Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1934/2022 31.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdan ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə, Cavabdehin nümayəndəsi: X6 iştirakları ilə, İddiaçı Qənbərova (Əzizova) Əfsanə Bilal qızının Cavabdeh MMC-yə və üçüncü şəxs Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 may 2022ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı Qənbərova (Əzizova) Əfsanə Bilal qızının cavabdeh «Aztelekom” MMC-yə (İİİ şəxs Abşeron rayon Masazır Bələdiyyəsi) qarşı qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat və mütəxəsiss rəyi alınması üçün 311 manat məhkəmə xərcinin iddiaçının özünə aid edilməsi, iş üzrə 50 manat məbləğində ekspertiza xərcinin iddiaçıdan tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Qənbərova (Əzizova) Əfsanə Bilal qızı cavabdeh «Aztelekom” MMC-yə (İİİ şəxs Abşeron rayon Masazır Bələdiyyəsi) qarşı qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan 0.042 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş ATS binasının cavabdehin hesabına sökülməsi, ona məxsus torpaq sahəsindən qanunsuz istifadə etdiyinə görə cavabdehdən 10.000 (on min) manat məbləğində kompensasiya və 1000 manat məbləğində mənəvi zərərin əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən sahəsi 0.042 ha olan torpaq sahəsi və torpaq sahəsinin içərisində yerləşən ümumi sahəsi 128.1 kv fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. O, mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş və həmin evdə yaşayır. Cavabdeh MMC-nin X1suz olaraq və onun xəbəri olmadan ona məxsus torpaq sahəsində ATS tikdirmiş və ona məxsus torpaq sahəsini demək olar ki zəbt etmişdir. Dəfələrlə, cavabdeh təşkilata mülkiyyətində olan torpaq sahəsini boşaltmasını tələb etsə də onun tələbinə məhəl qoymamışdır. Ona görə də pozulmuş mülkiyyət hüquqlarının məhkəmə vasitəsilə bərpa olunması qərarına gəlmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə onun Konstitusiya ilə təminat altına alınan və qorunan mülkiyyət hüquqlarını təmin etməmişdir. Məhkəmə bildirir ki, cavabdeh mübahisə olunan torpağı əvvəl almışdır. Mübahisəli torpaq sahəsini o, 23 sentyabr 2010-cu ildə hərrac vasitəsilə aldıqdan bir neçə il sonra cavabdeh ona məxsus torpaq sahəsində qanunsuz tikili inşa etmişdir. Abşeron rayonu Masazır Bələdiyyəsinin 16 aprel 2007-ci il tarixli 17 nömrəli qərarı ilə “Atçılıq” adlanan sahənin yanında yeni Telekommunikasiya Qovşağının tikintisi üçün ayrılan 250 kv.m torpaq sahəsi olduğu heç bir rəsmi sənədlə və sübutla təsdiq olunmur. Məhkəmə ekspert rəyinə düzgün qiymət verməmişdir. Məhkəmə yekun nəticəyə gələrkən işin bütün faktiki hallarını araşdırmamış, iş materiallarında olan vacib sübutları düzgün qiymətləndirməmiş, sənədləri düzgün araşdırmamışdır. Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(012)-98/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi E.A.Məmmədov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə üçüncü şəxs Abşeron rayon Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehə verilmiş torpağın iddiaçıdan əvvəl verilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 0.042 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 128.1 kv.m olan fərdi yaşayış evi Ə.B.Qənbərovanın adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 126 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan nikah haqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ə.B.Qənbərova (Əzizova) arasında xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlanmış, Ə.B.Qənbərova (Əzizova) soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli **********29-10301 reyestr nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən 0.042 ha torpaq sahəsi və fərdi yaşayış evi Ə.B.Qənbərovanın mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i, 247 nömrəli sahədə yerləşən 0.042 ha torpaq sahəsi Ə.B.Qənbərovaə Bilal qızının adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 141 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, Ə.B.Qənbərova Abşeron rayonu ərazisində yerləşən Masazır bələdiyyəsinin, dövlətin mülkiyyətində olan 426,0 kv.metr və ya 0,0426 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi və ya icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 23 sentyabr 2010-cu il tarixdə keçirilmiş açıq torpaq hərracının və ya müsabiqənin qalibidir. Torpaq sahəsi açıq torpaq hərracında, müsabiqədə 970 (doqquz yüz yetmiş) manata mülkiyyətə və ya icarəyə verilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX-ti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1i, 247 nömrəli sahədə yerləşən 0.042 ha torpaq sahəsi Abşeron rayon Masazır bələdiyyəsinin adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 141 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarın surətindən görünür ki, Əhalinin telefon rabitəsinə artan tələbatını və Cavabdeh X5 Telekommunikasiya Qovşağının xx.xx.2007-ci il tarixli, 5/232 saylı məktubunu nəzərə alaraq “Atçılıq” adlanan sahənin yanında yeni Telekommunikasiya Qovşağının tikintisi üçün 250 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cavabdeh X7 Telekommunikasiya Qovşağının xx.xx.2009-cu il tarixli “Abşeron rayonun Masazır kəndinin Atçılıq yaşayış massivində tikilən EATS binasının tikintisi obyektinin balansa qəbul edilməsi haqqında” əmrin surətindən görünür ki, Qəbul Komissiyasının xx.xx.2009-cu il tarixli aktı təsdiq edilməsi, Qəbul Komissiyasının xx.xx.2009-cu il tarixli aktına əsasən 41283,75 manat dəyərində əsas vəsaitlər inzibati binanın dəyəri qovşağın balansına qəbul edilməsi əmr edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin Masazır Bələdiyyəsinin müraciətinə əsasən Cavabdeh İstehsalat Birliyinin X2 ATS tikintisi məqsədi ilə torpaq ayrılmasına dair rəyin surətindən görünür ki, Masazır Bələdiyyəsinin perspektiv inkişaf fondunun torpaq sahəsindən Cavabdeh İstehsalat Birliyinin X2 ATS tikintisi məqsədi ilə 250 kv.metr torpaq sahəsinin ayrılmasına etiraz etmir. İşə əlavə olan Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cavabdeh X7 Telekommunikasiya Qovşağının xx.xx.2009-cu il tarixli əmrin surətindən görünür ki, Abşeron TKQ-nin vəsaiti hesabına Masazır kəndinin atçılıq massivində tikintisi nəzərdə tutulan EATS-in binasının tikintisi obyektinin istismara qəbul edilməsi üçün Qəbul Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2101 saylı ekspert rəyindən müəyyən edilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 0,042 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində cavabdeh "xxxx" MMC-nin X2 tərəfindən faktiki olaraq istifadə etdiyi 0,0259 ha hissəsində yerləşən tikililərin (inzibati bina poçt və köməkçi tikili) məhz iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, ünvan 1ində yerləşən sahəsi 0.042 ha olan torpaq sahəsi və torpaq sahəsinin içərisində yerləşən ümumi sahəsi 128.1 kv fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsi ilkin olaraq iddiaçının adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamə əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 23 sentyabr 2010-cu il tarixdə keçirilmiş açıq torpaq hərracının və ya müsabiqənin qalibi kimi rəsmiləşdirilmişdir. Bundan əvvəl isə iş materiallarından göründüyü kimi, Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə Cavabdeh X5 Telekommunikasiya Qovşağının xx.xx.2007-ci il tarixli, 5/232 saylı məktubunu nəzərə alaraq “Atçılıq” adlanan sahənin yanında yeni Telekommunikasiya Qovşağının tikintisi üçün 250 kv.m torpaq sahəsi ayrılması qərara alınmış və həmin ərazidə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cavabdeh X7 Telekommunikasiya Qovşağının EATS-in binasının tikintisi obyekti tikilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2101 saylı ekspert rəyindən iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 0,042 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində cavabdeh "xxxx" MMC-nin X2 tərəfindən faktiki olaraq istifadə etdiyi 0,0259 ha hissəsində yerləşən tikililərin (inzibati bina poçt və köməkçi tikili) yerləşdiyi müəyyən edilir. İş materiallarında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cavabdeh X7 Telekommunikasiya Qovşağının xx.xx.2009-cu il tarixli əmrin surətindən görünür ki, Abşeron TKQ-nin vəsaiti hesabına Masazır kəndinin atçılıq massivində tikintisi nəzərdə tutulan EATS-in binasının tikintisi obyektinin istismara qəbul edilməsi üçün Qəbul Komissiyası yaradılması halı və işin yuxarıda müəyyən edilən halı, habelə işin digər materialları məcmu halda qiymətləndirilərkən belə nəticəyə gəlmək olar ki, cavabdehə qeyd edilən məqsədlə ayrılan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən torpaq sahəsindən daha əvvəl olmuşdur, hətta iddiaçıya torpaq sahəsi ayrılan zaman mübahisəli tikili artıq mövcud olmuşdur. Bu əsasda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Qanunun 16.3.maddəsinə görə Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21 və 23 maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31 may 2002 il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «…mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi neymətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir…» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16. maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki höquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 24 may 2022-ci il tarixli e-2(012)-98/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1934/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1934/2022
31.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver