Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1958/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Rabtseviç Elşən Niyazi oğlunun vəkili X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3251/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Rabtseviç Elşən Niyazi oğlunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3251/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ceyhun Məmmədov) İddiaçı Əhməd oğlunun Cavabdeh1 və digərlərinə qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə ilk iddia təmin edilmiş, Niyazi Musayevdən cəmi 30.000 manat kompensasiya məbləğinin tutularaq Cavabdeh1 10.000 manat, Cavabdeh2 10.000 manat və Elşən Rabtseviçə 10.000 manat pulun verilməsi və bu məbləğ ödənildikdən sonra onların Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllədə yerləşən 24 saylı evdən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 Musa qızının İddiaçı Əhməd oğluna qarşı birgə nikah dövründə əldə edilmiş evdən bərabər payların müəyyən edilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Rabtseviç Elşən Niyazi oğlu qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3049/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3251/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Rabtseviç Elşən Niyazi oğlu qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1495/2020 saylı qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Rabtseviç Elşən Niyazi oğlunun kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3049/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdeh Rabtseviç Elşən Niyazi oğlunun ərizələrindən və ilk iddia üzrə Cavabdeh2 imzası notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3251/2019 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina etmişlər və apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Əhməd oğlu, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Rabtseviç Elşən Niyazi oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlərin ərizələri təmin edilməli, onların apellyasiya şikayətindən imtinaları qəbul edilməli və onlara münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına daxil olmuş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdeh Rabtseviç Elşən Niyazi oğlunun ərizələrindən və ilk iddia üzrə Cavabdeh2 imzasının xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş ərizəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3251/2019 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina etmişlər və apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Rabtseviç Elşən Niyazi oğlunun Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3251/2019 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina barədə ərizələrinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, onların apellyasiya şikayətindən imtinaları qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur və onların qətnamədən verdikləri apellyasiya şikayətindən könüllü, öz iradələrinə uyğun olaraq imtina etmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Rabtseviç Elşən Niyazi oğlunun apellyasiya şikayətindən imtina barədə ərizələri təmin edilməli, onların apellyasiya şikayətindən imtinaları qəbul edilməli və onlara münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Rabtseviç Elşən Niyazi oğlunun Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3251/2019 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtinaları barədə ərizələri təmin edilsin, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Rabtseviç Elşən Niyazi oğlunun apellyasiya şikayətindən imtinaları qəbul edilsin və onlara münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1958/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1958/2020
16.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver