Məhkəmə qərarları › İş №2(105)-20/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-20/2022

14.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-20/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X3 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əlibala oğluna, X20, X26, Cavabdeh4, X8, X1, X13, X21, X12, X2 və X14 qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpağın ona qaytarılması» tələbinə dair iddiası üzrə Şamaxı Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(074)-10/2016 nömrəli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əlibala oğlu, X27, X31, Cavabdeh4, X15, X5, X22, X28, X19, X6 və X14 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpağın ona qaytarılmasına dair iddia qaldıraraq, cavabdehlər tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinin boşaldılması və həmin torpağın özünə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, RX seriyalı ******* saylı çıxarışa əsasən Şamaxı rayon Böyük Xınıslı kəndi ərazisində onun 0,94 ha torpaq sahəsi var. Sənəd üzrə torpaq sahəsinin evi 47,99 metr olmalıdır. Lakin faktiki olaraq həmin sahənin eni 35 metrdir, 18 metr sahə əskikdir. O, dəfələrlə mütəxəssis gətirib ölçdürmüş və ona bildirmişlər ki, ona məxsus sahə cavabdehlər Cavabdeh1 Əlibala oğlu, X29, X31, Cavabdeh4, X15, X5, X22, X28, X19, X6 və X23 tərəfindən hər biri 1,5 metr zəbt olunmaqla cəmi 18 metr azdır. Dəfələrlə cavabdehlərə bildirmişdir ki, hər kəs öz torpağını dəqiq ölçsün. Artıq sahəni boşaltın, amma heç kəs yerini dəqiq ölçdürüb artıq zəbt olunmuş sahəni boşaltmaq istəmir. Odur ki, məhkəməyə müracit etmək məcburiyyətində qalmışdır. Şamaxı Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(074)-10/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı (RX seriya ******* çıxarışa əsasən) məxsus 0,94 ha torpaq sahəsinin koordinatlarının yerində (naturada) müəyyən edilərək, iddiaçının pay torpağının üzərindən sıralama tökülmüş çay daşlarının götürülməsi, torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması qət edilmişdir (hakim Təranə Hüseynova). Qətnamədən narazı qalan qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X9 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(074)-10/2016 nömrəli qətnaməsinin qismən, yəni iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması hissəsinin ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evi inşa edildiyi qənaətinə gəlmək üçün yalnız Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəyə istinad etmiş, həmin rəyin düzgünlüyünü yoxlamaq üçün nə ekspertiza tədqiqatında məhkəmənin iştirakını təmin etməmiş, nə də müəyyən edilmiş fərdi yaşayış evini inşa etmiş və orada yaşayan şəxs haqqında məlumatların əldə edilməsi üçün heç bir tədbir görməmişdir. Halbuki, iddiaçının torpaq sahəsində inşa edildiyi göstərilən fərdi yaşayış evi ona məxsusdur və iddiaçının torpaq sahəsində yerləşmir. Əgər işə baxılarkən onun məhkəmə iclasında və ekspertiza tədqiqatında iştirakı təmin edilsəydi, müəyyən olunardı ki, onun tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə iddiaçıya məxsus torpaq sahəsinin arasında başqa şəxsə məxsus torpaq sahəsi də var. Belə olan halda, ona məxsus fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi qeyri-mümkündür. Bütün bu halların müəyyən edilməsi üçün təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi və həmin ekspertizanın keçirilməsi zamanı onun və məhkəmənin iştirak etməsi zəruridir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X3 nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması hissəsinin ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən, yəni “iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması” hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında 04 sentyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən 03 sentyabr 2014-cü il tarixdə AA seriyalı, 002158 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2014-cü il tarixli məktubdan görünür ki, onun torpaq sahəsinə qonşuları tərəfindən müdaxilə edilmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2016-cı il tarixli, 3070 saylı rəyindən görünür ki, Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən İddiaçı (RX seriya ******* çıxarışa əsasən) məxsus 0,94 ha torpaq sahəsinin koordinatları yerində (naturada) müəyyən edilərək, həmin torpaq sahəsindən qonşuluqda yerləşən torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən istifadə edilməsi və iddiaçıya məxsus pay torpaq sahəsinin cənub-şərqində 0,03 ha hissəsində fərdi yaşayış evinin inşa olunması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Şamaxı rayonu, Böyük Xınışlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı ilə X7 Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə verilmiş 400 kv.metr torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X35 kitabında xx.xx.2008-ci il tarixdə 2520 nömrə ilə uçota alınmışdır. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 10/1267 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətinə RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışla verilmiş 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi onun naturada göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən mülki iş materiallarında X7 aid texniki sənədlər tam təqdim edilmədiyindən onun faktiki naturada istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən cavabdeh X3 istifadəsində olan torpaq sahəsindəki tikililər İddiaçı mülkiyyətinə RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışla verilmiş 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən X3 faktiki istifadəsində olan torpaq sahəsi 0,08 ha təşkil edir. Lakin sxemdə həmin torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən mülki iş materiallarında cavabdeh X7 aid texniki sənədlər tam təqdim edilmədiyindən İddiaçı mülkiyyətinə RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışla verilmiş 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 10/6330 saylı rəyindən görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Şamaxı rayonu Böyük Xınıslı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı ilə X7 Şamaxı rayonu Böyük Xınıslı kəndi ərazisində fərdi yaşayış evi tikmək məqsədilə verilmiş X35 kitabında xx.xx.2008-ci il tarixdə 2520 nömrə ilə uçota alınmış 400 kv.metr torpaq sahəsinə aid texniki sənədlər (planı və ölçü sənədi) təqdim edilmədiyindən qərardadın bu suallarını cavablandırmaq mümkün olmadı. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, X7 Şamaxı rayonu Böyük Xınıslı kəndi ərazisində fərdi yaşayış evi tikmək məqsədilə verilmiş X35 kitabında 25.02 2008-ci il tarixdə 2520 nömrə ilə uçota alınmış 400 kv metr torpaq sahəsinə aid texniki sənədlər (planı və ölçü sənədi) təqdim edilmədiyindən naturada faktiki istifadəsində olan torpaq sahəsindəki tikililər sənəd üzrə olan torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd olunur ki, X3 naturada faktiki istifadəsində olan torpaq sahəsindəki tikililər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayonu Böyük Xınıslı kəndi ərazisində yerləşən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən 03 sentyabr 2014-cü il tarixdə tərtib edilmiş AA seriyalı 002158 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində olan torpaq sahəsində yerləşmir. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, X3 faktiki istifadəsində olan torpaq sahəsində evin və yardımçı tikililərin inşa edildiyi və həmin tikililərin hər hansı bir hissəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayonu Böyük Xınıslı kəndi ərazisində yerləşən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən 03 sentyabr 2014-cü il tarixdə tərtib edilmiş AA seriyalı 002158 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında 04 sentyabr 2014cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İddiaçı ona məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması səbəbindən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(074)-10/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı (RX seriya ******* çıxarışa əsasən) məxsus 0,94 ha torpaq sahəsinin koordinatlarının yerində (naturada) müəyyən edilərək, iddiaçının pay torpağının üzərindən sıralama tökülmüş çay daşlarının götürülməsi, torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edilmişdir ki, qətnamə ilə maraqlarına toxunan şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi ilə qət edilmiş iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin ona məxsus olduğunu, iddiaçıya məxsus heç bir torpaq sahəsini zəbt etmədiyini, (0,03 ha) fərdi yaşayış evinin iddiaçının torpaq sahəsinə düşmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası mübahisə ilə bağlı X3 faktiki istifadəsində olan torpaq sahəsində hər hansı tikili (ev, yardımçı tikili və s) inşa edilib-edilməməsi, əgər inşa edilmişdirsə, həmin tikilinin hər hansı bir hissəsinin İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsini müəyyən etmək üçün təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin etmiş və məhkəmə baxışında tədqiq edilmiş 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinin, eləcə də Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 10/6330 nömrəli ekspert rəyinin nəticə hissələrindən aydın olmuşdur ki, X3 faktiki istifadəsində olan torpaq sahəsində evin və yardımçı tikililərin inşa edildiyi və həmin tikililərin hər hansı bir hissəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayonu Böyük Xınıslı kəndi ərazisində yerləşən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən 03 sentyabr 2014-cü il tarixdə tərtib edilmiş AA seriyalı 002158 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsində yerləşmir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olar ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki araşdırma zamanı ekspert rəyi ilə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi üçün iş üzrə ekspert rəyi sübut növü kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmin ekspert rəyinə əsaslanmaqla hesab edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsasları ilə tam uzlaşmamışdır. Başqa sözlə, X3 faktiki istifadəsində olan torpaq sahəsində inşa etdiyi evin və yardımçı tikililərin hər hansı bir hissəsinin İddiaçı mülkiyyətində olan Şamaxı rayonu Böyük Xınıslı kəndi ərazisində yerləşən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsi halı sübut olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçıya məxsus torpaq sahəsindən fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması qət edilsə də, birinci instansiya məhkəməsi həmin fərdi yaşayış evinin kimə məxsus olmasını müəyyən etməmişdir. məhkəmə kollegiyasının iclasında iddiaçı həmin yaşayış evinin yalnız qətnamə çıxarıldıqdan sonra hazırki iş üzrə maraqlarına toxunan şəxs X7 məxsus olduğunu bildirmişdir. Qətnamənin çıxarılmasından əvvəl isə bunun asanlıqla müəyyən edilə bilməsini qeyd etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsində iddia tələbi cavabdeh kimi X7 qarşı qaldırılmamış, lakin nəticədə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(074)-10/2016 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni “iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması” hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli olduğundan məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X3 verdiyi apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(074)-10/2016 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni “iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X11, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar