Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2031/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsinə qarşı sağlamlığa vurulmuş zərərə görə ödənclərin verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsinin istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar iddiaçı X2 ödənilməli olan aylıq ödənclərin ödənilməsini dayandırmasının qanunsuz hesab edilməsi, istehsalat qəzası nəticəsində əmək xəsarəti alması ilə əlaqədar iddiaçı X2 01 yanvar 2022-ci il tarixdən məbləği 240 manatdan aşağı olmamaqla aylıq ödənclərin hesablanaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsi tərəfindən ödənilməsi, 01 avqust 2019-cu il tarixdən 2021-ci ilin dekabr ayı daxil olmaqla ödənilməmiş 5744 (beş min yeddi yüz qırx dörd) manatın birdəfəlik ödəniş şəklində cavabdehdən alınaraq iddiaçı X2 ödənilməsi, ilkin mediasiya sessiasının keçirilməsi ilə bağlı iddiaçı X3 tərəfindən ödənilmiş 50 manat pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahş edilmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsinin istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar iddiaçıya ödənilməli olan aylıq ödənclərin ödənilməsini dayandırmasının qanunsuz sayılması,istehsalat qəzası nəticəsində əmək xəsarəti alması ilə əlaqədar iddiaçıya 01 yanvar 2022-ci il tarixdən məbləği 240 manatdan aşağı olmamaqla aylıq ödənclərin hesablanaraq ödənilməsi, 01 iyul 2019-cu il tarixdən 2021-ci ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənclərin toplanaraq 6000 (altı min) manat birdəfəlik ödəniş şəklində iddiaçıya ödənilməsi,ilkin mediasiya sessiasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixdə, 3/2-2 saylı iş üzrə çıxardığı qətnamədə iddiaçının əsas iş yeri üzrə əmək haqqının 319 manat, 69 qəpik təşkil etməsi, əmək qabiliyyətinin itirdiyi 80 %-i 255 manat 91 qəpik təşkil etməsi və bundan 120 manat pensiya alması, qalan 135 manat 91 qəpik fərqi cavabdehdən tələb etməsi, 20 % itirilməmiş məbləğin 63 manat 98 qəpik təşkil etməsi göstərilmişdir. Həmin qətnaməyə əsasən iddiaçıya cavabdehlər Sumqayıt Xovlu İplik fabrikindən və Sumqayıt şəhər X6 İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi yanında Müəssisədənkənar Mühafizə Şöbəsindən müştərək qaydada birdəfəlik olaraq 10 yanvar 1983-cü ildən 10 may 1984-cü il tarixə kimi 16 ay üçün 2174 manat 56 qəpik, yəni Sumqayıt Xovlu İplik fabrikindən 1087 manat 28 qəpik, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi yanında Müəssisədənkənar Mühafizə Şöbəsindən 1087 manat 28 qəpik alınaraq iddiaçıya verilməsi cavabdehlərə öhdəlik kimi qoyulmuşdur. Ona görə də 10 may 1984-cü ildən 10 yanvar 1985-ci il tarixə kimi hər iki qurum tərəfindən ayrıayrılıqda 67 manat 95 qəpik X1 xeyrinə ödənilməsi qətnamədə öz əksini tapmışdır. Baxmayaraq ki, məhkəmə qətnaməsinə əsasən T .Müzəffərova 10 yanvar 1985-ci il tarixə kimi 67 manat 95 qəpik müavinət ödənilməsi öhdəlik kimi göstərilmişdir, ona 2019-cu ilin sonlarına kimi ödəniş olunmuşdur. Bundan əlavə tibbi komissiyanın sonuncu rəyinin nə vaxt alınması qətnamədə aydın deyildir. Daha sonra 1984-cü ilin qətnaməsində Sumqayıt Xovlu İplik fabriki İddiaçı əsas iş yeri kimi göstərilmiş, əsas iş yerinin nərdivanından yıxılan iş yoldaşı Fətəliyev onun üstünə yıxılmış və o, xəsarət almışdır. Əmək intizamının pozulması Fətəliyevin iş ayaqqabılarını geyməməsi və icazəsiz aşağı mərtəbəyə düşməsi də göstərilmişdir. Mövcud Qanuna əsasən əlilliyə görə müavinət alan şəxsin pensiya hüququ yarandıqda və ona əmək pensiyası təyin olunduqda həmin müavinət dayandırılır. Hazırda İddiaçı pensiya hüququ əldə etmişdir. Bundan əlavə İddiaçı əsas iş yerində, Sumqayıt Xovlu İplik Fabrikində xəsarət almışdır. Bu səbəbdən İddiaçı iddia tələbi əsassızdır və ona görə rədd edilməlidir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, tərəflər arasında hər hansı razılıq əldə etmək mümkün deyil. Müavinət 1984-cü il tarixli qətnamə ilə təyin olunub. Hazırda əlilliyə görə müavinət alan şəxsin pensiya hüququ yaranıb və müavinət dayandırılmalıdır. Amma məhkəmə qətnaməsi bu mövqenin əksinədir. İddiaçı Sumqayıt Xovlu-İplik ATSC-də xəsarət alıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil Hafiz oğlu apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçının aldığı vəsait müavinət deyil, zərərə görə ödənilən məbləğdir, bu zaman pensiya hüququnun yaranması həmin məbləğin ödənilməsinin dayandırılmasına əsas ola bilməz. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir Məhkəmə kollegiyasının iclasında iştirak edərkən üçüncü şəxs Sumqayıt Xovlu- İplik ATSC-nin nümayəndəsi Nümayəndə3 göstərdi ki, təmsil etdiyi təşkilat bu günə qədər məhkəmə qətnaməsi əsasında ödənişi qaydasında icra etmişdir. Bundan sonra da ödəməyə etirazları yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə4 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 14/4 saylı, xx.xx.1982-ci il tarixli, Forma H-İ aktından görünür ki, 1982-ci ilin sentyabr ayının 7-də, gecə saat 03:00 radələrində bədbəxt hadisə baş vermişdir. Hadisə nəticəsində Sumqayıt şəhər Mühafizə Şöbəsinin əməkdaşı X3 xəsarət almışdır. Bu barədə akt tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı zona TSEK tərəfindən verilmiş arayışdan görünür ki, X2 istehsalat xətası nəticəsində 2-ci dərəcə əlillik qrupu müddətsiz olaraq verilmişdir. İş materiallarında olan Azərbaycan SSR Sosial Təminat Nazirliyi tərəfindən verilmiş 146 saylı, 13 yanvar 1986-cı il tarixli arayışdan görünür ki, X3 əmək xəsarəti almışdır. İş materiallarında olan Sumqayıt şəhər Xalq Məhkəməsinin 14 may 1984-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Xovlu İplik fabrikindən və Sumqayıt şəhər X6 İcraiyyə Komitəsinin daxili işlər şöbəsinin yanında müəssisədənkənar mühafizə şöbəsindən müştərək qaydada birdəfəlik olaraq xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixə kimi 16 ay üçün 2174 manat 56 qəpik, yəni, Sumqayıt Xovlu İplik fabrikindən 1087 manat 28 qəpik və müəssisədən kənar mühafizə şöbəsindən 1087 manat manat 28 qəpik lınıb iddiaçı X2 verilməsi, cavabdehlər Xovlu İplik fabrikindən və Sumqayıt şəhər X6 İcraiyyə Komitəsinin daxili işlər şöbəsinin yanında müəssisədənkənar mühafizə şöbəsindən müştərək qaydada hər ay 1984-cü ilin may ayının 10-dan 1985-ci ilin yanvar ayının 10-na kimi Sumqayıt Xovlu İplik fabrikindən 67 manat 95 qəpik və müəssisədənkənar mühafizə şöbəsindən 67 manat 95 qəpik alınıb Müzəffərov teyyb Qafar oğluna verilməsi (fərq 185 manat, 91 qəpikdir), cavabdeh Sumqayıt Xovlu İplik fabrikindən 90 manat 80 qəpik və müəssisədənkənar mühafizə şöbəsindən 90 manat 80 qəpik dövlət nəfinə rüsum alınması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 22 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X3 DSMF Sumqayıt Şəhər Şöbəsində 2-ci qrup əlil olaraq xx.xx.1989-cu il tarixindən ömürlük əmək pensiyası alır. İş materiallarında olan MŞB/6-1055 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X3 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Sumqayılt Xovlu İplik Fabrikinin xx.xx.1997-ci il tarixli, 30 saylı arayışından görünür ki, X3 əmək vəzifələrini yerinə yetirərkən xəsarət almışdır. İş materiallarında olan Sumqayıt Xovlu İplik Fabrikinin xx.xx.1996-cı il tarixli, 207 saylı əmrindən görünür ki, fabrikin mühasibatlığı X2 dəymiş ziyanı ödəmişdir. İş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş “Xalq Bank” Sumqayıt Filialının AZ81HAJCFCRAZN**********1001 saylı hesabdan çıxarışdan görünür ki, sonuncu dəfə 2019-cu ilin avqust ayının 14-də iddiaçının kart hesabına 140,03 manat mədaxil edilmişdir. Bundan sonra həmin kart hesabına hər hansı vəsait mədaxil edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Sumqayıt şəhər Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli, 257/168-M-17 saylı imtinasından görünür ki, iddiaçı X2 ödənişlərin edilməsi cavabdeh təşkilat tərəfindən dayandırılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 1981-ci ildə keçmiş Azərbaycan Boru Prokatı Zavodunda metal kəsici peşəsi üzrə işlədiyi dövrdə (hal-haızrda Azərbaycan Boruyayma Zavodu adlandırılır) müdiriyyətin razılığı əsasında Sumqayıt şəhər keçmiş X6 İcraiyyə Komitəsinin Daxili işlər şöbəsi yanında Müəssisədənkənar mühafizə şöbəsində(hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsi) əlavə işçi olaraq işə qəbul olunmuş, atıcı kimi 6 nömrəli komandaya daxil edilmiş və işləmək üçün Sumqayıt Xovlu İplik Fabrikinə göndərilmişdir. 1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almış, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirərək İİ qrup əlillik dərəcəsi almışdır. Həmin xəsarətlər hal-hazırda da iddiaçının səhhətinə ciddi təsir göstərməkdədir. İş vaxtı zamanı işəgötürənin təqsiri ucbatından xəsarət almağı və bunun nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyi Sumqayıt şəhər Mühafizə İdarəsinin 29 dekabr 1982-ci il tarixli, 14/4 saylı “İstehsalatda bədbəxt hadisə haqqında” aktı, 6 saylı Tibbi sosial Ekspert Komissiyasının arayışları, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli, 3-2/2-1984 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təqdiqini tapmışdır. İş vaxtı iş yerində xəsarət alımağı ilə əlaqədar olaraq iddiaçıya sonradan İİ qrup əlillik dərəcəsi verilmişdir. Sözügedən hadisə nəticəsində iddiaçı peşə əmək qabiliyyətinin 80%ni itirdiyindən, qanunvericiliyə görə əsas iş yeri üzrə aldığı əmək haqqının əmək qabiliyyətini itirdiyi dərəcəyə mütənasib olan hissəsi xəsarət almağında təqsirkar olan işəgötürənlər, yəni Sumqayıt Xovlu İplik Fabriki və Sumqayıt şəhər keçmiş X6 İcraiyyə Komitəsinin yanında Müəssisədənkənar mühafizə şöbəsi tərəfindən ödənilməli idi. Lakin onlar bu ödənişi ödəməkdən yayındıqlarına görə iddiaçı həmin dövrdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli,3-2/2-1984 saylı qətnaməsi ilə onların iddiaçının iş vaxtı xəsarət almağında və bunun nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqları sübuta yetirilmiş,10 yanvar 1983-cü il tarixdən 10 may 1984-cü il tarixədək 16 ay üçün həmin dövrdə olan məzənnə ilə 2174 manat 56 qəpik pul vəsaitinin müştərək qaydada Sumqayıt Xovlu İplik Fabrikindən və Sumqayıt şəhər keçmiş X6 İcraiyyə Komitəsinin Daxili işlər şöbəsinin yanında Müəssisədənkənar mühafizə şöbəsindən alınaraq iddiaçıya ödənilməsi, həmçinin 1984-cü ilin may ayından 1985-ci ilin yanvar ayınadək, yəni ilkin tibbi arayışda göstərilmiş əmək qabiliyyətinin itirildiyi və növbəti tibbi müayinənin təyin edildiyi müddət ərzində hər iki təşkilatdan hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi qət edilmişdir.Sonradan iddiaçının əmək qabiliyyəti bərpa olunmadığından iddiaçıya müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə, həm Sumqayıt Xovlu İplik Fabriki, həm də Sumqayıt şəhər keçmiş X6 İcraiyyə Komitəsinin Daxili işlər şöbəsinin yanında Müəssisədənkənar mühafizə şöbəsinin hüquqi varisi olaraq Sumqayıt şəhər Mühafizə İdarəsi tərəfindən hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi həyata keçirilmiş və 2019-cu ilin əvvəllərinədək hər iş yerindən 140 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Lakin 2019-cu ilin avqust ayından Sumqayıt şəhər Mühafizə İdarəsi sözügedən ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Həmin dayandırma müvafiq normativ aktlara ziddir. Ona görə də məhkəmə hesab edir ki, ödənişlərin ödənilməsi davam etməlidir. Məhkəmə iş materiallarına və Mülki Məcəllənin 21, 1118.1, 1119.2, 1126.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 saylı Qərarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq hesab edir ki, məhkəmə işin hallarına və qanunvericilik normalarının tələblərinə uyğun nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Həmin Məcəllənin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur(zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təsbit edilir və ödənilir. Həmin Qərarın 3.6-cı bəndinə əsasən 3.3.-3.5. bəndlərdə göstərilən qaydada təqsirkar müəssisə tərəfindən zərərçəkənin əvəzçiliklə işlədiyi yerlərdə aldığı əmək haqqı hesablanıb ödənilir. Həmin Qərarın 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı 1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almış, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirərək İİ qrup əlillik dərəcəsi almışdır. Bu hal Sumqayıt şəhər Mühafizə İdarəsinin 29 dekabr 1982-ci il tarixli, 14/4 saylı “İstehsalatda bədbəxt hadisə haqqında” aktı, 6 saylı Tibbi sosial Ekspert Komissiyasının arayışları, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli, 3-2/2-1984 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təqdiqini tapmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli, 3-2/2-1984 saylı qətnaməsi ilə onların iddiaçının iş vaxtı xəsarət almağında və bunun nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqları sübuta yetirilmiş,10 yanvar 1983-cü il tarixdən 10 may 1984-cü il tarixədək 16 ay üçün həmin dövrdə olan məzənnə ilə 2174 manat 56 qəpik pul vəsaitinin müştərək qaydada Sumqayıt Xovlu İplik Fabrikindən və Sumqayıt şəhər keçmiş X6 İcraiyyə Komitəsinin Daxili işlər şöbəsinin yanında Müəssisədənkənar mühafizə şöbəsindən alınaraq iddiaçıya ödənilməsi, həmçinin 1984-cü ilin may ayından 1985-ci ilin yanvar ayınadək, yəni ilkin tibbi arayışda göstərilmiş əmək qabiliyyətinin itirildiyi və növbəti tibbi müayinənin təyin edildiyi müddət ərzində hər iki təşkilatdan hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçının əmək qabiliyyəti bərpa olunmadığından iddiaçıya müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, həm Sumqayıt Xovlu İplik Fabriki, həm də Sumqayıt şəhər keçmiş X6 İcraiyyə Komitəsinin Daxili işlər şöbəsinin yanında Müəssisədənkənar mühafizə şöbəsinin hüquqi varisi olaraq Sumqayıt şəhər Mühafizə İdarəsi tərəfindən hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi həyata keçirilmiş və 2019-cu ilin əvvəllərinədək hər iş yerindən 140 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmiş, 2019-cu ilin avqust ayından Sumqayıt şəhər Mühafizə İdarəsi sözügedən ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Cavabdeh təşkilat ödənişin dayandırılmasını iddiaçının yaşa görə əmək pensiyası alması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdeh təşkilatın gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur(zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Qanunvericilik normasından göründüyü kimi, zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur. Bununla da müəyyən edilir ki, iddiaçının əmək pensiyası hüququnun yaranması zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiyanın dayandırılmasına əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin 01 iyul 2019-cu il tarixdən 2021-ci ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənclərin toplanaraq 6000 (altı min) manat birdəfəlik ödəniş şəklində iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən 2019-cu ilin iyul ayında ödəniş edildiyindən və 2019-cu ilin avqust ayında Azərbaycan Respublikasında minimum əmək haqqının miqdarı 180 manat təşkil etdiyindən ödənilməli məbləğ 80 % olduğu üçün 180 manatın 80 %-i 144 manat təşkil etməlidir. 2019-cu ilin avqust ayı üçün cavabdeh 144 manatı ödəməmişdir. 2019-cu ilin sentyabr ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla Azərbaycan Respublikası ərazisində minimum əmək haqqı 250 manat təşkil etmişdir. Ödənilməli məbləğ 80 % olduğu üçün 250 manatın 80 %-i 200 manat təşkil etməlidir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qeyd edilən hissədə qismən təmin etmiş, cavabdehdən 5744 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir. Bundan başqa iddia tələbinin istehsalat qəzası nəticəsində iddiaçının əmək xəsarəti alması ilə əlaqədar iddiaçıya 01 yanvar 2022-ci il tarixdən məbləği 240 manatdan aşağı olmamaqla aylıq ödənclərin hesablanaraq ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırda Azərbaycan Respublikası ərazisində minimum əmək haqqının məbləği 300 manat təşkil edir. Ödənilməli məbləğ 300 manatın 80 %-i olduğu üçün, 300 manatın 80 %-i 240 manat müəyyən edilməlidir. bu baxımdan birinci instansiya məhkəməsi hər ay 240 manat məbləğində ödənclərin ödənilməsi davam etdirilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiyaya dair xərcin əvəzi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri məhkəmə kollegiyası tərəfindən araşdırılmış və hüquqi qiymət verilmişdir. belə ki, şikayətin dəlilləri əsaslandırılmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2367/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsindən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2031/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2031/2022
29.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver