Məhkəmə qərarları › İş №2(105)-2064/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2064/2023

19.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2064/2023 19.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndə və vəkili Vəkil1, Cavabdeh nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-4113/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 10-cu mkr, ev 31, mənzil 4dən çıxarılması, həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31, mənzil 4 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının atasıdır. O, iddiaçıya məxsus mənzildə qeydiyyatdadır və hal-hazırda həmin mənzildə yaşayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Məcəlləsinin 2(105)-1086/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzilindən 10.000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilmiş, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Cavabdehin mənzildən çıxarılması da təmin olunmalıdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-4113/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31, mənzil 4-dən çıxarılması, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev).

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı həmin mənzildən cavabdehin istifadə hüququna 10.000 manat kompensasiya verilməklə xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməsə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1086/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-191/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçı tərəfindən cavabdehə 10.000 manat kompensasiya verilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. İddiaçı tərəfindən həmin kompensasiya məbləği ödənildiyi üçün artıq cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilmişdir. Belə olan halda iddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır.

5. Məhkəmə AR Mülki Məcəlləsinin 152.1, 157.1, 175.2, 157.4-cü maddələrinə istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamışdır. Belə ki, bağışlama müqaviləsi bağlanarkən o, notarial qaydada razılıq ərizəsi vermişdir. Xırdalan şəhərində biznes fəaliyyəti ilə məşğul olan oğlu Ceyhunun maddi təminatı baxımından bu addımı atmışdır. Razılıq ərizəsinin kökündə də yuxarıda göstərdiyi hal durur. O, övladlarını maddi cəhətdən daim təmin edib. Fikirləşmişdi ki, övladları ilə birlikdə yaşayıb, ömrünü onların himayəsi altında başa vurar. Hal-hazırda ona məlum olmuşdur ki, övladları onun kimi fikirləşmirlər. Onlar yaşının bu vaxtında onu mənzilsiz qoymaq istəyirlər. Hal-hazırda ona təklif edilən kompensasiya hesabına normal yaşamağı üçün mənzil ala bilmir, bu halda yeganə yaşayış yeri evsiz-eşiksiz insanlar üçün nəzərdə tutulmuş obyektlər olacaq. Yeganə çıxış yolu bağışlama müqaviləsinə verdiyi razılığın və müqavilənin özünün etibarsız hesab olunmasıdır. Məhkəmə də bütün bu faktları gördüyü və bildiyi halda 10.000 manat kompensasiyanı yetərli bilir. Kompensasiyada yetərli görüntüsü yaratmaq üçün heç bir həqiqəti əks etdirməyən qiymətləndirici rəyinə istinad edir. Həmin rəydə mənzilin orta bazar qiyməti 33-38.000 manat arası kimi görünür. Mənzilinə gələn müştəri isə ona 65.000 manat pul təklif edir. Məhkəmə işə baxarkən ona 10.000 manat kompensasiya verilməsi məsələsini əsas götürmüş, digər halları isə araşdırmaqdan imtina etmişdir. Digər hallar dedikdə isə fikrini onunla əsaslanıdırır ki, öz mənzilinə görə 10.000 manat kompensasiya təklif edərkən, mənzilin dəyərini ekspertiza mərkəzi 35.000 manat təyin etmişdir. Hal-hazırda isə mənzilin dəyəri təqribən 65.000 manat dəyərindədir. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 cavabdehin iddiaçı ilə barışığa gəlmək istədiyini bildirdi.

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-4113/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh və nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

13. Mülki Prosessual Məcəllə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-4113/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materialları ilə müəyyən olunur ki, Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1086/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, mübahisəli mənzildən 10.000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilməsi, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-191/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1086/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən 10.000 manat kompensasiya məbləği Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına keçirilmişdir.

20. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı həmin mənzildən cavabdehin istifadə hüququna 10.000 manat kompensasiya verilməklə xitam verilməsi barədə iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməsə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1086/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-191/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır.

21. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçı tərəfindən cavabdehə 10.000 manat kompensasiya verilməklə, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. İddiaçı tərəfindən həmin kompensasiya məbləği ödənildiyi üçün artıq cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilmişdir. Belə olan halda iddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31, mənzil 4-dən çıxarılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

24. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi MA seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31, mənzil 4 iddiaçının xüsusi mülkiyyətindədir.

25. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2949/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilk idia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzilə yaşayış istifadə hüququna xitam verilmə tələbinə dair ilk iddiası və qarşııqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır.

26. Bundan başqa iş materiallarından məlum olur ki, xx.xx.2023-cü il tarixli qəbzə əsasən cavabdeh tərəfindən 10.000 manat kompensasiya məbləği Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına keçirilmişdir.

27. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, iddiaçı tərəfindən cavabdehə 10.000 manat kompensasiya verilməklə, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur və iddiaçı tərəfindən həmin kompensasiya məbləği Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına keçirilmişdir.

28. Qeyd edilənlərə əsasən cavabdehin mübahisəli mənzildə yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozur.

29. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

30. Bundan başqa məhkəmə kollegiyası cavabdehin bağışlama müqaviləsinin əsassız olması və kompensasiya məbləğinin az olmasına dair dəlilinə qiymət verərək qeyd edir ki, onun bu dəlillərinə əvvəlki məhkəmə qətnamələrində qiymət verilmişdir. Belə ki, onun bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair iddiası təmin edilməmiş, eləcə də kompensasiyanın məbləği müəyyən edilmişdir ki, artıq onların yenidən mübahisələndirilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Eləcə də mənzildən istifadə hüququna xitam verilməsinə dair işlərdə kompensasiyanın məbləği yalnız mülkiyyətçi tərəfindən irəli sürülə bilər.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur.

32. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

34. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-4113/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-4113/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar