Məhkəmə qərarları › İş №2(105)-2055/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2055/2021

08.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2055/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(012)-917/2021 saylı qərardadından cavabdeh “xxxx” MMC-nin nümayəndəsi E.D.Səlimov tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(012)-917/2021 saylı qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilib, cavabdehə “xxxx” MMC-yə Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m qeyri-yaşayış sahəsinə girmək, orda hər hansı tikinti və sairə işlərin görülməsinin qadağan edilməsi və qərardad dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi E.D.Səlimov şikayət verib, Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(012)-917/2021 saylı qərardadının ləğv edilib, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(012)-917/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxx MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması, qeyri-yaşayış sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili X5 iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edib, cavabdeh və başqa şəxslərə İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m qeyri-yaşayış sahəsinə girmək, orda hər hansı tikinti və sairə işlərin görülməsi qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi E.D.Səlimov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 08 aprel 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbi pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında inşa olunan 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi qanunsuz olmasına baxmayaraq İddiaçı istifadəsindədir, həmin ərazidən avtomobil dayanacağı, avtomobil yuyucu məntəqəsi və digər xidmət növləri kimi istifadə edilir. Lakin birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli yaşayış binasının bütün kommunikatsiya sisteminin həmin zirzəmidə yerləşməsi, məhz həmin yaşayış binasına “xxxx” MMC tərəfindən xidmət göstərilməsi hallarını nəzərə almamışdır. Bu da hər hansı bir hadisə baş verməməsinə baxmayaraq daimi olaraq yaşayış binasının ümumi kommunikasiya və kommunal sisteminə nəzarət mexanizminə maneə törədir. Nəticədə həmin bina sakinlərinin hüquqlarını pozulmasına səbəb olur, sosial rifahını pisiləşdirir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi R.B.Süleymanov şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı, onun nümayəndəsi və vəkimi X3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı nümayəndəsi və vəkili X5 iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edib, cavabdeh və başqa şəxslərə İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m qeyri-yaşayış sahəsinə girmək, orda hər hansı tikinti və sairə işlərin görülməsi qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “xxxx” MMC və İddiaçı arasında bağlanmış 01 fevral 2020-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqında müqaviləyə əsasən “xxxx” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Parkı” yaşayış massivi 25 saylı küçənin 2 saylı binasında 3500 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini 01 fevral 2020-ci il tarixdən 01.02.2023-cü il tarixə kimi İddiaçı icarəyə verilmişdir. “xxxx” MMC-nin 24 yanvar 2020-ci il tarixli, 3808 saylı arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m qeyri-yaşayış sahəsi “xxxx” MMC tərəfindən inşa edilmiş və cəmiyyətə məxsusdur. “xxxx” MMC-nin 29 deksbr 2020-ci il tarixli təmir-tikinti və avadanlıq xərclərinin müəyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m qeyri-yaşayış sahəsinə çəkilmiş xərclərin ümumi dəyəri 39273,10 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulmaqla iddianı təmin etmək üçün tədbir görülə bilər. Həmin Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən məhkəmə, cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etməklə və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etməklə iddianı təmin etmək ücün tədbir görə bilər. Birinci instansiya məhkəməsi Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 25 saylı küçənin 2 saylı binasında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli yaşayış binasının bütün kommunikatsiya sisteminin həmin zirzəmidə yerləşməsi, məhz həmin yaşayış binasına “xxxx” MMC tərəfindən xidmət göstərilməsi hallarını nəzərə almamışdır ki, bu da hər hansı bir hadisə baş verməməsinə baxmayaraq daimi olaraq yaşayış binasının ümumi kommunikasiya və kommunal sisteminə nəzarət mexanizminə maneə törədir və həmin bina sakinlərinin hüquqlarını pozulmasına səbəb olur, sosial rifahını pisiləşdirir. Bununla yanaşı qeyri-yaşayış sahəsində “xxxx” MMC tərəfindən sairə işlərin görülməsinin qadağan edilməsi barədə gəlinmiş nəticəyə gəldikdə isə qeyd olunan göstəriş qeyri-müəyyən olmaqla təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənçam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi E.D.Səlimovun verdiyi şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(012)- 917/2021 saylı qərardadı qismən – «Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m qeyri-yaşayış sahəsinə xxxx MMC-nin əməkdaşlarının girmək və sairə işlərin görülməsi qadağan edilsin» hissəsində ləğv edilib, İddiaçı nümayəndəsi və vəkili X2 iddianın təmin etmə tədbiri barədə ərizə həmin hissədə təmin olunmamalı və «Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m qeyri-yaşayış sahəsində hər hansı tikinti işlərinin görülməsi qadağan edilsin» hissəsində qərardad dəyişdirilmədə saxlanmalıdır. Azərbaycan Repsublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi E.D.Səlimovun verdiyi şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(012)-917/2021 saylı qərardadı qismən – «Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m qeyri-yaşayış sahəsinə xxxx MMC-nin əməkdaşlarının girmək və sairə işlərin görülməsi qadağan edilsin» hissəsində ləğv edilsin. İddiaçı nümayəndəsi və vəkili X2 iddianın təmin etmə tədbiri barədə ərizəsi həmin hissədə təmin olunmasın. Qərardad - «Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m qeyri-yaşayış sahəsində hər hansı tikinti işlərinin görülməsi qadağan edilsin» hissəsində qərardad dəyişdirilmədə saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar