Məhkəmə qərarları › İş №2(105)-1926/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1926/2022

30.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1926/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mömin oğluna qarşı torpaq sahəsinə müdaxilənin aradan qaldırılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Mömün oğluna qarşı torpaq sahəsinə müdaxilənin aradan qaldırılması və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1238/2022 nömrəli, xx.xx.2022-сi il tarixli qərardadı ilə, İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-сi il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Azərbayсan Respublikası MPM-nin 360, 362-363-сü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinсi instansiya məhkəməsinə qaytarılmışdır. Bundan sonra İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti elektron qaydada verilməsi zərurəti ilə bağlı çətinliklər çəkmiş, həmin vaxt yas olmuş, nümayəndəsi-anası imza almış, apellyasiya şikayətinin tərtibi və elektron qaydasında göndərilməsi çətinlikləri olmuş, nəhayət apellyasiya şikayətini göndərmişdir. Prosessual müddət bir gün ötürülmüşdür. Anası asan imza aldıqdan sonra apellyasiya şikayəti verilmə imkanı yaranmışdır. Yəni müddət üzürlü səbəbdən buraxılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 2(060)-42/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 01 mart 2022ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə iddiaçı Abbasov Abbas Qulaməli oğlunun ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı Abbasov Abbas Qulaməli oğlu tərəfindən verilən şikayət Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını şikayətlə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qərardadı ləğv edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək, bərpa edilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 01 mart 2022- ci il tarixli qətnamə iddiaçının yaşadığı ünvana göndərilmiş, qətnamə iddiaçının nümayəndəsi Zərniba Abbasova tərəfindən 11 mart 2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı qətnamədən 12 aprel 2022-ci il tarixdə apellyasiya şikayəti verməklə, prosessual müddəti 1 gün ötürmüşdür. Nəticədə prosessual qanunvericiliyin tələbləri baxımından yuxarıda qeyd olunun məhkəmə aktları qəbul edilmişdir. Bundan sonra iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası nəzərə alır ki, sadalanan məhkəmə aktlarında da qeyd olunduğu kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verən zaman yalnız 1 gün prosessual müddəti ötürmüşdür. Yəni o, narazı qaldığı məhkəmə qətnaməsindən uzun müddət keçməklə şikayət verməmişdir. Həmçinin iddiaçı ərizəsində ötürülmüş müddətin üzürlü hesab edilməsinə dair əsas gətirdiyi texniki (elektron kabinetin yaradılması, asan imzanın əldə edilməsi) dəlilləri məhkəmə kollegiyası ağlabatan hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 133.1 maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qərardadı ləğv edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək, bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 2(060)-42/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi və prosessual müddətin bərpa edilməsi barədə İddiaçı ərizəsi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-42/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar