Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2018/2023 19.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: çıxarışın etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X14 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili X1, Cavabdeh2 nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(012)-1976/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Fatmayı kəndində tiktirdiyi və yaşadığı ona məxsus 2 və 3 otaqlı iki fərdi yaşayış evlərinə xx.xx.1969-cu il tarixdə Ağcabədi rayonunda doğulmuş X10 şəxsi mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparılmış 12 dekabr 2019-cu il tarixli, ********** nömrəli dövlət qeydiyyatının və həmin evlərə verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddiasını ounla əsaslandırmışdır ki, o, 2002-ci ildə Abşeron rayonu, Fatmayı kəndində bələdiyyədən torpaq sahəsi alaraq orada 2004-cü və 2014-cü illərdə 2 otaqdan və 3 otaqdan ibarət 2 yaşayış evi tikmişdir. Pula ehtiyacı olduğuna görə torpaq sahəsinin 0,550 ha hissəsini qonşusu Seyidzadə X4. Lakin onların qarşılıqlı razılaşmalarına əsasən, rəsmi olaraq onun adına olan 10 sot torpağın hamısı Məlahət Seyidzadəyə satıldığı kimi rəsmiləşdirilsə də rəsmi qeydiyyatda olan 4,5 sot torpaq sahəsi ona məxsus olmuşdur. Habelə ona aid olan qeyd etdiyi 4,5 sot torpaq sahəsindən başqa həmin ərazidə evin arxa tərəfindən keçən qanunsuz hasara aldığı qeydiyyat sənədi olmayan 2 sota yaxın torpaq sahəsi də onun olmuşdur. Beləliklə də eyni ərazidə yerləşən dörd tərəfinə daşdan hasar çəkdirdiyi 6 sotdan artıq torpaq sahəsi onun olmuşdur. 2019cu ildə həmin torpaq sahəsinin 4,5 sot olan hissəsini satmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, bu torpaq sahəsini almış X15 hansı yollasa ona məxsus yuxarıda göstərdiyi 2 və 3 otaqlı 2 fərdi yaşayış evlərini öz şəxsi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə həmin idarədən 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Eyni zamanda reyestr xidmətinin 4 saylı Abşeron İdarəsi tərəfindən onun 2 evinə hüquq subyekti X15 göstərilməklə **********20-10301 nömrəli texniki pasport tərtib olunmuşdur. Qeyd edilməlidir ki, həm yuxarıda göstərilən çıxarışa, həm də texniki pasporta reyestr xidmətinin əməkdaşları tərəfindən təhrif olunmuş məlumatlar daxil edilmişdir. Belə ki, göstərdiyi iki evin 6 sotdan artıq torpaq sahəsində yerləşməsinə baxmayaraq, çıxarışda bu evlərin guya 0,0450 ha torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. Eləcə də texniki pasportun yaşayış evinin texniki göstəriciləri yazılmış səhifəsində hər iki evin 2019-cu ildə tikildiyi göstərilmişdir. Əslində isə o, həmin evlərin birini 2004, digərini isə 2014-cü ildə tikdirmişdir. Göstərilən torpaq sahəsinin 4,5 sotdan çox olduğu və ona məxsus, lakin Müşfiq Əliyevin əmlakı kimi qanunsuz olaraq Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış iki evinin qeydiyyat sənədi olmayan, yol üçün ayrılmış torpaqda tikildiyi Abşeron rayon Fatmayı bələdiyyəsinin 29 dekabr 2021-ci il tarixli, 75 nömrəli arayışı ilə də bir daha təsdiq olunur. Ona görə də bu evlərin heç birinə onun tərəfindən dövlət reyestr xidmətində qeydiyyata aldırılması və çıxarış alınması mümkün olmamışdır. Bir daha bildirir ki, o, evlərini heç kimə, o cümlədən X11 rəsmi və ya qeyri-rəsmi satmamışdır, ümumiyyətlə evlərinin Müşfiq Əliyev tərəfindən hansı yolla qeyriqanuni ələ keçirildiyini anlamır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi.
3. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(012)-1976/2023 saylı qətnaməsi ilə ilə iddia tələbi təmin edilməmişdir (hakim Elman Məmmədov).
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır və iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia rədd edilməlidir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarına, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 23 iyun 2023cü il tarixli, 2(012)-1976/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qeyriobyektiv və qanunsuzdur, ona görə ki, cavabdeh öz aldığı torpaq sahəsinə deyil, 2004-cü ildə istifadədə olan 2 yaşayış binası olan torpaq sahəsinə çıxarış verilməsinə heç bir əhəmiyyət verməmişdir. Torpaq sahəsini dəyişdirilməsini məhkəmə ekpertizası təyin etməklə müəyyən etməmişdir. İddiaçının hüquq müəyyənedici sənədlərinin olmamasına baxmayaraq, onun həmin torpaq sahəsindən 2001-ci ildən istifadə etməsini sübut edən şahid ifadələrini və akt qəbul edilməklə imtina etməsidir. Torpaq sahəsindən 30 il istifadə etməsi nəzərə alınmamışdır. Məhkəmə boş olmayan torpaq sahəsinə sənəd verilməsinə əhəmiyyət verməmişdir. Ona görə də Abşeron Rayon Məhkəmsəninin xx.xx.2023-cü il tarixli, 2(012)-1976/2023 saylı qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, Müşviq adlı şəxsi tanımayıb. Yalnız çıxarış alınandan sonra onu görüb. Onun 10.000 manat borcu var idi, əvəzində 4000 manatlıq mebel vermişdi. Torpağı qonşunun adına idi, ondan xahiş etmişdi ki, cavabdehə 4,5 sot torpaq versin, sonra pulu ödəyərək torpağı ondan alacaqdı. Cavabdeh isə sotu 8000 manata olan torpağın 4,5 sotunu 5000 manata alması barədə notarial müqavilənin bağlanmasına nail olub. Cavabdeh bildirir ki, pulu onun oğlu Həsən Bayramovun yanında verib. Halbuki pul veriləndə oğlu Şüvəlan ərazisində idi. Məhkəmədə cavabdehə pulu hardan alması barədə sual ünvanlandı. O, əvvəlcə bildirdi ki, pulu Rusiya Federasiyasından ona göndəriblər. Sonra isə bildirdi ki, Bakı şəhəri, Neftçilər metro stansiyası yaxınlığındakı evini satıb, pulu da buradan əldə edib. Bu zaman o, cavabdehə həmin evin harada olması barədə sual ünvanlamış, lakin o, bildirdi ki, evin yerini bilmir. Sonra onu polis əməkdaşları gəlib evindən apardı. O, ev yox, torpaq satmışdı. Yolda problem olduğuna görə 17 il əvvəl müraciət etsə də çıxarış ala bilməmişdi. Amma cavabdeh yolu Əbülfəz adlı qonşunun həyətindən keçirməklə çıxarış almağa nail olub. Bu çıxarışı verən şəxslər məsuliyyətə cəlb olunub. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(012)-1976/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin iddiası təmin olunmayıb. Formal xarakterli çıxarışlar əsasında qətnamə qəbul olunmuşdur. xx.xx.2019cu il tarixdə Müşfiq Əliyev torpaq sahəsini almış, xx.xx.2019-cu il tarixdə də həmin torpaq sahəsinə çıxarış almışdır. Çıxarış alğı-satqı müqaviləsi əsasında alınmışdır və 4,5 sot torpaq sahəsinə aiddir. Bundan 2 ay sonra Müşfiq Əliyev iddiaçıya aid iki ədəd 3 otaqlı evi də öz torpaq sahəsinin tərkib hissəsinə daxil etməklə Reyestr Xidmətindən yenidən çıxarış almışdır. Onlar qətnaməni bu hissədə mübahisələndirirlər, iddiaçı ev satmayıb. Məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü var. İddiaçı güya cavabdehin evinə girdiyinə görə barəsində hökm çıxarılıb. Bundan sonra isə tərəfə bəraət verilib və hökmdə göstərilir ki, İddiaçı əmlaka sahiblik edən şəxsdir və onun hərəkətlərinin mülki hüquqi təminatı var. İddiaçı evə münasibətdə sahiblik, evdəki əşyalara münasibətdə mülkiyyət hüququnu həyata keçirmişdir. Burada özbaşınalıqdan söhbət gedə bilməz. Evlər 2004- 2014-cü illərdə tikilib. Digər tərəf isə akt təqdim edib ki, evlər 2019-cu ilin oktyabr-dekabr aylarında tikilib və sonradan çıxarışa əlavə olunub. Fatmayı kəndinin baş planı var. Orada yol üçün ayrılmış sahəyə dair tələb iddiaçı tərəfindən pozulduğundan o bu gün barəsində iddia irəli sürüyü evlərə mülkiyyət hüququ əldə edə bilməmişdir. Cavabdeh isə yolu başqa qonşunun həyətində göstərərək dövlət orqanını yanıltmış və çıxarış almışdır. Hesab edir ki, məsul orqanın çıxarışın verilməsində iştirak etmiş 7 üzvü məhkəməyə dəvət olunmalıdır. Daha sonra qeyd etdi ki, İddiaçı tikdiyi evlər cavabdehə satılan torpaq sahəsində deyil. Hökmdə müəyyən olunur ki, cavabdeh məhkəmə iclaslarında bildirib ki, İddiaçı evdən çıxarmağa tələsməyib. Çünki çıxarış almamışdı. Çıxarış alandan sonra qapının kilidini dəyişib və iddiaçını evdən çıxmağa məcbur edib. İddiaçı ev satmayıb, torpaq satıb, torpağın satışı da müəmmalıdır. Cavabdehin evi olmayıb. Evini satıb 70000 manat pul ödəməsi yalandır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(012)-1976/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, onlar Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdılar ki, hazırkı iş üzrə iddiaçı evdən çıxarılsın. Hazırki iddianın qaldırılmasında məqsəd digər iddia üzrə icraatın dayandırılması idi və tərəf bu məqsədinə nail oldu. Bu hal Cavabdeh2 mülkiyyət hüququnun pozulmasıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 23 iyun 2023cü il tarixli, 2(012)-1976/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinin nümayəndəsi gəlməmiş, iş üzrə iddiaçı və nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbərləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərar
15. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları
16. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarı
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 20 sentyabr 2019-cu il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı X7 Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,045 ha torpaq sahəsini alıcı Cavabdeh2 satmağı, alıcı Cavabdeh2 isə müqavilədə müəyyən edilmiş məbləği satıcı X5 ödəməyi öz öhdəsinə götürmüşdür.
21. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evi hüquq sahibi olan Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.
22. Məhkəmə hesab etmişdir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır və iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia rədd edilməlidir.
23. Belə ki, Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 20 sentyabr 2019-cu il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsindən göründüyü kimi alıcı Əliyev X12 rayonu, Fatmayı kəndində yerləşən 0,045 ha torpaq sahəsini satıcı X2 almış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evi hüquq sahibi olan Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.
24. İddiaçı tərəf məhkəməyə göstərilən fərdi yaşayış evinin ona məxsus olmasını və mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Cavabdeh isə həmin fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış almış, hal-hazırda da həmin sənədlərin şübhə altına alınmasına dair iddiaçı tərəfindən hər hanı bir mötəbər sübut təqdim deilməmiş, halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının həmin əqdin mübahisələndirilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir.
25. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
26. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
27. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları)...”
28. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır”. Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.
29. Qeyd edilənlərə əsasən məhkəmə iddianı təmin etməmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır.
31. Belə ki, i ş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 20 sentyabr 2019-cu il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı X7 Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,045 ha torpaq sahəsini alıcı Cavabdeh2 satmağı, alıcı Cavabdeh2 isə müqavilədə müəyyən edilmiş məbləği satıcı X5 ödəməyi öz öhdəsinə götürmüşdür.
32. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evi hüquq sahibi olan Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.
33. İddiaçı iddianı da onunla əsaslandırmışdır ki, o, 2002-ci ildə Abşeron rayonu, Fatmayı kəndində bələdiyyədən torpaq sahəsi alaraq orada 2004-cü və 2014-cü illərdə 2 otaqdan və 3 otaqdan ibarət 2 yaşayış evi tikmişdir. Pula ehtiyacı olduğuna görə torpaq sahəsinin 0,550 ha hissəsini qonşusu Seyidzadə X4. Lakin onların qarşılıqlı razılaşmalarına əsasən rəsmi olaraq onun adına olan 10 sot torpağın hamısı Məlahət Seyidzadəyə satıldığı kimi rəsmiləşdirilsə də rəsmi qeydiyyatda olan 4,5 sot torpaq sahəsi ona məxsus olmuşdur. Habelə ona aid olan qeyd etdiyi 4,5 sot torpaq sahəsindən başqa həmin ərazidə evin arxa tərəfindən keçən qanunsuz hasara aldığı qeydiyyat sənədi olmayan 2 sota yaxın torpaq sahəsi də onun olmuşdur.
34. Lakin idiaçı buna dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
35. Belə ki, iş materiallarından görünür ki, X3 mülkiyyətində iddiaçının iddia etdiyi kimi 0,045 ha deyil, 0,1 ha torpaq sahəsi olmuşdur, onun buna dair reyestrdən çıxarışı olmuşdur və o da həmin çıxarışa əsasən torpaq sahəsinin 0,045 ha hissəsini cavabdehə satmışdır.
36. Bundan başqa iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsinin və evin ona məxsus olmasına dair hər hansı bir sübut təqdim də bilməmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan Qəraralara istinad etməklə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmamasına dair gəlmiş oluğu nəticə ilə razılaşır.
38. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının qeyd etdiyi qeydiyyatın və çıxarışın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, cavabdeh rəsmi qaydada, notarial qaydada təsiq olunmuş alğı-satqı əsasında torpaq almış, bundan sonra həmin torpaq sahəsinə və üzərində tikilmiş evə mülkiyyət hüququna dair reyestrdən çıxarış almışdır.
39. Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, torpağın X3 mülkiyyətinə keçməsinə dair reyestrdən çıxarış və onunla cavabdeh arasında olan alğı-satqı müqaviləsi də hazırda qüvvədədəir.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.
42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə əsaslıdır.
43. Qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.
44. Hazırki işdən görünür ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi halları sübuta yetirə bilməmişdir.
45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir.
46. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz.
47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(012)-1976/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Abşeron Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(012)-1976/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.