Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1938/2020 29.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X13 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının yenidən hesablanması vəzifəsinin və əmlakın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-175/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 2(031)-175/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Şabran rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 tərəfindən X7 üçün hesablanmış əmək məzuniyyətlərinə görə kompensasiyanın və məcburi işburaxmaya görə əmək haqqının məbləğinin yenidən hesablanması vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, QR2250 nömrəli rəy ləğv edilsin və direl-deşici dəzgahın, tokar dəzgahın, hava kompressorunun, 2 otaqdan ibarət gözətçi binasının və 2 otaqdan ibarət yardımçı binanın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1nə və «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nə həvalə edilməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov) Qətnamədən üçüncü şəxs X7 apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 2(031)-175/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC məhkəmədə Cavabdeh1nə və «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nə qarşı iddia qaldıraraq Şabran rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 tərəfindən X7 üçün hesablanmış əmək məzuniyyətlərinə görə kompensasiyanın və məcburi işburaxmaya görə əmək haqqının məbləğinin yenidən hesablanması vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi və «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, QR2250 nömrəli rəyin ləğv edilməsi və direldeşici dəzgahın, tokar dəzgahın, hava kompressorunun, 2 otaqdan ibarət gözətçi binasının və 2 otaqdan ibarət yardımçı binanın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs şəxs X7 apelyasiya şikayətini müdafiə edərək onunla əsaslandırdı ki, məhkəmənin qəbul etdiyi qətnamədən narazıdır, ona görə ki, qətnamə əsassız və qanunsuzdur. Birinci ona görə ki, xx xxxxxx 2019-cu il tarixli, 8(105)- 226/2019 saylı Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən bu məsələlərə baxılaraq hüquqi qiyməti verilmişdir, çıxarılan qərardad həmin andan qövvəyə minmişdir. Qərardaddan şikayət verilə bilməz. Bu gün bu məsələyə Şabran Rayon Məhkəməsi, apellyasiya qaydasında baxılan, qanuni qüvvəyə minmiş Məhkəmə qərarını icra etmək əvəzinə qərarın əleyhinə çıxaraq ədalətsiz qərar qəbul etmişdir. Yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarını yerli məhkəmə müzakirə edə bilməz. Yuxarı instansiya məhkəməsi bu işi bir dəfə geri qaytararaq Şabran Rayon Məhkəməsindən konkret suallarla cavab verməsini istəmişdir. Konkret suallara cavab verilənlərdən sonra haqqı, ədaləti Sumqayıt Apellyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 8(105)-226/2019 saylı qərardadı ilə qərar alınmışdır və rəsmi dövlət idarələrinin araşdırmalarına görə, işin içində olan rəsmi sənədlərə görə bu günə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 662/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli icra sənədinə əsasən borclu “xxxxxxxxxxxxxxxx” ASC-dən X2 istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya və məcburi iş buraxmaya görə qalmış 4521,21 manat məbləğində, Şabran Rayon Məhkəməsinin 2(031 )-906/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 18922,73 manat məbləğində, cəmi 22043,94 manat məbləğində borcu var. Cavabdeh1, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixli aktına əsasən İddiaçı ASC-yə məxsus 1 ədəd 4 tonluq su çəni qiyməti 400 manat, 2 ədəd böyük ölçülü kukl qiyməti 1000 manat cəmisi 1400 manat dəyərində əmlak aktla X4 təhvil verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı ASC –yə məxsus 1 ədəd Rusiya istehsalı direl-deşici dəzgah (400 manat) , 1 ədəd Rusiya istehsalı olan Dəmiryonan dəzgah, 1 ədəd Rusiya istehsalı olan (1969-cu ilin buraxlışı) tokar dəzgahı (700 manat), 1 ədəd Rusiya istehsalı olan (1969-cu ilin buraxlışı) hava kompressoru (250 manat), 2 otaqdan ibarət gözətçi binası (3000 manat) və 2 otaqdan ibarət yardımçı binanın (5000 manat) bazar dəyəri 9350 manatdır. Cavabdeh1 tərəfindən X7 üçün hesablanmış əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının miqdarının yenidən hesablanmasına və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, QR2250 nömrəli rəyin ləğv edilməsinə və yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki bu MMC AR Ədliyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir. 2013-cü il 7 yanvar tarixindən 7 ildən artıq vaxt keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş qərar icra olunmur. Qeyd olunanlara əsasən Şabran Rayon Məhkəməsinin 2(031)-175/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasının və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı ASC-nin sədri X5 apelyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsi ilə iddiaçı X2 işdən azad olunması barədə İddiaçı ASC-nin xx xxxxxx 2015ci il tarixli, 02 saylı əmrinin ləğv edilməsi, iddiaçı X2 «xxxxxxxxxxxxxxx» ASC-yə baş iqtisadçı iişinə bərpa edilməsi, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir. Həmin qətnamədə X6 ödənilməli məbləğin miqdarı göstərilməmiş, ayrıca olaraq həmin məbləğlərin hesablanması barədə inzibati akt yoxdur. Cavabdeh1 təqdimatda göstərilən məbləği ortalıqda heç bir inzibati akt olmadan özü 18922.73 manat məbləğində müəyyənləşdirilmişdir. Həmin rəqəm şişirdilmiş bir rəqəmdir. Ortalıqda inzibati akt yoxdur ki, onu mübahisələndirsin. Hesablanmış məbləğ qeyri-dəqiq və mübahisəlidir. Odur ki, Şabran rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən X7 üçün hesablanmış əmək məzuniyyətlərinə görə kompensasiyanın və məcburi işburaxmaya görə əmək haqqının məbləğinin yenidən hesablanması vəzifəsi Cavabdeh1nə həvalə edilməlidir. Həmçinin Cavabdeh1 Şabran rayon məhkəməsinə təqdimatla müraciət edərək borclu İddiaçı ASC-nin mülkiyyətində aşkar edilmiş 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu ilin buraxılışı) tokornıy dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışlı) hava kompressoru, 2 otaqdan ibarət gözətçi binası və 2 otaqdan ibarət yardımçı bina üzərinə həbs qoyulmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Qeyd olunan təqdimatla əlaqədar adları çəkilən əmlakların qiymətləndirilməsi üçün Cavabdeh1 «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC həmin müraciətlə əlaqədar xx.xx.2019-cu il tarixli QR2250 nömrəli rəy vermiş və həmin rəydə qeyd olunmuşdur ki, direl-deşici dəzgahın bazar dəyəri 400 manat, tokar dəzgahının bazar dəyəri 700 manat, hava kompressorunun bazar dəyəri 250 manat, 2 otaqlı gözətçi binasının bazar dəyəri 3000 manat, 2 otaqlı yardımçı binanın bazar dəyəri 5000 manat olmaqla adı çəkilən əmlakların cəmi bazar dəyəri 9350 manat təşkil edir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən qiymətləndirmə aparılarkən müqayisə yanaşmasından istifadə edilmiş, hesablanmış dəyər qeyri-dəqiqdir və mübahisəlidir. Hesab edirik ki, həmin rəy ləğv edilməli və həmin əmlakların yenidən qiymətləndirilməsi vəzifəsi cavabdehlərə həvalə edilməlidir. Hər iki məsələ ilə əlaqədar müvafiq ekspertiza keçirildikdən sonra həmin məsələlərə aydınlıq gətirilə bilər. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-175/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, üçüncü şəxsinahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. İş materaillarında olan Şabran rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 işdən azad olunması barədə İddiaçı ASC-nin xx xxxxxx 2015-ci il tarixli 02 saylı əmri ləğv edilmiş, iddiaçı X7 İddiaçı ASC-yə baş iqtisadçı işinə bərpa edilmiş, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq verilməsi qət edilmişdir. İş materaillarında olan İddiaçı ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, həmin iclasda ümumi payları 91.8352% təşkil edən iki səhmdar-X11 və X5 iştirak etmişlər, iclasın qərarı ilə X1-Sərnişin ASC-nin sədri seçilmişdir. İş materaillarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli 2250 saylı qiymətləndirmə rəyindən görünür ki, «xxxxxxxxxxxxxxx» ASC-yə məxsus direl-deşici dəzgahın bazar dəyəri 400 manat, tokar dəzgahının bazar dəyəri 700 manat, hava kompressorunun bazar dəyəri 250 manat, 2 otaqlı gözətçi binasının bazar dəyəri 3000 manat, 2 otaqlı yardımçı binanın bazar dəyəri 5000 manat olmaqla adı çəkilən əmlakların cəmi bazar dəyəri 9350 manat təşkil edir. İş materiallarından görünür ki, məhkəmə iddianı təmin edərkən belə əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin icrasının təmin edilməsi, uzun müddət davam edən əsassız məhkəmə çəkişmələrinin qarşısının alınması və işin ədalətli həlli üçün iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 8(105)226/2019 saylı qərardadından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-662/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı ASC-dən X2 istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya və məcburi iş buraxmaya görə qalmış 13693,21 manat məbləğində və Şabran rayon məhkəməsinin 2(031)- 906/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçıASC-dən X2 istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya və məcburi iş buraxmaya görə yaranmış 18922,73 manat məbləğində borc, cəmi 32615,94 manat məbləğində pul X4 ödənilməlidir. Qeyd edilən qərardadla müəyyən edilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxx 2017ci il tarixli 8(105)-41/2017 saylı qərardadından görünür ki, Şabran rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 8(031)-82/2017 saylı qərardadına əsasən borclu İddiaçı ASC-yə məxsus 2 karidordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri sexi, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd «GREE» markalı kondisionerlərin üzərinə həbs qoyulmuşdur. Borclu İddiaçı ASC-nin sədri X8 həmin qərardaddan apellyasiya şikayəti təmin edilməmiş, Şabran rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2(102)-5122/17 saylı qərarından görünür ki, borclu İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli 8(105)-41/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardadla müəyyən edilir ki, Şabran rayon İjra və Probasiya Şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 662/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli icra sənədinə əsasən məcburi icra tədbirləri nəticəsində borclu İddiaçı ASC-dən inkassa sərəncamı əsasında tələbkar X2 xeyrinə 9172 manat nəğd pul ödənilmişdir. Qeyd edilən qərardadla müəyyən edilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli və Şabran rayon Məhkəməsinin 2(031)-906/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqələrinə əsasən borclu İddiaçıASC-dən X2 xeyrinə cəmi 32615,94 manat məbləğində pul tutulmalıdır. Həmin məbləğin 9172 manatı pul şəklində, 1400 manatı əmlak şəklində ödənilmiş, icra sənədləri üzrə cəmi 22043,94 manat məbləğində borc qalmışdır. Qeyd edilən qərardadla müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli qiymətləndirmə rəyindən görünr ki, İddiaçı ASC-yə məxsus 1 ədəd Rusiya istehsalı olan direl-deşici dəzgah (400 manat), 1 ədəd Rusiya istehsalı olan dəmiryonan dəzgah, 1 ədəd Rusiya istehsalı olan (1969-cu ilin buraxılışı) tokar dəzgahı (700 manat), 1 ədəd Rusiya istehsalı olan (1969-cu il buraxılışlı) hava kompressoru (250 manat), 2 otaqdan ibarət gözətçi binası (3000 manat) və 2 otaqdan ibarət yardımçı binanın (5000 manat) bazar dəyəri 9350 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (qərardadı) ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından göründüyü kimi, X4 əmək məzuniyyətlərinə görə kompensasiyanın və məcburi işburaxmaya görə əmək haqqının məbləği qanuni qüvvəsini almış Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 8(105)226/2019 saylı qərardadı ilə müəyyən edilmişdir. Eyni zamanda əmlakın qiymətləndirilməsi ilə əlaqədar «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, QR2250 nömrəli rəy də qanuni qüvvəsini almış qeyd edilən qərardad ilə təsdiq edilmişdir.. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X4 əmək məzuniyyətlərinə görə kompensasiyanın və məcburi işburaxmaya görə əmək haqqının məbləği və üzərinə həbs qoyulmuş əmlakın dəyərinin müəyyən edilməsi ilə əlaqədar «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, QR2250 nömrəli rəyi qanuni qüvvəsini almış Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 8(105)226/2019 saylı qərardadı təsdiq edildiyindən hazırki iddia tələbi təmin edilə bilməz. Məhkəmə kolegiyası hesab edir ki, qeyd edilənlərə əsasən iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, maddi hüquq normalarını pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Üçüncü şəxs X2 apelyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-175/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının yenidən hesablanması vəzifəsinin və əmlakın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1938/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1938/2020
29.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver