Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1959/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-198/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 2(029)-198/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim R.Kazımov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasındakı mübahisənin məhkəmədən kənar həll olunduğunu, ona dəymiş ziyan tam ödənildiyini və Cavabdeh qarşı hazırkı iddiasından imtina etdiyini, bunun hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək iddiadan imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Cavabdeh da məhkəməyə müraciət edərək tərəflər arasındakı mübahisənin məhkəmədən kənar həll olunduğunu, iddiaçı ilə öz aralarında razılığa gəldiklərini bildirdi və İddiaçı iddiasından imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi və tərəflərin izahatlarını dinləyib, verilmiş ərizələri nəzərə alaraq hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-198/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-198/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, hazırkı iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən tərəflərin ödədikləri dövlət rüsumları özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261- 262, 263-264, 267, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. İş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-198/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərin ödədikləri dövlət rüsumları özlərinə aid edilsin. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1959/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1959/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver