Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2013/2020 10.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X14 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Cavabdeh2 nümayəndəsi Əliyev Şöhrət Məmmədəli oğlunun iştirakı ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-53/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-53/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik hüququndan məhrum edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsi, Şabran rayon dövlət notariat kontorunun verdiyi xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında Şabran rayonunun Günəşli kəndinin ərazisində yerləşən 2,88 ha olan torpaq sahəsi üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatının, qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair xx xxxxxxx 2013-cü il tarixdə cavabdehlər arasında bağlanılmış torpağın alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi üzərində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində Mətləb Məmmədəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatına dair reyestr çıxarışının ləğv edilməsi, xx xxxxxx 2001-ci il tarixdə ölmüş anası X10 və xx xxxxxx 2002-ci il tarixdə ölmüş atası X2 torpaq paylarına onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, keçmiş Dəvəçi rayonu X13 xx xxxxx 2000-ci il tarixli, 3 saylı qərarı ilə Şabran rayonu, Günəşli kəndi ərazisində yerləşən 2,88 ha torpaq sahəsi mərhum valideynləri atası X3, anası X11 və Cavabdeh1 ayrılmışdır. Sonradan mərhum valideynləri atası X2, anası X10 və Cavabdeh1 adlarına həmin torpaq sahəsinə dair keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən xx xxxx 2001-ci il tarixdə JN-0086, kod 30403028 qeydiyyat nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X23 xx xxxxxx 2001-ci il tarixdə, atası Şərafəddin Nəbiyev isə xx xxxxxx 2002-ci il tarixdə vəfat etmişlər. Bundan sonra, Cavabdeh1 mübahisəli torpaq sahəsinə dair valideynlərinin yeganə varisi kimi özünü təqdim edərək, notariusu aldatmış və mərhumların torpaq sahəsindəki paylarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almaqla, öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirmişdir. Daha sonra, xx xxxxxxx 2013-cü il tarixdə Cavabdeh1 qeyd edilən torpaq sahəsini 15640 manat pul müqabilində Cavabdeh2 satmışdır. Cavabdeh1 mərhum valideynlərindən qalmış mirasa təkbaşına yiyələnməsi, sonradan torpağı satması tamamilə qanunsuzdur və onu vərəsəlik hüququndan məhrum etmişdir. Belə ki, mərhum valideynlərinin torpaq sahəsindəki paylarına vərəsə olaraq onun da payı vardır və həmin miras paylar Səfərlə onun arasında bərabər şəkildə bölünməli idi. Mərhum valideynlərinin mülkiyyətində olmuş Şabran rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən, sahəsi 79,4 kv.m olan fərdi yaşayış evində mərhum valideynlərinə məxsus olan paylar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında onunla qardaşı arasında bərabər hissələrdə paylara bölünmüşdür. Bu səbəbdən Şabran rayonunun Günəşli kəndi ərazisində yerləşən 2,88 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən və həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılarkən qanunsuzluğa yol verildiyindən ləyaqətsiz vərəsə hesab edilməli, vərəsəlik hüququndan məhrum edilməli, qeyd edilən sənədlər və bu sənədlərin doğurduğu hüquqi nəticələr etibarsız hesab edilməli, müvafiq hüquqi sənədlər, o cümlədən alqı-satqı müqaviləsi və mülkiyyət hüququna dair reyestrdən çıxarış ləğv edilməli və həmin torpaq sahəsində mərhum valideynlərinin paylarına onun mülkiyyət hüququ tanınmalıdır. Həmçinin, bundan əvvəl o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi olduğu üçün məhkəmələr tərəfindən yalnız həmin idarənin əməllərinin qanuni olub-olmaması araşdırılmışdır. Uzun mübahisələrdən sonra məhkəmələr onun iddiasını təmin etməmişdilər. Əslində isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olmalı idi. Notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi bu işə məhkəmənin təşəbbüsü ilə üçüncü şəxs qismində cəlb oluna bilərdi. Məhkəmə isə cavabdehləri əsl cavabdehlə əvəz etməsinə dair təklif verməmiş, nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin əməllərində qanun pozuntusu olmadığı müəyyən edilmişdir. O, mirası faktiki qəbul etmiş, yəni əmlaka sahiblik etməklə, onu idarə etmişdir. Həmçinin, Şabran Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə onun Cavabdeh1 qarşı iddiası təmin edilmiş, mərhum valideynlərindən Şabran rayonu, Günəşli kəndində miras qalmış 0,10 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin 1/2 hissəsinə onun vərəsəlik payı müəyyən edilərək tanınmış və bu qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamənin preyudisial əhəmiyyətə malik olmasını məhkəmə nəzərə almalıdır. Torpaq sahəsi satılanadək, yəni 2013-cü ilin oktyabr ayınadək özləri ondan təsərrüfat məqsədləri üçün istifadə etmiş, əkib becərmişlər. Torpaq satıldıqdan bir müddət sonra keçmiş Dəvəçi (indiki Şabran) rayonuna ata yurduna getdikdə, Cavabdeh1 vəziyyətinin gərgin olduğunu görmüş, bunun səbəbini soruşmuş, sonuncu isə sözügedən torpaq sahəsini Cavabdeh2 20000 manata satdığını bildirmiş, pulun 15640 manatı bank vasitəsilə ona ödənilsə də, sonuncunun qalan pulu ödəməkdən yayındığını bildirmişdir. Cavabdeh2 mübahisəli torpaq sahəsinin ətrafında da 40-50 ha torpaq sahələri vardır və alqı-satqı üçün Cavabdeh1 müraciət etməzdən daha əvvəl, ona müraciət etmiş, o isə miras əmlakı təsərrüfat məqsədləri üçün özləri istifadə etdiklərini və özgəninkiləşdirmək niyyətləri olmadığını bildirərək satmağa etiraz etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, keçmiş Dəvəçi rayonu X13 xx xxxxx 2000-ci il tarixli, 3 saylı qərarı ilə Şabran rayonu, Günəşli kəndi ərazisində yerləşən 2,88 ha torpaq sahəsi mərhum valideynləri atası X3, anası X11 və Cavabdeh1 ayrılmışdır. Sonradan mərhum valideynləri atası X2, anası X10 və Cavabdeh1 adlarına həmin torpaq sahəsinə dair keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən xx xxxx 2001-ci il tarixdə JN-0086, kod 30403028 qeydiyyat nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X23 xx xxxxxx 2001-ci il tarixdə, atası Şərafəddin Nəbiyev isə xx xxxxxx 2002-ci il tarixdə vəfat etmişlər. Bundan sonra, Cavabdeh1 mübahisəli torpaq sahəsinə dair valideynlərinin yeganə varisi kimi özünü təqdim edərək, notariusu aldatmış və mərhumların torpaq sahəsindəki paylarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almaqla, öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirmişdir. Daha sonra, xx xxxxxxx 2013-cü il tarixdə Cavabdeh1 qeyd edilən torpaq sahəsini 15640 manat pul müqabilində Cavabdeh2 satmışdır. Cavabdeh1 mərhum valideynlərindən qalmış mirasa təkbaşına yiyələnməsi, sonradan torpağı satması tamamilə qanunsuzdur və onu vərəsəlik hüququndan məhrum etmişdir. Belə ki, mərhum valideynlərinin torpaq sahəsindəki paylarına vərəsə olaraq onun da payı vardır və həmin miras paylar Səfərlə onun arasında bərabər şəkildə bölünməli idi. Mərhum valideynlərinin mülkiyyətində olmuş Şabran rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən, sahəsi 79,4 kv.m olan fərdi yaşayış evində mərhum valideynlərinə məxsus olan paylar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında onunla qardaşı arasında bərabər hissələrdə paylara bölünmüşdür. Bu səbəbdən Şabran rayonunun Günəşli kəndi ərazisində yerləşən 2,88 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən və həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılarkən qanunsuzluğa yol verildiyindən ləyaqətsiz vərəsə hesab edilməli, vərəsəlik hüququndan məhrum edilməli, qeyd edilən sənədlər və busənədlərindoğurduğu hüquqi nəticələr etibarsız hesab edilməli, müvafiq hüquqi sənədlər, o cümlədən alqı-satqı müqaviləsi və mülkiyyət hüququna dair reyestrdən çıxarış ləğv edilməli və həmin torpaq sahəsində mərhum valideynlərinin paylarına onun mülkiyyət hüququ tanınmalıdır. Həmçinin bundan əvvəl o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi olduğu üçün məhkəmələr tərəfindən yalnız həmin idarənin əməllərinin qanuni olub-olmaması araşdırılmışdır. Hazırki cavabdehlər həmin işdə iştirak etmək üçün üçüncü şəxs kimi cəlb edilməmişlər. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə onun müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. O, əmlaka sahiblik etmiş və əmlakı idarə etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-1425/2017 saylı qətnaməsi iddia ərizəsinə əlavə edilmişdi. Həmin məhkəmə qətnaməsinə əsasən onun Cavabdeh1 qarşı iddiası təmin edilmişdir. X1 və X9 Şabran rayonu, Günəşli kəndində miras qalmış 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə onun vərəsəlik payı müəyyən edilərək tanınması barədə qətnamə qüvvəsini almışdır. Həmin qətnamə preyudisial əhəmiyyətə malik olduğu halda, məhkəmə bunu nəzərə almalıdı. Belə olan halda, o, torpaq sahəsinin faktiki olaraq mülkiyyətçisidir. Belə ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-1425/2017 saylı qətnaməsi bu işdə preyudisial xarakter daşıyır. Məhkəmə Cavabdeh2 vicdanlı alıcı kimi qələmə vermişdir. Alıcı 2013-cü ildə ona dəfələrlə zəng edərək bu torpağı satmağı təklif etmişdir. O isə buna razı deyildi. Bundan sonra alıcı Cavabdeh2 Cavabdeh1 ilə əlibir olaraq neqativ hərəkətlərini həyata keçirmişdilər. Cavabdeh1 hüquqi savadı zəif olduğu üçün Cavabdeh1 bu məsələdə Cavabdeh2 köməklik etmişdir. Cavabdeh2 onun vərəsə olmağını və torpağın faktiki mülkiyyətçisi olduğunu bilmişdir. Belə olan halda, Cavabdeh2 vicdanlı alıcı hesab edilə bilməz. Cavabdeh1 mübahisəli torpaq sahəsinə dair anasının va atasının yeganə varisi kimi özünü təqdim edərək, notariusu aldatmış va mərhumların torpaq sahəsindəki paylarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamələr almaqla öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirmişdir. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddianın tam edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Əliyev Şöhrət Məmmədəli oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şabran rayon notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X24 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxx 1954-cü il tarixdə anadan olmuşdur, anası X12r. İş materiallarında olan JN-0086 saylı, kodu 30403028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Dəvəçi rayonu X13 xx xxxxx 2000-ci il tarixli, 03 saylı qərarı ilə 2,88 ha torpaq sahəsi Dəvəçi rayonu Günəşli kənd sakinləri X4, X10 və Cavabdeh1 mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2,88 ha torpaq sahəsi verilmişdir İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X17 xx xxxxxx 2001-ci il tarixdə, X8 isə xx xxxxxx 2002-ci il tarixdə ölmüşlər. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(031)- 1154/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı miras əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, X1 və X9 Şabran rayonu Günəşli kəndində miras qalmış 0,10 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə İddiaçı vərəsəlik payı müəyyən edilərək tanınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2016-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2002-ci il tarixdə vəfat etmiş X2 vərəsələri İddiaçı və Cavabdeh1dur, miras əmlak olan Şabran rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evinin və 0,10 ha torpaq sahəsinin X3 düşən hissəsindən hər biri ½ hissədə irs almalıdırlar. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2016-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2001-ci il tarixdə vəfat etmiş X10 vərəsələri İddiaçı və Cavabdeh1dur, miras əmlak olan Şabran rayonu Günəşli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin X11 düşən hissəsindən hər biri ½ hissədə irs almalıdırlar. Birinci instansiya məhkəməsi tərəfindən Şabran rayon dövlət notariat kontorundan tələb edilərək iş materiallarına əlavə edilmiş 2V/163 və 2V/164 saylı reyestrlərdə qeydə alınmış notariat işindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixdə həmin notariat kontoruna müraciət edərək xx xxxxxx 2001-ci ildə vəfat etmiş anası X17 və xx xxxxxx 2002-ci ildə vəfat etmiş atası X1 miras qalmış Şabran rayonu, Günəşli kəndində yerləşən 2,88 ha torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsini xahiş etmiş və özündən başqa vərəsə olmadığını bildirmişdir. Şabran rayon notariat kontoru tərəfindən Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş materiallarında olan Şabran rayon dövlət notariat kontorunun dövlət notariusu tərəfindən xx xxxxxxx 2013-cü il tarixdə reyestrdə 4Ə-470 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın (torpaq sahəsi) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətindəki Şabran rayonu, Günəşli kəndində yerləşən 2,88 hektar torpaq sahəsini 15640 manata Cavabdeh2 satmışdır. İş materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(031)-1425/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Şabran rayon notariat kontoruna, üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqaviləsinin və mülkiyyət hüququna dair dövlət qeydiyyatının etibarsız sayılması tələbinə dair iddiası edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(105)-3919/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(031)- 1425/2017 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Şabran rayon notariat kontoruna, üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqaviləsinin və mülkiyyət hüququna dair dövlət qeydiyyatının etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(102)-2708/18 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(105)-2883/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(031)-1425/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-934/2019 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı iddia tələbləri rədd edilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli iddianın etiraf edilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh1 iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbi Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilməsi, Şabran rayon dövlət notariat kontorunun verdiyi xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında Şabran rayonunun Günəşli kəndinin ərazisində yerləşən 2,88 ha olan torpaq sahəsi üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatının, qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair xx xxxxxxx 2013-cü il tarixdə cavabdehlər arasında bağlanılmış torpağın alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi üzərində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində Mətləb Məmmədəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatına dair reyestr çıxarışının ləğv edilməsi barədədir və iddia tələblərini Cavabdeh1 xx xxxxxx 2001-ci il tarixdə ölmüş anası X17 və xx xxxxxx 2002-ci il tarixdə ölmüş atası X1 miras qalmış Şabran rayonunun Günəşli kəndinin ərazisində yerləşən 2,88 ha olan torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi alarkən özünü valideynlərinin yeganə vərəsəsi kimi təqdim edərək notariusu aldatması, sonradan torpaq sahəsini Cavabdeh2 satması, bununla da onu vərəsəlik hüququndan məhrum edərək ləyaqətsiz vərəsə olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməsi üçün qanunda nəzərdə tutulan halların, yəni Cavabdeh1 miras qoyanların son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün vərəsəliyə çağırılması və ya miras payının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsinin öz təsdiqini tapmaması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırki işdə Şabran rayon dövlət notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında xx xxxxxxx 2013-cü il tarixdə bağlanmış daşınmaz əmlakın (torpaq sahəsi) alqı-satqı müqaviləsinin həqiqi olmaması üçün Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Hazırki işdə qanun üzrə vərəsəlik hüququ üzrə şəhadənamələrin və cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-934/2019 saylı qərarından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Şabran rayon notariat kontoruna, üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqaviləsinin və mülkiyyət hüququna dair dövlət qeydiyyatının etibarsız sayılması tələbinə dair mülki iş üzrə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı iddia tələbləri rədd edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işdə iştirak edən digər cavabdehin hüququnu pozduğundan birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh1 iddianı etiraf etməsini qəbul etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-53/2020 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Gülnarə Tağızadə Şəmsəddin Abasov
Məhkəmə qərarları › İş №2(105)-2013/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2013/2020
10.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver