Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-207/2022 06.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı özgənin sahibliyindən əmlakın geri tələb edilməsi və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı özgənin sahibliyindən əmlakın geri tələb edilməsi və tikililərin sökülməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsini cavabdehdən alınaraq ona verilməsi və onun hesabına torpaq sahəsində olan tiklilərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi rayon İqrar İslahat Komissiyasının 12.09.2000-ci il tarixli 06 saylı Qərarı ilə ona və ailə üzvlərinə Şabran şəhəri ərazi hüquqlarında kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.11 ha torpaq sahəsi ayrılmış və JN 397 KOD 30401004 nömrəli Dövlət aktı verilmişdir. 2018-ci il tarixində həmin torpaq sahəsi üzrə dövlət qeydiyyatı barədə çıxarış almaq istədikdə, ona məlum olmuşdur ki, onun torpaq sahəsini cavabdeh istifadə edir, orada konstruksiyalı tiklilər quraşdırmış və binəli tiklilər inşa etmişdir. O, ona torpaq sahəsinin qaytarılmasını və tiklilərin sökülməsini xahiş və tələb etmiş, lakin o, iki ilə yaxındır ki, onun torpaq sahəsini geri qaytarmır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 25 may 2021-ci il tarixli C-56 saylı mütəxəssis rəyini əsas götürərək iddianı rədd etmişdir. 29 yanvar 2018-ci il tarixində kadastr və yerquruluşu layihə tədqiqat mərkəzinin mütəxəssisin, Şabran rayon İcra nümayəndəsinin, Şabran rayon bələdiyyə işçisi və onun iştirakı ilə tərtib olunmuş aktı məhkəmə nəzərə almamışdır. Onun faktiki torpaq sahəsi bütün döngə nöqtələrin koordinatları ölçülərək naturada təyin olunduqda və ona yerində göstərdildikdə, onun torpağının cavabdeh tərəfindən zəbt olunduğunu bilmişdir və bu səbəbdən o, həmin torpaq sahəsi üzrə dövlət qeydiyyatı barədə çıxarış ala bilməmişdir. Şabran Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(031)-108/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi M.Ə.Hüseynova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərək, cavabdehin iddiaçıya məxsus olan torpağı zəbt etməməsini mütəxəssis rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli 2(031)- 365/2018 saylı qətnaməsindən görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0397 KOD 30401004 saylı Dövlət Aktında səhv yazılmış X5 ilə X2 eyni şəxs olması faktı müəyyən edilmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0397 kod 30401004 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarın əsasən İddiaçıun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.11 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətinə 2.211 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Dəvəçi (Şabran) rayon İcra Hakimiyyətinin Başçısının 21 noyabr 2007-ci il tarixli 429 saylı Sərəncamından görünür ki, S.A.Gülüyevə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrinin AN-İ№0090694 alqı-satqı müqaviləsinə əsasən aldığı 2.21 ha torpaq sahəsinin 600 kvm hissəsində kənd təsərrüfatı məhsullarının saxlanılması üçün anbar, talvar, tövlə və gözətçi otağının tikintisinə icazə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəifndən verilmiş 25 may 2021-ci il tarixli C-56 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0397 KOD 30401004 saylı Dövlət Aktına əsasən verilmiş 1.11 ha torpaq sahəsinin cavabdeh S.A.Güləliyev tərəfindən zəbt edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddiaçının iş üzrə iddianın rədd edilməsi barədə qanunsuz rəyə istinad edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli 10/2034 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Torpaga Mülkiyyət Hüququna Dair JN-0397 KOD 30401004 saylı Dövlət Aktına əsasən verilmiş 1.11 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MM-nin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq SAP (XİİS) hesabı X3 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: JTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34JTRE******************** hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə 07 iyul 2021-ci il tarixli 2(031)-108/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq SAP (XİİS) hesabı X3 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: JTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-207/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-207/2022
06.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver