Məhkəmə qərarları › İş №2(105)-1969/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1969/2022

23.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1969/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-1965/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl ərazisi, 5-ci keçiddə yerləşən cavabdehin yaşadığı fərdi yaşayış evinə köçürülməsi və 50 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin, 11 manat hüquqi yardımla bağlı köçürdüyü vəsaitin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və həmin vaxtdan onun yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl ərazisi, 5-ci keçiddə yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və orada yaşamışdır. Birgə nikah dövründə cavabdehlə onun şəxsi vəsaiti hesabına evin yerləşdiyi torpaq sahəsində əlavə tikililər (1 otaq, mətbəxt, hamam-ayaqyolu və əlavə mətbəxt dəhliz) inşa olunmuş və o, cavabdehlə həmin tikilidə yaşamışdır. Onlar birgə nikahda olduqları vaxt xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 adında iki azyaşlı övladı anadan olmuşdur. Onun bütün cehiz əmlakları qeyd edilən tikilidədir, lakin cavabdeh onun həmin evdən istifadə hüququnu məhdudlaşdırır, sonuncu ilə bir həyətdə yaşayan anası Zeynəblə əlbir olaraq onun həmin tikilidə yaşamamağı üçün kommunal xidmətlərdən (qaz, su və işıq) istifadə etməməyi üçün hər bir vasitəyə əl atır, onu və uşaqlarını evə buraxmır. Tikiliyə quraşdırılan işıq kodunu keçmiş qaynanası öz adına keçirməklə tikiliyə verilən işığı kəsdirmişdir. O, 2021-ci ilin iyun ayının 1-də həmin tikilidən çıxarılaraq hazırda anasına məxsus olan evdə yaşayır. O, bu müddət ərzində polisə şikayət etmiş, uşaqları ilə həmin evə köçməyə və işıq verilməsini bərpa etməyə çalışmış, lakin cavabdeh buna imkan verməmiş, Sumqayıt şəhər İşıq İdarəsində işləməyindən istifadə edərək bu özbaşına hərəkətlərini davam etdirmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-1965/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl ərazisi, 5-ci keçiddə yerləşən fərdi yaşayış evinə köçürülməsi və 50 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin, 11 manat hüquqi yardımla bağlı köçürdüyü vəsaitin cavabdehdən alınaraq ona qaytarılması barədə iddiası rədd edilmişdir. (hakim Ə.Ələkbərov) Qətnamədən İddiaçı Nurədin qızı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-1965/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən, İddiaçı Nurədin qızı və Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında əldə edilmiş barışıq sazişini təqdim edib onun təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Tərəflərin məhkəmə kollegiyasına təqdim etdikləri 23 noyabr 2022-ci il tarixli barışıq sazişi İddiaçı Nurədin qızı və Cavabdeh tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış barışıq sazişindən görünür ki, hazırkı mübahisə ilə əlaqədar tərəflər mübahisənin məhkəmədən kənar qaydada həllinə nail olmuşlar. Barışıq sazişinin şərtlərinə görə, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl, 5-ci keçiddə özbaşına tikilmiş evdə yerləşən yaşayış sahəsində yaşayan Cavabdeh hazırkİ barışıq sazişi bağlandığı gündən 10 gün ərzində İddiaçı Nürəddin qızına 2.000 (iki min )manat məbləğində pulun ödənilməsinə və tikilinin mətbəxində olan 1000(bir min) manat dəyərində mebel dəstini verilməsinə dair öhdəlik götürür. Sazişin 1-ci bəndində göstərilən öhdəlik tam yerinə yetirildikdən sonra cavabdeh İddiaçı Nürəddin qızı 10 gündən gec olmayaraq Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl, 5-ci keçiddə özbaşına tikilmiş evdə yerləşən yaşayış sahəsindən çıxması, boşaldılması və həmin yaşayış sahəsini Cavabdeh təhvil verilməsinə dair öhdəlik götürür. Bununla da Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl, 5-ci keçiddə özbaşına tikilmiş evdə yerləşən yaşayış sahəsilə bağlı tərəflər arasında mövcud mübahisəyə son qoyulur və bundan sonra tərəflər bir-birinə qarşı həmin mübahisəli yaşayış sahəsilə bağlı heç bir iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər. Məhkəmə kollegiyası tərəflərin barışıq sazişini araşdıraraq müəyyən etdi ki, saziş Azərbaycan Respublikası MPM-nin 370.1-ci və 191.1-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş, barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələri aydın surətdə ifadə olunmuşdur. Barışıq sazişinin şərtlərinin təhlili ilə müəyyən edildi ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur və deməli, barışıq sazişi təsdiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 370.2-ci maddəsinin tələblərinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci və 261.0.5-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yenə həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 191.1, 191.2, 261.0.5, 370, 391 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Tərəflər arasında 23 noyabr 2022-ci il tarixdə aşağıdakı məzmunda bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl, 5-ci keçiddə özbaşına tikilmiş evdə yerləşən yaşayış sahəsində yaşayan Cavabdeh hazırkİ barışıq sazişi bağlandığı gündən 10 gün ərzində İddiaçı Nürəddin qızına 2.000 (iki min )manat məbləğində pulun ödənilməsinə və tikilinin mətbəxində olan 1000(bir min) manat dəyərində mebel dəstini verilməsinə dair öhdəlik götürür.

2. Sazişin 1-ci bəndində göstərilən öhdəlik tam yerinə yetirildikdən sonra cavabdeh İddiaçı Nürəddin qızı 10 gündən gec olmayaraq Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl, 5-ci keçiddə özbaşına tikilmiş evdə yerləşən yaşayış sahəsindən çıxması, boşaldılması və həmin yaşayış sahəsini Cavabdeh təhvil verilməsinə dair öhdəlik götürür.

3. Bununla da Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, Maral Göl, 5-ci keçiddə özbaşına tikilmiş evdə yerləşən yaşayış sahəsilə bağlı tərəflər arasında mövcud mübahisəyə son qoyulur və bundan sonra tərəflər bir-birinə qarşı həmin mübahisəli yaşayış sahəsilə bağlı heç bir iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-1965/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar