Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1927/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin yanında Dövlət X8 Şuşa rayon Şöbəsinin Cavabdeh qarşı ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)-40/2020 saylı qətnaməsindən iddiaçının verdiyi apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: DSMF-nin Şuşa rayon Şöbəsi Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2020-ci il tarixədək olan dövrdə ona ödənilmiş 4373,27 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. DSMF-nin Şuşa rayon Şöbəsi iddiasını onunlaəsaslandırmışdır ki, Şuşa rayon sakini Sumqayıt şəhəri Texniki kollecin 1 saylı yataqxanasında məskunlaşan Cavabdeh İİ qrup ümumi səbəbdən əlilliklə əlaqədar (4110003AACHE nömrəli forma 88-ə əsasən X1 tərəfindən keçirilmiş müayinə barədə elektron xidmətin məlumatı) təqdim edilmiş müvafiq sənədlərə əsasən xx xxxxxx 2017-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş əlillik sənədlərinin düzgünlüyünün yenidən yoxlanılması tədbirləri ilə əlaqədar Cavabdeh İİ qrup ümumi səbəbdən xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2022-ci il tarixinədək müəyyən edilmiş əlilliyi etibarsız sayılmışdır. Cavabdeh şifahi və yazılı olaraq əlilliyin etibarsiz hesab edilməsi nəzərinə çatdırılmiş və xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ona ödənilmiş cəmi 4373,27 manat pulun geri qaytarılması tələb olunmuşdur. Lakin cavabdeh pulu ödəməkdən imtina etdiyindən və mübahisə yarandığından məcburiyyət qarşısında qalıb məhkəməyə hazırkı iddia ərizəsilə müraciət edilmişdir. Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)-40/2020 saylı qətnaməsilə iddia təmin edilməmişdir. (hakim A.Həsənov) Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. DSMF-nin Şuşa rayon Şöbəsi apelyasiya şikayətini də iddia ərizəsilə oxşar məzmunda əsaslandırmış və qətnamənin ləğv olunmasını, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdehin əlilliyi elektron qaydada ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edib onun təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə forma 88 saylı arayışdan görünür ki, Cavabdeh venaların digər zədələnmələri, hər iki aşağı ərtafın damarlarının xronuku tromboflebiti, venaların sıxılması, hər iki aşağı ətrafın dərialtı venalarının varikoz genişlənməsi (xroniki) (periferik) venoz çatışmazlıq,venoz çatmamazlıq lll-İV dərəcə, Essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi lll-İV dərəcə diaqnozu ilə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2022-ci il tarixədək ümumi səbəbdən İİ qrup əlildir. Yenə işdə olan ƏƏSMN tabeliyində Dğvlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan da görünür ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə 843 nəfərin, o cümlədən Cavabdeh Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması və göndərişin əsassız rəsmiləşdirilməsi bildirilmiş, bununla əlaqədar Cavabdeh aid qiymətləndirmə əlillik altsistemində etibarsız edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehə xx xxxxxx 2017-ci ildən təyin edilmiş əlillik sənədlərinin düzgünlüyü xx xxxxxx 2019-cu il tarixdə ESDAS tərəfindən yenidən yoxlanılmış və onun İİ qrup ümumi səbəbdən xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2022-ci il tarixinədək müəyyən edilmiş əlilliyi etibarsız sayılmışdır. Bundan sonra isə, DSMF-nin Şuşa rayon Şöbəsi Cavabdeh xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2020-ci il tarixədək olan dövrdə ona qanunsuz əsaslarla ödənilmiş 4373,27 manat pulun tutulmasını tələb etmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi inzibati orqan cavabdehə verilən pensiyanın əsassız olaraq verilməsini müəyyən edərək məbləğlərin ödənilməsini dayandırmış, bu barədə X10 və X3 xx xxxxxx 2019-cu il tarixdə qeydiyyat aparılmışdır (ESDAS № **********7). Apelyasiya baxışı zamanı Cavabdeh pensiya verilməsinin dayandırılması üçün əsas olmuş inzibati orqanın aktı tələb edilsə də, iddiaçı tərəf sübut olaraq daha öncə qeyd edilən X10 və X3 xx xxxxxx 2019-cu il tarixdə aparılmış qeydiyyata istinad etmiş və həmin qeydiyyat əsasında cavabdehin əlilliyinin etibarsız hesab edildiyini, ödənilən pulun geri tələb edildiyi bildirmişdir. Məhkəmə kollegiyası, işin faktiki hallarına qiymət verərək, yəni cavabdehə pensiya təyinatının artıq etibarsız hesab edilməsi faktını nəzərə alaraq, X10 və X3 xx xxxxxx 2019cu il tarixdə aparılmış qeydiyyatı inzibati akt kimi qiymətləndirir. Qeyd edildiyi kimi iddiaçı məhkəməyə müraciət edərək etibarsız hesab etdiyi pensiya təyinatı üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair tələb irəli sürmüşdür. «İnzibati icraat Haqqında» Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 72-ci maddəsində inzibati orqanların qəbul etdiyi inzibati aktlardan inzibati şikayətin inzibati qaydada və ya məhkəmə qaydasında verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1 və 7.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyətı) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid is səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinəəsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pul tələblərinin icra edilməsi digər növ inzibati aktların icra edilməsindən fərqlənir. Hazırkı icraat daxilində tələb yönəldilmiş borclu inzibati akt ilə üzərinə konkret hərəkəti həyata keçirmək vəzifəsi qoyulmuş şəxsdir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. Bundan sonra, məhkəmə qaydasında icra sənədinin əldə edilməsinə heç bir ehtiyac yoxdur. Tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati iddia (mübahisələndirmə) irəli sürülə bilər. Göstərilənlərə istinad edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qəbul etdiyi inzibati akt faktiki olaraq müvafiq qaydada icraya yönəldilməli olan sənəddir. Həmin qərarda inzibati orqanın gəlmiş olduğu nəticəsi ilə bağlı yenidən məhkəmə qərarının əldə edilməsinə ehtiyac yoxdur. İzah olunmalıdır ki, inzibati orqan müvafiq olaraq artıq tutulması qərara alınmış pul məbləğinin yenidən məhkəmə qaydasında tutulmasına dair tələbi irəli sürməli deyil, müvafiq olaraq qəbul edilmiş və özlüyündə icra sənədi sayılan inzibati aktı icra edilməsf üçün müvafiq icra qurumuna göndərməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, bu kateqoriyadan olan işlərə məhkəmədə baxılamlı deyil və MPM-nin 261.0.1-ci maddəsinə əsasən hazırkı işin icraatına xitam verilməli, iş üzrə qəbul edilmiş qətnamə isə ləğv edilməlidir. AR MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)-40/2020 saylı qətnaməsi ləğv olunmalı, işin icraatına xitam verilməli, bununla belə iddiaçıya qanunsuz əsaslarla ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə öz qərarını müvafiq icra qurumuna göndərmək hüququ izah olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)-40/2020 saylı qətnaməsi ləğv olunsun və işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin yanında Dövlət X8 Şuşa rayon Şöbəsinə Cavabdeh xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2020-ci il tarixədək olan dövrdə ona ödənilmiş 4373,27 manat pulun tutulması barədə öz qərarını müvafiq icra qurumuna göndərmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1927/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1927/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver