Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2048/2023 18.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı mənzil-tikinti kooperativinin ləğv edilməsi, zərərin əvəzinin və hesablanmış faizin ödənilməsi tələbnə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5968/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı mənzil-tikinti kooperativinin ləğv edilməsi, zərərin əvəzinin və hesablanmış faizin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5968/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, xx.xx.2023-cü il tarixli, ********** saylı qəbz üzrə ödənilmiş 352,20 (üç yüz əlli iki manat, iyirmi qəpik) manat dövlət rüsumunun İddiaçı geri qaytarılması, qərardadın rüsum hissədə icrasının Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilməsi, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırılmaqla və yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır (hakim Ş.Həxiyeva). İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(060)- 5968/2023 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi prosessual hüquq normalarının məzmunundan məlum olur ki, MPM-in 149.2.3-cü maddəsinin MPMnin 152.1.3-cü maddəsi ilə hər hansı hüquqi bağlılığı yoxdur. Bununla da məhkəmə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Çünki, MPM-in 152.1.3-cü maddəsi müstəqil və birbaşa prosessual hüquq normasıdır, onun MPM-in 149.2.3-cü maddəsi ilə hər hansı hüquqi bağlığı (göndərici norma deyil) yoxdur. MPM-in 152.1.3-cü maddəsində göstərilən tələblərin tabe olduğu prosessual hüquq normaları MPM-nin 4-cü fəsli ilə nəzərdə tutulan hüquq normaları iləbağlıdır. İddiaçı MPM-in 36.2-ci maddəsinin tələbinin müddəasını əsas tutaraq iddia ərizəsini rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə vermişdir (seçim aidiyyəti). İddiaçı, iddia tələbi üzrə cavabdehlərin ünvanlarının müxtəlif olmasını nəzər alaraq, onlardan birinin ünvanını seçərək (cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hüquqi ünvanı (yerləşdiyi ünvan - ünvan 1yi Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, məhkəmə qəbul etmiş olduğu qərardadında qeyd etmişdir ki, iddia ərizəsində digər cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi göstərilsə də, ona qarşı yönələn tələb konkret olaraq göstərilməmişdir. Bununla bağlı məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının iddia tələbi iki bir-biri ilə bağlı hissədən ibarətdir, birinci hissədə iddiaçı mənzil-tikinti kooperativinin ləğv edilməsini tələb edir, həmin hissə cavabdeh olan Cavabdeh2 Mənzil-Tikinti Kooperativinin hüquqi ünvanı üzrə hüquqi şəxsin dövlət qeydiyyatını aparmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə bağlıdır və iddiaçı tərəfindən hüquqi şəxsin ləğv edilməsini tələb etməklə iddiaçı tərəfindən hüquqi şəxsin dövlət qeydiyyatını aparmış vergi idarəsinə yönəlmişdir Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5968/2023 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən cavabdehlərin qeydiyyatda olduqları ünvanların Sumqayıt şəhərinin ərazisinə aid olmamasına istinad etmişdir. Halbuki, iddiaçı iddia tələbi üzrə cavabdehlərin ünvanlarının müxtəlif olmasını nəzər alaraq, onlardan birinin ünvanını seçərək (cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hüquqi ünvanı (yerləşdiyi ünvan - ünvan 1yi Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini yuxarıda qeyd edilən əsasla geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsi). Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5968/2023 nömrəli qərardadı ləğv edilməli və mülki iş iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5968/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2048/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2048/2023
18.10.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver