Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1890/2023 26.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(060)-230/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, Saray bağlar massivi 4018C ünvanında yerləşən 0,2402 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir (hakim Aynur Behbudova). Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023- cü il tarixli, 2(060)- 230/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti, 2(060)- 230/2023 saylı mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1073/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(060)-230/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-230/2023 saylı, 15 may 2023-cü il tarixli qərardadı ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)- 230/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)-230/2023 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddəti üzrlü hesab edib, müddətin bərpa edilməsini və apellyasiya şikayətinə baxılması üçün göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-230/2023 saylı, 17 iyul 2023-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)-230/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)230/2023 saylı, 17 iyul 2023-cü il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizənin təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-230/2023 saylı qərardadı ilə şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-230/2023 saylı, 17 iyul 2023-cü il tarixli qərardadının ləğv edilməsi, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)-230/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsinə baxılmasının xx.xx.2023-cü il tarixə, saat 12:10-a təyin edilməsi və tərəflərə bu barədə məlumat verilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)- 230/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi və apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, Cavabdeh xx.xx.2023-cü il tarixdə **********38 nömrəli qəbz vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödəmiş olduğu 50 (əlli) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin vəsaiti hesabından Cavabdeh qaytarılması, qərardadın bu hissədə icrasının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-230/2023 saylı qərardadının ləğv olunması, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi və apellyasiya şikayətinin apellyasiya məhkəməsinin icraatına qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qətnaməni poçt vasitəsilə xx.xx.2023cü il tarixdə almışdır. Qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmiş və xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(105)-1073/20232 saylı qərardadı ilə verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri- mümkün hesab edilmişdir. Birinci dəfə apellyasiya şikayəti vaxtında verilib. Sonradan ikinci dəfə bütün nöqsanları aradan qaldırıb yenidən apellyasiya şikayəti göndərmişdir. Hesab edir ki, prosesual müddətin buraxılmasınm səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafıq olaraq bərpa edilməlidir. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün MPM-nin 233-cü maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin tərəfindən buraxılmasının səbəbi üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)- 230/2023 saylı qətnaməsi 28 fevral 2023-cü il tarixdə iş üzrə Cavabdeh (poçt ünvanı ünvan 2cü il tarixdə “Mahmudov” adlı şəxs tərəfindən (SS815139073AZ saylı xəbərnamə) qəbul edilmişdir (iş vər. 81). Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 230/2023 saylı, 15 may 2023-cü il tarixli qərardadı ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)-230/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmış və qərardadla tərəfə qanunvericiliyin tələblərinə əməl etməklə yenidən müraciət etmək imkanının olduğu diqqətə çatdırılmışdır. Lakin tərəf qərardadı xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza etməklə (iş vər. 110) qəbul etməsinə baxmayaraq, müddətin bərpası və apellyasiya şikayəti ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı inandırıcı, mötəbər və təkzib olunmaz sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunda göstərilən apellyasiya şikayətinin verilmə müddətinin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsi ilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsində yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə halların qarşısının alınmasına yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğundur. Belə ki, Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından görünür ki, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)-230/2023 saylı qətnaməsi 28 fevral 2023-cü il tarixdə iş üzrə Cavabdeh (poçt ünvanı ünvan 2cü il tarixdə “Mahmudov” adlı şəxs tərəfindən (SS815139073AZ saylı xəbərnamə) qəbul edilmişdir (iş vər. 81). Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-230/2023 saylı, 15 may 2023-cü il tarixli qərardadı ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)- 230/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmış, həmin qərardadı cavabdeh xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza etməklə (iş vər. 110) qəbul etmiş, bir ay 7 gün sonra müddətin bərpası və apellyasiya şikayəti ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini bildirilsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edilməmiş, müddətin üzürlü səbəbdən ötürülməsi əsaslandırılmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnamədən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardadı xx.xx.2023-cü il tarixdə almasına baxmayaraq təkrar apellayasi şikayətini və müddətin bərpasına dair ərizəni xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmiş, bununla da müddəti ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir. Məhkəmə kollegiyası qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəni təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1890/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1890/2023
26.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver