Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1987/2021 10.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il il tarixli, 2(027)-202/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il il tarixli, 2(027)-202/2021 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il il tarixli, 2(027)-202/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş 01 mart 2018-ci il tarixli,reyestrdə 4Ə-506 nömrə ilə qeyd edilmiş AN-1 N0677378 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinin notariusu Cavabdeh2,Cavabdeh4 və Cavabdeh3 onun razılığı olmadan əqd bağladıqları üçün ona dəymiş mənəvi ziyan olaraq 100000 (yüz min) manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılması, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinin notariusu Cavabdeh2,Cavabdeh4 və Cavabdeh3 əməllərində cinayət tərkibi olduğu üçün barələrində xüsusi qərardad qəbul edilərək Quba Rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1968-ci ildə Sumqayıt şəhərində doğulub, 02 iyul 1986-cı ildə Cavabdeh1 ilə ailə qurmuşdur. Sonradan ailədaxili yığdıqları pulla Quba şəhərində torpaq almaq istəmişlər. Bu məqsədlə əri Cavabdeh1 hazırkı iş üzrə Cavabdeh4 12 aprel 2017-ci il tarixdə Quba şəhərində adına torpaq sahəsi almaq üçün 2 il müddətinə qüvvədə olan etibarnamə vermişdir. Cavabdeh4 Cavabdeh1 Quba şəhəri Dəvədabanı yaşayış massivində münasib qiymətə satılan torpaq sahəsi olmasını bildirmişdir. Əri də həmin torpaq sahəsini almaq üçün Cavabdeh4 4000 (dörd min) manat pul vermiş və bundan sonra Quba rayon notariat kontorunda bağlanmış 14 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əri Cavabdeh1 adına cavabdeh Məhəmməd X1 Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsini almışdır. Sonra həmin torpaq sahəsinə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış alınmışdır. O, ərindən həmin torpaq sahəsində ev tikintisinə başlamağı xahiş etmiş, lakin həmin torpaq sahəsinə gəldikdə torpaq sahəsinin oların olmadığını öyrənmişdir. O, bu barədə əri Cavabdeh1 bildirdikdə sonuncu torpağı heç kimə satmadığını bildirmişdir. Bu məlumatın ətraflı öyrənilməsi üçün vəkil sorğusu ilə müraciət etmiş, Quba regional Cavabdeh6taiat ofisindən onlara verilmiş məlumat əsasında müəyyən olunmuşdur ki, əri Cavabdeh1 3 il bundan əvvəl Cavabdeh4 verdiyi torpaq sahəsinin alınması barədə etibarnamə əsasında Cavabdeh4 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın onlarda olmasına və həmin çıxarışın qüvvədə olduğu halda, onlara məxsus torpaq sahəsini hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 Cavabdeh6ndə bağlanmış və notarius Cavabdeh2 tərəfindən təsdiq edilmiş 01 mart 2018-ci il tarixli, AN-İ nömrəli alqı-satqı müqaviləsinə əsasən 4500 manata satmışdır. Həmin alqı-satqı müqaviləsi notarius Cavabdeh2 tərəfindən təsdiq edilərkən, Cavabdeh1 Ağamməd oğlunun rəsmi nikahda olub-olmamasını, onun arvadının bu müqavilənin bağlanmasına razılığının olub-olmamasını araşdırmadan cavabdeh M. Nəcəfovun verdiyi ərizə əsasında alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Cavabdeh4 notariat ofisində verdiyi ərizədə Cavabdeh1 nikah qeydiyyatında olmamasını, subay olduğunu bildirmişdir. Həmin ərizə qanunsuz və əsassızdır. Notarius vəzifə səlahiyyətlərindən istifadə edərək M. Nəcəfovun verdiyi ərizə əsasında alqı-satqı müqaviləsini rəsmiləşdirmiş və o, Cavabdeh1 ilə nikahda olduğu halda bu alqı-satqıya razılığını verməmişdir. Cavabdeh4 əri Cavabdeh1 adından onun razılığı alınmadan notarius təsdiqi ilə onların ailəsinə məxsus Quba şəhəri ərazisində yerləşən 0,09 ha torpaq sahəsini Cavabdeh3 satmışdır. Əri Məmmədov X9 Nəcəfova etibarnamə verərkən torpaq sahəsini almaq məqsədi güdüb, torpaq sahəsini satmaq məqsədi olmayıb. Lakin Cavabdeh1 torpaq sahəsini almaq üçün ona verilmiş etibarnamədən sui istifadə edərək həmin torpaq sahəsini satıb. Cavabdeh3 Cavabdeh1 ailəli olmasını, faktiki olaraq onunla nikahda olmasını bildiyi halda, həmin torpaq sahəsinə dair alqı- satqı müqaviləsini imzalamış və torpaq sahəsini almışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verib, Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş 01.03.2018-ci il tarixli,reyestrdə 4Ə-506 nömrə ilə qeyd edilmiş AN-1 N0677378 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinin notariusu Cavabdeh2,Cavabdeh4 və Cavabdeh3 onun razılığı olmadan əqd bağladıqları üçün ona dəymiş mənəvi ziyan olaraq 100000 (yüz min) manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılması, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinin notariusu Cavabdeh2,Cavabdeh4 və Cavabdeh3 əməllərində cinayət tərkibi olduğu üçün barələrində xüsusi qərardad qəbul edilərək ünvan 1 ünvanında yaşayan Cavabdeh7 cavabdeh kimi işə cəlb edilməsi, Quba şəhəri ünvanında yerləşən 0.09 ha torpaq sahəsi ilə bağlı Cavabdeh3 və Cavabdeh7 arasında Qusar rayon notariat kontorunda bağlanmış 15.07.2020-ci il tarixli, 4/Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh7 adına rəsmiləşdirilmiş Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsinə dair 06.08. 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışın ləğv edilməsi, onunla Quba ASAN Vəkil Bürosu arasında bağlanmış hüquqi yardım haqqında müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun cavbdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilmısini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 17 mart 2021-ci il il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MM-nin 225.6, 445.5-ci maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8-ci maddəsinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili E.İ.Əlixanlı iddia ərizəsində qeyd olunan halları və apelyasiya şikayətinin dəlillərini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili E.Ə.Alxaz apelyasiya şikayətinə etiraz edib təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd olunan proses iştirakçılarının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin olunub birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.03.2017-ci il olan Çıxarışla Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X10 adına rəsmiləşdirilmişdir. Quba rayonu notariat kontorunun xüsusi notariusu tərəfindən 10 aprel 2017-ci il tarixdə verilmiş etibarnamə ilə müəyyən olur ki, təmsil edilən Cavabdeh1 təmsil edən X6 onun adına torpaq sahəsi almağı,notariat kontorunda nümayəndəsi olmağı, alqı satqı aparmağı, müqavilələri imzalamağı və sair hərəkətləri etməyi 10.04.2019-cu il tarixə kimi etibar etmişdir. 14.04.2017-ci il tarixli, 4ə-916 reyest nömrəli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X14 ona məxsus reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.03.2017-ci il olan Çıxarışa əsasən Quba şəhərində yerləşən 0.09 ha torpaq sahəsini alıcı Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi olan Cavabdeh4 vasitəsilə 4000 manata satmışdır. DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01.05.2017-ci il olan Çıxarışla Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 01.03.2018-ci il tarixli, 4ə-506 reyest nömrəli, AN-İ №0677378 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi Cavabdeh4 təmsil etdiyi şəxsə məxsus reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01.05.2017-ci il olan Çıxarışa əsasən Quba şəhərində yerləşən 0.09 ha torpaq sahəsini alıcı Cavabdeh3h Əhməd oğluna 4500 manata satmışdır. Həmin torpaq sahəsinə Cavabdeh3 adına dövlət reyestrindən 01.09.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin notariat işi öyrənilərkən müəyyən olur ki, notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən notarius tərəfindən torpaq sahəsinin sahibi Cavabdeh1 rəsmi nikahda olub-olmaması yoxlanılmamış, onun arvadının bu müqavilənin bağlanmasına razılıq verib-verməməsinin öyrənilməsi üçün elektron sistemdən məlumat alınmamış, bunun əvəzində etibarnamə əsasında təmsil edən X2 təmsil etdiyi şəxsın nikah qeydiyyatında olmaması və subay olması barədə heç bir hüquq normasına sığmayan qanunsuz və əsassız ərizəsı əsasında alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Qusar rayon notariat kontorunun 15.07.2020-ci il tarixli, 4/Ə-1311 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsi Cavabdeh7 adına özgənikiləşdirilmiş və onun adına reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06.08.2020-ci il olan Çıxarış verilmişdir. İV-JQ308774 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında 02.07.1986-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində nikah bağlanmış və 648 nömrə ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.1, 372.2, 377.1, 375.2 və 354.1-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 80, 106.1-ci maddələrinə istinad etməklə onunla əsaslandırmışdır ki, İddiaçı əri Cavabdeh1 Cavabdeh4 12 aprel 2017-ci il tarixdə 2 il müddətinə qüvvədə olan etibarnamə vermiş və Quba şəhərində yerləşən 0.09 ha torpaq sahəsi həmin etibarnamə əsasında Cavabdeh1 adına rəsmiləşdirilərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01.05.2017-ci il olan Çıxarış verilmişdir. Həmin etibarnamə əsasında Cavabdeh1 adına olan 0.09 ha torpaq sahəsi 01.03.2018-ci il tarixdə AN-İ ******* saylı alqısatqı müqaviləsi ilə Cavabdeh3h Əhməd oğluna satılmışdır. İddiaçı Cavabdeh1 Ağamməd oğlu və qeyriərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası müəyyən olunmuş iddia müddəti keçdikdən sonra məhkəməyə verildiyi üçün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddəti tədbiq edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı tələbi Quba şəhəri ünvanında yerləşən 0,09 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun bərpasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü madddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya öç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389-cu maddəsinə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-cı madddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericiliyin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilcinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.Təmsilcinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir.Həmin normaya əsasən, bir şəxsin ücüncü şəxslər qarşısında təmsilcilik ücün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın, özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. «Notariat haqqında» qanuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdləri təsdiq edərkən, digər vəzifələrlə yanaşı, notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; əmlakın özgəninkiləşdirən şəxsə məxsus olmasını yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17,38,46 və 49-cu bəndlər). “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 19-cu maddəsinə əsasən əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Notariat hərəkətlərinin aparılmasından əvvəl notarius "Elektron notariat" informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin layihələrinin hazırlanması, təsdiqi və ya ləğv edilməsi, eləcə də müqavilələrin bağlanılmasına əvvəlcədən verilmiş razılığın təsdiqi və ya razılıqdan imtina edilib-edilməməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır. Notariat hərəkətinin aparılması üçün nümayəndə müraciət etdikdə, etibarnamə verən şəxsin (mülkiyyətçinin) nikahda olması və ölməsi halı bu Təlimatın 13-cü hissəsinin altıncı abzasında göstərilmiş qaydada yoxlanılır. Təlimatın 42-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 423.1ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır. Yaşayış sahəsinə ( ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə,ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeyddiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün üzvlərinin razılığını alır. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisinin notariusunun 30.01.2021-ci il tarixli 65 nömrəli məktubundan görünür ki, vətəndaş Cavabdeh1 mülkiyyətində olan Quba şəhərində yerləşən 0.09 ha torpaq sahəsinə dair 01.03.2018-ci il tarixdə reyestrdə 4-Ə-506 nömrə ilə qeydiyyatdan keçərək rəsmləşdirilmiş, Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh1 Vətəndaşlıq Vəziyyəti barədə X4 məlumat bölməsində müvafiq axtarış aparılarkən mülkiyyətçinin nikah haqqında akt qeydi aşkar edilməmişdir. Cavabdeh2 iddia tələbi ilə bağlı məhkəməyə göndərdiyi 30 yanvar 2021-ci il tarixli məktubda 01.03.2018-ci il tarixli reyestrdə 4-Ə-506 nömrəli ilə qeydiyyatdan keçərək rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh1 vətəndaşlıq vəziyyəti barədə X4 məlumat bölməsində müvafiq axtarış aparılarkən mülkiyyətçinin nikah haqqında akt qeydi aşkar edilmədiyi bildirilmiş, lakin alqı-satqı müqaviləsi bağlanan zaman, yəni 01.03.2018-ci il tarixli reyestrdə 4-Ə-506 nömrəli alqı-satqıya dair notariat işində həmin məlumatın alınmasına dair heç bir sübut yoxdur və məlumat alınmamışdır.Daha sonra notarius etibarnamə əsasında nümayəndənin satıcının subay olduğunu şifahi ifadə ilə bildirdiyi üçün notariat hərəkətinin müvafiq razılıq ərizəsi təsdiq olunmadan aparıldığını qeyd etmişdir. Göründüyü kimi notarius məktubunda da etiraf etmişdir ki, alqı-satqı müqaviləsi etibarnamə əsasında nümayəndənin şifahi ifadəsi əsasında aparılmış və bu barədə müvafiq elektron notariat informasiya sisteminə heç bir qeyd aparılmamışdır. Bundan başqa mübahisələndirilən alqı-satqı müqaviləsi Quba regional “ASAN xidmət” mərkəzində həyata keçirilməsinə baxmayaraq 17 saylı notariat ofisinin notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlandıqdan 3 il sonra, yəni hazırkı məhkəmə mübahisəsi gedən vaxtı Quba regional “ASAN xidmət” mərkəzindən deyil, 17 saylı notariat ofisinin notariusu tərəfindən təqdim edilmiş məlumatda İddiaçı və Cavabdeh1 barəsində heç bir məlumat aşkar edilməmişdir qeydi təqdim edilmişdir. Həmçinin Cavabdeh1 Quba regional Cavabdeh6tariusunda bağlanmış AN-İ 06777378 nömrəli, 01 mart 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində satıcı qrafasında Cavabdeh1 barəsində məlumatlar qeyd edilmiş, orada onun şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi verilmə tarixi qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, İddiaçı və Cavabdeh1 nikahlarını 02.07.1986-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeyd etdirməklə evlənmişlər. Tərəflər birgə nikahda olduqları müddətdə Cavabdeh1 Quba rayon notariat kontorunun xüsusi notariusu vasitəsilə vermiş olduğu etibarnamə əsasında 10 aprel 2017-ci il tarixdən 10 aprel 2019-cu il tarixə kimi onu təmsil edən X6 onun adına torpaq sahəsi almağı,notariat kontorunda nümayəndəsi olmağı, alqı satqı aparmağı, müqavilələri imzalamağı və sairə hərəkətləri etmək səlahiyyəti vermişdir. Cavabdeh4 həmin etibarnamə əsasında 14.04.2017-ci il tarixli, 4ə-916 reyest nömrəli, AN-İ №0621114 saylı alqı-satqı müqaviləsinə əsasən X8 ona məxsus Quba şəhərində yerləşən 0.09 ha torpaq sahəsini təmsil etdiyi Cavabdeh1 4000 manata satın almışdır. Torpaq sahəsı 01.05.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında DƏDRX-də Cavabdeh1 adına qeydiyyata alınmışdır. Sonradan Cavabdeh4 yenə həmin etibarnamə əsasında Cavabdeh1 təmsil edərək mübahisəli torpaq sahəsini 01.03.2018-ci il tarixli, 4ə-506 reyest nömrəli, AN-İ №0677378 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3h Əhməd oğluna 4500 manata satmış və həmin torpaq sahəsinə Cavabdeh3 adına dövlət reyestrindən 01.09.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin vaxt notariat kontorunda alqısatqı müqaviləsi bağlanarkən notarius tərəfindən torpaq sahəsinin sahibi Cavabdeh1 rəsmi nikahda olub-olmaması yoxlanılmamış, onun arvadının bu müqavilənin bağlanmasına razılıq verib-verməməsinin öyrənilməsi üçün elektron sistemdən məlumat alınmamış, bunun əvəzində etibarnamə əsasında təmsil edən X2 təmsil etdiyi şəxsın nikah qeydiyyatında olmaması və subay olması barədə heç bir hüquq normasına sığmayan qanunsuz və əsassız ərizəsı əsasında alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Qanunvericiliyin normalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Notariat kontorunun notariusu tərəfindən həmin müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələbləri pozulmuş və nəticədə İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda işin faktiki halları ilə müyyən olur ki, iddiaçı ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşadığından 2020-ci ilin yayında torpaq sahəsinə baxmağa gedən zaman torpaq sahəsinin onların deyil, başqa şəxsin mülkiyyətində olduğu və həmin vaxt verilmiş sorğulara cavab olaraq torpaq sahəsinin etibarnamə əsasında iddiaçının razılığı olmadan Quba regional Cavabdeh6tariat kontorunda alqı-satqı müqaviləsi əsasında özgənikləşdirildiyi məlum olmuşdur. İddiaçı həmin vaxt hüquqlarının pozulduğunu bilmiş və 16.09.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hazırkı iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin təsiri altına düşmür və həmin norma tərəflər arasındakı mövcud mübahisəyə tətbiq oluna bilməz. Bundan əlavə iddiaçının tələbinin digər hissəsi - cavabdehlər onun razılığı olmadan əqd bağladıqları üçün ona dəymiş mənəvi ziyan olaraq 100000 (yüz min) manat məbləğində pulun alınıb verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının izahına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaql, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərr vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri secmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərcəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarkteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İddiaçı tərəf iddia tələbinin mənəvi ziyan hissəsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş 11.09.2020-ci il tarixli “hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə” əsasən hüquqi yardımın göstərilməsi ilə bağlı olaraq İddiaçı tərəfindən Quba ASAN Vəkil Bürosunun hesabına 400 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilib - Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış Quba regional “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş 01.03.2018-ci il tarixli, reyestrdə 4Ə-506 nömrə ilə qeyd edilmiş AN-1 N0677378 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi, Quba şəhəri ünvanında yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı Cavabdeh3 və Cavabdeh7 arasında Qusar rayon notariat kontorunda bağlanmış 15.07.2020-ci il tarixli, 4/Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh7 adına rəsmiləşdirilmiş Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsinə dair 06.08. 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarış ləğv edilməli, İddiaçı və Quba ASAN Vəkil Bürosu arasında bağlanmış hüquqi yardım haqqında müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pul cavabdehlərdən alınaraq iddiaçıya verilməli və iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il il tarixli, 2(027)-202/2021 saylı qətnaməsi ləğv edisin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 01.03.2018-ci il tarixli, reyestrdə 4Ə-506 nömrə ilə qeyd edilmiş AN-1 N0677378 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Quba şəhəri ünvanında yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı Cavabdeh3 və Cavabdeh7 arasında Qusar rayon notariat kontorunda bağlanmış 15.07.2020-ci il tarixli, 4/Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh7 adına rəsmiləşdirilmiş Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsinə dair 06.08. 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarış ləğv edilsin. İddiaçı və Quba ASAN Vəkil Bürosu arasında bağlanmış hüquqi yardım haqqında müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pul cavabdehlərdən alınıb iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1987/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1987/2021
10.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver