Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1918/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(060)-223/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(060)-223/2021 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh1 və X6 qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddia qismən təmin edilib, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə köçürülməsi və X4 İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(060)-223/2021 saylı qətnaməsininin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı 3000 manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1la 2005-ci ilin noyabr ayında ailə qurmuş və həmin tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə gəlin gəlmişdir. Onların nikahları 2006-cı ildə rəsmi qeydə alınmış və birgə nikahdan 04.11.2006-cı il tarixdə Vahid, 10.07.2008-ci il tarixdə Emil və 22.07.2013-cü il tarixdə Səid oğlu üç nəfər uşaqları doğulmuşdur. Cavabdeh Aqilə Həsənova onun qaynanasıdır, qaynatası vəfat etdikdən sonra mənzili qaynanası öz adına rəsmiləşdirmişdir. O, 27.08.2008-ci ildə mənzilə pasport qeydiyyatına götürülmüşdür. Həmin mənzil order əsasında onun qaynatasına məxsus olmuşdur. O, gəlin gələn vaxt mənzil dövlət fonduna aid olmuşdur və 2-3 il bundan əvvəl özəlləşdirilmişdir. Hazırda o, nikahın pozulması barədə iddia ilə məhkəməyə mütaciət etmişdir. Cavabdehlər onu həmin mənzildə yaşamasına imkan vermirlər. Ona görə də, azyaşlı uşaqları 04.11.2006-cı il təvəllüdlü X11, 10.07.2008-ci il təvəllüdlü X14 və 22.07.2013-cü il təvəllüdlü X15 ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və X8 birgə qaydada qarşılqılı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırılmışlar ki, İddiaçı və Cavabdeh1 arasında nikah qeydi Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuş və yetkinlik yaşına çatmayan uşaqlar Cavabdeh1 himayəsində saxlanılmışlar. Boşanmalarına səbəb İddiaçı səhhətində ciddi problemlərin olmasıdır. Mənzil X4 mülkiyyətindədir. İddiaçı artıq onların ailə üzvləri olmadığından onlarla birlikdə yaşaması mümkün deyildir. Ona görə də, İddiaçı 3000 manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 12 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225-ci maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34-cü maddələrinin və Azərbaycan Respublikası MPM-nin 8, 14, 47.2, 77, 79, 85, 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, apelyasiya şikayətinin təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı 3000 manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99cu mənzilinə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh1 2005-ci ilin noyabr ayında ailə qurmuş və həmin tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə gəlin gəlmişdir. Onların nikahları 2006-cı ildə rəsmi qeydə alınmış və birgə nikahdan 04.11.2006-cı il tarixdə Vahid, 10.07.2008-ci il tarixdə Emil və 22.07.2013-cü il tarixdə Səid adlı üç nəfər uşaqları doğulmuşdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzil Sumqayıt şəhər X13 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 aprel 1984-cü il tarixli, 10/115 nömrəli order, Sumqayıt şəhər İcra hakimiyyəti MKTİB 16 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 31 yanvar 2017-ci il tarixli, 303 saylı mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış və mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin özələşdirməyə razılıqları barədə ərizələri əsasında X9 adına qeydiyyata alınmış və 09 fevral 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin vaxt İddiaçı DƏDRX-nə notarial qaydada ərizə ilə müraciət edib, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilin X4 adına özəlləşdirilməsinə razılıq vermişdir. Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzil üzərində 09.02.2017ci il tarixdə X4 mülkiyyət hüququ qeydə alınmışdır. Mübahisəli mənzilin texniki pasportu ilə mənzilin 69,5 kv.metr sahəsi olmaqla mənzil 3 otaqdan ibarətdir. 15 saylı Mənzil Kommunal Sahəsinin 31.05.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 27.08.2008-ci ildən Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdən göründüyü kimi mübahisəli mənzil 29.04.1984-cü il tarixli, 10/115 saylı orderə əsasən mübahisəli mənzil cavabdeh Aqilə Həsənovaya verilmişdir. İlk İddiaçı 2005-ci ildə Cavabdeh1la ailə quraraq həmin mənzilə köçmüşdür. Həmin vaxt mənzil dövlət fonduna aid olmuşdur. Bu səbəbdən mübahisəyə icarə münasibətlərinin tənzimləndiyi 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadın (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxslərin yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz validyenlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı icarədarın ailə üzvü kimi mübahisəli mənzilə köçmüş və mənzildən istifadə hüququ əldə etmişdir. Mənzil 2017-ci ildə özəlləşdirilərkən iddiaçı icarədarın ailə üzvü kimi mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsi vermişdir. Belə olan halda İddiaçı Cavabdeh1 və X6 qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddiası bu hissədə əsaslıdır. Həmçinin ilk iddia tələbinin digər hissəsi İddiaçı himayəsində olan azyaşlı uşaqları 04.11.2006-cı il təvəllüdlü X11, 10.07.2008-ci il təvəllüdlü X14 və 22.07.2013-cü il təvəllüdlü X15 ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə köçürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşin araşdırılan hallarından məlum olur ki, tərəflərin birgə nikahından doğulmuş 04.11.2006-cı il təvəllüdlü X11, 10.07.2008-ci il təvəllüdlü X14 və 22.07.2013-cü il təvəllüdlü X15 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 himayəsində olduqlarından ilk iddia tələbi bu hissədə təmin edilə bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. İddiaçı mübahisəli mənzilin özəlləşdirilməsinə razılıq versə də onun həmin mənzildən istifadə hüququ saxlanmışdır. Hazırda cavabdehlər həmin hüquqa kompensasiya verilməklə xitam verilməsini xahiş edirlər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində ilk iddiaçıya 3000 manat kompensasiya təklif edilmişdir. Göründüyü kimi mübahisəli mənzilin sahəsi 69,5 kv.metr olmaqla mənzil 3 otaqdan ibarətdir. Cavabdehlər iddiaçıya təklif etdikləri kompensasiyanın onun oxşar şəraitə malik olan yaşayış sahəsində davamlı sürətdə və müəyyən müddət daxilində yaşamağa imkan verdiyini sübut etməlidirlər. Lakin, cavabdehlər bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya təklif etdikləri kompensasiya məbləği onun oxşar şəraitli yaşayış sahəsində davamlı və uzun müddət yaşaması üçün kifayət deyildir. Bu səbəbdən qarşılıqlı iddia təmin edilə bilməz. 12 mart 2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində Ç.M.X1 təmsil etdiyi öz əksini tapmışdır. X2 buna səlahiyyətli olmasını təsdiq edən hər hansı mövcud deyildir. Belə olan halda birinci instansiya məhkəməsi tərəflərin çəkişmə prinsipini pozmaqla işə mahiyyəti üzrə baxaraq tərəflərə münsibətdə ədalət mühakiməsinin həyata keçirilməsini pozmuşdur. İşin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti ilk iddia tələbinin tam rədd edilib, qarşılqılı iddia tələbinin təmin edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh1 və X6 qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddia qismən təmin edilib, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə köçürülməli və X4 İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalananlara əsasən məhkəmə kollegiaysı hesab edir ki, ilk iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manat hissəsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınıb ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməli, və 5 (beş) manat hissəsi ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu qarşılıqlı iddiaçıların özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(060)-223/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 və X6 qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddia qismən təmin edilib, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə köçürülsün. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilə istifadə hüququna konpensasiya verilməklə xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlk iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manat hissəsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınıb ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin və 5 (beş) manat hissəsi ilk iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu qarşılıqlı iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1918/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1918/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver