlak hüquq və vəzifələrinə dair razılığa gəlmişlər. Beləliklə də, tərəflərin gələcəkdə əmlak mübahisələrinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbir kimi, eyni zamanda, daşınmaz əmlaklarının hüquqi rejiminə dair qarşılıqlı razılığa gələrək bağlanmış həmin nikah müqaviləsi ilə cavabdeh iddiaçının yaşadığı Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzilinin nikahda olduğu, eyni zamanda, boşanmadan sonra da istifadə hüququ saxlanılmaqla yaşamasının təmin edilməsinə dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, 390.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilikdən məlum olduğu kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən olan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki iş üzrə də mülki iş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin tərəfləri İddiaçı və Cavabdeh çıxış etməklə, həmin müqavilə Bakı şəhəri 13 saylı Notariat kontoru tərəfindən 3M/2-162 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilmişdir. Göründüyü kimi, hazırki müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsi olaraq bağlanmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, ər-arvad arasında əmlak mübahisələrinin qarşısının alınması üçün məqsədəmüvafiq vasitə nikah müqaviləsidir ki, onun vasitəsilə ər və arvad əldə etdikləri əmlaklarının hüquqi rejimini qarşılıqlı razılaşma əsasında müəyyən edirlər. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, müqavilə azadlığı baxımından nikah müqaviləsinin bağlanması məcburi xarakter daşımasa da, gələcəkdə ər-arvad arasında yarana biləcək əmlak mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərə nikah müqaviləsinin bağlanılmasının təklif edilməsi müvafiq icra hakimiyyəti orqanına tövsiyə olunur. Məhkəmə mülki qanunvericiliyin prinsiplərinə, həmçinin, Konstitusiya Məhkəməsi Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh nikaha daxil olduqdan sonra xx.xx.2011-ci il tarixdə bağlanmış nikah müqaviləsini qarşılıqlı iradə ifadələrinə uyğun, azad şəkildə, heç bir məcburiyyət olmadan bağlamış, həmçinin, müqavilə şərtlərini, məzmununu qanunvericiliyin tələblərinə uyğun olaraq, sərbəst şəkildə müəyyən etmişlər. Belə ki, nikah müqaviləsinin 6-cı bəndinə əsasən, cavabdeh Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzilinin iddiaçının nikah müddətində, eyni zamanda, nikahın pozulmasından sonra istifadə hüququ saxlanılmaqla yaşamasının təmin edilməsinə dair öhdəlik götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzil xx.xx.2014-cü il tarixdə cavabdeh tərəfindən satılmış və xx.xx.2014- cü il tarixdə isə Abşeron rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi dalan 1 döngə 7, 6 saylı fərdi yaşayış evini almışdır. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-1052/2021 saylı qərarında tədqiq olunmuş sənədlər əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzilinin satılmasına dair iddiaçının xx.xx.2014-cü il tarixli razılıq ərizəsi də olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh ilə alınması nəzərdə tutulan mənzilə dair yeni nikah müqaviləsi bağlamaq, əvvəlki nikah müqaviləsinə dəyişiklik etmək və yaxud gələcəkdə əldə ediləcək əmlaka dair nikah müqaviləsi bağlamalı oldugu halda, bu hüququndan yararlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, nikah müqaviləsi ərarvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. 40.1. maddəsinə əsasən, nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt bu Məcəllənin 39.3-cü maddəsində göstərilən qaydada dəyişdirilə və ya pozula bilər. 40.2. maddəsinə əsasən, nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. 40.4. maddəsinə əsasən, nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ N 338152 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmişdir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflərin ailə nikah münasibətlərinə xitam verildiyi andan nikahın pozulmasından sonrakı müddət üçün nəzərdə tutulmuş vəzifələr istisna olmaqla nikah müqaviləsinə də xitam verilmiş olur. Nikahın pozulmasından sonrakı müddət üçün icrası nəzərdə tutulan vəzifələr nikah müqaviləsinə əsasən, uşaqların maddi cəhətdən, həmçinin, uşaqların normal həyat səviyyəsinin, yüksək keyfiyyətli təhsil almasının, onların əmlak üzərində hüquq bərabərliyinin təmin edilməsi olmuşdur ki, əvvəlki mənzilin yeni alınmış mənzillə əvəz edərək iddiaçının istifadə hüququ saxlanılma şərtilə onun yaşamasının təmin edilməsi öhdəliyi qanunun sözügedən maddəsinin təsiri altına düşmür. Belə ki, tərəflər buna dair müqavilədə hər hansı bir şərt nəzərdə tutmamış, gələcəkdə buna dair hər hansı bir saziş bağlamamış, hər hansı bir razılığa da gəlməmişlər. Eyni zamanda qeyd olunmalıdır ki, hər hansı bir məcburiyyət tədbiri olmadan, qanunvericiliyin tələblərinə uyğun şəkildə, tərəflərin qarşılıqlı iradə ifadəsinə uyğun, azad şəkildə bağlanmış, nikah münasibətlərinə xitam verildiyi andan xitam olunmuş, hər hansı bir hüquqi qüvvəsi almayan nikah müqaviləsinin 6-cı bəndinin məhkəmə qaydasında dəyişdirilərək cavabdehin üzərinə öhdəlik kimi qoyulması nə müqavilə ilə, nə də qanunla nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən düzgün qəbul olunmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi, uşaqları ilə birlikdə hazırda yaşadığı Abşeron rayonu Xırdalan şəhəri döngə 7, dalan 1, S.Bəhlulzadə küçəsi ev 6 saylı mənzilinə dair iddiaçı ilə yeni müqavilə bağlamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi döngə 7, dalan 1, ev 6-da payların müəyyən olunması hissəsində dəyişdirilmişdir, 19 mart 2014-cü il tarixdə **********070-10301 reyestr nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi döngə 7, dalan 1, ev 6-nın 47/50 hissəsinə Cavabdeh, 3/50 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 28 aprel 2022-ci il tarixli 2(012)-1721/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1883/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1883/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver