Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1919/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və başqa yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-159/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin 2(029)-159/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X11, 10 mart 2011-ci il təvəllüdlü X19 və 22 iyun 2016-cı il təvəllüdlü X14 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə onların X12 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri tələbinə dair İddiaçı iddiası rədd edilmiş, iş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərclərinin İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab H AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) keçirilməsi qət edilmişdir. (hakim A.Vəliyev) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 2(029)-159/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X11, 10 mart 2011-ci il təvəllüdlü X19 və 22 iyun 2016-cı il təvəllüdlü X14 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən ona məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə, onların X12 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğlu X12 həyat yoldaşı olmuş və ayrılmışlar. Belə ki, Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(029)- 448/2020 saylı qətnaməsinə əsasən nikahın pozulması tələbinə dair iddia təmin edilmiş, onların nikahı məhkəmə qaydasında pozulmuşdur. Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(029)-448/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 30 iyun 2009-cu il təvəllüdlü X4, 10 mart 2011-ci il təvəllüdlü X13 və 22 iyun 2016cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 300 (üç yüz) manat miqdarında aliment tutulması qət edilmişdir. Cavabdeh iddia ilə məhkəməyə müraciət edərək ona məxsus olan ünvan 5 ünvanda yerləşən evindən istifadə hüquqlarının tanınması və həmin evə köçürülməsini tələb etmişdir. Qusar Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(029)-711/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının 30 iyun 2009-cu il təvəllüdlü X11, 10 mart 2011-ci il təvəllüdlü X19 və 22 iyun 2016-cı il təvəllüdlü X14 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 5 ünvanda yerləşən ona məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülməsi qət edilmişdir. O, bu qətnamədən razı olmadığı üçün apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(105)-765/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(029)-448/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, hesab edir ki, belə vəziyyətdə onun hüquqları kobud şəkildə pozulmuş olur. Çünki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********3 nömrə ilə qeydə alınmış Çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2020ci il tarixli, 2(029)-448/2020 saylı qətnaməsinə əsasən cavabdeh başqa yaşayış yeri olmadığını əsas gətirərək iddia tələbinin təmin olunmasını, azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən yaşayış və istifadə hüququnun tanınmasını xahiş etmiş və iddiası təmin olunmuşdur. Halbuki, cavabdehin daimi yaşayış yeri vardır. Belə ki, Qusar şəhəri Rəsulbəyov küçəsi 97 saylı ev ona məxsusdur və qəsdən həmin yaşayış evini öz adına rəsmiləşdirməmişdir. Həmçinin, cavabdehin keçmiş həyat yoldaşı-yəni onun oğlu X7 şəhəri Q.Əliyev küçəsi 15 saylı evdə yaşayır və onun ayrıca yaşayış evi vardır. Bundan başqa, onun oğlunun ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 848.2 kv/m olan fərdi yaşayış evi vardır. Belə olan halda niyə cavabdeh onun evində yaşamalıdır? Qanuna uyğun olaraq Cavabdeh onun evindən heç bir qanuni əsas olmadan istifadə etməsi və cehiz əmlakını orada saxlaması bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də, iddia tələbi təmin olunmalı, Cavabdeh əmlakı ilə birlikdə həmin evdən çıxarılmalı və Cavabdeh ünvan 3 ünvanda yerləşən ona məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Onun cavabdehlə heç bir yazılı razılığı yoxdur ki, cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində yaşaya bilər. Əksinə, Cavabdeh onun üçün azruolunmaz şəxsdir. Cavabdehin onun evində yaşaması onun Konstitusiya və Qanunlarla müəyyən olunmuş mənzil hüququnu, yaşayış sahəsindən istifadə hüququnu və ən əsası isə onun azadlıq hüququnu pozur. Qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Azərbaycan Respublikası ƏMDKnin Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********27-10302 nömrəsi ilə qeydə alınmış Çıxarışa əsasən ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi X12 xüsusi mülkiyyətindədir. Cavabdehlə onun şəxsi münasibətləri çox bərbaddır. Cavabdeh onu daimi təhqir edir, ona qarşı nalayiq ifadələr işlədir, bir sözlə gündəlik həyat ahəngini pozur. Onun cavabdehlə eyni evdə yaşamağı mümkün deyil. Artıq psixoloji gərginlik keçirir və əsəblərini cilovlaya bilmir. Həyat yoldaşı, özü və həmin evdə qalan digər ailə üzvləri çox əziyyət çəkir. Qeyd etmişdir ki, həmin evdə 9 ailə üzvü yaşayır. “Elektron notariat” X1 vasitəsi ilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan verilmiş Çıxarışdan görünür ki, X5, X6, İddiaçı, X10, X17 ünvan 5 ünvanda qeydiyyatdadır və yaşayırlar. Bir nəfərə, yəni Cavabdeh görə bu qədər adam əziyyət çəkir və daimi olaraq gərginlik yaşayırlar. Eyni zamanda tez-tez aralarında baş verən bu münaqişə nəvələrinə də pis təsir edir. Belə ki, onların tərbiyəsi, psixi sağlamlığı və əxlaqi inkişafına dəyən zərərə görə çox narahatdır. O, nəvələrini çox istəyir. İstəməz ki, Cavabdeh ilə olan gərgin münasibətlər nəvələrinin psixi sağlamlığını pozsun. Cavabdehin keçmiş həyat yoldaşı, yəni onun oğlu X12 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində yaşasa bütün bu problemlər də həll olar və bəlkə də onlar yenidən barışıb xoşbəxt ailə olarlar. Cavabdeh iddiası ilə təmin olunmuş məhkəmə qətnaməsi ilə tərəfdar çıxdığı Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokolun” (Paris, 2 mart 1952-ci il) 1-ci maddəsinin və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 6-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Çünki onun faktiki olaraq başqa yaşayış yeri vardır və o, iki ilə yaxındır ki, həmin evdə yaşayır. Eyni zamanda keçmiş həyat yoldaşının ünvan 7 ünvanında yerləşən tam təmirli fərdi yaşayış evi mövcuddur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərir ki, Qusar Rayon Məhkəməsinin 09 iyun 2022-cu il tarixli, №(029)-159/2022 nömrəli qətnaməsi ədalətsiz, əsassız və qanunsuz qətnamədir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Cavabdeh əsassız mülahizələri əsasında məhkəmə qətnamə qəbul etmişdir. Mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edə bilməz. AR Mülki Məcəlləsinin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Cavabdeh Adulrəhim qızının ünvan 8 ünvanda fərdi yaşayış evi mövcuddur. Bundan əlavə həmçinin onun keçmiş əri X12 Qusar şəhəri, H. Əliyev prospekti 1 ünvanda yerləşən 1 saylı mənzil vardır. Habelə, Cavabdeh ünvan 10 ünvanda babasından miras qalmış evləri vardır. Göründüyü kimi bu hallar məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul edilmişdir. Göstərilənlər apellyasiya kollegiyası tərəfindən yenidən nəzərdən keçirilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-159/2022 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı, həmçinin onun vəkili X21 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. İddiaçı əlavə etdi ki, cavabdehin mübahisəli mənzildə yaşaması onun və digər ailə üzvləri üçün ciddi narahatlıq yaradır. Bildirdi ki, mübahisənin barışıq yolu ilə həlli üçün cavabdehə 15 min manat kompensasiya verə bilər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətlə razılaşmadı, mübahisəli mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsinin mövcud olmasını bildirərək, şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razı deyildir. Qusar şəhərində bir otaqlı mənzilin dəyəri məbləğində kompensasiya təklif edərsə o zaman iddiaçı ilə razılaşa bilər. Hazırkı halda iddia tələbini qəbul etmir. İş üzrə tərəflər sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən 225.20 kv-metrlik fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Yenə işdə olan xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən evin 1-ci mərtəbəsində olan 1 otaqlı, 36 kv/metr sahəsi olan mənzil tam xüsusi mülkiyyət hüququ üzrə X12 adına qeydiyyata alınmışdır. Yenə də işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 23 sentyabr 2021-ci il tarixli arayışlardan görünür ki, X11 30 iyun 2009-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. X8, anası X2r. X19 10 mart 2011-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X8, anası X2r. X14 22 iyun 2016-cı il tarixdə Qusar şəhərində anadan olmuşdur. X8, anası Cavabdehdır. İşə əlavə edilmiş AZ-İ 366984 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X20 ilə Cavabdeh nikahlarına xx.xx.2020-ci il tarixində Qusar rayonu Qeydiyyat şöbəsində xitam verilmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(029)-711/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X11, 10 mart 2011-ci il təvəllüdlü X19 və 22 iyun 2016-cı il təvəllüdlü X14 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 5 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüquqları tanınmış və iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri qət edilmişdir. Yenə işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(105)- 765/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 2(029)-711/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş Qusar Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(029)-566/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat kompensasiya ödənilməklə ona məxsus ünvan 3 yaşayış evindən istifadə hüququna xitam verilməsi və uşaqları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 16 may 2022-ci il tarixli, ƏEM/M 51-391/22 saylı rəydən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evin bazar dəyəri 91000 (doxsan bir min) manat təşkil edir. İşə əlavə edilmiş mediasiya prosesinə xitam verilməsi barədə 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mediasiya prosesində iştirakdan imtina etmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 2(029)-159/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Onun oğlu X20 ilə cavabdeh arasındakı rəsmi nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Cavabdeh iddia ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus olan ünvan 5 ünvanda yerləşən evdən istifadə hüquqlarının tanınması və həmin evə köçürülməsini tələb etmiş, Qusar Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(029)- 711/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı hazırda qeyd edir ki, onlar arasında qohumluq münasibətləri tamamilə kəsildiyindən, habelə cavabdehlə mübahisəli mənzilin daimi sakinləri arasında tez-tez münaqişələr yarandığından o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, tərəflər arasında hazırki mübahisəli yaşayış evinə dair hüquq münasibətləri 2010-cu ilin fevral-mart aylarında yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi X20 ilə Cavabdeh nikahlarına xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Bundan sonra Qusar Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(029)- 711/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X11, 10 mart 2011ci il təvəllüdlü X19 və 22 iyun 2016-cı il təvəllüdlü X14 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 5 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüquqları tanınmış və iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Başqa sözlə, cavabdehin mübahisəli yaşayış evinə istifadə hüququ, onun iddiaçının oğlu ilə ailə münasibətlərinə xitam verildikdən sonra məhkəmə qətnaməsi əsasında tanınmışdır. Həmin qətnamə hazırda qüvvədədir. Göründüyü kimi mübahisəli evə hazırkı iş üzrə cavabdehin istifadə hüquqlarının tanınması və evə köçürülməsi barədə qüvvədə olan məhkəmə qətnaməsi mövcud olduğundan hazırkı halda qeyd olunan formada iddia tələbi təmin edilə bilməz. Baxmayaraq ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2007-ci il tarixli qərarında faktiki münasibətlərin hüquqi müstəviyə keçirilməsinə və məhkəmə mübahisələrinin hüquq normaları əsasında həllinin zəruriliyinə toxunaraq qeyd etmişdir ki, subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətləri məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onları hüquq norması (normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da, onların oxşarlığı mümkündür. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Plenum xüsusilə qeyd etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiaların Mənzil Məcəlləsinin 123-cü maddəsində kompensasiya institutu nəzərdə tutulmaması səbəbilə rədd edilməsi Konstitusiyanın 13, 29, 71,147 və 149-cu maddələrinin, Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin, habelə Mülki Məcəllənin 1.2, 11.1, 11.5 və 228.2-ci maddələrinin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Sadalanan maddi hüquq normalarının, habelə məhkəmə presedentlərinin hüquqi mahiyyətindən çıxış edərək kollegiya qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüqunun tanınması ilə həmin evə köçürülməsi barədə məhkəmə qətnaməsi qüvvədə olduğu müddətcə, onun hazırkı formada iddia tələbinə əsasən, yəni kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsinin təmin edilməsi ədalətli, qanuni mövqe hesab edilə bilməz. Həmçinin qeyd olunan formada iddia tələbinin təmin edilməsi barədə qəbul edilmiş məhkəmə qətnaməsi mənzil münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun daha öncə istinad olunan Qərarında göstərilmişdir ki, “kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” İşdən aydın olduğu kimi iddia tələbi iki hissədən ibarətdir ki, onun birinci hissəsi Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X11, 10 mart 2011-ci il təvəllüdlü X19 və 22 iyun 2016-cı il təvəllüdlü X14 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsidir ki, məhkəmə kollegiyası qeyd olunduğu kimi həmin hissədə iddia tələbini əsaslı hesab etmir. İddia tələbinin digər hissəsi isə sonuncuların X12 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri ilə bağlıdır ki, kollegiya hesab edir ki, aşağıda qeyd olunanlara əsasən bu formada iddia tələbi təmin edilə bilməz. Əvvəla, evə köçürülmə barədə iddia tələbi mahiyyəti üzrə elə bir tələbdir ki, həmin tələblə iddiaçı qismində şəxs özü, həmçinin himayəsində, yaxud qəyyumluğunda olan digər şəxslərin hər hansı biri mənzilə köçürülməsi barədə məhkəmədə irəli sürə bilər. Yəni bu tipli iddialarda şəxslər mübahisənin obyekti qismində deyil, yalnız hüquq münasibətlərinin subyekti qismində müstəqil şəkildə iddia irəli sürməklə çıxış edə bilər. Göründüyü kimi iş üzrə cavabdehin belə bir iddia tələbi yoxdur. Həmçinin, iş materiallarından aydın olduğu kimi ünvan 2 iddiaçının oğlu Faik Əhmədovun xüsusi mülkiyyətindədir. Yəni həmin mənzil üzərində iddiaçının sərəncam hüququ yoxdur. Dolayısı ilə sözügedən mənzil barədə hazırki formada iddia qaldırmağa iddiaçının subyektiv hüququ yoxdur. Apellyasiya kollegiyası iddiaçıya izah edir ki, hazırkı halda iddia tələbinin təmin edilməməsi, onun qeyd olunan şəxslərin ona məxsus mənzildən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi barədə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə ümumən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 2(029)-159/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1919/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1919/2022
16.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver