Məhkəmə qərarları › İş №2(105)-2003/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2003/2022

15.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2003/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, Cavabdeh və Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X20 qarşı yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(029)-543/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(029)-543/2022 nömrəli qətnaməsi ilə (hakim A.Vəliyev) İddiaçı Cavabdeh (üçüncü şəxs X24) qarşı yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(029)-543/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh (üçüncü şəxs X24) qarşı yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqlarının ünvan 1 ünvanda yerləşməklə mərhum X13nun valideynlərindən miras qalmış yaşayış evindən istifadə hüquqlarının bərpa edilməsinə və onların həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 13 noyabr 2002-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ünvan 1 evdə yaşayan X25 ilə ailə həyatı qurmuşdur. O, X25 ilə ailə həyatı qurduğu zaman gəlin kimi onun valideynlərinə məxsus, ünvan 1 ünvanda yerləşən yaşayış evinə gəlin köçmüş və özünə məxsus bütün cehiz əşyalarını da həmin evə gətirmişdir. X25 ilə birgə nikahda olduqları müddətdə onların 11 may 2003-cü il tarixdə X21 və 26 dekabr 2005-ci il tarixdə X31 adlı 2 uşağı anadan olmuşdur. Cavabdeh onun X13nun qardaşıdır. O, X25 ilə evlənib gəlin kimi onun valideynlərinə məxsus, ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçdüyü vaxt həmin evdə X1, X13, ərinin kiçik qardaşı X24 və onun ailəsi yaşamışdır. Cavabdeh isə o zaman Rusiya Fedrasiyasında yaşamışdır. X13 mühəndis olmuş və Bakı şəhərində işləmişdir. Buna görə də o, bir müddət ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşadıqdan sonra ərinin yanına Bakı şəhərinə köçmüşdür. Lakin, ona məxsus bütün cehizləri, ərinə məxsus əmlakları ünvan 1 ünvanda yerləşən yaşayış evində qalmışdır. O, X13 və uşaqları ilə hər ay həmin evə gəlib-getmişdir. Hər yay onlar həmin evə gəlib istirahət etmişlər. X1 29 noyabr 2006-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra da o, X13 və uşaqları həmin evdən heç kimin etirazı olmadan istifadə etmişlər. Yaşayış evinin ikinci mərtəbəsinin iki otağında ərinin kiçik qardaşı X14 ailəsi yaşamışdır. Yaşayış evinin birinci mərtəbəsinin iki otağı isə onların ailəsinin istifadəsində olmuş, onun cehiz əmlakları da həmin otaqlarda olmuşdur. Təxminən 2007- 2008-ci illərdə ərinin kiçik qardaşı X24 ailəsi ilə birlikdə həmin evdən çıxıb özü üçün tikdirdiyi yeni evə köçmüşdür. Bundan sonra artıq həmin evdə yalnız onların ailəsi qalıb yaşamağa başlamışdır. Onlar, Bakı şəhərinə gedərkən evi bağlayıb gedirdilər. Bayramlarda, yay tətili günlərində rayona gələndə isə həmin evdə yaşayırdılar. X13 həmin evi təmir etmiş, evə xarici suvaq vurdurmuş, evdə hamam tikdirmiş və başqa təmir işlərini aparmışdır. 2007-2008-ci illərdən etibarən artıq həmin evi faktiki olaraq onun X13 təkbaşına idarə edirdi. X13 15 mart 2019-cu il tarixdə vəfat etmişdir. Ərinin ölümündən sonra yenə də, o və uşaqları həmin evdən heç kimin etirazı olmadan istifadə etmişlər və hər yay həmin evə gəlib istirahət etmişlər. Hazırkı iş üzrə Cavabdeh Rusiya Federasiyasından qayıdıb öz arvadı ilə həmin evdə yaşamağa başlamışdır. Cavabdeh yaşayış evinin ikinci mərtəbəsinin iki otağında, əvvəllər ərinin kiçik qardaşı X14 ailəsinin yaşadığı otaqlarda yaşayırdı. Cavabdeh ərinin ölümündən sonra bir müddət ona və uşaqlarına həmin evdən istifadə etmələrinə, hər bayramda, yayda həmin evə gəlib istirahət etmələrinə heç bir etiraz etmirdi. 19 mart 2022-ci il tarixdə o, Novruz Bayramı günlərində istirahət etmək üçün uşaqları ilə birlikdə Bakı şəhərindən ünvan 1 ünvanda yerləşən X13nun valideynlərindən miras qalmış yaşayış evinə gəlmiş, lakin həmin evdə yaşayan Cavabdeh evin bütövlüklə özünə məxsus olduğunu bildirərək onu və uşaqlarını evə buraxmamışdır. ünvan 1 ünvanda yerləşən yaşayış evi X13nun valideynlərindən miras qalmış evdir. Ərinin X3 06 fevral 1993-cü il tarixdə, anası X11 29 noyabr 2006-cı il tarixdə vəfat etmişlər. Onların ölümündən sonra birinci növbədə vərəsələri X13, onun qardaşı X24 və digər qardaşı, Cavabdeh qalmışlar. Valideynlərin ölümündən sonra həmin yaşayış evini X13 və onun kiçik qardaşı X24 faktiki qəbul edərək həmin evdə yaşamışlar. Həmin yaşayış evinin torpaq və əmlak vergiləri də X13 tərəfindən ödənilirdi. Cavabdeh isə həmin vaxt Rusiya Federasiyasında yaşamış, valideynlərindən miras qalmış əmlakı, evi nə faktiki, nə də ki, notariata ərizə verməklə qəbul etməmişdir. Cavabdeh həmin evə yalnız onun əri öldükdən sonra qayıtmışdır. Belə olan halda həmin evdə atasının və anasının birinci növbədə vərəsəsi olaraq X13nun malik olduğu vərəsəlik payına onun və uşaqlarının vərəsəlik hüquqları mövcuddur. Həmin yaşayış evinin çıxarışı olmadığı üçün vərəsələrin heç biri yaşayış evindən və həyətyanı torpaq sahəsindən miras paylarını rəsmiləşdirə bilməmişlər. Yaşayış evinə dair mövcud sənədlər də həmin evdə, Cavabdehdır. 28 mart 2022-ci il tarixdə Cavabdeh və onun qardaşı X24 mərhum ataları X5 miras qalmış ünvan 3 ünvanda yerləşən yaşayış evinə dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişlər. O da, mərhum X7 birinci növbədə vərəsəsi olan ölmüş X13nun vərəsəsi olaraq 21 aprel 2022-ci il tarixdə Qusar rayon Notariat Ofisinə müraciət edərək X5 miras qalmış ünvan 3 ünvanda yerləşən yaşayış evindən mərhum X13nun payına düşəcək miras payına irsi transmissiya qaydasında onun adına vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. O, ünvan 1 evə 13 noyabr 2002-ci il tarixdə X25 ilə rəsmi nikah bağlamaqla köçmüşdür. Hazırda, Azərbaycan Respublikasında qeydiyyatı olmayan, özü Rusiya vətəndaşı olan Cavabdeh onları ərinin payı olan mülkiyyətdən məhrum etmişdir. Bütün bu əsaslara görə onun və uşaqlarının həmin yaşayış evində yaşayış sahəsindən istifadə hüquqları bərpa edilməli və o, uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçının iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsi tərəfindən xx.xx.2022 tarixli, e-2(029)- 543/2022 saylı qətnamə qəbul edilərkən iddia ərizəsində qeyd olunan faktiki hallar nəzərə alınmamış, maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir. Məhkəmə işə baxarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci və 1243.2ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) ölənin birinci növbədə vərəsələri sayılırlar. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. ünvan 3 ünvanda yerləşən yaşayış evi İddiaçı X13nun valideynlərindən miras qalmış evdir. X15 X3 06 fevral 1993-cü il tarixdə, anası X11 29 noyabr 2006-cı il tarixdə vəfat etmişlər. Onların ölümündən sonra birinci növbədə vərəsəlX13, onun qardaşı X24 və digər qardaşı,Cavabdeh qalmışlar. Valideynlərin ölümündən sonra həmin yaşayış evini iddiaçının X13 və onun kiçik qardaşı X24 faktiki qəbul edərək həmin evdə yaşamışlar. Həmin yaşayış evinin torpaq və əmlak vergiləri də iddiaçının X13 tərəfindən ödənilmişdir. Cavabdeh isə həmin vaxt Rusiya Federasiyasında yaşamış, valideynlərindən miras qalmış əmlakı nə faktiki, nə də ki, notariata ərizə verməklə qəbul etməmişdir. Cavabdeh həmin evə yalnız iddiaçının əri öldükdən sonra qayıtmışdır. Valideynləri ölən zaman həmin yaşayış evinin çıxarışı olmadığı üçün vərəsələrin heç biri yaşayış evindən və həyətyanı torpaq sahəsindən miras paylarını notariat qaydasında rəsmiləşdirə bilməmişlər. Mərhum valideynlərin birinci növbədə vərəsələri olan İddiaçı X13 və onun qardaşı X24 yaşayış evini faktiki qəbul etmişlər. Belə olan halda həmin evdə atasının və anasının birinci növbədə vərəsəsi olaraq İddiaçı X13nun malik olduğu vərəsəlik payına irsi transmissiya qaydasında iddiaçının və uşaqlarının vərəsəlik hüquqları mövcuddur. Buna uyğun olaraq İddiaçı və onun uşaqları həmin yaşayış evindən istifadə hüquqlarına malikdirlər. Lakin məhkəmə qətnaməni qəbul edərkən bu halları nəzərə almamış, bununla da mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Sadalanan hallar əsasında apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətini qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəf mübahisəli evdə heç vaxt daimi yaşamamışdır, o həmin evə gəlin gəlib, 3 gündən sonra Bakıya köçüblər. Mərhum qardaşı, iddiaçının əri sağ olanda belə söhbətlər yox idi. O, öləndən sonra vəziyyət belə dəyişdi. Onun qeydiyyatı müvəqqəti Qusar şəhərindədir. Rusiya Federasiyası vətəndaşıdır. Mübahisəli evdə hazırda ailəsi ilə birlikdə yaşayır. Apellyasiya şikayətinin dəlilləri tam əsassız olduğundan, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 apellyasiya şikayətini qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli evdə o, ailəsi ilə birlikdə yaşamışdır. Valideynlərinə o, baxmış, onları dəfn etmişdir. Dəfn mərasiminə Camal Rusiyadan, böyük qardaşı isə Bakıdan gəlmişdilər. 1993-cü ildə atası, 2006-cı ildə anası rəhmətə gedib. İddiaçı böyük qardaşının arvadıdır. İddiaçı mərhum əri, onun qardaşı 1977-ci ildə qeydiyyatdan çıxdıqdan sonra Rusiyada işləyib, qardaşından ailəsinə, Bakıda, Qusarda evlər qalmışdır. Bu qədər əmlakının olmasına baxmayaraq iddiaçı hüququ olmadığı evə dair iddia qaldırıb. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. İş üzrə iddiaçı X10 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarında təkrar olaraq iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq onun tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası AR MPM-in 363.1 və 363.1.4-cü maddələrinə əsasən ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan xx.xx.2022-ci il tarixli, **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7, həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi isə birgə mülkiyyət hüququ üzrə X7, X6, X14, X17, X18 və X12 adlarına qeydiyyata alınmışdır. Yenə mülki işdə olan “Elektron notariat” X2 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən evdə X24, X26, X27 və X22 qeydiyyatdadırlar. İşə əlavə edilmiş AZ-İ 990021 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1993-cü il tarixdə Qusar şəhərində “Arteriya skleroz” səbəbilə ölmüşdür. Yenə işə əlavə edilmiş AZ-İİ 012750 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2019-cu il tarixdə “ürəyin xroniki işemik xəstəliyi” səbəbindən Bakı şəhərində ölmüşdür. Mülki işdə olan AZ-İ 990022 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2006-cı il tarixdə Qusar şəhərində “Qaraciyər çatışmamazlığı” səbəbindən ölmüşdür. Mülki işə əlavə edilmiş Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X25 xx.xx.1959-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. X3, anası X8r. İşdə olan Vİİ-ЖГ № 442140 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X25 ilə İddiaçı nikahları 13 noyabr 2002-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu VVADQ şöbəsində 666 akt qeydi ilə rəsmiləşdirilmişdir. İşə əlavə edilmiş AZ-İ 355668 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X21 11 may 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X9, anası İddiaçıdır. Yenə işə əlavə edilmiş AZ-İ 711765 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X31 26 dekabr 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X9, anası İddiaçıdır. Mülki iş materiallarında olan Qusar rayon Notariat ofisindən verilmiş 21 aprel 2022-ci il tarixli, X-575 saylı cavab məktubundan görünür ki, Qusar rayon notariat ofisinə X5 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə xx.xx.2022-ci il tarixdə X14 və Cavabdeh müraciətləri daxil olmuşdur. Qeyd olunan şəxslərin müraciətləri əsasında Qusar rayon notariat ofisində 191/2022 nömrəli vərəsəlik işi açılaraq müvafiq qeydiyyat aparılmışdır. Həmçinin sorğuda qeyd olunan X4 miras qalmış əmlaka dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat aşkar edilməmişdir. Axtarış 2010cu ildən 2022-ci ilədək aparılmışdır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X42 prospekti, ev 110, mənzil 54 ünvanda qeydiyyatdadır. Yenə işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, X21 xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X42 prospekti, ev 110, mənzil 54 ünvanda qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, X31 xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X42 prospekti, ev 110, mənzil 54 ünvanda qeydiyyatdadır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddiaçının yaşayış ünvanı kimi ünvan 8 N İNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(029)-543/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 13 noyabr 2002-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə X25 ilə ailə həyatı qurmuşdur. İddiaçı ailə qurduqdan sonra ərinin valideynlərinin istifadəsində olan ünvan 5 evə gəlin köçmüşdür. Sonradan o, əri ilə birlikdə daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Bununla yanaşı bayramlarda, tətil günlərində mübahisəli evə gedib-gəlmiş, həmin evdə ailəsi ilə birlikdə, qeyd olan vaxtlarda müvəqqəti yaşamışdır. X13 15 mart 2019-cu il tarixdə vəfat etmişdir. Keçən bu müddət ərzində mübahisəli evdə ərinin kiçik qardaşı Cavid Sultanov öz ailəsi ilə birlikdə yaşamış, sonradan o da həmin evin yanında ev tikmiş və orada yaşamışdır. Bu müddət ərzində iddiaçı uşaqları ilə birlikdə həmin qaydada vaxtaşırı mübahisəli mənzildən qonaq kimi istifadə etmişdir. Mübahisə Cavabdeh öz ailəsi birlikdə Rusiyadan qayıtdıqdan sonra başlamışdır. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiası təmin olunmadığı üçün iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, işin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçı iddia ərizəsinin tələb hissəsində iki övladı ilə birlikdə mübahisəli evə olan istifadə hüququnun bərpasını və həmin evə köçürülmələrini tələb etsə də, əslində əsas mübahisə onun mərhum ərinin atasından miras qalmış həmin evdən miras payı ilə bağlıdır. Hazırki halda məhkəmə kollegiyası işə iddia tələbi həcmində baxıb qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Daha öncə qeyd olunduğu kimi iddiaçı 13 noyabr 2002-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə X25 ilə ailə həyatı qurmuşdur. İddiaçı ailə qurduqdan sonra ərinin valideynlərinin istifadəsində olan ünvan 5 evə gəlin köçmüşdür. Başqa sözlə, mübahisəli hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İşin faktiki hallarından görünür ki, iddiaçı mübahisəli evə gəlin gələrkən (13 noyabr 2002-ci il) mübahisəli ev mərhum Mahmud Sultanovun mirası kimi onun vərəsələri olan arvadı Saniyət Sultanova və oğlu Cavid Sultanov tərəfindən həmin evdə faktiki yaşamaqla qəbul edilmişdir, başqa sözlə, bu miras əmlak qəbul edildiyi andan onların mülkiyyətində olmuşdur. İddiaçının isə mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənən yazılı razılaşması yoxdur. Ümumiyyətlə, iddiaçının ailə üzvü kimi mübahisəli evə yaşamaq üçün gəldikdən sonra həmin evə istifadə hüququnun tanınması ilə bağlı hər hansı hərəkətinin olması barədə iş materiallarında sübut yoxdur. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisəli evdən istifadə hüququnun gerçəkləşdirlməsi ilə bağlı hazırki vaxtadək heç bir cəhd etməmişdir. Ən əsası, istər iddia ərizəsinin məzmunundan, istər tərəflərin izahatlarından məlum olur ki, iddiaçı ailə qurduqdan sonra mübahisəli evdə daimi yaşamamış, yəni əri ilə birlikdə daimi yaşamaq üçün Bakıya köçmüş, orada yaşamışdır, onun övladları da Bakıda doğulmuş, böyümüş, hal-hazırda da onlar Bakı şəhərində yaşamaqla, qeydiyyatları da Bakı şəhərindədir. Bu halda onun istər qaynanası Saniyat Sultanovanın və əri Əhməd Sultanovun sağlığında, istərsə də, onların ölümündən sonra mübahisəli evə sahiblənmədiyini, oradan daimi istifadə etmədiyini, belə bir niyyətinin olmadığını təsdiq edir. Həmçinin, iddiaçının Bakı şəhərində daimi yaşadığı və orada işlədiyi halda, mübahisəli mənzili qəbul edərək idarə etməsini inandırıcı hesab etmək olmaz. Sadalananların davamı olaraq kollegiya qeyd edir ki, iddiaçı mənzil şəraiti olmayan, yaxud mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan şəxs hesab edilə bilməz, habelə onun iddia etdiyi mübahisəli mənzilə köçürülməsinə sadalan xüsusatlar baxımından hər hansı zərurət yoxdur. Həmçinin iddiaçının Bakı şəhərində daimi yaşayış yerinin olduğu halda Qusar şəhərində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiası özlüyündə ağlabatan hesab edilə bilməz. Göstərilən hallar təstiq edir ki, İddiaçı mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun qaydada həmin evə dair istifadə hüququ əmələ gəlməmiş, buna hər hansı əsas da olmamışdır və o, həmin yaşayış evinə tələb etdiyi qaydada köçürülə bilməz, bu barədə mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına tam uyğundur. Yuxarıda qeyd olunduğu kimi mübahisəli ev cavabdehin mərhum atası, iddiaçının qaynX3nun mülkiyyətində, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə X7, arvadı X6, X14 və sonuncunun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçı iddia tələbində övladları X21 və X31 ilə birlikdə mübahisəli mənzilə köçürülməsini tələb etsə də, həm iddia ərizəsində, həm apellyasiya şikayətinin dəlillərində mübahisəli evə dair miras əmlakdan övladlarının vərəsə kimi pay hüquqlarının mövcudluğuna istinad edir ki, konkret olaraq belə bir tələb olmadığından məhkəmə yalnız verilən iddia üzrə qətnamənin maddi və prosessual hüquq normaları baxımından düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Şərh olunanlarla yanaşı, məhkəmə kollegiyası izah edir ki, hazırki iddia tələbinin təmin edilməməsi iddia tərəfinin mübahisəli miras əmlakdan paylarını tələb etmək hüququnu istisna etmir. Məhkəmə iclasında üçüncü şəxs Cavid Sultanovun izahatından da məlum oldu ki, məhz mübahisə səbəbindən miras əmlak hesab olunan yaşayış evinə dair vərəsəlik şəhadətnaməsinin verilməsindən notarius imtina etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(029)-543/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar