Məhkəmə qərarları › İş №2(105)-1924/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1924/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1924/2022 10.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X13 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1, Cavabdeh: Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 14/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hmbətov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 258186 manat pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, keçirilmiş ekspertiza üzrə 200 manat ekspert xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada alınıb X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 480000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qohumu ünvan 2 sakini X8 ilə birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığa gəlmişlər. Razılığa əsasən H.P.Lətifovun Avaxıl kəndi ərazisində olan torpaq sahəsində istirahət mərkəzi tikib birgə işlətməyi qərara almışlar. Torpaq sahəsi 1.5 ha ölçüsündə idi. Avaxıl bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə həmin sahə H.P.Lətifova satılmış və ona bu barədə xx.xx.2004-cü il tarixli, JN- 0223, KOD 41010058 saylı Dövlət Aktı verilmişdir. Razılaşmalarına əsasən ona məxsus torpaq sahəsində istirahət mərkəzinin fəaliyyəti üçün bütün xərcləri çəkməli idi. Çünki onun istirahət mərkəzini tikmək üçün vəsaiti yox idi. İstirahət mərkəzi tikilib istifadəyə veriləndən sonra həmin torpaq sahəsi və tikililər üzərində hər ikisinin mülkiyyət hüququ tanınmalı idi. Torpaq sahəsi üzərində əvvəldən mülkiyyət hüququnun qeydə alınması məsələsini qaldırsa da sonra bu işin uzun çəkəcəyini və nəticədə istirahət mərkəzinin tikintisinin uzanacağını nəzərə alaraq hələlik bütün sənədləşmələri onun adından həyata keçirməyə qərara almışlar. Razılaşmışlar ki, istirahət mərkəzi fəaliyyətə başladıqdan sonra onun üzərində ikisi bərabər pay olmaqla mülkiyyət hüququ qeydiyyatdan keçəcəkdir. İlkin olaraq Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin torpaq sahəsində istirahət mərkəzinin tikintisinə icazə verməsini xahiş etmişdir. Bununla əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti özünün xx.xx.2004-cü il tarixli 151 nömrəli Sərəncamı ilə ünvan 1i ərazisində, yəni Pirqulu-Avaxıl yolunun bir kilometrliyində, X6 məxsus 1.5 ha torpaq sahəsində, əhalinin istirahət məqsədləri üçün 11x9 metr ölçüdə mətbəx, 9x4 və 5.5x4 metr ölçüdə otel tipli binaların tikintisinə icazə verilmişdir. Sərəncam və digər zəruri sənədləri aldıqdan sonra tikintiyə başlamış və 2005-ci ildə başa çatdırmışdır. Tərəfindən və vəsaitilə həmin sahədə 11 ədəd evin və bir ədəd restoran, avtomobil yolu, elektrik və su xətti, həmçinin bulaq tikilmişdir. Bütün bu tikililərə həmin vaxt 480.000 (dörd yüz səksən min) ABŞ dolları məbləğində pul xərcləmişdir. 2005-ci il tarixdən həmin tikililər “Çənlibel” istirahət mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. Fəaliyyətə başlamasından dərhal sonra, yəni 2005ci ildə istirahət mərkəzinin 50 faizi üzərində mülkiyyət hüququnun sənədləşdirilməsini tələb etmiş, lakin Lətifov Heydər müxtəlif bəhanələrlə həmin əmlak hüququnun sənədləşdirilməsini yubatmış, həmişə bildirmişdir ki, kişi kimi söz verib, deməli əməl edəcəkdir. Onun qohum olduğunu nəzərə alaraq hər dəfə Heydərə inanmış və istəməmişdir ki, aralarında mübahisə yaransın. Lakin gözlədiklərinin əksinə olaraq 2009cu ildə H.Lətifov ona bildirmişdir ki, istirahət mərkəzi üzərində ona heç bir mülkiyyət hüququ vermək niyyəti yoxdur. Onu həmin mərkəzdən çıxarmaq istəyərək bildirmişdir ki, tikdiyi restoran və 11 ədəd binanı (kotteci) söküb aparsın. O zaman İstirahət Mərkəzinin tikintisinə və fəaliyyətinə çəkdiyi xərci tələb etdikdə Heydər ona bildirmişdir ki, yalnız həmin tikililəri söküb apara bilər. Heç bir kompensasiya vermək niyyəti yoxdur. Həmin tikililərin sökülməsi onların məhv olması deməkdir və heç bir qazanc verməyəcəyini ona bildirsə də müsbət nəticə verməmişdir. Ümumi qohumlar və digər ağsaqqalların arada olan mübahisəni həll etmək üçün apardıqları danışıqlardan sonra 2014-cü ildə Heydərlə belə bir razılaşmaya gəlmişlər ki, mübahisəli istirahət mərkəzi satılsın və ona çatacaq 480 000 (dörd yüz səksən min) ABŞ dolları məbləğində pul ona verilsin. Hətta ağsaqalların yanında H.Lətifov həmin tikililərin ona məxsus olması barəsində 18 may 2014-cü il tarixli Ərizə (zapiska) yazmışdır. Ərizədə həmçinin həmin sahələrin fəaliyyətinə etirazının olmaması göstərilmişdir. Bir müddətdən, 2016-cı ildə sonra aralarında həmin tikililərə qoyduğu xərcin qaytarılması barəsində yenidən mübahisə qalxmış və bununla əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Mübahisəyə Şamaxı Rayon Məhkəməsində baxan zaman H.Lətifov də həmin tikintilərin sökülməsi və torpaq sahəsindən çıxarılmağı barədə qarşılıqlı iddia vermişdir. Məhkəmə işə baxan zaman aralarında razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən mübahisəli “Çənlibel” istirahət mərkəzi satılır və ora qoyduğu xərc yəni 480000 (dörd yüz səksən min) ABŞ dolları ona qaytarılır. H.Lətifov verdiyi sözün təminatı kimi Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpağı atası X2 adına alqı-satqı kimi sənədləşdirmişdir. Bununla əlaqədar atasına xx.xx.2016-cı il tarixli ********** nömrəli Çıxarış verilmişdir. Bu razılıq bir neçə nüfuzlu şəxslər yanında əldə edilmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixli, Lətifov Heydər isə xx.xx.2016-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək barışıb razılığa gəldikləri üçün iddianın və qarşılıqlı iddianın baxılmamış saxlanmasını xahiş etmişlər. Müraciəti əsas götürən və Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə rəhbər tutan Şamaxı Rayon Məhkəməsi iddia ərizələrinin və ona əlavə edilmiş sənədlərin iddiaçılara geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə 27 oktyabr 2017-ci il tarixli, 2(074)-2235/2016 nömrəli Qərardad çıxarmışdır. Həmin vaxtdan başlayaraq İstirahət mərkəzinin satılması üçün müştəri axtarmışlar. Lakin H.Lətifov 26 oktyabr 2019-cu ildə vəfat etdiyi üçün alqı satqı baş tutmamışdır. H.P.Lətifov vəfat etdikdən sonra onun iki oğlu- Cavabdeh1, Cavabdeh2 və arvadı Cavabdeh3 bütün mirasına o, cümlədən istirahət mərkəzinin yerləşdiyi 1.5 ha torpaq sahəsinə 1/3 hissədə pay almışlar. Belə ki, xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən cavabdehlər 1/3 hissədə pay hüququ ilə X6 məxsus 0.73 ha torpaq sahəsinə, xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən cavabdehlər 1/3 hissədə pay hüququ ilə X6 məxsus 1.5 ha torpaq sahəsinə, xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən cavabdehlər 1/3 hissədə pay hüququ ilə X6 məxsus 1.6552 ha torpaq sahəsinə, xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən cavabdehlər 1/3 hissədə pay hüququ ilə X6 məxsus 0.18 ha torpaq sahəsinə xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən cavabdehlər 1/3 hissədə pay hüququ ilə X6 məxsus, buraxılışı 2014-cü il olan MİTSUBİSHİ minik markalı 99HN056 dövlət nömrə nişanlı avtomobili əldə etmişlər. Bundan sonra cavabdeh vərəsələr xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 1.3 ha torpaq sahəsini F.R.Ələkbərovaya 300000 (üç yüz min) manata, xx.xx.2020-ci il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 0.2 ha torpaq sahəsini F.R.Ələkbərovaya 50000 (əlli min) manata, xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 0.73 ha torpaq sahəsini F.R.Ələkbərovaya 180000 (yüz səksən min) manata, xx.xx.2020-ci il tarixli A.N-İ№ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 0.73 ha torpaq sahəsini X7 180000 (yüz səksən min) manata, xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 1.6652 ha torpaq sahəsini F.R.Ələkbərovaya 389000 (üç yüz səksən doqquz min) manata satmışlar. Onlara müraciət edərək H.P.Lətifovun ona olan borcunun ödənilməsi barədə müraciət etmişdir. Lakin cavabdehlər cavab olaraq bildirmişlər ki, borclu onlar yox H.Lətifov olmuşdur. Buna görə də borcu ödəməli deyillər. Cavabdehlərin bu hərəkəti onun əmlak hüququnu pozur. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Göstərdiyi kimi, onunla H.P.Lətifov arasında olan razılığa görə mübahisəli obyekt satılaraq pulu veriləcəkdir. Lakin vərəsələrin də bunu bildikləri və razılaşdıqları halda ondan qalan daşınmaz əmlakları satsalar da borcu ödəmək istəmirlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instaniyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş və prosessual normalar nəzərə alınmadığı üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. İddiaçının ərizəsində göstərdikləri uydurma və yalandan başqa bir şey deyil. Çünki iddiaçının sözügedən ərazidə ərazinin mülkiyyətçisi olmuş Lətifov Heydərin razılığı ilə tikilmiş 11 ədəd istirahət evindən (kotecdən) savayı İddiaçı heç bir tikilisi olmayıb. Bu hal iddiaçının iddia ərizəsində israrla istinad etdiyi 18 may 2014-cü il tarixli Ərizədə öz əksini tapmışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, işə baxan məhkəmə sanki iddianın yalan və təhrif olunmuş dəlillər əsasında qurulduğuna görməməzlikdən yanaşmış, bu azmış kimi bu hallara hüquqi qiymət verməmişdir. Belə ki, iddia ərizəsində iddianın əsaslığını sübut etmək üçün faktlar təhrif olunmuş, həqiqəti əks etdirməyən hallar irəli sürülmüş, bir sözlə iddiada əsaslıq və qanunilik formalaşdırlmasına cəhd edilmişdir. İddiaçılə mərhum Heydər Lətifov arasında hər hansı müqavilə münasibətləri mövcud olmamış, aralarında hər hansı razılaşma və ya müqavilə bağlanmamışdır. Odur ki, iddiaçının hər hansı pul tələb etməsinin hüquqi əsası yoxdur, iddiası tam əsassız və qanunsuzdur. Bundan başqa, iddiaçının tələbləri həmçinin ona görə əsassızdır ki, onun bütün tələbləri 2016-cı ildə haqsız da olsa ödənilmişdir. Belə ki, iddiaçının özünün də iddia ərizəsində etiraf etdiyi kimi, 2016-cı ildə İddiaçı tərəfindən mərhum H.Lətifovun torpaq sahəsində inşə etdirdiyi 11 ədəd istirahət evinin (kotecin) dəyəri mərhum H.Lətifov tərəfindən Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpaqla əvəzləşdirilmişdir (həmin torpaq sahəsi iddiaçının atası X1 adına alqısatqı kimi sənədləşdirlmişdir) və bu günə kimi həmin torpaq sahəsi iddiaçının atasının adınadır. Şamaxı Rayon Məhkəməsinin 24 aprel 2022-ci il tarixli 2(074)-14/2022 saylı qətnaməsini “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 258186 manat pulun alınıb İddiaçı verilməsi” hissəsində ləğv edərək, iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehlərin vərəsə kimi iddiaçının qarşısında öhdəliklərinin yaranmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0223 KOD 41010058 saylı Dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı qərarına əsasən satılmış tikinti məqsədli 1,50 ha torpaq sahəsi xx.xx.2004-cü il tarixdə Dövlət aktı qeydiyyat kitabında 230 sayla ünvan 2 sakini X3 adına qeydə alınmışdır. İşdə olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 151 nömrəli sərəncamından görünür ki, ünvan 1 sakini H.R.Lətifova Avaxıl kəndi ərazisində yəni Pirqulu-Avaxıl yolunun bir kilometrində, ona məxsus 1,5 ha torpaq sahəsində, əhalinin istirahəti məqsədi üçün 11x9 metr ölçüdə mətbəx, 9x4 və 5,5x4 metr ölçüdə otel tipli binaların tikintisinə icazə verilmişdir. İşə əlavə olan Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli, 2(074)- 2235/2016 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh H.P.Lətifova qarşı pul tələbinə dair ilkin iddiası və iddiaçı H.P.Lətifovun cavabdeh İddiaçı qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılmaya dair qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması və mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli, 2(074)-2235/2016 saylı mülki iş üzrə X8 qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, “Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, onun ərizəsində göstərdiyi hallar heç biri doğru deyil. Yalnız o doğrudur ki, mən ona öz torpağımda 11 ədəd istirahət evi tikməyə razılıq vermişəm. Bəli həmin evlər onun özü tərəfindən tikilib. Nə qədər xərc qoyduğunu deyə bilmərəm, çünki, bu işlərlə bağlı o mənə bir manat da olsun pul verməmişdir. Mən yalnız aramızda olmuş dostluq xatirinə ona öz torpağımda onun özü üçün istirahət evləri tikməsinə razılıq vermişəm. … 2012-ci ildə isə tamam fəaliyyəti dayandı. Dəfələrlə demişəm ki, gəl binaları təmir et işlət.” İş materiallarında olan xx.xx.2014-cü il tarixli H.P.Lətifov tərəfindən imzalanmış əlyazmadan görünür ki, H.P.Lətifov əlyazmada qeyd etmişdir ki, Çənlibel istirahət mərkəzində olan 11 ədəd evlərdə onun heç bir əmlakı yoxdur. Fəaliyətindədə heç bir etirazı yoxdur. 2002-ci ildə həmin evləri H.S.Abdullayev öz vəsaiti ilə tikdirmişdir. 11 ev ona aiddir. İş materiallarında olan AZ-İ № 875022 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, H.P.Lətifov xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 2 ha torpaq sahəsi H.S.Abdullayevə məxsusdur. İşə əlavə olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə ölmüş H.P.Lətifovun vərəsələri Cavabdeh3 - Şamaxı ray, Avaxıl ərazi d., Avaxıl k., (AA*******, xx/xx/2020 - Asan-Şamaxı, fin:), Cavabdeh1 - Şamaxı ray, Avaxıl k., (AZE ********, xx/xx/2018 - Şamaxı RPŞ), Cavabdeh2 - Şamaxı, Avaxıl k., (AZE ********, xx/xx/2014 - Şamaxı RPŞ) və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 14 Saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə X6 verilmiş **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.73 ha olan torpaq sahəsindən ibarətdir. İşdə olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu tarixdə ölmüş H.P.Lətifovun vərəsələri Cavabdeh3 - Şamaxı ray, Avaxıl ərazi d., Avaxıl k., (AA*******, xx/xx/2020 - Asan-Şamaxı, fin:), Cavabdeh1 - Şamaxı ray, Avaxıl k., (AZE ********, xx/xx/2018 - Şamaxı RPŞ), Cavabdeh2 - Şamaxı, Avaxıl k., (AZE ********, xx/xx/2014 - Şamaxı RPŞ) və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK-nın Şamaxı rayon Şöbəsi tərəfindən xx/xx/2004 tarixdə H.P.Lətifova verilmiş seriya nömrəsi JN:223, KOD: 41010058 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.5 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan 29 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh3 Cavabdeh2 ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1,3 ha olan torpaq sahəsini X7 300000 (üç yüz min) manat müqabilində satmışlar. İş materiallarında olan 29 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,2 ha olan torpaq sahəsini F.R.Ələkbərovaya 50000 (əli min) manat müqabilində satmışlar. İşə əlavə olan 29 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,73 ha olan torpaq sahəsini F.R.Ələkbərovaya 180000 (bir yüz səksən min) manat müqabilində satmışlar. İş materiallarında olan 07 avqust 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1,6552 ha olan torpaq sahəsini F.R.Ələkbərovaya 389000 (üç yüz səksən doqquz min) manat müqabilində satmışlar. İşə əlavə olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh3 adına Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7, 315 saylı mənzil xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 110C, 526 saylı mənzil xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri. Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 41, 43, 171 saylı mənzil xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, bina 2, 108 saylı mənzil xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 03 saylı Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hesabatından görünür ki, ünvan 1i ərazisində yerləşən Çənlibel istirahət mərkəzinin ərazisində yerləşən, yəni Pirqulu-Avaxıl yolunun bir kilometrliyində yerləşən qeyri-yaşayış sahəsinin (Çənlibel istirahət mərkəzinin) torpaq sahəsiz dəyəri 640.000 (altı yüz qırx min) manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş digər “X11” qiymətləndirməyə dair 04 iyun 2021-ci il tarixli İEM-12/21 saylı rəyindən görünür ki, ünvan 1i ərazisində yerləşən Hüseynqulu Abdullayevə məxsus torpaq sahəsinin hazırki Respublikadaxili orta bazar qiyməti 210800.0 manat (200x1054 manat), likvid qiyməti isə 189720.0 manat məbləğində (210800.0-10%) müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2022-ci il tarixli 10/6261 saylı ekspert rəyindən görünür ki, ünvan 1ində yerləşən “Çənlibel” istirahət mərkəzinin ərazisindəki tikililərin inşa olunması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 258186,0 manat məbləğində müəyyən edilmişdir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Müəyyənləşdirdilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Avaxıl kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsi Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı qərarına əsasən H.P.Lətifova satılmış və xx.xx.2004-cü il tarixdə onun adına qeydə alınmışdır. İddiaçı öz vəsaiti hesabına tikinti məqsədli 1,50 ha torpaq sahəsində H.P.Lətifov ilə aralarında olan razılığa və Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 151 saylı Sərəncamına əsasən vicdanlı sahib olaraq 2004-2005-ci illər ərzində əhalinin istirahət məqsədləri üçün tikinti aparmışdır. H.P.Lətifov xx.xx.2019-cu il tarixdə ölmüş və cavabdehlər ondan qalmış mirası qəbul edərək vərəsəlik qaydasında 1,50 ha torpaq sahəsinə hər birinin payı 1/3 hissə olmaqla paylı mülkiyyətçi hüquqları əldə etmişlər və həmin torpaq sahəsinin 1,3 ha hissəsini 29 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı, 0,2 ha hissəsini 29 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrin əsasən F.R.Ələkbərovaya satmışlar. İddiaçı tikililərə 480.000 ABŞ dolları məbləğində pul xərclədiyini iddia etmiş, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli, 03 saylı hesabatını təqdim etmiş, lakin sonuncunun fəaliyyətinin əsas vəzifəsinin qiymətləndirmə ilə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olması barədə sübutu təqdim etməmişdir. Qiymətləndirmə sahəsində xüsusi biliyi olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6261 saylı ekspert rəyi ilə isə iddiaçının apardığı tikinti-təmir işlərinin ümumi dəyərinin təqribən 258186,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin fəaliyyətinin əsas vəzifəsinin qiymətləndirmə ilə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olması halının təsdiq edilmədiyini nəzərə alaraq, iddiaçının apardığı tikinti-təmir işlərinin ümumi dəyərinin 258186,0 manat olduğuna dair Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6261 saylı ekspert rəyi ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası cavabdehlərin iddiaçı tərəfindən iddia ərizəsində göstərdiyi halların yalan olması barədə dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qəbul edilməməlidir. Belə ki, cavabdeh tərəf iddiaçı ilə mərhum H.P.Lətifov arasında birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığın olmaması, bununla da iddiaçının çəkdiyi xərcin əvəzinin ödənilməsini onlardan tələb etmək hüququnun yaranmaması əsası ilə iddiaya etiraz etmişlər. Belə ki, birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığın olmaması halı iddiaçının başqa şəxsə məxsus torpaq sahəsində Şamaxı Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə nəzərdə tutulan təyinat üzrə fəaliyyət göstərəcək daşınmaz əmlakın tikintisinə küllü miqdarda pul vəsaiti xərcləməsini istisna edir. Bundan başqa, yanaşı yoxlanılmış 2(074)-2235/2016 saylı mülki işdəki qarşılıqlı iddia ərizəsində qeyd edilənlərlə müəyyən edilir ki, iddiaçıya öz torpağında tikinti aparmasına H.P.Lətifov özü razılıq vermişdir. Təyinatı kommersiya fəaliyyəti ilə bağlı olan tikintinin aparıldığı torpaq sahəsinin mülkiyyətçisinin birgə kommersiya fəaliyyəti göstərmək niyyətinin olmaması halı isə, tikintinin torpaq sahəsinin mülkiyyətçisinin və yerli icra hakimiyyəti orqanının razılığı ilə iddiaçının özünün kommersiya fəaliyyətini həyata keçirməsi üçün aparıldığını təsdiq edir ki, bu halda da torpaq sahəsində tikinti aparmasına razılıq vermiş şəxsin sonradan iddiaçıya həmin fəaliyyəti həyata keçirməyə maneə olması iddiaçını tikintini apardığı vaxt əldə edəcəyinə ümid etdiyi qazancla yanaşı tikintiyə çəkdiyi xərcdən də məhrum etmişdir. Mərhum H.P.Lətifov sağlığında aparılmış tikintini yaxşılaşdırma olmaması əsası mübahisələndirməmiş, onun vərəsələri olan cavabdehlər də, müvafiq iddia ilə müraciət etmədən torpaq sahəsini özgəninkiləşdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Qeyd edilən maddi hüquq normalarının tələbinə əsasən mərhum H.P.Lətifovun razılığı ilə tikinti aparmış iddiaçının apardığı və tikinti məqsədli torpaqdan ayrılması (təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi) mümkün olmayan tikintinin dəyərindən artıq olmamaq şərti ilə, tikinti məqsədli torpağı apardığı tikinti ilə yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Cavabdeh tərəf eyni zamanda H.Lətifov tərəfindən Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpaq sahəsinin iddiaçının atası X1 adına alqı-satqı kimi sənədləşdirlməsi ilə iddiaçının tələbinin ödənilməsi əsası ilə iddiaya etiraz etmişdir. İddiaçı, H.Lətifovun torpağı verdiyi sözün təminatı kimi atası H.S.Abdullayevin adına alqı-satqı kimi sənədləşdirdiyini qeyd etmişdir. Məhkəmə, Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpaq sahəsinin çəkdiyi xərcin əvəzi olaraq iddiaçıya verilmədiyini, onun atasının mülkiyyətinə də alqı-satqı müqaviləsi əsasında keçdiyini nəzərə alaraq, həmin torpağın xərcin əvəzi olaraq iddiaçıya verilməsinə dair cavabdeh tərəfin bildirdiklərini işin hallarına uyğun saymır. Cavabdeh tərəf eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq olunmaması barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, dəlil qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçı iddia müddətini keçirmədiyindən cavabdeh tərəfin iddia müddətinin tətbiq olunması barədə ərizə verməsi hazırkı tələbin rədd edilməsinə əsas ola bilməz. Belə ki, MM-in 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respubblikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Mərhum H.P.Lətifov qarşılıqlı iddia ərizəsində 2012-ci ildən dəfələrlə iddiaçıya binaları təmir edib işlətməsini təklif etdiyini qeyd etməklə, xx.xx.2014-cü il tarixli əlyazısında Çənlibel istirahət mərkəzinin fəaliyətində də heç bir etirazının olmamasını, xx.xx.2016-cı il tarixdə isə İddiaçı ona qarşı pul tələbinə dair ilkin iddiası və özünün də İddiaçı qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılmaya dair qarşılıqlı iddia ərizəsi barışıb razılığa gəlmələri barədə ərizə verməklə iddiaçıya tikintinin aparılmasına sərf etdiyi pul vəsaitinin qaytarılmasını tələb etməyə əsas yaradan halı aradan qaldırmaqla borcu etiraf etməsini göstərən hərəkətlər etdiyindən, bununla da iddia müddətinin axımı kəsildiyindən iddiaçı iddia müddətini keçirməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlərin mərhum H.P.Lətifovun kreditoru olan iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Cavabdehlərin miras passivindən imtina etdiyi halda, miras aktivini qəbul etməsi isə Məcəllənin tələbləri baxımından yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin MPM-in 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza üzrə 200 manat xərc birgə qaydada cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2(074)-14/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar