Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2055/2023 23.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs Qusar rayon Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı mülki iş üzrə (Açar sözlər: şikayətin geri qaytarılması, şikayətin qanunla nəzərdə tutulmaması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs Qusar rayon Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “nikahın pozulması və uşaq tələbi” barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2(029)-684/2023 nömrəli qərardadından ilkin iddia üzrə iddiaçı Cəlı̇ lova Ləman Mehman qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(029)-684/2023 saylı qərardadı ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs Qusar rayon Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “nikahın pozulması və uşaq tələbinə dair” qarşılıqlı iddiaları üzrə mülki iş, uşağın himayəyə verilməsini istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etmək, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyi vermək üçün Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş, rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır.
2. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(029)-684/2023 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
3. Qusar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(029)-684/2023 saylı qərardadının və məhkəmənin 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır.
4. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(029)-684/2023 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
5. Qusar Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, e-2(029)- 684/2023 nömrəli qərardadı ilə (hakim Anar Qasımov) Qusar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(029)-684/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməi, şikayət ərizəsinin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
7. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, o, hazırda ünvan 1 ünvanına rəsmi qaydada heç bir sənəd göndərilməyib. O, işdə iştirak etmiş olsaydı, tərəf olaraq bu işin Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsinə öz ifadəsində məhkəmə iclasında etirazını bildirərdi. İşdə iştirak etmədiyindən, bu işə onun iştirakı olmadan baxıldığından - mülki işin Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsindən xəbəri olmamışdır. O, Qusar rayonunda yaşadığı evdən qovulmuşur. Məcbur olub Sumqayıt şəhərində yaşayan yaxınlarına sığınmışdır. Qusar rayon Pİ-də onun şikayəti əsasında bu işə baxılmış, uşaq körpə olduğu üçün xx.xx.2020-ci il təvəllüdlü X4 atası Cavabdeh alınaraq ona verilmişdir. Hesab edir ki, iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməlidir. Məhkəmənin qərardadı qeyri obyektivdir. Bu səbəbdən məhkəmə qərardadının ləğv olunmasını xahiş etmişdir.
Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
9. Şikayətdən görünür ki, apellyator Qusar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2(029)-684/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Qusar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2(029)- 684/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2(029)-684/2023 nömrəli və bununla bağlı 29 sentyabr 2023-cü il tarixli, e-2(029)-684/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi şikayətin qaytarılmasına dair mövqeyini Qusar Rayon Məhkəməsinin mübahisəli qərardadının 24 avqust 2023-cü il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilməklə həmin şəxsə rəsmi qaydada verilməsinə baxmayaraq, şikayətin həmin vaxtdan 10 gündən artıq müddət keçdikdən sonra verilməsi, şikayətin qərardadın mülki işin rəy verilməsi üçün Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi hissəsindən verilməsi, bu hissədə şikayət verilməsinin Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmaması ilə əsaslandırmışdır.
13. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq şikayətdə onun ünvanına rəsmi qaydada heç bir sənəd göndərilməməsi, prosessual müddəti ötürməməsi, eyni zamanda mülki işin rəy verilməsi üçün Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi hissəsini mübahisələndirmişdir.
14. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir:
15. Azərbaycan Respublikasının MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
16. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
18. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
19. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına şərh olunan hüquq nomalarına istinadən qiymət verərək birinci instansiya məhkəməsinin şikayətin verilməsi üçün prossesual müddətin ötürülməsi barədə mövqeyi ilə razılaşır və şikayətin bununla bağlı dəlilini əsaslı hesab etmir.
20. MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
21. Qanunvericiliyin şərh olunan normasının məzmunundan göründüyü kimi yalnız qanunla nəzərdə tutulduğu hallarda məhkəmə qərardadlarından şikayət verilə bilər.
22. Məhkəmə kollegiyası hesab edir ki, birini instansiya məhkəməsinin Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(029)-684/2023 saylı qərardadının mülki işin rəy verilməsi üçün Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi hissəsindən şikayət verilməsi MPM-də nəzərdə tutulmaması barədə qənaəti qanunidir.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birini instansiya məhkəməsinin mövqeyi ilə razışaraq hesab edir ki, məhkəmə Qusar Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(029)-684/2023 saylı qərardadının mülki işin rəy verilməsi üçün Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi hissəsindən şikayət verilməsi MPM-də nəzərdə tutulmadığından və şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, həmin şikayətin onu vermiş İddiaçı geri qaytarılması barədə nəticəyə gələrkən haqlı olmuşdur.
24. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2(029)-684/2023 nömrəli və bununla bağlı 29 sentyabr 2023-cü il tarixli, e-2(029)-684/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.