Məhkəmə qərarları › İş №2(105)-2/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2/2025

08.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2/2025 08.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Hacıyev Vahid Məcid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbinə dair iddiası üzrə Quba Rayon Məhkəməsinin 09 oktyabr 2018ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı verilmiş 1,552 ha torpaq sahəsinin 0,66 ha hissəsindən, digər cavabdehlər X4, Cavabdeh2, X8, X11, X10 və X9 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı verilmiş 1,552 ha torpaq sahəsinin 0,56 ha hissəsindən (mübahisə predmeti 65M olan hissədə-0,86 ha) çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2, X8, X11, X10 və X5 aid edilməsi və həmin pul onlardan alınaraq AZ.MEM, VÖEN **********, ABB mərkəzi filialı, VÖEN **********1, Kod 210005, m/h AZ41NABZ********************, H/h AZ34CTRE ********************, S.W.İ.F.T Bik: İBAZAZ 2X hesabına ödənilməsi qət edilmişdir. Cavabdehlər Zakir və Cavabdeh1lar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X7 Quba rayonu Vəl-vələ kəndində yerləşən RX seriyalı ******* saylı çıxarışına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1,552 ha kənd təsərrüfat təyinatlı sahəsindən çıxarılmaları və həmin torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi X15 ekspert rəyinə əsasən cavabdehlər tərəfindən iddiçıya məxsus torpaq sahəsinin zəbt edildiyini təsdiqini tapdığını, ona görə də iddianın təmin olunmasını, həmçinin Azərbaycan Respublikası MPM-53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aparılmış ekspertiza tədqiqatına əsasən İddiaçı məxsus torpaq sahəsinin tək Cavabdeh2 tərəfindən deyil, həmçinin cavabdehin ailə üzvləri X4 və X8, X11, X10 və X9 tərəfindən də zəbt edildiyini, ona görə də, onların da işə cavabdeh kimi cəlb edilməsini, bundan başqa iddia ərizəsində cavabdehin adının Cavabdeh1 yazılması əvəzinə səhvən X1 yazıldığını, ona görə də məhkəmədən qeyd edilənləri nəzərə almağı xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsinin RX seriyalı ******* saylı çıxarışına əsasən Qub rayonu Vəl-vələ kəndi ərazisində yerləşən 1,552 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 01 iyul 2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsi tərəfindən 1,552 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixdə AA 014639 saylı Torpaq sahəsinin Planı və Ölçüsü tərtib edilmiş və torpaq sahəsinin cizgiləri və qonşu torpaq sahələri ilə sərhədləri göstərilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan 1,522 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Vəl-vələ kənd sakinləri cavabdehlər Cavabdeh2 və X12 tərəfindən zəbt edildiyindən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Dəfələrlə Cavabdeh2 və X6 torpaq sahəsinin könüllü boşaltmaları və oradan mülkiyyətçinin əsinə mane olmamaları tələb olunsa da, cavabdehlər həmin tələbləri yerinə yetirməkdən qəti imtina edir, torpaq sahəsinə dair hər hansı hərəkəti yerinə yetirəcəyi təqdirdə xoşagəlməz hadisələr törədəcəkləri ilə hədələyirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Quba Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba rayon S.Vurğun adma sovxoz Aqrar İslahat Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı iclas protokolu və Quba rayonu Aqrar İslahat Komissiyasının 22.1.2000-ci il tarixli №li protokoluna əsasən baş vermiş uyğunsuzluğları aradan qaldırmağ məqsədi ilə zəruri dəyişikliklərin aparılması üçün birinci bölgü üzrə çıxarılmış torpaq mülkiyyət hüququ haqqında lazım olan Dövlət Aktları JN0081; 0082; 0083; 0066; 0068; 0069; 0076 və mübahisə predmeti olan JN0067; 0065 və JN0062 nömrəli aktlar mülkiyyətçilərdən yığılaraq Quba Torpaq şöbəsinə təhvil verilmiş, daha sonra yuxarıda qeyd olunan Dövlət Aktlarının hər iki nüsxələri 22 nömrəli qaimə üzrə 24.8.2000-ci il tarixdə DTK-nın texniki sənədlər şöbəsinə Y.Mustafayevaya təhvil verilmişdir. Bundan sonra Quba rayon icra başçısı Mehman İbrahimov 28 avqust 2000-ci il tarixdə 630/1 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri Qərib Məmmədova müraciət edərək “AVİFT” kəndli fermer təsərrüfatına aid torpaq bölgüsü lahiyəsinin yerə köçürülməsi üçün X22 Lahiyə institutuna müvafiq göstəriş verməyi xahiş etmişdir. Buna görə də Dövlət Torpaq Komitəsinin Kompüter mərkəzində ikinci bölgü sxemi üzrə yuxarıda qeyd olunan yeni Dövlət Aktları işlənib hazırlanmışdır. İkinci bölgü, apellyasiya şikayətinə qoşma ilə əlavə edilmiş sxem üzrə aparılmışdır. Qeyd edir ki, düzəlişdən sonra ikinci bölgü üzrə İsrafılov Abdulun adına çıxarılmış JN0062 №li Dövlət Aktı şəxsən özünə verilmişdir və onlar hal-hazıradək 2-ci bölgü üzrə çıxarılmış Dövlət Aktında göstərilən torpağdan istifadə edirlər. Bunu da xüsusi ilə qeyd edirlər ki, 24 avqust 2000-ci il tarixdə DTK-ə təhvil verilmiş JN0062 nömrəli Dövlət Aktı 2015-ci ilin əvvəllərində DTK-nin fəaliyyətinə xitam verildikdən sonra saxtakarlıq, cinayət yolu ilə əldə edilmiş və bundan sonra 2-ci bölgü üzrə çıxarılmış Dövlət Aktı gizlədilərək saxtakarlığ yolu ilə əldə edilmiş 1-ci bölgü üzrə X24 RX-ə verilərək saxta çıxarış çıxarılmışdır. Mütəxəssis və ekspert rəyi də iddianın əsassız olduğunu bir daha sübut etməklə, həmin mübahisələndirilən torpağın onlara məxsus olduğunu bir daha sübut etdi. Ekspertiza qarşısında qoyulan 6 sualın cavabları da məhz onların xeyrinə olmuşdur. Hətta ekspertin 6-cı cavabında qeyd olunur ki, İsrafilova Rəilənin mülkiyyətində olan torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər hansısa formada zəbt olunmamışdır. Məsələnin düzgün həlli üçün ekspertiza və mütəxəssis rəyi vacibdir. Odur ki, ekspert və mütəxəssis rəyləri bir daha sübut edir ki, iddianın onlara qarşı heç bir əsası yoxdur. Mübahisənin düzgün, ədalətli həll edilməsi üçün aşağıda göstərilən xüsastlara aydınlıq gətirilməsini xahiş edir: 1. Quba Rayon Məhkməsinə təqdim olunmuş 2 ci bölgü layihəsi üzrə İsrafılov Abdulun adma ümumi sahəsi 3.05 ha olan JN0062 №li Dövlət Aktında göstərilən 62 C sahəsi sxem üzrə torpaq bölgü lahiyəsinin 297-ci konturunda yerləşən 1.31 ha torpaq sahəsinə baxış keçirməklə həmin sahənin naturada uyğunluğu araşdırılsın. 2. Quba rayon S.Vurğun adına sovxoz Aqrar İslahat Komissiyasının 26 noyabr 1999-cuil tarixli 14 saylı protokolu və Quba rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 2000 ci il tarixli 1 nömrəli protokolu və digər sənədləri nəzərə alaraq aparılmış 2-ci bölgü lahiyəsi üzrə İsrafılov Abdulun adına JN 0062 №li, Hüseynova Mafızənin adına JN 0065 №li və Cavabdeh1 adına çıxarılmış JN 0067 №li Dövlət Aktlarında göstərilən sahələrin plan və cizgilərinin baza məlumatları və sxemləri ayrı-ayrılıqda göstərilməklə DƏDRX-dən arayış alınsın. 3. Ümumi sahəsi 3.05 ha olan N0062 №li Dövlət Aktında 62C sxemində göstərilən 1.31 ha torpaq sahəsi 2-ci bölgü layihəsində 297 №li konturda yerləşməklə naturaya uyğun gələn, ölçülər mülkiyyətçi qonşuları Manafov Elçin və Əliyev Əli olan torpaq sahəsi 2-ci bölgü layihəsi haqqında Mərkəzi Kompüter bazasında kimə məxsus olması barədə arayış alınsın və həmin sahəyə baxış keçirilməklə ekspertiza təyin edilsin. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və digər Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən iddiaçının və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunaraq qeyri-qanuni istifadə olunmasının sübut olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermiş, şikayətdə qətnamənin ləğv edilməsini xahiş etsələr də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişlər. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehlərin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Quba rayonu Vəlvələ kəndi ərazisində 1,552 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması, həmin çıxarış və onun verilməsinə əsas olmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi cavabdehlərin iddiaçıya xüsusi mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsindən çıxarılmaları barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehlərin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir Qeyd olunmalıdır ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh2 vəsatəti təmin edilərək, hazırkı mülki iş üzrə icraatın iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı, Quba regional "ASAN xidmət" mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Quba Rayon Məhkəməsinin icraatında olan 2(027)-1073/2024 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmış, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1073/2024 nömrəli mülki iş üzrə iddia təmin edilərək Quba rayon kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 4Ə-781 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına verilmiş xx.xx.2025-ci il tarixli, RX seriyalı ******* çixarişin ləğv edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1640/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmədən, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1073/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(102)-1187/2025 nömrəli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1640/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında İddiaçı adına verilmiş xx.xx.2025-ci il tarixli, RX seriyalı ******* çıxarışın ləğv edilməsi qət edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 157.2. maddəsinin dispozisiya şərtləri ilə uzlaşmadığından, iddia tələbi təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı məxsus torpaq sahəsinin 0,66 ha hissəsindən Cavabdeh1, 0,56 ha hissəsindən cavabdehlər X4, Cavabdeh2, X8, X11, X10 və X3 çıxarılmalarına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar