Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1930/2022 12.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “zəbt olunmuş qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)- 428/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-428/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh zəbt etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus, ünvan 1 ünvanda yerləşən iki mərtəbədən ibarət, 1-ci mərtəbəsinin sahəsi 23.2 kv.m., ikinci mərtəbəsinin sahəsi 27.3 kv.m. olan “Ç” tikilisindən özünəməxsus əşyalarla birlikdə çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X1 (Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE0000000 **********501) hesabına köçürülməsi qət edilmişdir (hakim Azər İsmayılov). Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021ci il tarixli, 2(060)-428/2021 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və apellyasiya şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən verilmiş apellyasiya şikayəti üzrə işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 10-1.3cü və 10-1.5-ci maddəsinin tələblərinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apellyasiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1.3,10-1.5, 263- 264, 363.1.5, 365, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ƏRARAALİR: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “zəbt olunmuş qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)- 428/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1930/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1930/2022
12.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver