Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2008/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı rayonu Meysəri Bələdiyyəsinə qarşı torpaq tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(074)-687/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı rayonu Meysəri Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərini qanunsuz hesab edərək, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının verdiyi 145 saylı, 26 aprel 2002-ci il tarixli Arxiv çıxarışından, 28 aprel 1990-cı il tarixli 30 saylı əmri ilə İddiaçı Allahverdi oğluna ev tikdirmək üçün həyətyanı torpaq sahəsi olmadığı üçün ona sovxozun istifadə etmədiyi sahədən verilmiş 0,10 (on) sot torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(074)-687/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı rayonu Meysəri Bələdiyyəsinə qarşı “torpaq” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(074)-687/2022 saylı qərardadlarının ləğv edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(074)-687/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının verdiyi 145 saylı, 26 aprel 2002-ci il tarixli Arxiv çıxarışından, 28 aprel 1990-cı il tarixli 30 saylı əmri ilə İddiaçı Allahverdi oğluna ev tikdirmək üçün həyətyanı torpaq sahəsi olmadığı üçün ona sovxozun istifadə etmədiyi sahədən verilmiş 0,10 (on) sot torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməlidir. Odur ki, Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(074)-687/2022 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(074)-687/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə iddia ərizəsində Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməməsini, eyni zamanda həmin nöqsanlar iddiaçı tərəfindən aradan qaldırılmamasını müəyyən edərək ərizəni baxılmamış saxlamış, gəldiyi nəticəni də MPM-nin 149.2.3, 150.1.2, 150.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki işdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərək cavabdehlərin hərəkətlərini qanunsuz hesab edərək, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının verdiyi 145 saylı, 26 aprel 2002-ci il tarixli Arxiv çıxarışından, 28 aprel 1990-cı il tarixli 30 saylı əmri ilə İddiaçı Allahverdi oğluna ev tikdirmək üçün həyətyanı torpaq sahəsi olmadığı üçün ona sovxozun istifadə etmədiyi sahədən verilmiş 0,10 (on) sot torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qət edilməsini xahiş etsə də tələbinin əsasını təşkil edən hallara dair sübutlar təqdim edilmədiyindən, həmin nöqsanlara aradan qaldırılmadığından birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin baxılmamış saxlanılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayəti əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(074)-687/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(074)-687/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2008/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2008/2022
19.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver