Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1908/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkilun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi ziyan tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Kazımov) iddianın qismən təmin edilməsi, Cavabdehndən İddiaçı xeyrinə 2020-ci ilin oktyabr ayı daxil olmaqla işdən azad olunduğu 17 iyul 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) ödənilməmiş əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği olaraq 3.205 (üç min iki yüz beş) manat 80 (səksən) qəpik məbləğində pul və istifadə olunmamış əmək məzuniyyətinə görə 210 (iki yüz on) təqvim günü üçün pul əvəzinin tutularaq verilməsi, ilkin mediasiyaya görə ödənilmiş məbləğin 25 manat hissəsinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, İddiaçı 50 manat və Cavabdehndən 50 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun barəsindəki əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz və əsassız hesab edilərək işə bərpa edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi, 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın, əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödəncin (2 faiz=30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın, mediasiyaya ödənilmiş 50 manat rüsumun, cəmi 27.210 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla ilə Cavabdeh arasında 02 iyun 2014cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və o, nəqliyyat şöbə müdirinin müavini vəzifəsinə təyin olunmuş, aylıq əmək haqqı 1.500 manat olmaqla razılaşdırılmışdır. O, şirkətdə işlədiyi illər ərzində işinə məsuliyyətli yanaşmış, üzərinə götürdüyü vəzifə öhdəliyini layiqincə icra etmişdir. Cari ilin avqust ayında şirkətdə işlərin azlığı, kadr və struktur dəyişikliyi ilə əlaqədar olaraq işçilər ofisə dəvət olunaraq onların əmək müqavilələrinə xitam verilməklə işdən çıxmaları tələb olunmuşdur. Onun əmək müqaviləsi müddətsiz olduğu üçün ona öz xahişi ilə işdən çıxmağı barədə ərizə yazmaq təklif olunmuşdur. O, isə qanunsuz təkliflə razı olmamış, buna qəti şəkildə etiraz etmiş, həmçinin dövlət başçısının pandemiya dövründə işçilərin çıxarılmasının qanunsuz olduğunu onlara bildirmişdir. Həmçinin o son aylara görə ödənilməmiş əmək haqqının verilməsini şirkətdən tələb etmişdir. Həmin dövrdə onlar ona işlərin az olması əsası ilə şirkətə hələlik gəlməməyi, iş gördükləri sifarişçilərdən böyük məbləğlərdə vəsaitləri aldıqdan sonra özlərinin onunla əlaqə saxlayıb ödənilməyən dövrlərə görə əmək haqqını artıqlaması ilə ödəyəcəklərini deməklə onu aldatmışlar. Dəfələrlə şirkətə getməsinə və zənglərinə baxmayaraq, ona cavab verilməmiş və heç bir ödəniş edilməmişdir. O, X5 əmək hüquqlarının pozulması barədə (əmək haqqlarının ödənilməməsi barədə) şikayət etmiş, lakin müsbət nəticə əldə edə bilməmiş, heç bir ödəniş edilməmişdir. Yenidən şirkətə getmiş, orada mühafizəçi ofisdə heç kimin olmadığını və bütün işçilərin işdən çıxarıldığını bildirmişdir. Bundan sonra o mediasiya prosesinin tətbiqi barədə şirkətə təklif göndərmiş, heç bir müsbət cavab ala bilməmişdir. 15 oktyabr 2021-ci il tarixli, MŞİH 04338 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışla bu fakt öz təsdiqini tapır. 23 noyabr 2021-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət olunaraq onun işdən azad olunması barədə əmrin, müvafiq sənədlərin və son haqq-hesabın aparılması barədə müraciət olunmuş, lakin şirkət tərəfindən cavab verilməmişdir. O, Əmək Müfəttişliyinə etdiyi şikayət ərizəsinin cavabını 24 noyabr 2021-ci il tarixdə aldıqdan sonra məlum olmuşdur ki, şirkət nəinki onu işdən çıxarmış, onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. X6 heç bir sənəd təqdim etmədiyi üçün 17 sentyabr 2021-ci il tarixli protokol və onun əsasında qəbul olunmuş qərarla İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi əsasında məsuliyyətə cəlb olunmuşdur. X12 Portalından əldə etdiyi xxxxxxx000105 saylı çıxarışdan görünür ki, onun əmək haqqı 822 manat olaraq sistemə daxil edilmiş, halbuki aylıq əmək haqqı 1.500 manat olmuşdur. Bunu təsdiq edən müxtəlif tarixlərdə olan əmək haqqı ödəniş cədvəllərinin bəziləri işə əlavə edilmişdir. Cədvələ baxmaqla məlum olur ki, onun aylıq əmək haqqı 1.500 manat olmuşdur. O, 2020-ci ilin oktyabr ayından hal-hazıradək şirkətdən cəmi 2.480 manat əmək haqqı almış, qalan məbləği isə ala bilməmişdir. Göründüyü kimi şirkət qanunsuzluq edərək əmək haqqı məbləğini elektron sistemə düzgün daxil etməyərək vergi və sosial sığorta haqlarını ödəməkdən yayınmışdır. Artıq 13 aydır ki, o əmək haqqını ala bilmir. Şirkətin qanunsuz tələblərini yerinə yetirmədiyi üçün aralarında olan 02 iyun 2014-cü il tarixli müddətsiz əmək müqaviləsinə qanunsuz və əsassız formada xitam verilmiş, bu barədə ona məlumat verilməmiş, işdən azad olunma əmri təqdim olunmamış, əmək kitabçası və son haqq-hesab aparılaraq ödənişlər edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddi hüquq normalarının tələblərini pozmaqla əmək müqaviləsinə xitam vermişdir. Bu günə kimi, ona işdən azad olunmağının hansı əsasla edilməsini təsdiq edən heç bir sübut təqdim olunmamışdır. İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə qanun ilə göstərilən əsaslar əsasında deyil, yalnız öz istəyinə əsasən xitam vermişdir. Bu barədə ona məlumat verməyi isə özünə rəva bilməmişdir. İşəgötürən əmək müqaviləsinə xitam verilməsini elektron portalda əsaslandırmamış, işçiyə heç bir sənəd təqdim etməmiş, qeyd olunan hallarla bağlı rəsmi xəbərdarlıq etməmiş və qanunsuz hərəkətlərini davam etdirmişdir. Əmək qanunvericiliyinin tələbinə görə əgər işəgötürən əmək müqaviləsinə xitam vermək istəyirsə bunu əsaslandırmaqla işçini rəsmi xəbərdar etməlidir. Lakin Cavabdeh heç bir əsaslandırma olmadan, müvafiq əmr, digər sənədlər təqdim edilmədən, son haqq-hesab və ödənişlər edilmədən müqaviləyə xitam vermiş, bu azmış kimi ona məlumat belə verməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə bildirmişdir ki, ölkə ərazisində və bütün dünyada pandemiya şəraitini nəzərə alaraq şirkət tərəfindən işçilərə işə çıxmamagı, evdə oturmagı, əmək haqqlarını alacagını demişlər, daha sonra pandemiya şərtləri yavaş-yavaş yumşaldıqdan sonra ona heç bir məlumat verilmədən, Şirkətə dəvət olunmadan onunla olan əmək müqaviləsinə qanunsuz şəkildə xitam verilmiş və cavabdeh tərəf 17 iyul 2021-ci il tarixli işdən azad olunma əmrini rəsmi ərizə yazaraq tələb etməyinə baxmayaraq məhkəməyə təqdim etmiş və əsaslandırıcı hissəsində güya aktlara istinad edərək qəbul edildiyini bildirilmişdir. Məhkəməyə dörd akt təqdim olunmuşdur, həmin aktı imzalayanlar həmin dövrdə şirkətdə işləməsi yoxlanılmamışdır. Məhkəmə bütün təqdim olunan və sadalanan faktları nəinki tam, hərtərəfli araşdırmamış, hətta qətnamədə iddiaçının bildirdiklərinə münasibət belə bildirməmişdir. Məhkəmə tərəfindən iş üzrə iddia müddəti tətbiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli e-2(012)-896/2022 saylı qətnaməsini tamamilə ləğv edərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi F.Ə.Əmircanov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı atası ölən günə kimi təxminən 20-25 il hazırki mülki iş üzrə təmsil etdiyi Cavabdeh direktoru olmuşdur. Təqdim etdikləri əmək müqavilələri də iddiaçı ilə atası arasında bağlanılmışdır. İddiaçının 1.500 manat əmək haqqı alması ilə bağlı təqdim etdiyi sənədlər isə kserosurətdir. Kserosurətlərin nə vaxtdan rəsmi sənəd olması barədə isə mənim məlumatım yoxdur. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən sübutetmək yükü tərəflərin üzərinə düşür. Bu səbəbdən də iddiaçı əmək haqqı ilə bağlı qeyd olunan halı sübut etməlidir. Hazırda təmsil etdiyim şirkət fəaliyyət göstərmir və böyük məbləğdə borc öhdəliyi vardır. İddiaçı 16 avqust 2021-ci il tarixdə X2ynar xəttinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və bununla əlaqədar ona kömək edilməsinə dair elektron müraciət etmişdir. Lakin iddiaçının iddia ərizəsi 4 aya yaxın müddətdən sonra, yəni 14 dekabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Göründüyü kimi məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də hazırki mübahisəyə iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. İşdən azad olunma barədə bildiriş iddiaçıya çatdırılmışdır. İddiaçı işdən azad olunma barədə bildirişi almışdır ki, 16 avqust 2021-ci il tarixdə X2ynar xəttinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və bununla əlaqədar ona kömək edilməsinə dair elektron müraciət etmişdir. İddiaçının X2ynar xəttinə şikayət etməsi onun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi almasını təsdiq edir. Cavabdeh Respublikada “Akkord” şirkətindən sonra ikinci böyük şirkət olmuş, iddiaçı həmin şirkətin 40.000.000 manat məbləğində dəyəri olan qarajına rəhbərlik etmiş və şirkət tərəfindən işlədiyi dövrdə ona 2 bahalı texnika hədiyyə olaraq verilmişdir, həmin texnikaları hazırda icarəyə vermiş, həmin texnikalar müxtəlif ərazilərdə işləyir. 2016-cı il tarixdə yenidən nə üçün əmək müqaviləsinin bağlanılmasından xəbəri yoxdur. Eləcə də iddiaçı ilə cavabdeh şirkət arasında bağlanılmış əmək müqavilələri hazırki mübahisənin predmeti deyildir. Şirkətdə işləmiş bir neçə şəxsin şikayəti əsasında X9 tərəfindən Cavabdehndə yoxlamalar aparılmış, şirkətin sadəcə əmək haqlarını gecikdirməsi faktı aşkar edilmişdir. Lakin şirkətin ikili mühasibatlıq aparması faktı aşkar olunmamış və təsdiqini tapmamışdır. İşçi işə gəlmədiyi dövrdə ona əmək haqqı ilə bağlı ödəmələr olmuşdur. Həmin ödəmələr ödənilməyən əmək haqqı borcları ilə bağlı olmuşdur. İddiaçı ilə mütəmadi telefon vasitəsi ilə əlaqə saxlanılmış, qarşı tərəf işə gələcəyini demişdir. İddiaçının işə gəlməməsi ilə bağlı aktlar tərtib edilmişdir. Məhkəmə işə bərpa edilməsi hissəsində iddia müddətinin tətbiq edərək, o hissədə iddianı rədd etmişdir. Əgər məhkəmə iş üzrə iddia müddətini tətbiq edirsə, bu zaman tələbin bir hissəsini deyil, ümumilikdə tələbə iddia müddətini tətbiq etməklə iddianı rədd etməlidir. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sual düzgün verilməmişdir. Həmçinin, qətnamənin qət etdi hissəsində qeyri-müəyyənliyə yol verilmiş, istifadə olunmamış əmək məzuniyyətinə görə 210 təqvim günü üçün pul əvəzinin tutularaq verilməsini qət etmişdir. Məhkəmə işin obyektiv həlli baxımından iş üzrə tam araşdırma aparmamış. Yalnız iddiaçının iddiasında qeyd etdikləri əsasında iddianın əsaslı olması qənaətinə gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi, Cavabdehndən İddiaçı xeyrinə 2020-ci ilin oktyabr ayı daxil olmaqla işdən azad olunduğu 17 iyul 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) ödənilməmiş əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği olaraq 3.205 (üç min iki yüz beş) manat 80 (səksən) qəpik məbləğində pul və istifadə olunmamış əmək məzuniyyətinə görə 210 (iki yüz on) təqvim günü üçün pul əvəzi tutularaq verilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd olunması barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, iddiaçı tərəfindən işə bərpa olunmasının iddia müddətinin tətbiq edilməsinə, işçiyə işdən azad olunması ilə bağlı vaxtında son haqq hesabının edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh 17 iyul 2021-ci il tarixli, 36 saylı işdən azad olunma barədə əmrindən görünür ki, şirkətin nəqliyyat sahəsinin müdir müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlmədiyinə görə tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İstifadə etmədiyi əmək məzuniyyətinə görə 210 (iki yüz on) təqvim günü üçün pul əvəzi verilməsi əmr edilmişdir. Əsas: xx.xx.2021-ci il tarixli işçinin ünvanına göndərilən məktub və xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli tərtib olunmuş aktlar. İşə əlavə olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 02 iyun 2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən 02 iyun 2014-cü il tarixdən qaraj müdiri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən əmək funksiyası işçiyə izah olunmuşdur. Müqavilənin 5.1, 5.2, 5.3 və 5.5ci bənlərinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saatı 09:00-da başlanır, saat 17:00-da qurtarır. Nahar vaxtı 12:00-dan saat 13:00-dəkdir. İstirahət günləri hər həftənin bazar günləridir. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 08 oktyabr 2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən 08 oktyabr 2014-cü il tarixdən nəqliyyat sahəsinə müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən əmək funksiyası, vəzifə borcu işçiyə izah edilmişdir. Müqavilənin 5.1, 5.2, 5.3 və 5.5-ci bənlərinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saatı 09:00-da başlanır, saat 17:00-da qurtarır. Nahar vaxtı 12:00-dan saat 13:00-dəkdir. İstirahət günləri hər həftənin bazar günləridir. İşdə olan xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə 01 avqust 2017-ci il tarixli 1 saylı əlavənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı aralarında xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin iş və istirahət vaxtını nəzərdə tutan 5-ci bəndinə dəyişiklik edilməsi, aşağıdakı redaksiyada “İşçi” gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saatı 09:00da başlanır, saat 18:00-da qurtarır. Nahar vaxtı 13:00-dan saat 14:00dəkdir. İstirahət günləri hər həftənin şənbə və bazar günləridir.” verilməsi barədə razılığa gəlmişlər. İşə əlavə olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 21 avqust 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən nəqliyyat sahəsinin müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2014-cü il tarixdən müddətsiz bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi aşağıdakı: - Şirkətin nəqliyyat ehtiyaclarının ödənilməsi üçün nəqliyyat vasitələrinin davamiyyətinin təmin edilməsi; Nəqliyyat vasitələrinin texniki göstəricilərinin yoxlanılması; Nəqliyyat vasitələrinin aylıq yanacaq sərfiyyatının idarə edilməsi; Nəqliyyat vasitələrinin giriş-çıxış sənədlərinin təmin edilməsi; Nəqliyyat vasitələrinin vaxtaşırı xidməti baxışının keçirilməsi barədə aidiyyatı şəxslərə göstərişlər verilməsi; Nəqliyyat vasitələrinin sazlığını təmin etmək üçün servis xidmətlərinin təkmilləşdirilməsi; Sürücülərin idarə edilməsi üçün dispetçer xidmətinin təmin edilməsi; Sürücülərin nəqliyyat vasitəsinin idarə edilməsinə dair təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edilməsi; Nəqliyyat vasitələrinin lazımi ehtiyyat hissələrinin anbarda saxlanılmasının və idarə olunmasının təmin edilməsi; Nəqliyyat vasitələrinin sazlığının təmin edilməsi; Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi; Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünün aparılması; Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi; Rəhbərlik etdiyi işçilərin işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi; Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi; Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi; Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi; Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsinə dair əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. Müqavilənin 4.12, 4.13, 4.14 və 4.15-ci bənlərinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saatı 09:00-da başlanır, saat 18:00-da qurtarır. Nahar vaxtı 13:00-dan saat 14:00dəkdir. İstirahət günləri hər həftənin şənbə və bazar günləridir. İş materiallarında olan Namiq Əlibəyov, Turqut Baxtıyev, Mahir Əsgərov, Həmidov və Mətləb Sadıxov tərəfindən tərtib edilmiş və imzalanmış 01 dekabr 2020-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktdan görünür ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində çalışan əməkdaşı İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində işə gəlməmişdir. İşə əlavə olan Namiq Əlibəyov, Turqut Baxtıyev, Mahir Əsgərov, Həmidov və Mətləb Sadıxov tərəfindən tərtib edilmiş və imzalanmış 01 fevral 2021-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktdan görünür ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində çalışan əməkdaşı İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində işə gəlməmişdir. Mülki işin materiallarında olan Namiq Əlibəyov, Turqut Baxtıyev, Mahir Əsgərov, Həmidov və Mətləb Sadıxov tərəfindən tərtib edilmiş və imzalanmış 01 aprel 2021-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktdan görünür ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində çalışan əməkdaşı İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində işə gəlməmişdir. İşdə olan N.Əlibəyov, T.Baxtıyev, M.Əsgərov, Həmidov və M.Sadıxov tərəfindən tərtib edilmiş və imzalanmış 01 iyul 2021-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktdan görünür ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində çalışan əməkdaşı İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində işə gəlməmişdir. İşə əlavə olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 16 iyul 2021-ci il tarixli bildirişin surətindən və qaimədən görünür ki, İddiaçı nəzərinə çatdırılmışdır ki, aralarında bağlanmış 02 iyun 2014-cü il tarixli əmək müqaviləsinə əsasən o Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutularaq aralarında bağlanmış 02 iyun 2014-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş və o işdən azad edilmişdir. Məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən son haqq-hesabı əmək haqqının 822 manatdan tutulmasının düzgün olmaması barədə dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdehndə əmək müqaviləsi üzrə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində işləyən İddiaçı əmək haqqı 822 (səkkiz yüz iyirmi iki) manat təşkil edir. İşdə olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətdən görünür ki, İddiaçı müraciətində bildirmişdir ki, “ilk müraciətindən sonra Cavabdeh direktoru onu haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Bu haqsızlığa biganə qalmamağı xahiş etmişdir.” İşə əlavə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən Cavabdeh rəhbərliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubdan görünür ki, İddiaçı Cavabdehndə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının tələblərinə uyğun olaraq yuxarıda adı qeyd olunan vətəndaşa aid sənədlərin 7 (yeddi) gün ərzində X9 Xidmətinin Bakı şəhər İdarəsinə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 87A) təqdim edilməsi xahiş olunmuşdur. Tələb olunan sənədlərin siyahısı kimi əmək müqaviləsinin surəti, işçinin işə qəbul və işdən çıxma ərizələrinin surəti, işçinin işə qəbul və işdən çıxma əmrlərinin surəti, əmək haqqı və son haqq-hesabın hesablanıb ödənilməsi (ödəniş tapşırığı) cədvəllərinin surəti, əmək məzuniyyətindən istifadə edilməsi ilə bağlı əmrlərin surəti, ştat cədvəli, iş vaxtının uçotu cədvəli, tabellərin surəti, əmək kitabçasının qeydiyyat jurnalının surəti, müəssisə rəhbərinin (işəgötürənin) şəxsiyyət vəsiqəsinin surəti, vətəndaşın müraciəti ilə əlaqədar cavab məktubu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı “**********4 saylı, xx.xx.2021-ci il tarixli müraciətə dair” ünvanlanmış məktubundan görünür ki, İddiaçı bildirilmişdir ki, onun Cavabdehndə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı İddiaçı tərəfindən təqdim olunmuş əməkhaqqı kartına dair bank çıxarışından və izahatdan müəyyən edilmişdir ki, müəssisə tərəfindən İddiaçı müxtəlif aylar üzrə əmək haqqı ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək haqlarının ən qısa zamanda hesablanaraq ödənilməsi ilə bağlı müəssisənin rəhbərliyinə müvafiq məktub göndərilmişdir. Müraciətin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı İddiaçı aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh rəhbərliyinə xx.xx.2021-ci il tarixli, **********2 saylı məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Tələb olunan sənədlərin təqdim olunmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacağı bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilərkən İddiaçıla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi müəyyən edilmişdir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşə əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin icraatında olmuş X10 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında verilmiş şikayət üzrə 3(012)-1450/2021 saylı inzibati xəta haqqında iş üzrə materiallarından çıxarılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 24 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, vətəndaşlar X3 və İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında qanun pozuntusuna yol verilmişdir. Cavabdeh direktoru səlahiyyətlərini icra edən Amirjanov Phaxhri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1.200 (bir min iki yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində şirkətdən hər gecikdirmiş gün üçün əmək haqqının 1 faizin düzgün hesablanmaması apellyasiya şikayətində dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/1266 nömrəli ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi ekspert qarşısında qoyulmuş sual üzrə Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində işləmiş və aylıq əmək haqqı 822 manat olan İddiaçı 2020-ci ilin oktyabr ayı daxil olmaqla iddia ərizəsinin məhkəməyə daxil olduğu 14 dekabr 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği 3205,80 manat məbləğində (822,0 manat (əmək haqqı) x 1% x 30 gün x 13 ay = 3205,80 manat) müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Həmin Məcəllənin 186.2-ci maddəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etmək kimi intizam tənbeh tədbiri verə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini işləmiş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzürlü səbəb olmadan işə çıxmamışdır. Bununla əlaqədar olaraq xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktlar tərtib olunmuş, daha sonra isə İddiaçı 16 iyul 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmiş, bundan sonra Cavabdeh 17 iyul 2021-ci il tarixli əmri ilə şirkətin nəqliyyat sahəsinin müdir müavini işləmiş İddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlməyərək əmək vəzifələrinin funksiyasını kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə kollegiyası iddiaçının pandemiya dövrü olduğu üçün rəhbərliyin göstərişinə əsasən işə çıxmaması barədə gətirdiyi dəlili də qəbul etmir. Belə ki, göründüyü kimi, iddiaçı onun əmək funksiyalarına aid olan tapşırığı yerinə yetirməkdən imtina etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək vəzifələrinin kobud şəkildə pozulmasına yol vermişdir. İddiaçı işə gəlməməyinin səbəbini şirkətin iddiaçıya işlərin az olması əsası ilə şirkətə hələlik gəlməməsi ilə əlaqələndirsə də, bununla əlaqədar sübutları məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı heç bir üzrlü səbəb olmadan 10 aya yaxın müddəti bütün iş günü işə gəlməmişdir, ona görə də Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla ləğv edilmişdir. Ona görə də məhkəmə kollegiyası iddia tələbi “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və həmin əmək haqqına gecikdirilmiş günə görə 2% ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində birinci instansiya məhkəməsi tərəfindən əsassız hesab edilməsi və təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası həmçinin cavabdehin iş üzrə iddia müddətinin düzgün tətbiq olunmaması apellyasiya şikayətində göstərdiyi dəlili qəbul etmir. Məhkəmə iddia müddətinin tətbiqi barədə Cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin düzgün tətbiq edilməməsi barədə dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi əmək müqaviləsinin ləğv edilməsi barədə əmr xx.xx.2021-ci il tarixdə çıxarılmışdır. Əmrin çıxarıldığı dövrə qədər isə İddiaçı 16 iyul 2021ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmiş, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2021-ci il tarixdə elektron qaydada müraciət edərək Cavabdeh direktorunun onu haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etdiyini bildirərək bu haqsızlığa biganə qalmamağı xahiş etmişdir. İddiaçı tərəfindən isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “əmrin qanunsuz və əsassız hesab edilərək işə bərpa edilməsi” hissəsi ilə əlaqədar hazırki mübahisəyə iddia müddəti tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə iddia tələbinin 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın, əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödəncin (2 faiz=30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın, 210 gün məzuniyyət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməli, qətnamə dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 26 may 2022-ci il tarixli e-2(012)-896/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1908/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1908/2022
02.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver