Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1898/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı mülki iş üzrə (Açar söz: əmlakın cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi və maneələrin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh iştirakı ilə, Quba Rayon Məhkəməsinin 2(027)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 1,88 ha torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək onlara verilməsi və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara və digər ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən Quba rayon Aqrar islahat Komissiyasının qərarı ilə ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı 1,88 hektar torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən oradan bildirmişlər ki, torpaq sahəsi digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır. Torpaq sahəsini Cavabdeh onların razılığı olmadan uzun müddətdir kı, istifadə edir. Cavabdehin qeyd olunan hərəkətləri nəticəsində onların mülkiyyət hüquqları pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən torpaq sahələrinə qanunsuz olaraq yol çəkilərək, istifadəyə verilmişdir.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin 2(027)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 1,88 ha torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən alınması, torpaq sahəsinin iddiaçılar İddiaçı2, İddiaçı1 qaytarılması, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir (hakim Rahim Həsənov).
5. Məhkəmə müəyyən etmişdir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 və digər ailə üzvlərinə Quba rayon Aqrar islahat Komissiyasının qərarı ilə ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı 1,88 hektar torpaq sahəsi verilmişdir. Həmçinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 1.7499 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən ünvan 1ində yerləşən torpaq sahəsi üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur. Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən İddiaçı2 və İddiaçı1 ünvan 1ində verilmiş torpaq sahəsi ilə Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1ində yerləşən torpaq sahəsi üst-üstə düşür. İş üzrə keçirilmiş mütəxəssis rəyilə, iş materialları ilə iddiaçıların torpaq sahəsinə Cavabdeh tərəfindən istifadə və müdaxilə edildiyi sübuta yetirilmişdir. Həmçinin, Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 1.7499 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsinin hüquqların dövlət qeydiyyatına Cavabdeh adına qeydiyyata alınması hansı alğı-satqı müqaviləsi ilə həyata keçirildiyi müəyyən edilməmişdir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2., 152.1,157.2, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)- 181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar məhkəməyə yalnış malumatlar vermiş və əsası olmayan sübutlar təqdim ediblər. Belə ki, iddiaçılar qeyd edilən torpaq sahəsini 04 aprel 2006- cı il tarixdə ona alğı-satqı müqaviləsi əsasında satıblar. Həmin torpağı ona satdıqları gündən torpağa onlar bütün hüquqlarını itiriblər. Həmin torpaq sahəsi ona satıldığl vaxtdan onun mülkiyyətində və sahibliyində olub. Qeyd edilən torpaq sahəsinin hansı əsasla ona verilməsinə dair 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən xx.xx.2023- cü il tarixli, 3- 21-3-34/2-m /04.85-8/2023 saylı rəsmi cavab alıb. Həmin cavab məktubunda bildirilir ki, JN-0099 KOD 30319038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na və Quba rayon dövlət notariat kontorunun xx.xx.2006- cı il tarixli, 4-ə-826 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 1ində yerləşən 1.8799 ha torpaq sahəsinə onun adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********7 reyestr nömrəli çıxarış işlənilmişdir. Əlavə olaraq bildirilir ki, onu adına olan 1.8799 ha torpaq sahəsindən 0.13 ha torpaq sahəsi xx.xx.2021ci il tarixli, 4Ə -450 alğı-satqı müqaviləsinə və bölgü planına əsasən özgəninkiləşdirilmiş, yerdə qalan 1.7499 ha torpaq sahəsinə dövlət reyestrində xx.xx.2021- ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarış işlənmişdir.” Qeyd edilən cavab məktubuna təsdiq edilmiş qeyd edilən dövlət aktının, Torpaq sahəsinin plan cizgisinin, torpaq alğı-satqı müqaviləsinin surətləri əlavə edilmişdir. Həçinin iş materiallarında Daşımaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Şəxsin 5 saylı Ərazi idarəsi rəisi Fikrət Nuşiyevin və həmin idarənin texniki Nəbi Nəbizadənin imzaladıqları Mütəxəssis rəyi var. Həmin rəyin qeyd hissəsində yazılır ki, Cavabdeh məxsus ünvan 1ində yerləşən torpaq sahəsinə dair hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrində **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas Torpağa Mülkiyyət Hüququna Dair JN 0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktıdır. Belə ki, **********6 reyestr nömrəli çıxarış Torpağa Mülkiyyət Hüququna dair JN 0099 seriyalı, kod 30319038 Dövlət aktı əsasında verilmişdir. Hakim mütəxəssis rəyinin bu qeydinə heç əhəmiyyət verməmişdir. Qeyd edilən torpağa iddiaçıların mülkiyyət hüququ yoxdur. Bu səbəbdən bu iş üzrə bu maddəyə istinad edilməsi absurddur. Qeyd edilən torpaq sahəsinə dair onun adına çıxarışın olması məhkəməyə məlum olub. Məhkəmə bu çıxarışın nəyin əsasında ona verilməsini araşdırmayıb. Məhkəmə həmin çıxarışı verən 5 saylı Xaçmaz Ərazi idarəsinə nədənsə sorğu göndərib həmin torpaq sahəsinin hansı əsaslarla onun mülkiyyətinə keçməsini araşdırmamışdır. Göründüyü kimi iddiaçıların iddia etdikləri Dövlət aktı dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün onlara çıxarış verilməyib. Amma ona çıxarış verilib. Məhkəmə bunların heç birinə aydınlıq gətirməyib. Məhkəmə iclasını yeri və vaxtı barədə məlumatlandırılmadığı üçün məhkəmədə iştirak edə bilməyib. Bu səbəbdən bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya şikayətinə əlavə etdiyi sübutlardan görünür ki, qeyd edilən torpaq sahəsinə dair alğı-satqı olub, bunun əsasında o, dövlət reyestr xidmətindən çıxarış almışdır. İddiaçılar həmin torpaq sahəsini ona satdıqlarından onların mülkiyyətində həmin torpaq sahəsi ola bilməzdi. Həmin torpaq sahəsinin mülkiyətçisi olduğu halda və mülkiyyət hüququ ləvğ edilmədən onun o torpaqdan çıxarılmağı əsaslandırılmayıb.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2006-ci ildə mübahisəli torpaqları iddiaçının valideynlərindən almışdır. Həmin vaxt iddiaçı azyaşlı idi. İddiaçının valideynləri alğı-satqı müqaviləsinə imza edib. İddiaçının valideynləri ilə aralarında torpaq sahəsinə dair alğı-satqı notarial qaydada olub. Torpaq sahəsinə çıxarışı var. Quba Rayon Məhkəməsinə sənədlərini təqdim etmişdir, amma işə ona aydın olmayan səbəblərdən onun iştirakı olmadan baxılıb. İş materiallarında olan çıxarış mübahisəli torpaq sahəsinə aiddir. Alğı-satqı müqaviləsi zamanı İddiaçı1 da orada iştirak edib. Buna dair şahidləri də var. Onun iştirakı olmadan işə baxılıb və hüquqları pozulub. Müqavilə 2006-ci ildə notariusda bağlanıb. İddiaçı1 və Fərrux Cəfərov da notariusa gəlmişdi. Torpağı alanda pul verməmişdir, traktorla əvəzləşdirmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 2006-cı ildə atası onların azyaşlı olduğunu nəzərə almadan cavabdehlə müqavilə bağlayıb. O, xx.xx.2020-ci il tarixdə cavabdehi evinə çağırmış, ona bildirmişdir ki, 40 sot torpaq sahəsi onundur, amma qalan torpaqları istəyir. Həmin torpaqlara görə ailədə böyük söz-söhbətlər olub. 2006-cı ildə hər hansı alğı-satqı müqaviləsinin mövcud olmaması barədə sənəd var. Bundan başqa aktda adı X1 göstərilib. Rəsmi olaraq adı İddiaçı2dur. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aktdakı adlar dəyişdirilib. Adı İddiaçı2, anasının adı isə İddiaçı1 olaraq akta əlavə olunub. Bundan sonra çıxarış almaq üçün reyestr xidmətinə müraciət ediblər. Oradan ölçmə üçün torpaq sahəsinə gələndə məlum oldu ki, 17 ildir ki, torpaq başqa şəxs tərəfindən istifadə olunur. Maneənin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmiş, iddia təmin olunmuşdur. Apellyasiya şikayəti səhv formada tərtib olunub. Torpaq sahəsi ona qaytarılmalıdır. Cavabdehdən çox tələbi ola bilər. Amma torpaq sahəsini qaytarmaq şərtilə ondan başqa tələbi olmayacaqdır. O isə torpaq sahəsini istifadə etməkdə davam etdi. Həddi-buluğa çatmadan heç bir şəxs onun payı olan torpağa sərəncam verə bilməz. Anası cavabdehin bacısına bu barədə bildirdikdə onun bacısı anasını təhqir etdi. İstəyir cavabdeh bilsin ki, qətnamə onun xeyrimə qəbul edilsə, başqa hər hansı tələbi olmayacaq. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, torpaq sahəsi təkcə ərinin yox, həm də onun və övladlarının olub. 2006-cı ildə əri torpağı bir traktorun əvəzinə cavabdehə verib (dəyişdirib). O, notariusa getməmişdir. Əri sağdır, amma iflic vəziyyətindədir. Torpaq cavabdehə veriləndə də o, cavabdehin özünə bildirmişdir ki, belə eləməsin. Həmin sahədə 5 nəfərin payı var. Əri ancaq öz payına sərəncam verə bilər. Cavabdeh onu anlamadı. İndi uşaqları böyüyüb və haqlarını tələb edirlər. Cavabdeh qapıya gəlmişdi, əri onu cavabdehlə danışacağı təqdirdə döyməklə hədələdi. Amma o, Cavabdeh bildirdi ki, verdiyi traktor yararsız vəziyyətdədir, təkəri yoxdur, akkumlyatoru xarabdır. Yəni 4 uşağın haqqının əvəzində verdiyi traktor heç nədir. Bu zaman cavabdeh bildirdi ki, bağın yanında qardaşı Mürsəlin işlətdiyi disk var və diski də traktorun üzərində ərinə verir. Sonra əri ilə cavabdeh harasa gedib-gəldilər. Əri Fərrux diski yığan kimi Cavabdeh gəldi və bildirdi ki, qardaşı Mürsəl gəlib diski aparacaq. Traktor üçün 1000 manat təkər, 700 manata kotan almış, 400-500 manata qoşqu alıb traktora əlavə etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər.
14. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
16. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
21. İş materiallarında olan Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən 1.7499 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir.
22. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına görünür ki, İddiaçı2, İddiaçı1 və digər ailə üzvlərinə Quba rayon Aqrar islahat Komissiyasının qərarı ilə ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı 1,88 hektar torpaq sahəsi verilmişdir.
23. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 və onun ailə üzvlərinə məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair hər hansı alğı-satqı müqaviləsi aşkar edilməmişdir
24. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən Quba rayonu Mirzəqışlaq kəndində yerləşən torpaq sahəsi üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur. Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən İddiaçı2 və İddiaçı1 ünvan 1ində verilmiş torpaq sahəsi ilə Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1ində yerləşən torpaq sahəsi üst-üstə düşür.
25. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən, İddiaçı2, İddiaçı1 və digər ailə üzvlərinə Quba rayon Aqrar islahat Komissiyasının qərarı ilə ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı 1,88 hektar torpaq sahəsi verilmişdir. Həmçinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 1.7499 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən ünvan 1ində yerləşən torpaq sahəsi üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur. Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən İddiaçı2 və İddiaçı1 ünvan 1ində verilmiş torpaq sahəsi ilə Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1ində yerləşən torpaq sahəsi üst-üstə düşür. İş üzrə keçirilmiş mütəxəssis rəyilə, iş materialları ilə iddiaçıların torpaq sahəsinə Cavabdeh tərəfindən istifadə və müdaxilə edildiyi sübuta yetirilmişdir. Həmçinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 1.7499 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Lakin, həmin torpaq sahəsinin hüquqların dövlət qeydiyyatına Cavabdeh adına qeydiyyata alınması hansı alğı-satqı müqaviləsi ilə həyata keçirildiyi müəyyən edilməmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz.
27. Belə ki, iş materiallarından görünür ki, iddiaçıların tələb etdikləri torpaq sahəsinə dair cavabdehin adına Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış mövcuddur.
28. Həmin çıxarışda qeyd edilən torpaq sahəsinin iddiaçıların tələb etdiyi torpaq sahəsi olması iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən də müəyyən edilmişdir.
29. Belə ki, mütəxəssis rəyində Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən İddiaçı2 və İddiaçı1 ünvan 1ində verilmiş torpaq sahəsi ilə Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1ində yerləşən torpaq sahəsi üst-üstə düşməsi müəyyən edilmişdir.
30. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə dair cavabdehin adına dövlət reyestrində çıxarışın mövcud olmasını, eləcə də iddia edilən torpaq sahəsi ilə çıxarışda qeyd edilən torpaq sahəsinin üst-üstə düşməsi barədə mütəxəsis rəyinin olmasına baxmayaraq torpaq sahəsinə dair cavabdehin adına qeydiyyata alınmış çıxarışın verilməsinə əsas olan sənədlərin müəyyən edilməsi üçün müvafiq sorğular verməmiş, həmin çıxarışın hazırki gündə mübahisələndirilməməsi və qüvvəsində olmasına əhəmiyyət vermədən iddianı təmin etmiş, bununla da cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuşdur.
31. Eyni zamanda qeyd edilən halların araşdırılması üçün cavabdehin iştirakını təmin etməmiş, mübahisəyə dair sübutlarını təqdim etməsi üçün cavabdehə şərait yaratmamış, bununla da məhkəmə çəkişməsi prisinpini pozmuşdur.
32. Bunda başqa müəyyən edilir ki, apellyasiya şikayətinə əlavə edilmiş Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na və Quba rayon dövlət notariat kontorunun xx.xx.2006- cı il tarixli 4-ə-826 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 1ində yerləşən 1.8799 ha torpaq sahəsinə Cavabdeh adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********7 reyestr nömrəli çıxarış işlənilmişdir.
33. Əlavə olaraq bildirilir ki, 1.8799 ha torpaq sahəsindən 0.13 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 4Ə-450 alğı-satqı müqaviləsinə və bölgü planına əsasən özgəninkiləşdirilmiş, yerdə qalan 1.7499 ha torpaq sahəsinə dövlət reyestrində xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarış işlənmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçıların iddia etdikləri torpaq sahəsinə dair tərəflər arasında alğı-satqı müqaviləsi olmuş, müqavilə Quba Rayon Dövlət Notariat Kontorunda təsdiqlənmiş, həmin sənədlər əsasında cavabdehin adına dövlət reyestrindən çıxarış verilmişdir.
35. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 qeyd edilən torpaq sahəsinin əri tərəfindən traktor qarşılığında cavabdehə verilməsini bildirmişdir ki, bu da həmin torpaq sahəsinə dair tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanmasını təsdiq edir.
36. Qeyd edilən alğı-satqı müqaviləsi və dövlət reyestrindən çıxarış iddiaçılar, eləcə də digər şəxslər tərəfindən mübahisələndirilməmiş, müqavilə və çıxarış hazırda da qüvvəsindədir.
37. Eyni zamanda müəyyən edilir ki, cavabdehin adına qeydiyyata alınmış 1,88 ha torpaq sahəsinin 0.13 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 4Ə-450 alğı-satqı müqaviləsinə və bölgü planına əsasən özgəninkiləşdirilmiş, yerdə qalan 1.7499 ha torpaq sahəsinə dövlət reyestrində xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarış işlənmişdir.
38. Belə olan halda məhkəmə 1,88 ha torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən alınması nəticəsinə gəlməklə cavabdehlə yanaşı həmin torpaq sahəsinin 0.13 ha torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmiş digər şəxsin də mülkiyyət hüquqlarını pozmuşdur.
39. Qeyd edilən hal, yəni cavabdehin adına 1,7499 ha torpaq sahəsinin olması birinci instansiya məhkəməsinə təqdim edilmiş (i.v.27) cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilsə də məhkəmə bu hala diqqət yetirməmiş, yekunda 1,88 ha torpaq sahəsinin cavabdehdən alınması nəticəsinə gəllmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəmə mübahisəli torpaq sahəsinə dair cavabdehin adına dövlət reyestrindən çıxarışın hazırki gündə mübahisələndirilməməsinə, onun qanuni qüvvədə olmasına əhəmiyyət verməmiş, cavabdehin qanunla qorunan mülkiyyət hüququnun pozulması barədə qətnamə qəbul etmişdir.
41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinə dair cavabdehin adına dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş alğısatqı müqaviləsi, eləcə də həmin çıxarış qanuni qüvvədə olduğundan, həmin çıxarışda qeyd edilən torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçılara qaytarılması cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını pozulması nəticəsinə gətirəcəkdir.
42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalananlara əsasən mübahisəli torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınması barədə iddia tələbi əsassız olduğundan həmin torpaq sahəsinin iddiaçılara qaytarılması və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması barədə tələb də təmin edilə bilməz.
43. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və işin qeyd edlən hallarını araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır.
44. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelıyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı əmlakın cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir