Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-193/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti cəlb edilməklə) mənzildən çıxarılma və digər tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2704/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1095/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddianın təmin edilməsi, Sumqayıt şəhəri, 47-ci məhəllə, 11 saylı evdə yerləşən 26 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
2. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 736 nömrəli 07 sentyabr 2023-cü il tarixli yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması barədə Sərəncamının məzmunundan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin e-2- 1(118)-1095/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, 47-ci məhəllə, 11 saylı evdə yerləşən 26 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Müəyyən olunmuşdur ki, Sumqayıt Səthi Aktiv Maddələr İB-nin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsi və MMK-nın xx.xx.1993-cü il tarixli birgə iclasının 7 nömrəli protokoluna əsasən Sumqayıt şəhəri, 47-ci məhəllə, 11 saylı evdə yerləşən 26 saylı mənzil 6 nəfər ailə tərkibi ilə İddiaçı Ağabay oğluna ayrılmışdır. Mənzil yaşayış sahəsi 53,13 kvadrat metr olan 4 otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aiddir. Hazırda ərizəçi 8 nəfər (özü, arvadı, 2 oğlu, qızı və digər 2 qız övladı ilə) ailə tərkibi ilə mərhum atasına aid Corat qəsəbəsində yerləşən 450 saylı evdə 1975-ci ildən qeydiyyatda olmaqla yaşayır. Məhkəmə qətnaməsini nəzərə alaraq, İddiaçı hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci maddələrini rəhbər tutaraq, yaşayış sahəsi 53,13 kvadrat metr olan 4 otaqlı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 11, mənzil 26-ya dair İddiaçı ilə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanılması (ailə tərkibi 6 nəfər: İddiaçı-özü, X13- arvadı, X11- oğlu, X9- qızı, X8- qızı, X10- oğlu), Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi və Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Saray kəndindən məcburi köçkünlər- Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məcburi köçkün, həmçinin şəhid ailəsi kimi qeydiyyatdan keçib-keçməmələri, onlara hər hansı bir mənzil təklif edilib-edilməməsinin, mənzillə təmin olunmasının, mənzilə ehtiyacı olan şəxslərin siyahısında adlarının olub-olmamasının, dövlət tərəfindən mənzillə təminatı, həmçinin onların başqa yaşayış sahəsində yerləşdirilməsi imkanı və ya gələcəkdə yaşayış sahəsinin təminatı ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilir ki, Qubadlı rayonunun Saray kəndindən məcburi köçkün Cavabdeh2 yuxarıda adları qeyd olunan ailə üzvləri ilə bərabər Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 11 saylı evin 26 nömrəli mənzilində məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamış və hər hansı bir mənzillə təmin olunması təklif olunmamışdır. Qeyd edilir ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır və həmin siyahılar üzrə məcburi köçkün, həmçinin şəhid ailəsi olaraq Cavabdeh2 adı ailə üzvləri ilə birgə məskunlaşdıqları mənzil üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Qayıdışla bağlı Qubadlı rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı Cavabdeh2 adı ailə üzvləri ilə bərabər öz doğma yurduna köçürülməsi həyata keçiriləcəkdir. Qeyd edilir ki, Böyük Qayıdışla bağlı Qubadlı rayonundan olan məcburi köçkün ailələrinin öz doğma yurdlarına köçürülməsi hazırki vaxta kimi həyata keçirilməyib.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən 11 saylı evin 26 saylı mənzili xx.xx.1993-cü il tarixdə SAM (Sumqayıt Səthi Aktiv Maddələr) zavodu tərəfindən keçirilən mənzil bölgüsü zamanı İddiaçı verilmişdir. Bunu xx.xx.1993-cü il tarixdə verilmiş arayış da təsdiq edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X5 məcburi köçkündür. Cavabdehlər iddiaçının xəbəri olmadan ona məxsus olan qeyd olunmuş mənzildə məskunlaşmış, onun mülkiyyətində olan mənzili zəbt etmişdir. Mənzilin boşaldılması ilə əlaqədar cavabdehlərə etdikləri müraciətlərin heç bir nəticəsi olmamışdır. Cavabdehlər mənzili zəbt etdiklərinə görə iddiaçı mənzilə daxil ola bilmir və mənzildən istifadəsi də imkan xaricindədir. Bu isə iddiaçının mənzil üzərində sərəncam vermə və sahiblik hüquqlarını kobud şəkildə pozur. Yuxarıda qeyd olunanların iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığını nəzərə alaraq cavabdehlər sözügedən mənzildən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X3 Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən 11 saylı evin 26 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2704/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X3 ünvan 1vanında yerləşən 26 saylı mənzilindən çıxarılmaları, ünvan 1vanında yerləşən 26 saylı mənzilinin boşaldılması və İddiaçı təhvil verilməsi, bu qətnamənin Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olması qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 157.8, 158.4-cü maddələri, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-2704/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və ədalətsiz hesab etməklə onun ləğv edilməsini məhkəmədən xahiş edir. Belə ki, ailə üzvləri ilə birlikdə erməni işğalçılarının təcavüzü nəticəsində Qubadlı rayonundan qaçqın düşərək, 1993-cü ildə köçüb Sumqayıt şəhərinə pənah gətirmişlər. Həmin vaxtdan da, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışlar. Göstərilən mənzilə özbaşına və ya zorla girməmişlər, məcburi köçkün ailəsi kimi orada məskunlaşmışlar. Hal-hazırda 5 nəfər ailə üzvü ilə birlikdə həmin ünvanda yaşayır və başqa mənzili və ya yaşayış yerləri yoxdur. Valideynləri rəhmətə getmişlər, özü İİ qrup əlil olsa da, fərdi əməklə məşğul olur, qardaşı X15 müharibəsində şəhid olmuşdur. X1 Sumqayıt şəhər nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsi, 20 saylı MKS-nin təsdiq etmiş olduğu ailə tərkibi barədə arayışı və sairə bir daha sübüt edir. Qubadlı rayonundan məcburi köçkün kimi yuxarıda göstərilən ünvanda məskunlaşıb yaşayır, 5 nəfər ailə üzvlərindən işləyən yoxdur, maddi imkansızlıqdan ailə üzvlərinin hamısı, eləcə də, o özü də xəstə və İİ qrup əlildir. Evdə dəyərli heç bir əmlakları da yoxdur ki, satıb özlərinə güzəran, yaşayış mənzili əldə etsinlər. Ailənin ağır vəziyyəti, yaşayış sahəsi, mənzil almaq imkanından onları məhrum etmişdir. Ona görə də apellyasiya məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, qətnamə qanunsuz və əsassızdır. AR Konstitusiya Məhkəməsinin Plenumu, xx/xx/2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair qərarında göstərir ki, “MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o, vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Məhkəmə, qanunvericiliyin tələblərini pozmuş və onların əleyhinə qətnamə qət etmiş, bununla da İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Roma, 4.Xİ.1950) müddəalarını pozmuşdur. Belə ki, məhkəmə qətnaməsində “qətnamənin Azərbaycan Respublikası Qaçqınlarınvə X6 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas”dır qeyd etsə də, qətnamənin bu hissəsinin, yəni yaşayış sahəsi ilə təmin edilməsi və “ünvan 3 ünvanında yerləşən 26 saylı mənzilindən çıxarılma və mənzilin boşaldılması” hissəsinin eyni vaxtda icra olunması məsələsini həll etməmişdir. Belə olan halda qətnamənin icrası yarımçıq olacaqdır, çünki məhkəmə qərarı əsasında onların mənzildən çıxarılması təmin olunsa da, mənzillə təmin olunmaqları sual işarəsi altında qalacaqdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati, yardımçı və digər binalarda məskunlaşdırılması” Qaydasının 4-cü bəndinə görə “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədi ilə həmin evlərə əlaqədar təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır.
10. Bundan başqa, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyul 2004-cü il tarixli, 298 saylı Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Beləliklə də, məndən başqa daha 5 nəfərin həmin yaşayış sahəsində yaşamaq hüquqları vardır. Bu məhkəmə prosesləri isə, onun və ailə üzvlərinin Konvensiyanın 2-ci maddəsində təsbit olunmuş yaşamaq hüquqlarını poza bilməz. Belə ki, məhkəmə yaşayış hüquqlarına toxuna bilməzdi ona görə ki, bu onun və ailəsinin konstitusion hüququdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsi təhlükəsiz yaşamaq hüququ və 43-cü maddəsi-mənzil hüququ ilə qorunur. Qanuna əsasən, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır və hər kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası tərəfindən onun bu iddiaları təmin olunmalıdır. Bundan başqa, məhkəmə qətnaməsində azyaşlı körpəsi - 2011-ci il təvəllüdlü X3 da həmin mənzildən çıxarılmasını göstərilmişdir ki, bu da qanunsuz və əsassızdır. Bundan başqa, Dovlət qaçqınkomun da nümayəndəsi prosesə cəlb edilməmişdir. Halbuki X6ndə onların iştirakı məcburidir. Mənzildən çıxmağa razıdırlar, yetər ki, küçədə qalmasınlar, Dövlət qaçqınkom onları evlə yaşayış sahəsi ilə təmin etsin. Məhkəmə qərarı əsassız və mövcud qanunvericilik normalarına ziddir. Belə ki, məhkəmə bu prosesdə işə baxaraq birtərəfli və qərəzli qərar çıxararaq Avropa Konvensiyasının 6-cı maddəsinin-ədalətli məhkəmə araşdırması hüquqlarını kobud şəkildə pozmuşdur. Qərar qəbul edilərkən işin faktiki halları hərtərəfli araşdırılmamış, sübutlar yanlış olaraq iddiaçının xeyrinə şərh edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. (Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsi) Hesab edir ki, göstərilən iddiaları tamamilə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
16. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu
22. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2704/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verildiyindən, məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini yalnız Cavabdeh1 aid hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlərin mübahisəli mənzildən çıxarılması barədədir. İşin faktiki hallarından görünür ki, mübahisəsi gedən ünvan 1vanında yerləşən 26 saylı mənzil İddiaçı məxsusdur. Cavabdehlər hazırda mübahisəli mənzildə yaşayırlar və mənzildən çıxmırlar. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
35. İşdən görünür ki, Cavabdeh1 mübahisələndirilən mənzildə 1993-cü ildən yaşayır, başqa yaşayış yeri olmadığından ev veriləcəyi təqdirdə mənzildən çıxmağa etiraz etmədiyini bildirir. Kollegiya həmin dəlillərə münasibət bildirərək, qeyd edir ki, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi mübahisəli mənzilin hüquqi statusunu müəyyən edən sənəd Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1095/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əsasında qəbul edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 736 nömrəli, 07 sentyabr 2023-cü il tarixli “yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması” barədə Sərəncamıdır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
39. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən.
40. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə gözlənilən mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi qanuni sahib kimi iddiaçının qanunla qorunan hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
41. Apellyant şikayətində X6 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin olunduğu təqdirdə mənzildən çıxmağına razı olmasını bildirmişdir. Kollegiya bu dəlilə qiymət verərək hesab edir ki, həmin dəlil iddiaçının mənzilə dair hüquqlarının məhdudlaşdırması üçün əsas ola bilməz.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli formal əsaslar kimi qiymətləndirilməli, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2704/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.