Məhkəmə qərarları › İş №2(105)-190/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-190/2020

18.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-190/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh “xxxxxxxxxxx” QSC-nin nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxxxxx” X3rşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3883/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxx” QSC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3883/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “xxxxxxxxxxx” X7 əmlakları ilə birlikdə iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, b- 9/46 saylı binada yerləşən 376.5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdeh “xxxxxxxxxxx” X4 alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir (hakim R.N.Qoşqarlı). Qətnamədən cavabdeh “xxxxxxxxxxx” QSC apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 “xxxxxxxxxxx” X3rşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxx” X7 əmlakları ilə birlikdə iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, b-9/46 saylı binada yerləşən 376.5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət balansında olan Sumqayıt şəhəri, 15-ci məhəllə, b-9/46 saylı binada yerləşən 376.5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini hərrac vasitəsi ilə satışa çıxarmış, həmin əmlakın satışı üçün altı dəfə hərrac keçirilmiş, bu barədə mətbuat və informasiya orqanlarında kifayət qədər məlumatlar yerləşdirilmişdir. Onlar xx.xx.2018-ci il tarixdə tam qanuni şəkildə keçirilmiş hərracın qalibi olmuş və həmin hərracın şərtlərinə uyğun olaraq Sumqayıt şəhəri, 15-ci məhəllə, b-9/46 saylı binada yerləşən 376,5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini əldə etmişlər. Bundan sonra, onların həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Lakin hazırda xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olan qeyri-yaşayış sahəsinə daxil ola və ondan faktiki olaraq istifadə edə bilmirlər. Bunun səbəbi isə qeyriyaşayış sahəsinin əvvəllər icarəçisi olmuş “xxxxxxxxxxx” QSC-nin həmin obyektin qapısına qıfıl vuraraq bağlaması və oradakı əmlaklarını çıxarmamasıdır. Azərbaycan Respublikasının Əmlak Komitəsinin Sumqayıt şəhəri, 15-ci məhəllə, b-9/46 binada yerləşən 376.5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin “xxxxxxxxxxx” QSC tərəfindən boşaldılması və təhvil verilməsi barədə Sumqayıt şəhər İH-nə və Sumqayıt şəhər Pİ-nə müraciət etməsinə baxmayaraq, bu vaxta qədər cavabdeh sözügedən qeyri-yaşayış sahəsini qeyri-qanuni şəkildə istifadəsində saxlamışdır. “xxxxxxxxxxx” QSC-nin qeyd olunan əməli artıq zəbt kimi qiymətləndirilməlidir, çünki hal-hazırda həmin qeyri-yaşayış sahəsini öz istifadəsində saxlaması üçün “xxxxxxxxxxx” QSC-nin heç bir qanuni əsası yoxdur və onun bu əməli iddiaçıların mülkiyyətçi olaraq qanunla qorunan mənafelərinə ziddir. Cavabdeh “xxxxxxxxxxx” QSC-nin Sumqayıt şəhəri, 15-ci məhəllə, b-9/46 saylı binada yerləşən 376.5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsindən bu vaxta qədər çıxmaması onların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməli və bu hüquqları məhkəmə qaydasında bərpa olunmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh “xxxxxxxxxxx” QSC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq qanunsuz qətnamə ilə bi tələb təmin edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçılar mübahisəli qeyri-yaşayış sahəsinə mövcud olan hüquqları qeyri-qanuni əldə edilmişdir. Belə ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsi 1994-cü ildən 1998-ci ilə kimi “Çinar” kiçik müəssisəsinin, 1998-ci ildən etibarən hazırki vaxta kimi isə “xxxxxxxxxxx” X7 icarəsindədir. Hər iki hüquqi şəxsin təsisçiləri eyni şəxslərdir. Həmin qeyri-yaşayış sahəsi 1998-ci ilə kimi Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olmuş və həmin tarixə kimi icarə müqavilələri bu Birliklə bağlanmışdır. 1998-ci ildən etibarən isə icarə müqavilələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmışdır.1994-cü ildən hazırki vaxta kimi Cəmiyyət tərəfindən icarə hüquq münasibətlərindən irəli gələn bütün öhdəliklər yerinə yetirilmiş, icarə haqları hər hansı bir gecikdirməyə yol verilmədən tam miqdarda ödənilmişdir. Hal-hazırda Cəmiyyətin, Əmlak Məsələləri Dövlət Komitəsinə borcu yoxdur. Buna görə də, xx xxxxx 2018-ci il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsal’lara uyğun olaraq uzun müddət icarələrində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin firma tərəfindən özəlləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx xxx 2018-ci il tarixli, **********97 saylı məktubla müraciətdən imtina olunmuşdur. İmtinanı əsassız və qanunsuz hesab edərək məcburetmə haqqında iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2- 1(85)- 2181/2018 saylı qərarı ilə iddiaçı “xxxxxxxxxxx” X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi təmin edilərək, “xxxxxxxxxxx” X7 icarəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanındayerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin “xxxxxxxxxxx” X7 adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır.Həmin qərardan cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin apellyasiya instansiyasında baxışı zamanı cavabdehin (apelyantın) nümayəndəsi mübahisəli qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda başqa şəxslərə satıldığını və həmin şəxslərin adına mülkiyyət hüququna dair çıxarış verildiyini bildirmiş və bununla bağlı bəzi sənədləri məhkəməyə təqdim etmişdir.Müəyyən olunmuşdur ki, qeyd olunanəmlakla bağlı mübahisənin mövcud olmasına, həmin mübahisə ilə əlaqədar məhkəmə qərarı qəbul edilməsinə baxmayaraq əmlak, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərracda satılmışdır. Buna görə də Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın, həmin hərracın nəticələrinə dair 01 nömrəli protokolun, İddiaçı1 və İddiaçı2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4130 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nin və ******* nömrəli, xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edilmişdir. Həmin iş məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir.Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxxxxx” QSC-yə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraatın dayandırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ərizədə göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərrac və hərrac nəticəsində əldə edilmiş hüquq müəyyənedici sənədlərə məhkəmə qaydasında hüquqi qiymət verilənə kimi hazırkı mülki işin icraatı dayandırılmalıdır. Belə ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın, həmin hərracın nəticələrinə dair 01 nömrəli protokolun, İddiaçı1 və İddiaçı2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4130 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nin və ******* nömrəli, xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı digər işin qanuni həlli üçün preyudisial əhəmiyyət kəsb edəcəkdir. Göründüyü kimi, İddiaçı1 və İddiaçı2 mübahisəli əmlak üzərində olan hüquqlarının yaranmasına, iddiaçıların hazırki tələb irəli sürmələrinə əsas verən subyektiv hüquqlarına əsas olan hüquqi fakt və hüquqmüəyyənedici sənədlər hazırda məhkəmə baxışında olan digər mülki işdə mübahisələndirilmişdir.Lakin birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmalı olduğu halda, işə mahiyyəti üzrə baxmağa davam etmiş və nəticədə əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-3883/2019 saylı qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxxxx” QSC-nin nümayəndəsi və vəkili X12 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, qüvvəyə minmiş məhkəmə qərarları ilə “xxxxxxxxxxx QSC”-nin iddiası təmin edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın qanunsuz hesab edilməsi, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2018-ci ildə keçirilən hərracın nəticələrinə dair 01 nömrəli protokolun, cavabdehlər İddiaçı1 və İddiaçı2 ilə Azərbaycan Respublikası ƏMDK arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4130 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” və qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri yaşayış sahəsinin alqı-satqısı üçün ödənilmiş 100.000 manat pulun ƏMDK tərəfindən İddiaçı1 və İddiaçı2 qızma geri qaytarılması qət edilmişdir. İş üzrə iddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 01 saylı hərrac protokolunun surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 tərəfindən hərraca çıxarılmış Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 46/9-da olan 376.5 kv.metr olan qeyri-yaşayış sahəsi alınmışdır. Yenə iş materiallarında olan RX ******* saylı, xx xxxxxxx 2018-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, b.9/46 ünvanındakı 376,5 kv.metrlik qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 və İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yenə də iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, iddiaçı “xxxxxxxxxxx QSC”-nin cavabdehlər AR ƏMDK-nə, İddiaçı1, İddiaçı2 və ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı hərracın, onun nəticələrinə dair protokolun, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X6 mülki işlərin bir icraatında birləşdirilməsinə dair vəsatəti təmin olunmamışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, iddia təmin edilərək, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarilxi, 2(105)- 3363/2019 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-4017/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamışdır. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi “xxxxxxxxxxx QSC”-nin iddiasını təmin etmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın qanunsuz hesab edilməsi, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2018-ci ildə keçirilən hərracın nəticələrinə dair 01 nömrəli protokolun, cavabdehlər İddiaçı1 və İddiaçı2 ilə Azərbaycan Respublikası ƏMDK arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4130 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” və qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri yaşayış sahəsinin alqı-satqısı üçün ödənilmiş 100.000 manat pulun ƏMDK tərəfindən İddiaçı1 və İddiaçı2 qızma geri qaytarılması qət edilmiş, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, İddiaçı1, İddiaçı2 və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X13 qətnamədən apellyasiya şikayətləri vermişlər. Yenə işdə olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Ali Məhkəmənin Mülki X1 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarilxi, 2(105)-3363/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10 kassasiya şikayətlərinin təmin edilməməsini qərara almışdır. İş materiallarında olan xx xxxxx 2015-ci il tarixli kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh QSC ********** saylı VÖEN-lə kommersiya fəaliyyəti göstərən hüquqi şəxsdir. İşə əlavə edilmiş kommersiya qurumunun dövlət reyestrindən xx xxx 2019-cu il tarixli çıxarışından görünür ki, Cavabdeh QSC “xxxxxxxxxxx” QSC-nin və “xxx” Firmasının hüquqi varisidir. xx xxx 2019-cu il tarixdə təsdiq edilərək qeydiyyata alınan və işə əlavə edilmiş nizamnamənin surətindən görünür ki, Cavabdeh QSC-nin nizamnaməsi mövcuddur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasənapelyasiya şikayətitəmin edilməli,Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3883/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmalı, İddiaçı1 və İddiaçı2 “xxxxxxxxxxx” (hazırda Cavabdeh) X3rşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəməiddianıtəminedərkənonaəsaslanmışdırki, mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixli, 01 saylı hərrac protokoluna əsasən İddiaçı1 və İddiaçı2 tərəfindən satın alınmışdır. RX ******* saylı, xx xxxxxxx 2018-ci il tarixli reyestrdən çıxarışla onların Sumqayıt şəhəri, 15-ci məhəllə, b.9/46 ünvanındakı 376,5 kv.metrlik qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından Mülki Məcəllənin 152 və 157-ci maddələrinə əsasən iddia təmin edilməli, “xxxxxxxxxxx” QSC mübahisəli sahədən çıxarılmalıdır. Məhkəməningəldiyinəticəiləaşağıdagöstərilənlərəəsasənrazılaşmaqolmaz. İş materiallarından görünür ki, iddiaçıların hazırkı mübahisəni qaldırarkən istinad etdikləri hüquq müəyyən edici sənədlər sonradan Cavabdeh QSC tərəfindən mübahisələndirilmiş və məhkəmə qərarlarına əsasən etibarsız hesab edilmişdir. Belə ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərrac qanunsuz hesab edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2018-ci ildə keçirilən hərracın nəticələrinə dair 01 nömrəli protokol, İddiaçı1 və İddiaçı2 ilə Azərbaycan Respublikası ƏMDK arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4130 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” və qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Başqa sözlə, hazırda iddiaçıların mübahisəli daşınmaz əmlakla bağlı hər hansı hüquqları mövcud deyildir, yəni onların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Buna baxmayaraq, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, iddiaçıların istinad etdikləri hüquq müəyyənedici sənədlərin mübahisələndirilməsi barədə məlumat verilməsinə baxmayaraq iş üzrə icraatı dayandırmamış, bunun nəticəsində isə hazırda qeyri-yaşayış sahəsinə dair heç bir hüququ olmayan iddiaçıların tələbinin təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçılar onlara məxsus olmayan qeyri-yaşayış sahəsindən çıraılma barədə iddia vermək üçün subyektiv hüquqa malik olmamışlar. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçıların hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən söhbət gedə bilməz. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrəSumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-3883/2019 saylı qətnaməsi tamamilə ləğv edilməli və İddiaçı1, habelə İddiaçı2 “xxxxxxxxxxx” QSC-nin əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 15-ci məhəllə, b-9/46 saylı binada yerləşən 376,5 kv.metrdən ibarət qeyriyaşayış sahəsindən çıxarılması barədə iddiaları təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün Cavabdeh QSC tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçılardan onun xeyrinə tutulmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumları isə iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 3883/2019 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 və İddiaçı2 “xxxxxxxxxxx” QSC-nin əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 15-ci məhəllə, b-9/46 saylı binada yerləşən 376,5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddiaları təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh QSC tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçılardan onun xeyrinə tutulsun. Hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar