Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1982/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin ona məxsus torpaqdan çıxarılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər N.C.Qafarova, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən 07.11.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan 0.01 ha torpaq sahəsində cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh4 hər birinə məxsus qanunsuz olaraq tikilmiş evlər, mişar daş hasarların cavabdehlərin hesabına sökülməsi, həmin torpaq sahəsinn boşaldılaraq iddiaçıya təhvil verilməsi və iddiaçının öz torpağından istifadə hüququnun bərpa edilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh4 qarşı cavabdehlərin ona məxsus torpaqdan çıxarılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin predmetini təşkil edən Abşeron rayon Masazir qəsəbəsində 07.11.2017-ci il tarixli ******* saylı çıxarış və 02.11.2017-ci il tarixli seriya nömrəsi 184376 olan sənədlə ona məxsus cavabdehlər tərəfindən zəbt olunmuş 0.01 ha torpaq sahəsində qanunsuz tikilən binaların və mişar daş hasarların cavabdehlərin şəxsi hesablarına sökülərək ona aid 0.01 ha torpağın alınıb verilməsinə və çıxarılmalarına, həmin torpaqda pozulmuş istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, zərurət yarandığından mülki iş üzrə Cavabdeh1 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən 2015-ci ildə Cavabdeh1 şifahi razılaşma əsasında 4000 manat pul verərək Abşeron rayonu Masazır qəsəbəsində 0.01 hektar torpaq sahəsi almışdır. 07.11.2017-ci il tarixdə həmin torpaq sahəsi onun adına rəsmişlədirilmişdir. Buna dair 07.11.2017-ci il tarixli ******* saylı çıxarış və 02.11.2017-ci il tarixli seriya nömrəsi 184376 olan torpaq sahəsinin plan ölçüsünə dair 4 saylı Ərazi İdarəsindən sənəd təqdim edilmişdir. Bir müddətdən sonra aldığı torpağa baş çəkməyə gələndə görmüşdür ki, torpaq sahəsində başqaları tərəfindən evlər və hasarlar tikilmişdir. Maraqlanaraq müəyyən etmişdir ki, həmin tikililər N.C.Qafarovaya, Cavabdeh2 və Cavabdeh4 məxsusdur. Dəfələrlə cavabdehlərdən mülkiyyət hüququ ilə ona məxsus torpağı boşaltmasını və orada olan qanunsuz tikililərin öz hesabına sökülərək çıxarılmalarını tələb etsə də lakin cavabdehlər məhəl qoymamış, onun tələbini yerinə yetirməmişlər. Ona sənədlə verilmiş torpağın cavabdehlər Torpaq Qanunvericliyinin və Mülki Qanunvericliyin bütün tələb və şərtlərini ona münasibətdə pozmuşlar. Belə ki, ona verilən dövlət aktında 0.01 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq tamamilə cavabdehlər tərəfindən zəbt olunaraq qanunsuz tikililərlə istismar edilmişdir. O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsi ayrı-ayrılıqda onlara məxsus olmuşdur. Buna dair DƏDRX-i tərəfindən 04 mart 2016-cı il tarixdə ********** qeydiyyat nömrəli Cavabdeh2, 2016-cı ildə həmçinin Nüşabə Qafarovaya, 2019-cu il tarixdə isə Cavabdeh4 adına çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı 2017-ci il tarixdə aldığı çıxarışı əsas gətirərək onların öz mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasına nail olmuşdur. Torpaq sahəsi rəsmi olaraq onların mülkiyyətində olduğuna görə, onun üzərində də qanuni olaraq tərəflərindən fərdi yaşayış evi inşa olunmuşdur. Mübahisəli torpaq sahələri qanunsuz olaraq əldə edilsəydi, nə Notarius tərəfindən alqı-satqı aparıla, nə də ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilə bilərdi. Məhkəmə qərarı qəbul edilərkən hakimin əsaslandığı ekspert rəyi məqbul hesab edilə bilməz. Məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməmişdir. Abşeron Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(012)-279/2021 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məhkəməyə ərizə verərək bildirmişlər ki, hazırda Abşeron Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdikləri üçün geri qaytarılmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək, hazırda tərəflər arasında barışıq olduğu üçün, işə onun iştirakı olmadan baxılmasını və iş üzrə apellyasiya icraatına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, Cavabdeh2 və qeyrilərinin şikayətdən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur və buna görə də, onun şikayətdən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatı xitam olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 369.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin ona məxsus torpaqdan çıxarılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iş üzrə apellyasiya icraatı xitam olunsun. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1982/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1982/2021
27.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver