Məhkəmə qərarları › İş №2(105)-1921/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1921/2022

17.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1921/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili: X1 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, daş hasarın sökülməsi, torpaqdan qanunsuz istifadəyə son qoyulması və topragın istifadəyə qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, daş hasarın sökülməsi, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın istifadəyə qaytarılması tələbinə dair” iddia tələbinin təmin edilməməsi, keçirilmiş ekspertiza xərcini təşkil edən 100 manat ekspert xərcinin İddiaçı alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Şivan Şərabları MMC-yə qarşı “torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və torpağın istifadəsinə qaytarılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş **********80 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə ona məxsus torpaq sahəsinin 0,30 ha hissəsinin boşaldılması, həmin hissəyə çəkilmiş hasarın sökülərək ona məxsus sahədən çıxarılması və həmin sahənin istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əsl cavabdehin əvəz olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdeh Şivan Şərabları MMC əsl Cavabdeh2 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2020-ci il tarixdə qardaşı X4 0,78 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi iki yerdə yerləşir. Mübahisəli sahə 0,6201 ha dan ibarət olan torpaq sahəsidir. Torpaq yuxarıda qeyd olunan vaxtda adına rəsmiləşsə də həmin torpaqdan 2019-cu ilin noyabr ayından faktiki olaraq istifadə etmişdir. Həmin vaxt bu sahədə taxıl əkmişdir. Yayda taxıl biçinindən sonra iyul ayında oranın cavabdeh tərəfindən hasara alındığını görmüşdür. Xəbərdarlıqlarına baxmayaraq hasarı tikib qurtardılar. Bildirmişlər ki, guya onun yeri deyil. DƏDRX-nin nümayəndəsi həmin əraziyə getmişdir. Cavabdeh tərəfindən ərazinin hasara alındığını görüb əvvəl bildirmişdir ki, onun yeri deyil. İkinci dəfə aparıb yeri yenə ölçdürəndən sonra bildirmişdir ki, 0,30 sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Bundan sonra dəfələrlə şirkətin rəhbəri Ceyhun müəllimlə telefonla danışmış, ona bildirmişdir ki, onun torpağına girməmişlər. Torpağının 0,30 ha hissəsi zəbt olunmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən aşkar olunur ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin 23 fevral 2022-ci il tarixli rəyində yazılanlarla, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli 10/6949 saylı ekspert rəyində yazılanların hamısı sözbəsöz yazılmışdır. Məhkəmə həmin rəyi kimi sübut qəbul etməməli idi. Rəylərdən görünür ki, torpaqlar üst-üstə düşür. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və tətbiq olunmalı qanunlar və normativ aktlar tətbiq edilməmiş və həm də qanunlar düzgün tətbiq və təfsir edilməmişdir. Şamaxı Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(074)-29/2022 saylı qətnaməsini tamamilə ləğv edib, yeni qətnamə qəbul etməklə iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Ə.Ə.Abdullayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin etməyərək, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpağın zəbt edilməməsinin mütəxəssis rəyi ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********80 olan Çıxarışın surətindən görünür ki, Şamaxı şəhərində yerləşən 0,6201 ha torpaq sahəsi İddiaçı məxsusdur. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********62 olan Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən 0,5553 ha torpaq sahəsi Cavabdeh2 məxsusdur. İşə əlavə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********52 olan Çıxarışın surətindən görünür ki, Şamaxı şəhərində yerləşən 1,8818 ha torpaq sahəsi Cavabdeh2 məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,6201 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Cavabdeh2 mülkiyyətinə verilmiş **********52 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 1.8818 ha torpaq sahəsi cavabdehin naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Cavabdeh2 mülkiyyətinə verilmiş **********62 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0 5552 ha torpaq sahəsi cavabdehin naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir lakin koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu vardır. İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmiakm Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0.6201 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmiş **********52 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 1,0818 ha torpaq sahəsi ilə və cavabdehin mülkiyyətinə verilmiş **********62 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0.5553 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0.6201 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilmir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli № 10/6949 saylı ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,6201 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Cavabdeh2 mülkiyyətinə verilmiş **********52 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstrəilən koordinatlar daxilində olan 1,8818 ha torpaq sahəsi cavabdehin naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Cavabdeh2 mülkiyyətinə verilmiş **********62 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,5553 ha torpaq sahəsi cavabdehin naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu vardır. İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,6201 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmiş **********52 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstrəilən koordinatlar daxilində olan 1,8818 ha torpaq sahəsi və Cavabdeh2 mülkiyyətinə verilmiş **********62 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,5553 ha torpaq sahəsi ilə üstüstə düşmür. İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz omlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0.6201 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilmir. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı, cavabdehin mülkiyyətinə 0,30 ha torpaq sahəsini zəbt edib daş hasar inşa etdiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Yanaşı yoxlanılmış mütəxəssis və ekspert rəyləri ilə isə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmadığı, cavabdehin hazırda istifadəsində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Beləliklə, iş üzrə olan sübutlarla cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və daş hasarın sökülməsi tələb olunan tikininin iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılması təsdiq edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,6201 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmiş **********52 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstrəilən koordinatlar daxilində olan 1,8818 ha torpaq sahəsi və Cavabdeh2 mülkiyyətinə verilmiş **********62 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,5553 ha torpaq sahəsi ilə üstüstə düşmür. İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0.6201 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilmir. Məhkəmə kollegiyası iddianı rədd edərkən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və iş üzrə keçirilmiş ekspert rəyini sübut növü kimi qəbul edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçı apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə 27 may 2022-ci il tarixli 2(074)-29/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar