Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1888/2023 22.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(026)-27/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 21186,00 (iyirmi bir min yüz səksən altı) manat dəymiş maddi ziyanın və 153,56 (bir yüz əlli üç manat əlli altı qəpik) manat dövlət rüsumunun, cəmi 21339,56 (iyirmi bir min üç yüz otuz doqquz manat əlli altı qəpik) manat məbləğin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair qətnamə çıxarılması xahiş edilmişdir.. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-27/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 15983 manat dəymiş ziyan və 153,56 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirələm Quliyev). Qətnamədən Cavabdeh xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-27/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-27/2023 nömrəli qərardadı ilə qətnamədən apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsindən imtina edilməsi və apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmədiyi üçün geri qaytarılması qərara alınmışdır (hakim Mirələm Quliyev). Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi və işin apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə poçt vasitəsilə ona göndərilsə də rabitə işçilərinin səhlənkarlığı nəticəsində ona vaxtında çatdırılmayıb. Qətnamənin ona çatdırılması barədə bildiriş isə həmin bildirişdə onun imzası olmadan məhkəməyə təqdim olunub. Bu səbəbdən də qətnamə qanun qüvvəsinə minib və icraya yönəlib. Buna görə də məcbur olub 20 iyul 2023-cü ildə məhkəməyə müraciət edərək qətnaməni almış, 7 Avqust 2023-cü il tarixdə də qətnamədən apellyasiya şikayəti vermişdir. Göstərilən səbəbdən də onun qətnamədən apellyasiya şikayəti vermə müddəti buraxılıb. Qobustan rayon Məhkəməsi işi ətraflı araşdırmadan hesab edib ki, guya o, qətnaməni 10 iyun 2023-cü ildə ona poçt vasitəsilə göndərilmiş məhkəmə bildirişinə imza edərək almışdır. Lakin 10 iyun tarixdə ona qətnamə verilməyib, qətnaməni yalnız 20 iyul 2023-cü ildə məhkəməyə müraciət edərək almışdır. Digər tərəfdən yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət almış, indiyə qədər özünə gələ bilməmişdir. Hüquq savadı, vəkili də yoxdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina etməsi əsassız və qanunsuzdur, onun konstitusiyada təsbit olunmuş məhkəmə aktından şikayət vermək hüququnu pozur. Məhkəmə onu apellyasiya şikayəti vemək hüququndan məhrum etməklə təkrar məhkəmə müraciətinə və hüquqlarını apellyasiya instansiyası mərhələsində bərpa etdirməyinə imkan verməyib Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(026)-27/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(026)- 27/2023 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Belə ki, işdən görünür ki, Qobustan Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(026)-27/2023 saylı qətnaməsi 07 iyun 2023-cü il tarixli məktubla tərəflərə göndərilmiş, Cavabdeh 10 iyun 2023-cü il tarixdə poçt göndərişinə dair xəbərnaməyə imza etməklə qətnaməni almışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət cavabdehin təqsiri ilə əlaqədar ötürülmüşdür. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-27/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(026)-27/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1888/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1888/2023
22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver