Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1968/2020 24.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X8 nümayəndəsi X6 və Maraqlı şəxs iştirakları ilə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-398/2019 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı X8 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-398/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı X8 Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə ərizə təmin edilməmiş, ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı X16 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)- 3796/2019 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı X8 apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-398/2019 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, 3 saylı X8 Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilmiş, “Azərbaycan Tərəvəz Bostan və Kartof Toxumçuluğu üzrə Dövlət X7 Müəssisəsi” MMC-nin rəhbəri Maraqlı şəxs (doğulduğu tarixxx.xx.1954-cü il, doğulduğu yer-Azərbaycan, Xaçmaz, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsixxxxxxx, seriya və nömrəsi-AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Maraqlı şəxs qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)- 1491/2020 saylı qərarı ilə Maraqlı şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3796/2019 saylı qətnaməsi ləğv edilərək iş yeni baxışa göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı X16 ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2627,61 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçünhüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix-xx.xx.1954-cü il, doğulduğu yer-Azərbaycan, Xaçmaz, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, seriya və nömrəsi-AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan “Azərbaycan Tərəvəz Bostan və Kartof Toxumçuluğu üzrə Dövlət X7 Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətinin (VÖEN: **********) xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə 2627,61 manat məbləğində vergi borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixli,**********349700 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı X16 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız hesab edir. Məhkəmə qətnaməsi əsaslandırılmamış vəqətnamədə ərizənin təmin edilməməsinin səbəbləri göstərilməmişdir. Məhkəmə ərizənin təmin edilməməsinin yeganə səbəbi kimi hüquqi şəxsin fəaliyyətinə xitam verilməsini əsas gətirmişdir.Dövlət qeydiyyat məlumatlarından və X1 Sisteminin “Axtarış&Hesabat” informasiya sistemindən alınmış hüquqi şəxs haqqında məlumatdan göründüyü kimi,hazırda Xaçmaz rayonu “Azərbaycan Tərəvəz-Bostan və Kartof Toxumçuluğu üzrə Dövlət X7 Müəssisəsi” MMC-nin dövlət qeydiyyatı (vergi uçotu) ləğv olunmamış və cəmiyyətin rəhbəri Xaçmaz rayonu, Həsənqala kəndində qeydiyyatda olan Maraqlı şəxsdur.Maraqlı şəxs tərəfindən sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 3 saylı X11 elektron qaydada təqdim etdiyi “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə” arayışa əsasən cəmiyyətin fəaliyyəti müvəqqəti olaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci ilədək dayandırılmışdır.Vergi ödəyicisinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması, həmin vergi ödəyicisinin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını istisna etmir. İşə baxan məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X8 nümayəndəsi X13 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətitəmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, əsas fəaliyyət növü tərəvəz, bostan, kökümeyvəli və köküyumruların becərilməsi olan “Azərbaycan Tərəvəz Bostan və Kartof Toxumçuluğu üzrə Dövlət X7 Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmış, vergi ödəyicisi kimi (VÖEN: **********) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı X9 qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı X16 tərəfindən “Azərbaycan Tərəvəz Bostan və Kartof Toxumçuluğu üzrə Dövlət X7 Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətinin rəhbəri Maraqlı şəxs ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********0 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişin surətindən görünür ki, həmin tarixə olan ümumilikdə 2.643,96 manat vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “Azərbaycan Tərəvəz Bostan və Kartof Toxumçuluğu üzrə Dövlət X7 Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, dövlət büdcəsinə 3192,28 manat vergi borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2015-ci il tarixli, 111 saylı qərarının surətindən görünür ki, Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət X7 müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti və “28 May” taxıl toxumçuluğu üzrə dövlət X7 müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X15 İstehsalat Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin xx xxxxx 2016-cı il tarixli, 183k saylı əmrinin surətindən görünür ki, Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət X7 müəssisəsi” MMC-nin direktoru Maraqlı şəxs əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xx xxxxx 2016-cı il tarixdən xitam verilmiş və bu barədə bildiriş xx.xx.2018-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi üzrə 114k saylı, xx xxxx 2016-cı il tarixli əmrinin surətindən görünür ki, birləşmə nəticəsində yaradılmış Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Xaçmaz X7 müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X3 təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 saylı, xx xxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2015-ci il tarixli, 111 saylı qərarında dəyişiklik edilərək, Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət X7 müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə müəssisəsi” nin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti mədudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 55.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2015-ci il tarixli, 111 saylı qərarı ilə Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət X7 müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti və “28 May” taxıl toxumçuluğu üzrə dövlət X7 müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X15 İstehsalat Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti yaradılmış, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin xx xxxxx 2016-cı il tarixli, 183k saylı əmri ilə Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət X7 müəssisəsi” MMC-nin direktoru Maraqlı şəxs əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xx xxxxx 2016-cı il tarixdən xitam verilmiş,birləşmə nəticəsində yaradılmış Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Xaçmaz X7 müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X3 təyin edilmişdir. Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 saylı, xx xxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2015-ci il tarixli, 111 saylı qərarında dəyişiklik edilərək, Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət X7 müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə müəssisəsi” nin tabeliyinə verilmişdir. Göründüyü kimi, Maraqlı şəxs hüquqi şəxsin icra orqanının rəhbəri deyildir, buna görə də hüquqi şəxsin vergi öhdəliyinin yerinə yetirilməməsinə görə hər hansı məsuliyyət daşıya bilməz. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı X8 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-398/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1968/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1968/2020
24.09.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver