Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2040/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən və onun üzərindəki yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(012)-483/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(012)-483/2021 saylı qətnaməsi ilə İddiaçı yuxarıda qeyd olunan iddiası rədd edilmişdir. (hakim E.Məmmədov) Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(012)-483/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və yetkinli yaşına çatmayan qızı Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi bununla əsaslandırılmışdır ki, o, ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində olan yaşayış sahəsini AN-İ ******* saylı, 17 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 almışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunması Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən həyata keçirilmişdir. Lakin yaşayış sahəsinin reyestrdən çıxarışı olmadığına görə alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır. Həmin alqı-satqı müqaviləsi əsasında ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsinə dair onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən 18 dekabr 2018-ci il tarixli, RX ******* nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsi keçmiş mülkiyyətçi tərəfindən ona 17 noyabr 2018-ci il tarixdə satılmışdır. Lakin torpaq sahəsinin alqı-satqısından bir müddət sonar, cavabdeh azyaşlı uşağı Cavabdeh2 ilə birlikdə həmin torpaq sahəsinə daxil olaraq oradan çıxmamışlar. Cavabdeh1 Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə ərizəsi ilə müraciət edərək onun mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(007)-1518/2019 nömrəli qətnaməsinə əsasən, Cavabdeh1 ona, X5 və X6 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qarşı tərəf həmin qətnamədən apelyasiya şikayəti vermis, Bakı Apelyasiya Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(103)-11634/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(007)-1518/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(103)-11634/2019 nömrəli qətnaməsindən kasasiya şikayəti də vermis, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(102)- 1415/2020 nömrəli qərarı ilə Cavabdeh1 kasasiya şikayəti təmin edilmədən, Bakı Apelvasiva Məhkəməsinin 09 oktyabr 2019-ctı il tarixli 2(103)-11634/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Lakin o, hüquqlarını maneəsiz şəkildə həyata keçirə bilmir və bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Belə olan halda da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə mübahisəni həll edərkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və qanunsuz nəticəyə gəlmişdir. Cavabdeh1 ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi barədə iddiasından başqa, ona və 4 saylı Bakı "Asan xidmət" Mərkəzinə qarşı vərəsəlik şəhadətnaməsinin və qeydiyyatın ləğv edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2 (008)- 2038/2019 saylı qətnaməsi ilə Cavabdeh1 Obdiil qızının iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2 (103)-10405/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli. 2 (008)-2038/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(102)- 379/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(103)-10405/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh azyaşlı qızı ilə birlikdə mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsinə Bakı şəhəri Sabunçu rayon 15-ci PB-nin sahə müvəkkili Namiq adlı polis əməkdaşının vasitəsilə girmişdir. Təxminən 2019-cu ilin əvvəllərində Bakı şəhəri Sabunçu rayonu 15-ci PB-nin əməkdaşı Namiq adlı şəxs onu qorxudaraq evin açarlarını almış və cavabdehə vermişdir. Sonradan Namiq adlı polis əməkdaşının onu qorxudub qanunsuz olaraq evin açarını alaraq Cavabdeh1 verdiyini öyrəndikdən sonra, dəfələrlə 15-ci PB-nə gedərək Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən və üzərində yerləşən yaşayış sahəsindən çıxarılması və evin açarının alınaraq qaytarılması barədə müraciət etmiş, lakin ona mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Qətnamədə qeyd edilmişdir ki, Cavabdeh1 Obdiil qızının bildirdiyinə görə 2003cü il təvəllüdlü Cavabdeh2 ilə birlikdə 2015-ci ildən fasiləsiz olaraq özbaşına tikilidə yaşayır. Eyni zamanda məhkəmə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli, 2064 saylı arayışa istinad edərək iddianı rədd etmişdir. Məhkəmə qətnamə çaxararkən. ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsinə dair adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən 18 dekabr 2018-ci il tarixli, RX ******* nömrəli çıxarışı nəzərə almayaraq, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli, 2064 saylı arayışa istinad etmişdir. Halbuki, Cavabdeh1 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çaxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərkən iddia ərizəsində faktiki yaşayış yeri kimi, Bakı şəhəri, Sabunçu qəsəbəsi, 14-cü mədən, 14 saylı evi göstərmişdir. Cavabdeh1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətində və Bakı Apelyasiva Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində də faktiki yaşayış yeri kimi həmin evi göstərmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilsə də, bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsinə mülkiyyət hüququ olmasa da, həmin yaşayış sahəsinə mülkiyyət hüququ əldə etməyə gözlənti hüquqları vardır. Müvafiq qurumun əməkdaşları tərəfindən mülkiyyətindəki torpaq sahəsində yerləşən yaşayış sahəsinə çıxarış verilməsi üçün dəfələrlə evə baxış keçirməyə gəlsələr də Cavabdeh1 qapını açmayaraq onları evə buraxmamışdır. Bütün bunlar isə onun mülkiyyət hüququnun pozulması mənasına gəlir. Bu hallara məhkəmə diqqət yetirməyərək qeyri-obyektiv və ədalətsiz qətnamə qəbul etmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, həmçinin onun vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı əlavə etdi ki, bacısı olduğu üçün Cavabdeh2 və anası evdən könüllü çıxdıqları təqdirdə bacısına 5000 manat kompensasiya ödəyə bilər. Apelyasiya baxışı zamanı Cavabdeh1 şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, mübahisəli tikilidə 2015-ci ildən yaşayır. Bu evi mərhum əri ilə birgə vəsait hesabına inşa etmişlər. O, öləndən sonra isə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Apelyasiya baxışı zamanı yetkinlik yaşına çatdığı üçün əlavə cavabdeh kimi işə cəlb edilmiş Cavabdeh2 da bu izahatı təsdiq etdi və şikayətin rədd olunmasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, mübahisəli torpaq sahəsi və üzərindəki evi onun mərhum atası tikmiş, o, öləndən sonra qardaşı Orxan hansı yollasa torpağı öz adına keçirə bilmişdir. Halbuki, bu əmlak ona atasından qalmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış AN-İ ******* nömrəli, 17 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Məmmədli kəndində yerləşən 0,025 ha torpaq sahəsini 3000 manata alıcı İddiaçı satmışdır. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0,025 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi, 18.12.2018-ci il tarixi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli, 2064 saylı arayışdan görünür ki, Cavabdeh1 həqiqətən 2015-ci ildən hazıradək Abşeron rayon, Məmmədli kəndində oğlu X10 və qızı Cavabdeh2 ilə birlikdə yaşayır. Cavabdeh1 mərhum həyat yoldaşı X11 ilə də 2015-ci ildən vəfat edənədək birlikdə ünvan 1ində yaşamışdır. İşdə olan X2 Azərbaycan Nümayəndəliyi D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən verilmiş 21.10.2020-ci il tarixli, 20 saylı sənəddən görünür ki, iş üzrə iddiaçı cavabdehin savadsızlığından və avamlığından suiistifadə etməklə torpaq sahəsinin mülkiyyətçisi vəfat etdikdən sonra saxta sübutlar təqdim etməklə məhkəmə hakimiyyətini aldatmağa nail olaraq iddia predmeti olan torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Yenə işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(007)-1518/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ona, X5 və X6 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədə əksini tapmış X4 izahatından görünür ki, o, mübahisəli torpaq sahəsini və evi İddiaçı onun atasının şifahi vəsiəti əsasında vermişdir. Yenə də işdə olan Bakı Apelyasiya Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(103)- 11634/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(007)-1518/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(102)-1415/2020 nömrəli qərarından görünür ki, Cavabdeh1 kasasiya şikayəti təmin edilmədən, Bakı Apelvasiva Məhkəməsinin 09 oktyabr 2019-ctı il tarixli 2(103)-11634/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yenə işə əlavə edilmiş AZ-İ 393533 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X7 birgə nikahından xx xxx 2003-cü il tarixdə Ləman adlı uşaq doğulmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(012)-483/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının ögey anası, Cavabdeh2 isə ögey bacısıdır. Cavabdeh1 iddiaçının atası Məcidov Əlirza ilə 2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan 2003-cü il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hüquqları 18 dekabr 2018-ci il tarixdə rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçsə də, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə dair iddiaçıya məxsus hər hansı bir sənəd mövcud deyildir və həmin tikili özbaşına tikilidir. Bundan başqa, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin özbaşına tikilidə iddiaçının ögey anası, yəni cavabdeh 2015-ci il tarixdən fasiləsiz olaraq 2003-cü il təvəllüdlü qızı Cavabdeh2 ilə birgə yaşayır. Həmin fərdi yaşayış evinin Cavabdeh1 mərhum əri X11 ilə nikah dövründə olduğu müddətdə birgə tikdiklərini və həmin tikilini 2015-ci il tarixdə yekunlaşdıqlarını bildirmiş, lakin idddiaçı tərəfindən bu halı təkzib edən hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli, 2064 saylı arayışla da Cavabdeh1ının 2015-ci i tarixdən övladı Ləmanla birlikdə həmin özbaşına tikili olan fərdi yaşayış evində yaşaması təsdiq edilir. İşin bu halı daha öncə qeyd olunduğu kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsində Cavabdeh1 İddiaçı, X5 və X6 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsasında işə baxılarkən X4 verdiyi izahatla da təsdiq olunur. Belə ki, o, həmin izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini və evi İddiaçı onun atasının şifahi vəsiəti əsasında vermişdir. Başqa sözlə, mübahisəli torpaq sahəsinin və üzərində inşa edilmiş evin faktiki sahibi mərhum Əlirza Məcidov olması barədə cavabdehlərin dəlilləri daha ağlabatandır və işin tədqiq olunan faktiki hallarına uyğundur. Ona görə də məhkəmə belə hesab etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, yuxarıda qeyd olunan işin faktiki halları cavabdehin həmin daşınmaz əmlakdan çıxarılmasına dair hazırkı iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. İşin tədqiq olunan faktiki hallarına qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, mübahisəli torpaq sahəsində yerləşən ev Cavabdeh1 iştirakı ilə məhz iddiaçının atası Ə.Məcidovla birgə nikah dövründə əldə edilib, cavabdeh də qızı ilə birlikdə bir neşə müddətdir ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun cavabdehlər də oradan istifadə edə bilərlər, çünki həm qüvvədən düşmüş, həm də hazırkı Mənzil Məcəlləsinin anoloji (xüsusi mülkiyyət hüququ ilə qeydə alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan verir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış evi tərəflərin hər hansı birinin adına qeydə alınmadığından, Cavabdeh1 bu evin tikintisində iştirakı istisna edilmədiyindən onların hər ikisinin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşılqdığında isə həmin mübahisəli evdən ögey anası Cavabdeh1 və bacısı Cavabdeh2 çıxarılması barədə İddiaçı iddiasının əsassız olması şübhə doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası sadalanan bu normaların tələbi baxımından çıxış edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdehlərin mübahisəli evdən və torpaq sahəsindən çıxarılması tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda, ünvan 1ində yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsini 2018-ci ildən mülkiyyətinə keçirən İddiaçı bu əmalkla bağlı mülkiyyət hüququ olmasından asılı olmayaraq, bu faktdan, yəni hüquqdan sui-istifadə etməsi 2015-ci ildən orada yaşayan cavabdehlərin güvəndikləri və güvənmiş olduqları əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə ailə münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə dair tərəflər eyni hüquqlara malik olduqlarından iddia təmin edilməməlidir və mübahisə üzrə məhkəmənin gəldiyi nəticə işin həm faktiki hallarına, həm də qüvvədə olan maddi hüquq normalarına uyğundur. Bu hallara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, iddia, o cümlədən apelyasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(012)-483/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2040/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2040/2021
06.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver