Məhkəmə qərarları › İş №2(105)-1983/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1983/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1983/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, X7, X2, Hüseynova Rübabə (Səriyyə) Bəylər qızına, X3 və X6 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(012)-2980/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh, X7, X2, Hüseynova Rübabə (Səriyyə) Bəylər qızına, X3 və X6 qarşı Abşeron rayonu, Masazır kəndindəki 0,02 ha torpaq sahəsində inşa edilmiş 82,1 kv.metrlik fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(012)-2980/2017 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. (hakim S.Quliyeva) X1 apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(105)-3286/2017 saylı qətnaməsilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(012)-2980/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(012)-2980/2017 saylı qətnaməsi 09 fevral 2018-ci il tarixdə icraya yönəldilmişdir. Hazırda Cavabdeh da qətnamədən apelyasiya şikayəti vermişdir. Onun apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, mübahisə məhkəmə tərəfindən tam araşdırılmamışdır. İddiaçı hazırkı işdə əsl tərəf deyildir. Mübahisəli evin alqı-satqı əməliyyatı əslində anası Hüseynova Rübabə ilə İskəndərov Abuzər arasında aparılmışdır. Digər tərəfdən, daşınmaz əmlakın mülkiyyətçisinin dəyişməsi həmin əmlakdan istifadə hüquqlarına xitam verilməsi üçün əsas deyildir. Onlar 2013-cü ildən bu evdə yaşayırlar və bu fakt da onun dediyini təsdiq edir. Bundan başqa, mübahisə araşdırılarkən məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən qətnamə ləğv olunmalıdır. Apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmadığından, məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. İş üzrə tərəflərə məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Yuxarıda da qeyd edildiyi kimi, hazırda mübahisələndirilən Abşeron Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(012)-2980/2017 saylı qətnaməsinə apelyasiya qaydasında baxılmış və Sumqayıt Apelyasiya Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(105)- 3286/2017 saylı qətnaməsilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(012)-2980/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır, yəni hazırda mübahisələndirilən qətnamə artıq qanuni qüvvəsini aldığından MPMnin 357.1-ci maddəsinin tələbinə görə Cavabdeh ondan apelyasiya şikayəti vermək hüququ yoxdur. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(012)-2980/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq hazırkı mərhələdə qanuni qüvvəyə minmiş məhkəmə aktından apelyasiya şikayətini verməyə Cavabdeh hüququnun olub-olmamasını araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apelyasiyanın qeyrimümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh, X7, X2, Hüseynova Rübabə (Səriyyə) Bəylər qızına, X3 və X6 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(012)-2980/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar