Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1987/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair Quba Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(027)-1265/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)- 1265/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərardadı ilə Cavabdeh şikayətinin təmin edilməməsi və Quba Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(027)-1261/2021 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət 7 gün müddətində 2(027)-1261/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1391/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(027)- 1261/2021 nömrəli qərardadından Cavabdeh şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Quba Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh Quba Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(027)-1261/2021 nömrəli qərardadından verdiyi şikayətin qaytarılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərardadı ilə Cavabdeh, nümayəndəsi və vəkili Vəkil şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(027)-1265/2021 nömrəli qərardadından Cavabdeh, nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət 7 gün müddətində 2(027)-1265/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə Quba rayonu İsnovqışlaq kəndində əldə etdikləri 0.08 ha həyətyanı torpaq sahəsində tikdikləri 1 mərtəbəli, zirzəmili yaşayış evinə X1 və X2 ilə birlikdə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə düzgün olmayan qərardad qəbul etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını elektron kabinet vasitəsilə verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu mənada məhkəmə kollegiyası şikayətin elektron qaydada verilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun olaraq elektron kabinet vasitəsilə verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli və onunla bağlı 16 avqust 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1987/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1987/2022
14.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver