Məhkəmə qərarları › İş №2(105)-2070/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2070/2021

10.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2070/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaka həbs qoyulması və həmin əmlakın sahibinə qaytarılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)- 110/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 2(031)-110/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. (hakim Ç.İsgəndərov) İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin qətnamələrinin ləğv edilməsini, DƏDRX-nin etdiyi qanunsuz sənədləşmənin ləğv edilərək, Şabran şəhəri, X.Əhmədov küçəsindəki 77 saylı evin X14 qaytarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, məhkəmə araşdırması başa çatana qədər ünvan 1 ünvana həbs qoyulması, Cavabdeh Xəlil Əhmədov küçəsi ev 77 saylı evə dair verilən sənədlərin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, Şabran şəhəri, Xəlil Əhmədov küçəsi ev 77 saylı ev və torpaq sahəsinin öz sahibinə- X14 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona etibarnamə verən qardaşı X15r. DƏDRX-nin əməkdaşı Vəli müəllim atası X10 məxsus evin sənədlərinə toxunmadan, həmin evə, yəni sənədləşmə aparıb ev nömrəsini 77 əvəzinə 79 yazıb 2008-ci ildə evi qonşuya satmışdır. Yerdə qalan sənədləri evdə görən Cavabdeh qərara gəlmişdir ki, evi olmayan atadan vəsiyyətnamə tələb etsin. Evi olmayan ata övladlar arasında söz-söhbət olmasın deyə, Siyəzən rayonundakı notariat orqanında, iki taksi sürücüsünün şahidliyi ilə heç bir sənəd təqdim etmədən Cavabdeh vəsiyyətnamə vermişdir ki, iki mərtəbəli evini və torpaq sahəsini ona vəsiyyət edir. Bu vəsiyyətnamə yazılanda isə artıq atası evini qonşuya satmışdı. Atasına məxsus ev yox idi, lakin torpaq sahəsi və pay torpaq sahəsi qalmışdı. Sonradan onların xəbəri olmadan Cavabdeh sığınacaq istəmiş, evdə yaşamaqla Şabran Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir ki, evin sənədləri və atasının vəsiyyətnaməsinə əsasən X14 məxsus torpağın mülkiyyətinə verilmiş şəhadətnaməsi olan evi, atasının evi hesab edərək özününkiləşdirilsin. Şabran Rayon Məhkəməsinin qətnaməsinə onun etirazı yoxdur, lakin DƏDRX-nin əməkdaşları tərəfindən sənədləşmə düzgün aparılmamış, sənədləşmə məhz İslam Nağıyevin adına olan torpaq sahəsində yerləşən evə görə aparılmışdır. Buna görə də iddia təmin edilməli, Cavabdeh Xəlil Əhmədov küçəsindəki 77 saylı evə verilən sənədlər qanunsuz və əsassız hesab edilərək ləğv edilməli, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin öz sahibinə, yəni X14 qaytarılması barədə qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, işə baxmış məhkəmə mübahisəni tam və hərtərəfli araşdırmamış, qanunsuz nəticəyə gəlmişdir. Mübahisə həll edilərəkən bütün sübutlar tədqiq olunmamış, yalnız qarşı tərəfin mövqeyi əsas götürülmüşdür. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh Əli Nağıyevə məxsus olmayan, fərdi yaşayış evinin satıldığını bilərək, əldə etdiyi köhnə sənədləri ilkin sənədlər kimi təqdim etmiş və İslam Nağıyevə məxsus torpaq sahəni mənimsəmişdir. Lakin məhkəmə bütün işin hallarını qarşı tərəfin xeyrinə təhrif etməklə əsaslı iddianı rədd etmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, DƏDRX-nin etdiyi qanunsuz sənədləşmə ləğv edilərək, Şabran şəhəri, X.Əhmədov küçəsindəki 77 saylı evin X14 qaytarılması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məlumatlı olmasına baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, X16 20 fevral 2009-cu ildə ölmüşdür. Yenə iş materiallarında olan 18 mart 2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, X16 bütün əmlakını, o cümlədən Dəvəçi şəhəri, X.Əhmədov küçəsi, 77 ünvandakı şəxsi evini qızı Cavabdeh vəsiyyət etmişdir. Yenə də iş materiallarında olan Dəvəçi Rayon Məhkəməsinin 03 dekabr 2009-cu il tarixli qətnaməsindən görünür ki, X6 miras qalmış Dəvəçi şəhəri, X.Əhmədov küçəsi, dalan 77-də yerləşən 2 mərtəbəli yaşayış evinin 1/4 hissəsinə, həmin ünvanda yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 1/12 hissəsinə və 0,69 ha pay torpaq sahəsinin 1/2 hissəsinə vəsiyyət üzrə Cavabdeh mülkiyyət hüququ tanınmışdır. İşdə olan Şabran Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(031)- 167/2012 saylı qətnaməsindən görünür ki, Şabran şəhəri, X.Əhmədov küçəsi, 77 saylı evin ¾ hissəsinə və həyətyanı torpaq sahəsinin 6/12 hissəsinə X3 mülkiyyət hüququ tanınmışdır. Yenə işdə olan 15 fevral 2013-cü il tarixli fərdi yaşayış evinin hissəsinin bağışlama müqaviləsindən görünür ki, X11 etibarnamə ilə X2 nümayəndəsi olaraq, Azərbaycan Respublikası ƏMKD yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin verdiyi RX ******* nömrəli, 20.12.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88-10301 reyestr nömrəli çıxarışa və 13.02.2013-cü il tarixli, 2/1084 saylı arayışa əsasən X4 məxsus olan 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 155,5 kv.metr, yaşayış sahəsi 81,2 kv.metr, yardımçı sahəsi 74,3 kv.metr olan Şabran şəhəri, Xəlil Əhmədov küçəsindəki 77 saylı fərdi yaşayış evinin ona düşən 3/4 hissəsini və orada yerləşən 0,12 ha torpaq sahəsinin 6/12 hissəsini qızı-Cavabdeh bağışlamışdır. Yenə də işdə olan hüquqların dölət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumt sahəsi 155,5 kv.metr, yaşayış sahəsi 81,2 kv.metr, yardımçı sahəsi 74,3 kv.metr olan fərdi yaşayış evi və 0,0744 ha həyətyanı torpaq sahəsi Cavabdeh adına qeydə alınmışdır. İşə əlavə edilmiş Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 16 aprel 2013-cü il tarixli məktubdan görünür ki, Siyəzən rayon DNK-da 22.01.2008-ci il tarixdə 4Ə18 nömrəli reyestrlə X16 özünə məxsus Dəvəçi şəhəri, Xəlil Əhmədov küçəsi, 79 ünvanındakı 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini (çıxarış MH 0015185) X1. Yenə işə əlavə edilmiş AZ-İ seriyalı 903283 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə X5 06 oktyabr 1994-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Yenə də işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-135F saylı, 30401004 kodlu şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarına əsasən X9 və ailə üzvlərinin mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şabran Bələdiyyəsi tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli, 259 saylı arayışdan görünür ki, Dəvəçi (indiki Şabran) rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarı ilə 500 kv.metr həyətyanı torpaq sahəsi JN-136 saylı (kod ********) şəhadətnamə ilə X12 adına işlənmişdir. Yenə iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-136A saylı, 30401004 kodlu şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarına əsasən X12 və onun ailə üzvlərinin mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilmişdir. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı göndərdiyi 15.10.2020-ci il tarixli, **********80 saylı məktubundan görünür ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hüquqların Dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Bu müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı göndərdiyi 19.11.2020-ci il tarixli, **********72 saylı məktubundan görünür ki, Dəvəçi Rayon Məhkəməsinin 03.12.2009-cu il tarixli, 2(031)-281 saylı qətnaməsi əsasında JN-0621 saylı, 30401004 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 9,0 ha torpaq sahəsinə 06.09.2018-ci il tarixdə dövlət reyestrindən çıxarış hazırlanmışdır. JN-136 A saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən 0,5 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən vahid daşınmaz əmlak kimi fərdi yaşayış evinə dair Dəvəçi Rayon Məhkəməsinin 03.12.2009-cu il tarixli, 2(031)-281 saylı qətnaməsi əsasında 27.02.2013-cü ildə dövlət reyestrindən çıxarış hazırlanmışdır. Yenə iş materiallarına əlavə edilmiş Şabran rayon Dövlət Arxivi tərəfindən Cavabdeh ünvanlanmış 24.12.2020-ci il tarixli, 147 saylı arayışdan görünür ki, Şabran rayon İcra Hakimiyyətinin, rayon XDS Rəyasət Heyətinin qərarlarına və İcra Hakimiyyətinin sərəncamlarına baxış keçirilərkən X12 adına fərdi mənzil tikintisi üçün verilmiş torpaq sahəsinə dair qərara təsadüf olunmamışdır. Yenə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23.01.2021-ci il tarixli, **********61 saylı məktubundan görünür ki, X12 adına Şabran şəhərində ümumi birgə mülkiyyət kimi 0,05 ha torpaq sahəsinə dair verilmiş JN-136A saylı, 30401004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aşkar edilmişdir MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxlərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən mübahisə üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan Şabran şəhəri, Xəlil Əhmədov küçəsində yerləşən 77 saylı ev və 0,12 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X16 olmuşdur. O, 18 mart 2008-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını, o cümlədən Dəvəçi şəhəri, X.Əhmədov küçəsi, 77 ünvandakı şəxsi evini qızı Cavabdeh vəsiyyət etmişdir. Ə.İddiaçı 20 fevral 2009-cu ildə ölmüşdür. Dəvəçi Rayon Məhkəməsinin 03 dekabr 2009-cu il tarixli qətnaməsilə X6 miras qalmış Dəvəçi (indiki Şabran) şəhəri, X.Əhmədov küçəsi, dalan 77-də yerləşən 2 mərtəbəli yaşayış evinin 1/4 hissəsinə, həmin ünvanda yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 1/12 hissəsinə və 0,69 ha pay torpaq sahəsinin 1/2 hissəsinə vəsiyyət üzrə Cavabdeh mülkiyyət hüququ tanınmış, Şabran Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(031)- 167/2012 saylı qətnaməsi ilə isə Şabran şəhəri, X.Əhmədov küçəsi, 77 saylı evin ¾ hissəsinə və həyətyanı torpaq sahəsinin 6/12 hissəsinə X3 mülkiyyət hüququ tanınmışdır. 15 fevral 2013-cü il tarixli fərdi yaşayış evinin hissəsinin bağışlama müqaviləsi ilə Azərbaycan Respublikası ƏMKD yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin verdiyi RX ******* nömrəli, 20.12.2012-ci il tarixli çıxarışa əsasən X8 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 155,5 kv.metr, yaşayış sahəsi 81,2 kv.metr, yardımçı sahəsi 74,3 kv.metr olan Şabran şəhəri, Xəlil Əhmədov küçəsindəki 77 saylı fərdi yaşayış evinin ona düşən 3/4 hissəsini və orada yerləşən 0,12 ha torpaq sahəsinin 6/12 hissəsini qızı-Cavabdeh bağışlamışdır. Bundan sonra isə Cavabdeh həmin əmlaklara dair hüquqlarını daşınmaz əmlakın dövlət reyetrində qeydə aldırmış, öz adına RX ******* saylı çıxarış almışdır. Bu çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 155,5 kv.metr, yaşayış sahəsi 81,2 kv.metr, yardımçı sahəsi 74,3 kv.metr olan fərdi yaşayış evi və 0,0744 ha həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarından görünür ki, Nağıyev Əlinin adına Şabran şəhəri, Xəlil Əhmədov küçəsində 79 saylı ev də mövcud olmuşdur. Lakin Siyəzən rayon DNK-da 22.01.2008-ci il tarixdə 4Ə18 nömrəli reyestrlə X16 özünə məxsus Dəvəçi şəhəri, Xəlil Əhmədov küçəsi, 79 ünvanındakı 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini (çıxarış MH 0015185) X1. Hazırda İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh Xəlil Əhmədov küçəsi ev 77 saylı evə dair verilən sənədlərin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, ünvan 2 ev və torpaq sahəsinin öz sahibinə- X14 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı qardaşı İ.Ə.Nağıyevə məxsus torpaq sahəsinin Fəridə Nağıyevə tərəfindən qanunsuz yollarla sənədləşdirilməsini iddia edir. Hazırkı iddianı İddiaçı İ.Ə.Nağıyevdən etibarnamə almasına baxmayaraq, öz adından qaldırmışdır, halbuki qüvvədə olan prosessual qanunvericliyə əsasən bu, yolverilməzdir. Bu iddianı qaldırmaq üçün İddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, AR MPM-nin 69.1-ci maddəsinə görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Yenə həmin Məcəllənin 74.1-ci maddəsinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsindən görünür ki, ərizə İddiaçı adından qaldırılmış və onun tərəfindən imzalanmışdır. Halbuki yuxarıda qeyd edilən normaların tələbinə görə İddiaçı, ona etibar etmiş İ.Ə.Nağıyevin adından iddia qaldırmalı, həmçinin iddia ərizəsini etibarnamə əsasında, nümayəndə kimi onun adından imzlamalı idi. Bundan baqşa, iş materiallarından görünür ki, mübahisəli daşınmaz əmlakla (həm fərdi yaşayış evi, həm də torpaq sahəsi) bağlı daha əvvəllər məhkəmə çəkişmələri olmuşdur və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda da qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə X6 miras qalmış Dəvəçi (indiki Şabran) şəhəri, X.Əhmədov küçəsi, dalan 77-də yerləşən 2 mərtəbəli yaşayış evinin 1/4 hissəsinə, həmin ünvanda yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 1/12 hissəsinə və 0,69 ha pay torpaq sahəsinin 1/2 hissəsinə vəsiyyət üzrə Cavabdeh, Şabran Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(031)- 167/2012 saylı qətnaməsi ilə isə Şabran şəhəri, X.Əhmədov küçəsi, 77 saylı evin ¾ hissəsinə və həyətyanı torpaq sahəsinin 6/12 hissəsinə X3 mülkiyyət hüququ tanınmışdır. Daha sonra isə R.Nağıyeva öz mülkiyyətində olan əmlakı da Cavabdeh bağışlamış, o isə həmin əmlaklara dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış, öz adına reyestrdən çıxarış almışdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı mübahisəli əmlaka dair Cavabdeh verilmiş vəsiyyətnaməni, bağışlama müqaviləsini, həmin əmlaklara dair hüquqların dövlət qeydiyyatını mübahisələndirilmədən, həmin əmlakların İslam Nağıyevə qaytarılmasını tələb edir. Doğrudur iddiaçı iddiasında mübahisəli evə və torpaq sahəsinə dair sənədlərin ləğv edilməsini tələb etsə də, konkret olaraq hansı sənədin və hansı əsasla ləğv edilməsini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndiliə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yenə həmin Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından da görünür ki, mübahisə predmeti olan ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 155.5 kvm, yaşayış sahəsi 81.2 kvm, yardımçı sahəsi 74.3 kvm olan fərdi yaşayış evi və 0.0744 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hüququn yaranması əsaslarından biri qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olmuşdur. Beləliklə, sadalanan maddi normalara və yuxarıda qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquq ilə bağlı ümumən düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı omuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 2(031)-110/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar