Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1963/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(060)-2038/2022 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) ilkin iddia tələbinin təmin olunması, İddiaçı azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 72 saylı evin 22 saylı mənzilinə köçürülməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mkr, ev 72-də yerləşən 22 saylı mübahisəli mənzilə köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mkr, ev 72-də yerləşən 22 saylı mübahisəli mənzil mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 02 fevral 2022-ci il tarixli arayışından göründüyü kimi Sumqayıt şəhəri 9-cu mkr,ev 72-də yerləşən 22 nömrəli mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 12/590 saylı order, Sumqayıt şəhər icra Hakimiyyəti MTİİB 14 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 5246 nömrəli mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə xx.xx.2007-ci il tarixli, 4546 saylı arayış (2 nömrəli forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. O, Cavabdeh gəlini, ailə üzvü qismində mübahisəli mənzilə köçmüş, həmin mənzildə yaşayarkən cavabdehin oğlu X3 ilə birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4 xx.xx.2012-ci il təvəllüdlü X6 anadan olmuşlar. Cavabdehlə birgə yaşayıb ümumi təsərrüfat idarə etmişlər. Cavabdehin onları mübahisəli mənzilə pasport qeydiyyatına almadığına görə məhkəməyə müraciət etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə onun Sumqayıt şəhəri 9-cu mkr,ev 72-də yerləşən 22 saylı mübahisəli mənzilə istifadə və yaşayış hüququ tanınmışdır. Sumqayıt şəhəri, 9-cu mkr, ev 72-də yerləşən 22 saylı mübahisəli mənzilə köçürülməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh onu və uşaqlarını mənzilə buraxmamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı və X2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilindən cavabdehlər İddiaçı və X1 azyaşlı uşaqları ilə birlikdə əvvəl verdiyi kompensassiya məbləği nəzərə alınmaqla, mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilmısini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun gəlnidir. Mübahisəli mənzil ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil ona məxsusdur. Cavabdeh İddiaçı digər cavabdeh olan oğlu X3 ilə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, onun mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı üç övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə mülkiyyətində olan sözügedən mənzilə cavabdehlərdən İddiaçı istifadə hüququ tanınmışdır. Elə həmin vaxtdan da aralarında böyük münaqişə baş vermiş, cavabdehlər uşaqları ilə birlikdə kirayə evə köçmüşlər. Artıq 10 ildən çoxdur ki, cavabdehlər onun mənzilində yaşamırlar. Lakin buna baxmayaraq, cavabdehlər bu illər ərzində onun və digər oğlunun vəsaiti hesabına ayaqda durmuşdular. Hal-hazırda da bütün təqaüdü onlar üçün xərclənir. Belə ki, mənzildən çıxandan sonra konkret olaraq 2013-cü ildə razılaşmışlar ki, mənzili girov qoyaraq, cavabdehlərə pul versinlər, cavabdehlər də özlərinə ev alsınlar. Bu məqsəd ilə "xxxx" ASC-nin "Yasamal" filialı ilə oğlu X3 arasında xx.xx.2013-cü il tarixli, №10122013/124362 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən oğlu X2 60 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı kimi onunla bank arasında xx.xx.2013-cü il tarixli, №10122013/124362 saylı ipoteka müqaviləsi bağlanaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ildən də onun çətin günləri başlamışdır. 26 faizin ağırlığını bügün də çəkir. Həmin 25.000 (iyirmi beş min) ABŞ dolları onun üçün az qala 35.000 (otuz beş min) manat olmuşdur. Bütün məbləği onlar ödəmişlər. Hal-hazırda da ödəməyə davam edirlər. 25.000 (iyimi beş min) ABŞ dollarından da o bir manat belə olsun götürməmişdir. Mənzil hələ də ipotekadadır, hələ də ödənməmiş 6.000 manat borcu qalmışdır. Lakin cavabdehlər həm pulu alıblar, həm də yenidən onunla mənzil iddiası edirlər. Ona görə də hesab edir ki, onların mənzilə dair istifadə hüquqları itirilməlidir. Cavabdehlərin pasport qeydiyyatı formal xarakter daşıyır. Onlar mənzilə dair heç bir hüquq vəzifə yerinə yetirmirlər. Cavabdehlərin mənzilə yaşayış hüququnun itirilmiş hesab edilmələrinə dair müvafiq orqanlara müraciət etsə də, bunun yalnız məhkəmə yolu ilə mümkün olduğunu bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin tam şəkildə təmin olunması barədə yeni qətnamə edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə onun Mülki Prosessual Məcəllənin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, Mülki Məcəllənin 152, 228, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz hesab edir. Cavabdehlərin pasport qeydiyyatı formal xarakter daşıyır. Onlar mənzilə dair heç bir hüquq vəzifə yerinə yetirmirlər. Məhkəmə onun 25000 ABŞ dolları ödəməyinə dair dəlilləri ümumiyyətlə araşdırmamışdır. O, iş üçün əhəmiyyəti olan sübutları yəni, İddiaçı oğlu X1 25000 ABŞ dolları götürməsini, 10 ildir mənzildən köçüb getdiklərini, həmin məbləğin digər oğlu tərəfindən ödənildiyini tam sübuta yetirsə də, məhkəmə bunları sübut kimi qiymətləndirməyib. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməsini lkin iddia üzrə iddiaçının qanuni qüvvəyə minmiş qətnamə ilə mübahisəli mənzilə hüququnun olması, qarşılıqlı iddia tələbinin rədd edilməsini isə qarşılıqlı iddia tələbinin hüquqi əsası olmamaqla, yalnız mülhazələrdən ibarət, əssasız iddia olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşdən görünür ki, ilkin iddia tələbi mənzilə köçürülmə, qarşılıqlı iddia tələbi isə mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədədir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 72 saylı evin 22 saylı mənzili mülkiyyət hüququ ilə qarşılıqlı iddiaçı Cavabdeh məxsusdur. İlkin İddiaçı qarşılıqlı iddiaçının oğlu X3 ilə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı quraraq qarşılıqlı iddiaçının mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı üç övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2011-ci il tarixli, 2(060)-3415/2011 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı mənzildən istifadə və yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı Sumqayıt şəhəri, 9-cu mkr, 72 saylı evin 22 saylı mənzilindən istifadə və yaşayış hüququnun tanınması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddiaçının mübahisəli mənzilə istifadə hüququ qanuni qüvvədə olan məhkəmə aktı ilə tanındığından, onun həmin mənzilə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının tələbinə gəldikdə isə qeyd edir ki, qarşılıqlı iddiaçının ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1963/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1963/2022
16.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver