Məhkəmə qərarları › İş №2(105)-1926/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1926/2024

26.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1926/2024 26.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, beh müqaviləsinin bərpası tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-6141/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim M.Mirhəsənli) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, beh müqaviləsinin bərpası tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, İddiaçı2 hazırki mülki iş (2(012)- 6141/2024 nömrəli mülki iş) üzrə xx.xx.2024-cü il tarixdə ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu (**********) saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı2 qaytarılması qərara alınmışdır. İddiaçı2 qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(012)- 6141/2024 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, beh müqaviləsinin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh1 arasında ona məхsus Apşeron rayon Хırdalan şəhəri Şəfiqə Əfəndizadə küçəsi ev 65 ünvanında yerləşən bir-birinə bitişik iki torpaq sahəsinin bir yerdə alınması üçün, eyni cavabdehə Cavabdeh1 məхsus vahid əqdin qurucu ikinci torpaq hissəsinin, Abşeron rayon Хırdalan şəhəri qeydi ilə natamam ünvanda yerləşən 0.619 ha torpaq sahəsinə dair 14 dekabr 2023-cü il tariхli beh müqaviləsinin bərpa olunması, cavabdeh X1 ilə Cavabdeh1 arasındakı beh müqaviləsinin prezumpsiyasını pozmaqla bağlanan alqı–satqı müqaviləsinin etibarsızlığı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı2 Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərardadından şikayət verərək, xx.xx.2024-cü il tarixli qərardadın ləğv olunmaqla yeni qərardadla və həmçinin iddianın formasina olan düzəlişlərlə iş icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Mülki Prossesual Məcəllənin 39.1.-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.2. maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Mülki Prosessual Məcəllənin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 31.2.-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Müəyyən kateqoriya mülki-hüquq münasibətləri üçün qanunda ərazi aidiyyətinin ümumi qaydalarından fərqli qayda müəyyən edilib. Qanun bu hallarda mülki işin yalnız bu maddədə göstərilən məhkəmələrə aidiyyətini nəzərdə tutur və bu aidiyyət növü müstəsna aidiyyət adlanır. Müstəsna aidiyyətin xüsusiyyəti ondan ibarətdir ki, işin hansı məhkəməyə verilməsi iddiaçının iradəsindən asılı deyildir. MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerin məhkəməsinə aiddir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehlərin Cəbrayıl rayonunda qeydiyyatda olmalarını nəzərə alaraq Abşeron Rayon Məhkəməsinin ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi ilə iş materiallarına əlavə edilmiş tərəflərin şəxsiyyət məlumatları barədə sənədə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyat ünvanı (yaşayış yeri) Cəbrayıl rayonu Xələfli kəndidir. Qanunvericiliyin tələbi baxımından şəxsin yaşayış yeri ona verilmiş şəxsiyyət vəsiqəsi ilə müəyyən olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq MPM-nin 35.1 və 152.1.3-cü maddələrinə istinad edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli və onunla bağlı 06 dekabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli və onunla bağlı 06 dekabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar