Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-201/2024 11.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(029)-545/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8800(səkkiz min səkkiz yüz)manat pulun və ödənilmiş 108 manat dövlət rüsümunu,cəmi 8908 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Qusar rayonu Hil kənd sakini Cavabdeh1 özünə məxsus “Vaz 21154” markalı,**-HM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 8800 manata ona etibarnamə ilə satmışdır.Sonradan həmin etibarnamənin etibarlıq müddəti bitdiyindən, yəni 1 il 3 aydan sonra Cavabdeh1 xx.xx.2020-ci il tarixdə bir daha avtomobilə dair ona etibarnaməni vermişdir. Həmin pulu o, Qusar rayonu Yasab kəndində yerləşən özünə məxsus evində ailə üzvlərinin və Vadim İsmayılovun iştirakı ilə Sadulla tərəfindən onun evinə göndərdiyi Sadullanın doğma oğlu olduğu Cavabdeh2 vermişdir.O, pulu X15 İsmayılovun, həyat yoldaşı Aydəmirov Solmaz və qızının iştirakı ilə vermişdir. Müəyyən vaxt keçdikdən sonra o, avtomobili Vadim İsmayılova satmışdır.Həmin nəqliyyat vasitəsi X3 mülkiyyətində olmuşdur. 2021-ci il tarixdə Vadim İsmayılov avtonəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək istəyəndə mümkün olmamışdır, çünki cavabdeh xx.xx.2021-ci il ta rixli “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə”ni Qusar rayon notariat ofisində ləğv etdirmişdir. Etibarnamə ləğv edildiyi üçün onun tərəfindən Vadim İsmayılova verdiyi 22 dekabr 2020-ci il tarixli etibarnamə də qüvvədən düşmüşdür.O, İddiaçı cavabdeh X1 etibarnamənin hansı səbəbdən ləğv edilməsini soruşanda X7 onlara borclu olduğundan ondan qisas almaq üçün etmişdir. Belə olan halda o, ona demişdir ki, burda onun nə təqsiri var, bununla o,axı ona ziyan vurmuşdur, o da ona cavab olaraq dedi ki, narahat olmasın sonuncu pulunu qaytaracaq, ona ziyan vurmayacaq. Hətta bu məsələ ilə bağlı o, Cavabdeh1 oğlu Cavabdeh2 öz etirazını bildirəndə, onlar hər iki şəxs ona “sən narahat olma sənə ziyan vurmayacayıq, sənin pulunu qaytaracayıq”. Lakin bu günə kimi onlar onun pulunu qaytarmayıblar, müxtəlif bəhanərlərlə pulun qaytarılmasından imtina edirlər və nəticə də ona maddi ziyan vurublar. Pulun onlara verilməsi ilə bağlı Edik İsmayılovun yazılı surətdə təqdim olunmuş ərizəsi də var. İddiaçı göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8800(səkkiz min səkkiz yüz)manat pulun və ödənilmiş 108 manat dövlət rüsümunun, cəmi 8908 manat pulun cavabdehlərdən müştərək qaydada tutlub ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, o, Cavabdeh1 8800 manata maşın almışdır. Sadulla ona həmin maşını etibarnamə əsasında satmışdır, etibarnamənin müddəti bitdikdən sonra Sadulla ona yeni etibarnamə yazmışdır. O, pulu evində ailə üzvlərinin və qaynının iştirakı ilə Sadullanın oğlu Cavabdeh2 vermişdir. Sadulla ilə aralarında alqı-satqı müqaviləsi olmayıb. Sadulla oğlu Ediki göndərmiş, o da pulu Edikə verib, Edik də pulu Sadullaya çatdırmalı idi. Maşın Sadullaya məxsus olmuşdur. Vaz 21154 markalı maşın idi. Ona etibarnaməni Sadulla vermişdi, bir ildən sonra yenə etibarnamə verdi, sonra uşağları oxuduğuna görə o, maşını qaynı Vadim İsmayılova satdı. O, maşını Vadimə 7930 manata, etibarnamə əsasında satmışdır. Sadullanın oğlu Edik, Vadimin evini təmir etmiş, Vadimdən pul ala bilmədiyinə görə həmin maşına olan etibarnaməni Sadulla ləğv etdirmiş, Sadulla da Vadimdən maşını almışdır. Çünki həmin maşın Sadullanın adında olmuşdur. Sadulla özü ona pulu qaytaracağını etiraf etmiş, indi isə pulu qaytarmır, maşının kimdə olduğunu bilmir, o, dəymiş ziyanı tələb edir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, həmçinin iş üzrə Cavabdeh1 iddianı qəbul etməmiş, məhkəməyə izahatında bildirmişdir ki, o, İddiaçı maşın satmamışdır, onun maşınını oğlu Edik 8800 manat satıb. O, Xamizə etibarnamə vermişdir, Xamizə etibarnaməni maşını öz adına keçirtməsi üçün vermişdir. Xamizə maşını oğlu satmışdır. Vaz 21154 markalı maşın idi. O, Xamizə etibarnaməni maşını öz adına salmaq üçün vermişdir. Bir ildən sonra Xamiz ondan yeni etibarnamə yazmağını xahiş etdi, o, da ona yeni etibarnamə vermişdir. Xamiz bir müddətdən sonra həmin maşını Vadimə satıb. O, etibarnaməni maşın Xamizdə olanda ləğv etdirməmişdir. Etibarnamə ləğv etdirəndə maşın Vadimdə olub. Vadimin, onun oğluna borcu var idi, buna görə mübahisə yarandı, o, da İddiaçı Vadimə satmış olduğu maşının etibarnaməsini ləğv etdirmişdir. O, maşını Xamizin Vadimə satdığını bilirdi. Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(029)-545/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində əsas borc pulun və 108 (yüz səkkiz) manat ödənilmiş dövlət rüsumu məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(029)-545/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 və Cavabdeh2 müştərək qaydada 8800 (səkkiz min səkkiz yüz) manat pulun və ödənilmiş 108 manat dövlət rüsümunun, cəmi 8908 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhəkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində əsas borc pulun və 108 (yüz səkkiz) manat ödənilmiş dövlət rüsumu məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 8800 manata maşın almışdır. Sadulla ona həmin maşını etibarnamə əsasında satmışdır, etibarnamənin müddəti bitdikdən sonra Sadulla ona yeni etibarnamə yazmışdır. O, pulu evində ailə üzvlərinin və qaynının iştirakı ilə Sadullanın oğlu Cavabdeh2 vermişdir. Sadulla ilə aralarında alqı-satqı müqaviləsi olmayıb. Sadulla oğlu Ediki göndərmiş, o da pulu Edikə verib, Edik də pulu Sadullaya çatdırmalı idi. Maşın Sadullaya məxsus olmuşdur. Vaz 21154 markalı maşın idi. Ona etibarnaməni Sadulla vermişdi, bir ildən sonra yenə etibarnamə vermiş, sonra uşaqları oxuduğuna görə o, maşını qaynı Vadim İsmayılova satmışdır. O, maşını Vadimə 7930 manata, etibarnamə əsasında satmışdır. Sadullanın oğlu Edik, Vadimin evini təmir etmiş, Vadimdən pul ala bilmədiyinə görə həmin maşına olan etibarnaməni Sadulla ləğv etdirmiş, Sadulla da Vadimdən maşını almışdır. Çünki həmin maşın Sadullanın adında olmuşdur. Sadulla özü ona pulu qaytaracağını etiraf etmiş, indi isə pulu qaytarmır, maşının kimdə olduğunu bilmir, o, dəymiş ziyanı tələb edir, Sadulla ona pulun qaytaracağını söz vermiş, indi isə qaytarmır. Məhkəmə iddianı təmin edərkən işdə olan 15 iyul 2022-ci il tarixli Cavabdeh2 tərəfindən tərtib edilmiş ərizəyə istinad edərək bildirmişdir ki, “ərizədən görünür ki, o, 1989-cu il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuşdur. Atası Cavabdeh1 adında qeydiyyat şəhadətnaməsinə əsasən Vaz 21154 markalı **-NM-*** qeydiyyat nişanlı 2012-ci il istehsalı olan tünd albalı metalik rəngli minik avtomobili 2019-cu il tarixdə Qusar rayonu Yasab kəndində yaşayan İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manata satılmışdır. Həmin məbləği o, Xamizə məxsus evindən günorta vaxtlarında Xamizin ailə üzvlərinin iştirakı ilə 8800 manat pulu almışdır. Atası Cavabdeh1 onun tərəfindən 8800 manat aldığından sonra İddiaçı etibarnamə verilmişdir. Etibarnaməyə əsasən İddiaçı idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etməyə səlahiyyətlər verilmişdir. Onlar həqiqətən yəni atası və o, razılıq əsasında atasına məxsus olan 90-HM205 qeydiyyat nişanlı avtomobili İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manata satmışlar. İddiaçı özünə məxsus olan onlar tərəfindən satılmış ** HM *** qeydiyyat olan onlar tərəfindən satılmış ** HM *** qeydiyyat nişanlı avtomobili müəyyən vaxtdan sonra qanuni əsasla X5 7930 manata satmışdır. Vadim İsmayılov özünə məxsus evində tikinti təmir işlərini apardığına görə ona 10000 (on min) manat borclu qalmışdır. Dəfələrlə o, pulun qaytarılmasını tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulun qaytarılmasını təmin etməmişdir. Ona görə də, atası Sadulla Xıdırov məcbur olmuşdur ki, İddiaçı verilmiş və İddiaçı tərəfindən Vadim İsmayılova verilmiş etibarnamələri ləğv etsin. Vadim İsmayılova məxsus evində onun tərəfindən təmir işləri aparılıb 10000 (on min) manat borclu qaldığı İddiaçı ailə üzvləri də bilirlər, yəni X12 Edikə 10000 manat təmir işləri apardığına görə İddiaçı ailə üzvləri və digər şəxslər Vadimin Edikə borclu olduğunu bilirlər. Onlar hesab edirlər ki, qeyd olunan məbləğin müştərək qaydada tutmaqda məhkəmə haqlı olmamışdır. Belə ki, Cavabdeh2 qeyd olunan münasibətlərə heç bir aidiyyatı yoxdur, 15 iyul 2022-ci il tarixli Cavabdeh2 tərəfindən tərtib edilmiş ərizə sonradan iddiaçı və iddiaçının vəkili tərəfindən Edik Xıdırova yazdırılmışdır. Edik Xıdırov nə qeyd olunan alqı-satqının tərəfi olmamış, nədə ki, avtomobilin məbləğinin alınmasında iştirak etməmişdir. O, ümumiyyətlə bu münasibətlərə heç bir aidiyyatı olmayan şəxdir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 2019-cu ildə Qusar rayon Hil kənd sakini Cavabdeh1 özünə məxsus “VAZ-21154”markalı ** HM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 8800 manata Qusar rayonu Yasab kəndində yaşayan İddiaçı etibarnamə ilə satmışdır. Sonradan etibarnaməni etibarlılıq müddəti bitdiyindən Cavabdeh1, xx.xx.2020-ci il tarixdə bir daha avtomobilə dair etibarnaməni İddiaçı vermişdir. Sonradan İddiaçı xx.xx.2020-ci il tarixli etibarnamə əsasında həmin avtomobili 8800 manata qaynı X6 etibarnamə ilə satmışdır. 2021-ci ildə X13 rayonunda avtomobili öz adına rəsmiləşdirmək istədikdə Cavabdeh1, İddiaçı verdiyi etibarnaməni xx.xx.2021-ci il tarixdə Qusar rayon notariat ofisində ləğv edilmiş və bununla da İddiaçı Vadim İsmayıova verilmiş etibarnamə etibarsız sayıldığından sonuncu avtomobili rəsmiləşdirə bilməmiş, avtomobili evinə həyətinə gətirib orada saxlamış, etibarnaməsi olmadığıdan avtomobili istifadə edə bilməmişdir. Bu səbəbdən Vadim İsmayılov avtomobilin alınması üçün 8000 manat pulu İddiaçı geri qaytarmasını tələb etmişdir. İddiaçı etibarnaməni hansı səbəbdən ləğv edilməsini Cavabdeh1 soruşmuş və sonuncu 2019-cu ildən Cavabdeh2 Vadim İsmayılovun evin təmirində usta kimi işləmiş və əmək haqqı kimi 10000 manat pulun oğlu Cavabdeh2 borclu qaldığını, həmin məbləğinin müxtəlif bəhanələr gətirməklə bu günə kimi qaytarılmadığından, pul əvəzinə həmin avtomobil geri qaytarılmadığından, pul əvəzinə həmin avtomobil geri alınması üçün etibarnaməni ləğv etdiyini bildirmişdir. Göründüyü kimi hazırki iş üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında qərarda və bütövlükdə iş materiallarında Edik Xıdırovun ümumiyyətlə adı çəkilmir. Çünki onun bu məsələlərə heç bir aidiyyatı olmamışdır. O ki, qaldı işdə olan 15 iyul 2022-ci il tarixli Cavabdeh2 tərəfindən tərtib edilmiş ərizəyə və onun məzmununa, qeyd olunan ərizə hadisədən təxminən 2 ildən çox vaxt keçdikdən sonra iddiaçı və onun vəkilinin təkidi ilə Edik Xıdırova aldadılma nəticəsində yazdırılmış ərizədir. Belə ki, hadisədən 2 il keçdikdən sonra iddiaçı Edik Xıdırovu aldadaraq belə bir məzmunlu ərizə yazdırmışdır. Bundan başqa məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, həqiqətən də, cavabdeh Qusar rayonu Hil kənd sakini Cavabdeh1 özünə məxsus “Vaz 21154” markalı, **-HM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 8800 manata İddiaçı etibarnamə ilə satmışdır. Həmin pulu İddiaçı Qusar rayonu Yasab kəndində yerləşən özünə məxsus evində ailə üzvlərinin iştirakı ilə Sadulla tərəfindən onun evinə göndərdiyi Sadullanın doğma oğlu olduğu Cavabdeh2 vermişdir. Məhkəmə bir tərəfdən qeyd edir ki, avtomobili Sədulla satmışdır, digər tərəfdən isə bildirir ki, avtomobilin pulunu Edik Xıdırov almışdır. Hesab edir ki, məhkəmənin bu 2 qənaəti bir-biri ilə ziddiyyət təşkil edir. Daha sonra məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 izahatı iddianın etirafı qəbul edilməli və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia tələbi təmin edilməlidir. Sədulla Xıdırovun izahatını etiraf kimi qəbul edən məhkəmə pulun niyə müştərək qaydada tutulmalı olduğunu əsaslandıra bilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilməli, iddia tələbi ona aid hissədə təmin edilməməli, qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan ƏN-Vİİ 368535 saylı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Xidirov X4 Xamiz Xanəmir oğluna “Vaz 21154” markalı,**-NM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 1 illik müddətə xx.xx.2021-ci il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri üzrə etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il taixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 2019-cu ildə Qusar rayon Hil kənd sakini Cavabdeh1 özünə məxsus “VAZ-21154” markalı ** HM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 8800 manata Qusar rayonu Yasab kəndində yaşayan İddiaçı etibarnamə ilə satmışdır. Sonradan etibarnaməni etibarlılıq müddəti bitdiyindən Cavabdeh1, xx.xx.2020-ci il tarixdə bir daha avtomobilə dair etibarnaməni İddiaçı vermişdir. Sonradan İddiaçı xx.xx.2020-ci il tarixli etibarnamə əsasında həmin avtomobili 8800 manata qaynı X6 etibarnamə ilə satmışdır. 2021-ci ildə X13 rayonunda avtomobili öz adına rəsmiləşdirmək istədikdə X14 Aydəmirova verdiyi etibarnaməni xx.xx.2021-ci il tarixdə Qusar rayon notariat ofisində ləğv etdirmiş və bununla da İddiaçı Vadim İsmayılova verilmiş etibarnamə etibarsız sayıldığından sonuncu avtomobili rəsmiləşdirə bilməmiş, avtomobili evin həyətinə gətirib orada saxlamış, etibarnaməsi olmadığıdan avtomobili istifadə edə bilməmişdir. Bu səbəbdən Vadim İsmayılov avtomobilin alınması üçün 8000 manat pulu İddiaçı geri qaytarmasını tələb etmişdir. İddiaçı etibarnaməni hansı səbəbdən ləğv edilməsini Cavabdeh1 soruşmuş və sonuncu 2019-cu ildən Cavabdeh2 Vadim İsmayılovun evin təmirində usta kimi işləmiş və əmək haqqı kimi 10000 manat pulun oğlu Cavabdeh2 borclu qaldığını, həmin məbləğinin müxtəlif bəhanələr gətirməklə bu günə kimi qaytarılmadığından, pul əvəzinə həmin avtomobil geri alınması üçün etibarnaməni ləğv etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2(029)-99/2022 saylı Qusar rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, VAZ-21154 minik markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə üçüncü şəxs Cavabdeh1 məxsusdur. Həmin avtomobil Cavabdeh1 tərəfindən 17 sentyabr 2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı idarəçiliyinə verilmişdir. Bundan sonra həmin avtomobil İddiaçı tərəfindən 22 dekabr 2020-ci il tarixli etibarnaməyə əsasən X3 idarəçiliyinə verilmişdir. Vadim İsmayılov aralarında olan şifahi razılığa əsasən avtomobilə görə İddiaçı 7930 manat məbləğində pul vermiş, lakin həmin şəxslərin aralarında avtomobilin alqısatqısına dair müvafiq müqavilə bağlanmamışdır. Bununla da, onların aralarında olan alqısatqıya dair şifahi razılaşma heç bir hüquqi nəticə yaratmayan əhəmiyyətsiz əqd olmuşdur. Qusar rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(029)- 715/2021 saylı qətnaməsinə əsasən VAZ-21154 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 alınıb Cavabdeh1 qaytarılması qət edilmişdir. Belə olan halda, Vadim İsmayılovun əhəmiyyətsiz əqd üzrə İddiaçı verdiyi 7930 manat pulu geri tələb etmək hüququ, sonuncunun isə həmin pulu Vadim İsmayılova qaytarmaq öhdəliyi əmələ gəlmişdir. Bundan başqa İddiaçı 7930 (yeddi min doqquz yüz otuz) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul, cəmi 8030 (səkkiz min otuz) manat məbləğində pul vəsaiti tutularaq X6 verilməsi qət edilmişdir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli Cavabdeh2 tərəfindən tərtib edilmiş ərizədən görünür ki, o, 1989-cu il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuşdur. Atası Cavabdeh1 adında qeydiyyat şəhadətnaməsinə əsasən Vaz 21154 markalı **-NM- *** qeydiyyat nişanlı 2012-ci il istehsalı olan tünd albalı metalik rəngli minik avtomobilini 2019-cu il tarixdə Qusar rayonu Yasab kəndində yaşayan İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manata satılmışdır. Həmin məbləği o, Xamizə məxsus evindən günorta vaxtlarında Xamizin ailə üzvlərinin iştirakı ilə 8800 manat pulu almışdır. Atası Cavabdeh1 onun tərəfindən 8800 manat aldığından sonra İddiaçı etibarnamə verilmişdir. Etibarnaməyə əsasən İddiaçı idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etməyə səlahiyyətlər verilmişdir. Onlar həqiqətən yəni atası və o, razılıq əsasında atasına məxsus olan 90-HM205 qeydiyyat nişanlı avtomobili İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manata satmışlar. İddiaçı özünə məxsus olan onlar tərəfindən satılmış ** HM *** qeydiyyat nişanlı avtomobili müəyyən vaxtdan sonra X5 7930 manata satmışdır. Vadim İsmayılov özünə məxsus evində tikinti təmir işlərini apardığına görə ona 10000 (on min) manat borclu qalmışdır. Dəfələrlə o, pulun qaytarılmasını tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulun qaytarılmasını təmin etməmişdir. Ona görə də, atası Sadulla Xıdırov məcbur olmuşdur ki, İddiaçı verilmiş və İddiaçı tərəfindən Vadim İsmayılova verilmiş etibarnamələri ləğv etsin. Vadim İsmayılova məxsus evində onun tərəfindən təmir işləri aparılıb 10000 (on min) manat borclu qaldığı İddiaçı ailə üzvləri də bilirlər, yəni X12 Edikə 10000 manat təmir işləri apardığına görə İddiaçı ailə üzvləri və digər şəxslər Vadimin Edikə borclu olduğunu bilirlər. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh Qusar rayonu Hil kənd sakini Cavabdeh1 özünə məxsus “Vaz 21154” markalı,**-HM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 8800 manata İddiaçı etibarnamə ilə satmışdır. Həmin pulu İddiaçı Qusar rayonu Yasab kəndində yerləşən özünə məxsus evində ailə üzvlərinin iştirakı ilə Sadulla tərəfindən onun evinə göndərdiyi Sadullanın doğma oğlu olduğu Cavabdeh2 vermişdir. Müəyyən vaxt keçdikdən sonra İddiaçı avtmobili Vadim İsmayılova satmışdır. Həmin nəqliyyat vasitəsi X3 mülkiyyətində olmuşdur. 2021-ci il tarixdə Vadim İsmayılov avtonəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək istəyəndə mümkün olmamışdır, çünki cavabdeh xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə”ni Qusar rayon notariat ofisində ləğv etdirmişdir. Cavabdeh1 məhkəmə iclasında nəqliyyat vasitəsinin İddiaçı oğlu tərəfindən satıldığından xəbərdar olduğunu bildirmiş, digər Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək sözü gedən nəqliyyat vasitəsini İddiaçı 8800 manat satdığını və pulu iddiaçıya məxsus evdə iddiaçının ailə üzvlərinin iştirakı ilə aldığını etiraf etmişdir. Bununla da, cavabdehlər iddiaçıya verilmiş ƏN-Vİİ 368535 saylı etibarnaməni ləğv etdirməklə əsassız varlanmaq istəmişlər. Həmçinin, məhkəmə qətnaməsində onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 108 (yüz səkkiz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində əsas borc pulun və 108 (yüz səkkiz) manat ödənilmiş dövlət rüsumu məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, qeyd olunan məbləğin müştərək qaydada tutmaqda məhkəmə haqlı olmamışdır. Belə ki, onun qeyd olunan münasibətlərə heç bir aidiyyatı yoxdur, 15 iyul 2022-ci il tarixli Cavabdeh2 tərəfindən tərtib edilmiş ərizə sonradan iddiaçı və iddiaçının vəkili tərəfindən Cavabdeh2 yazdırılmışdır. Cavabdeh2 nə qeyd olunan alqı-satqının tərəfi olmamış, nədə ki, avtomobilin məbləğinin alınmasında iştirak etməmişdir. O, ümumiyyətlə bu münasibətlərə heç bir aidiyyatı olmayan şəxsdir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən də görünür ki, iş materiallarında Edik Xıdırovun ümumiyyətlə adı çəkilmir. 15 iyul 2022-ci il tarixli Cavabdeh2 tərəfindən tərtib edilmiş ərizəyə və onun məzmununa münasibətdə isə Cavabdeh2 qeyd etmişdir ki, ərizə hadisədən təxminən 2 ildən çox vaxt keçdikdən sonra iddiaçı və onun vəkilinin təkidi ilə Edik Xıdırova aldadılma nəticəsində yazdırılmış ərizədir. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, məhz İddiaçı ilə “Vaz 21154” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 arasında avtomobilin 8800 manata alınması ilə əlaqədar razılaşma olmuşdur. Həmin məbləğin Cavabdeh2 tərəfindən iddiaçıdan alınaraq atasına verməsi, Cavabdeh2 iddiaçı qarşısında məsuliyyət daşımasına əsas vermir. Belə ki, Cavabdeh2 atasının adından 8800 manat pulu qəbul edərək atasına vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(029)-545/2023 nömrəli qətnaməsi Cavabdeh2 Sədulla oğluna aid hissədə ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası Cavabdeh2 aid hissədə təmin olunmamalı, qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(029)-545/2023 nömrəli qətnaməsi Cavabdeh2 Sədulla oğluna aid hissədə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası Cavabdeh2 aid hissədə təmin olunmasın. Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(029)-545/2023 nömrəli qətnaməsi Cavabdeh1 8800 manat məbləğində pulun və 108 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-201/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-201/2024
11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver