Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-19/2025 29.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, cavabdehlər X9 və Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahələrindən çıxarılma və cavabdehlərin hesabına qanunsuz tiklilərin sökülməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(031)- 32/2023 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın təmin edilməsi, İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şabran şəhəri, X19 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14 və X9 qeyd olunan torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən tikilən özbaşına tikili onların hesabına sökülməsi və söküləcək tikinti materialı cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və X3 müştərək qaydada alınıb İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və X3 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınıb kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** olan hesaba ödənilməsi qət edilmişdir. Cavabdeh X9 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şabran şəhəri, X19 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14 və X6 qeyd olunan torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən tikilən özbaşına tikili onların hesabına sökülməsi və söküləcək tikinti materialı cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran şəhəri, X16 küçəsi 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsi və ümumi sahəsi 56.7 kv.m. olan fərdi yaşayış evini 03 may 2021-ci il tarixdə satıcı X8 4Ə/687 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqısı" müqaviləsi əsasında 90 000 manata almışdır. Hüquqları DƏDRX-də ********** saylı qeydiyyat nömrəsi və **********49- 10301 daşınmaz əmlakın reyester nömrəsi ilə xx.xx.2021 -ci il tarixdə qeydiyyata alınmışdır. Əvvəlki mülkiyyətçinin dövründə Şabran rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən 20 saylı evin həyətyanı sahəsində özbaşına tikili olan ticarət obyekti (mağaza) inşa etmişlər. Alqı-satqıdan öncə X15 cavabdehlərə evi ona satması barədə məlumat vermiş və bir ay ərzində qanunsuz tiklini sökərək oranı tərk etməsini bildirmişdir. Bundan sonra mülkiyyətində olan həyətyanı sahəsindən ümumi dəyəri 2500 manat olan su çəni, dəmir turba, üst dəmir oğurlandı. Bu darədə xx.xx.2021-ci il tarixdə Şabran rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat vermişdir. Bundan başqa keçən bu müddət ərzində cavabdehlərə zəbt etdikləri ərazini tərk etmələrini tələb etsə də, əvvəlki mülkiyyətçi X10 məhkəməyə verməklə prosesi uzatmağa çalışdılar. Dəfələrlə cavabdehlə həmin torpaq sahələrinin mülkiyyətində olduğunu bildirsə də, xəbərdarlıqlara baxmayaraq sonuncular, öz qanunsuz hərəkətlərini davam etdirərək həmin torpaq sahəsində qeyri-qanuni yolla tikdikləri tikilidən istifadə etməkdədirlər. Göründüyü kimi cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsini zəbt edilməklə orada qanunsuz tikililər inşa edilmişdir. Ona görə də ona məxsus olan torpaq sahəsindən cavabdehlər məcburi qaydada çıxarılmalı, cavabdehlər tərəfindən tikilən özbaşına tikili onların hesabına sökülməli və söküləcək tikinti materialı cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh X1 Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin 2(012)-106/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış və bu hallara düzgün hüquqi qiymət verməmiş, yekunda düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iddianı birtərəfli araşdırmış, Mülki Məcəllənin 180-ci maddəsinə istinad etməklə yanlış nəticəyə gəlmiş, məsələyə onun adı çəkilən torpaq sahəsini özbaşına zəbt etməyi kimi yanaşmış, təqdim etdiyi sübutları nəzərə almamış, işdəki sübutlara qarşılıqlı qiymət verməmişdir. Dəvəçi şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20 ünvanında yerləşən 87.5 kv.metr olan torpaq sahəsi ona, keçmiş Dəvəçi rayon İH başçısının xx.xx.2002-ci il tarixli 227 № li sərəncamına əsasən qanuni əsaslarla ayrılmasına, orada tikinti işlərinin aparılmasının qanuni olmasına, həmin tikilidən istifadə etməyinə kimsənin etiraz etməməsinə, sərəncamın qanuni olması və mübahisələndirilməməsi və hazırda da qüvvədə olmasına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutların qeyri-mötəbər olması ondan ibarətdir ki, həmin ərazidə B tikilisinin 2 hissədən ibarət olması, küçə tərəfdən girişdən sağ və sol hissələrdən ayrıca istifadə olunması aydınlaşdırılmamış, onun istifadəsində olan hissənin alqı-satqı müqaviləsinin predmetinə aid edilməməsinə məhkəmə qiymət verməmişdir. Keçmiş Dəvəçi rayon İH başçısının xx.xx.2002-ci il tarixli 227 № li sərəncamının indiyə kimi mübahisələndirilməməsi, həmin sərəncamın hazırda da qüvvədə olduğu halda iddianın təmin olunması qanuni hesab edilə bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehlər X9 və Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2, Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddia tələbinin əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh Mübariz Məcidov qətnamədən apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şabran şəhəri, X19 küçəsi 20 saylı ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi, xx.xx.2011-ci ildə Sahibə Tahirovanın, xx.xx.2021-ci ildə oğlu İlham Tahirlinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi və xx.xx.2021-ci ildə İddiaçı alqı-satqı müqaviləsinə əsasən satılması, həmin əqd əsasında sonuncunun adına reyestrdə qeydiyyata alınması işin mübahisəsiz halıdır. İşin digər mübahisə olunmayan halına görə Şabran rayonu İcra Hakimiyyəti Başçısının 16 noyabr 2002-ci il tarixli 227 saylı kommersiya obyekti tikintisi barədə sərəncamına və arxiv çıxarışına əsasən Dəvəçi (indiki Şabran) şəhəri 87.5 kv.m torpaq sahəsinin cavabdeh X6 adına keçirilməsi və Dəvəçi (indiki Şabran) rayon İH-nin Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış lahiyə əsasında kommersiya obyekti tikintisinə icazə verilmişdir. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma və cavabdehlərin hesabına qanunsuz tiklilərin sökülməsi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2,180 və Torpaq Məcəlləsinin 111-cı maddələri nəzərdən keçirilə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehlərin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, həmin əmlakın cavabdehin sahibliyində olduğunu və sonuncunun əşyaya sahiblik hüququ qanunsuz olduğunu sübut etməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. İşdən görünür ki, Dəvəçi rayon XDS İK-nin 07 saylı, 24 may 1991-ci il tarixli qərarı ilə X11 18 aprel 1991-ci il tarixdə 582 nömrə ilə RİK-ə daxil olmuş ərizəsi nəzərə alınaraq evinin yaxınlığında tikilmiş uşaq baxçasının həyətindən girinti şəklində daxil olmuş 87.5 kv.m istifadəsiz sahəsin onun istifadəsində olan həyətyanı sahəyə qatılması, onun hesabında cəmi 869.3 kv.m torpaq sahəsinin saxlanılması qərara alınmışdır. Şabran (Dəvəçi) rayon İcra Hakimiyyəti Başçısının 16 noyabr 2002-ci il tarixli, 227 saylı sərəncamı ilə Dəvəçi şəhər sakinləri X4 və X6 rayon İH-nə daxil olmuş ərizələri və rayon İH-nin 24 may 1991-ci il tarixli 7 saylı qərarı, rayon İHB-nın 08 oktyabr 1996-cı il tarixli 326 saylı sərəncamı nəzərə alınmaqla, Dəvəçi şəhər sakini X4 mərhum həyat yoldaşı X11 adına olan 87.5 kv.m torpaq sahəsindən istifadəsinə xitam verilərək (869.3kv.m - 87.5kv.m = 781.8kv.m). Dəvəçi şəhər sakini X6 adına keçirilməsi və rayon İN-nin Tikinti və Mümarlıq şöbəsi ilə razılaşdırılmış lahiyyə əsasında kommersiya obyekti tikintisinə icazə verilməsi barədə sərəncam verimişdir. Şabran Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 75 saylı arayışında da şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən kommersiya mağazasının vergi ödəyicisi kimi Mübariz Məcidovun qeydiyyata alınması və 2022-ci il daxil olmaqla bütün vergilər onun tərəfindən ödənilməsi qeyd olunmuşdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı adı çəkilən sərəncamın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2024-cü tarixli qərarı ilə iddia təmin edilməmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2025-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1304/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 46/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi tikili qüvvədə olan mövcud sərəncam əsasında cavabdeh Mübariz Məcidovun adına keçirilməklə həmin sahədə kommersiya obyekti tikintisinə icazə verilmiş və sonuncu kommersiya mağazasının vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmçinin o da nəzərə alınmalıdır ki, istər Sahibə Tahirovanın adına xx.xx.2011-ci il tarixli, istərsə də İlham Tahirlinin adına xx.xx.2021-ci il tarixli çıxarışlar verilərkən texniki pasportlar tərtib edilmiş və hər iki texniki pasportlarda yuxarıda qeyd olunan sərəncamla Heybət Tahirovun mülkiyyət hüquqlarına xitam verilmiş 87.5 kv.m hissə “D” sahəsi kimi (situasiya planında ştrixlənmiş şəkildə) ayrıca qeyd edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh M.Məcidov hazırda qüvvədə olan Dəvəçi rayon İH başçısının xx.xx.2002-ci il tarixli 227 № li sərəncamı əsasında ona ayrılmış torpaq sahəsində inşa edilmiş kommersiya mağazasından istifadə etdiyindən, eləcə də iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapmadığından, başqa sözlə iddiaçının mübahisələndirdiyi hallar Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş yuxarıda sadalanan dispozisiya şərtlərinə uyğun olmadığından, iddia tələbi təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməli, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh X6 apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma və cavabdehlərin hesabına qanunsuz tiklilərin sökülməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-19/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-19/2025
29.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver