Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1928/2020 26.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X7 və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət X18 Şuşa rayon şöbəsinin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi və vəkili X8 iştirakları ilə açıq məhkəmə iclasında Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)-38/2020 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət X18 Şuşa rayon şöbəsinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)-38/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Allahverən Həsənov) iddiaçı Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət X18 Şuşa rayon şöbəsinin Cavabdeh qarş pul tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət X18 Şuşa rayon şöbəsi iddia ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2020-ci il tarixədək olan dövrdə ödənilmiş 2154 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət X18 Şuşa rayon şöbəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Şuşa rayon sakiniCavabdeh İİ qrup ümumi səbəbdən əlilliklə əlaqədar (4110003AAB6K nömrəli forma 88-ə əsasən X2 tərəfindən keçirilmiş müayinə barədə elektron xidmətin məlumatı) təqdim etmiş olduğu müvafiq sənədlərə əsasən xx xxxxxx 2017-ci il tarixdən sosial müavinət təyin edilmişdir. Təyin edilmiş əlillik sənədlərinin yenidən düzgünlüyünün yoxlanılması tədbirləri ilə əlaqədar Cavabdehnun İİ qrup ümumi səbəbdən xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2022-ci ilə kimi müəyyən edilmiş əlilliyi etibarsız sayılmışdır. Cavabdeh şifahi və yazılı olaraq əlilliyin etibarsiz hesab edilməsi nəzərinə çatdırılmiş və xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2020-ci il tarixədək ödənilmiş 2154 manat pulun geri ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh pulun birdəfəlik ödənilməsinə imkanı olmamasını bildirmiş və bundan imtina etmişdir. İş üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət X18 Şuşa rayon şöbəsiapellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İİ qrup ümumi səbəbdən əlilliklə əlaqədar (4110003AAB6K nömrəli forma 88-ə əsasən X2 tərəfindən keçirilmiş müayinə barədə elektron xidmətin məlumatı) təqdim etmiş olduğu müvafiq sənədlərə əsasən xx xxxxxx 2017-ci il tarixdən sosial müavinət təyin edilmişdir. Təyin edilmiş əlillik sənədlərinin yenidən düzgünlüyünün yoxlanılması tədbirləri ilə əlaqədar Cavabdehnun İİ qrup ümumi səbəbdən xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2022-ci ilə kimi müəyyən edilmiş əlilliyi Əmək və X12 Nazirliyi ilə Səhiyyə Nazirliyinin birgə təşkil etdikləri müvafiq komissiya tərəfindən etibarsız sayılmışdır. Cavabdeh şifahi və yazılı olaraq əlilliyin etibarsiz hesab edilməsi nəzərinə çatdırılmiş və xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2020-ci il tarixədək ödənilmiş 2154 manat pulun geri ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh pulun birdəfəlik ödənilməsinə imkanı olmamasını bildirmiş və bundan imtina etmişdir. Əlilliyin təyini elektron olaraq X23 vasitəsi ilə həyata keçirilir, vətəndaşa əlillik təyin olunduğu halda, X20 əlilliyinin dərəcəsi, müddəti və xəstəliklərinin səbəbi qeyd olunmaqla əks olunur. Müvafiq rayon şöbələri vətəndaşın müraciəti əsasında X15 əlilliyinə əsaslanaraq müvafiq sənədlər əsasında vətəndaşa pensiya təyinatı aparır. Vətəndaşın müvafiq səbəblərdən əlilliyi ləgv edilirsə, bu barədə qeydlər yenə həmin X20 etibarsız edilmişdir kimi öz əksini tapır. X20 Cavabdeh İİ qrup müəyyən edilmiş əlilliyinin etibarsız hesab edilməsi barədə elektron sistemdən çıxarış Şuşa Rayon Məhkəməsinə təqdim edilmişdir. Lakin məhkəmə bunu əlilliyin ləgv edilməsi üçün əsaslı sənəd saymayaraq iddianı rədd etmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət X18 Şuşa rayon şöbəsinin nümayəndəsi X11 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X13 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət X18 Şuşa rayon şöbəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiasını təmin etməyərkən hazırki halda işə məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməməklə prosessual hüquq normalarını pozmuşdur. İş materiallarında olan X1 sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh UİX.Stabil gərginlik stenokardiyası FS İİİ.Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, hidrotoraks, ürək çatmamazlığı,davamlı ürək çatmamazlığı, FS İİİ Ekstrasistolik aritmiya, xroniki obstruktiv, bronxit xroniki, hepatoxolesistit, hipertoniya xəstəliyi İİİ dərəcə xəstəliyi ilə əlaqədar xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2022-ci il tarixədək İİ qrup əlil hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə 843 nəfərin, o cümlədən Cavabdeh Daxili İşlər Nazirliyinə aidiyyətinin olmadığı və ona göndərişin əsassız rəsmiləşdirilməsi bildirilmiş, bununla əlaqədar Cavabdeh aid qiymətləndirmə X20 etibarsız edilmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi inzibati orqan cavabdehə verilən sosial müavinətin əsassız olaraq verilməsini müəyyən edərək sosial müavinətin ödənilməsini dayandırmış, bu barədə X19 və X6 qeydiyyat aparılmışdır. Apellyasiya baxışı zamanı Cavabdeh sosial müavinətin verilməsinin dayandırılması üçün əsas olmuş inzibati orqanın aktı tələb edilsə də, iddiaçı tərəf sübut olaraq X19 və X6 aparılmış qeydiyyata istinad etmiş və həmin qeydiyyat əsasında cavabdehin əlilliyinin etibarsız hesab edildiyini, ödənilən pulun geri tələb edildiyini bildirmişdir. Məhkəmə kollegiyası, işin faktiki hallarına qiymət verərək, yəni cavabdehə sosial müavinət təyinatının artıq etibarsız hesab edilməsini nəzərə alaraq, X19 və X6 aparılmış qeydiyyatı inzibati akt kimi qiymətləndirir. Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət X18 Şuşa rayon şöbəsi məhkəməyə müraciət edərək etibarsız hesab etdiyi sosial müavinətin təyinatı üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair tələb irəli sürmüşdür. “İnzibati icraat haqqında” qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası “İcra haqqında” qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. “İnzibati icraat haqqında” qanunun 72-ci maddəsində inzibati orqanların qəbul etdiyi inzibati aktlardan inzibati şikayətin inzibati qaydada və ya məhkəmə qaydasında verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1 və 7.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyətı) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid is səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pul tələblərinin icra edilməsi digər növ inzibati aktların icra edilməsindən fərqlənir. Hazırki icraat daxilində tələb yönəldilmiş borclu inzibati akt ilə üzərinə konkret hərəkəti həyata keçirmək vəzifəsi qoyulmuş şəxsdir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. Bundan sonra, məhkəmə qaydasında icra sənədinin əldə edilməsinə heç bir ehtiyac yoxdur. Tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati iddia (mübahisələndirmə) irəli sürülə bilər. Göstərilənlərə istinad edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qəbul etdiyi inzibati akt faktiki olaraq müvafiq qaydada icraya yönəldilməli olan sənəddir. Həmin qərarda inzibati orqanın gəlmiş olduğu nəticəsi ilə bağlı yenidən məhkəmə qərarının əldə edilməsinə ehtiyac yoxdur. İzah olunmalıdır ki, inzibati orqan müvafiq olaraq artıq tutulması qərara alınmış pul məbləğinin yenidən məhkəmə qaydasında tutulmasına dair tələbi irəli sürməli deyil, müvafiq olaraq qəbul edilmiş və özlüyündə icra sənədi sayılan inzibati aktı icra edilməsi üçün müvafiq icra qurumuna göndərməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki halda işə məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, iddiaya dair iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətində göstərilən dəlillərə qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin yanında Dövlət X18 Şuşa rayon şöbəsi xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2020-ci il tarixədək olan dövrdə ödənilmiş 2154 manat pulun Cavabdeh tutulması barədə öz qərarını müvafiq icra qurumuna göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət X18 Şuşa rayon şöbəsinin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)-38/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət X18 Şuşa rayon şöbəsinin Cavabdeh qarş pul tələbinə dair mülki işin icraatına işə məhkəmədə baxılmalı olmadığına görə xitam verilsin. Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin yanında Dövlət X18 Şuşa rayon şöbəsinə xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2020-ci il tarixədək olan dövrdə ödənilmiş 2154 manat pulun Cavabdeh tutulması barədə öz qərarını müvafiq icra qurumuna göndərmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1928/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1928/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver