Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2073/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Maraqlı şəxsin nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı Cavabdehnə qarşı pozulmuş hüquqların bərpası və pul tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Zəngilan Rayon 26 saylı məktəbə qarşı “işə bərpa olunmaya dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon 26 saylı məktəbinə 15.06.2016-cı il tarixli əmək müqaviləsini əsas götürməklə işə davam etməyi və məhrum olduğu əmək haqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15.09.2010-cu il tarixdə ərizə əsasında Zəngian rayon 26 nömrəli tam orta məktəbinə texniki işçi (kompüterə xidmət və nəzarət) kimi məktəbin 115 №li əmri ilə işə qəbul olunmuşdur. Həmin dövrdən 15.09.2016-cı il tarixə qədər ibtidai siniflərə və digər siniflərə dərs keçirmişdir. 2013-2014-cü il ərzində eyni zamanda məktəbdə olan kompyüterlərə nəzarət və xidmət etmişdir. 2014-cü ildə həmin kompyüterlər yığışdırılsa da o, yenə də məktəbdə dərs deməyi davam etmişdir. 15.09.2016-cı il tarixində məktəbin sabiq direktoru X2 ilə onun arasında müddətsiz müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, müəllim kimi fəaliyyətini davam etdirmişdir. Həmin müqavilədən göründüyü kimi iş vaxtı 08.30-da başlayır və 15.30-da qurtarır. Müqavilədəndə məlum olur ki, gündəlik iş vaxtı 7 saat olmuşdur. Buna baxmayaraq, məktəb tərəfindən ona 2020-ci ilin son ayına qədər 57 manat əmək haqqı ödənilmişdir. 2020-ci ilin əvvəlindən isə 130 manat əmək haqqı ödənilir. Halbuki bu dəyişiklik barədə ona heç bir məlumat verilməmişdir. Xüsusi olaraq qeyd edir ki, gündəlik iş saatı 7 saat olmasına baxmayaraq, məktəb tərəfindən əmək haqqı mənimsənilmiş, ona az miqdarda yuxarıda qeyd etdiyi kimi əmək haqqı verilmişdir. Məktəb tərəfindən əmək haqqının xeyli hissəsi dələduzluq yolu ilə mənimsənilmişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, o tam ştat dərs dediyi üçün ən azından dövlət tərəfindən təyin edilən minumum əmək haqqını almalı idi. Lakin qeyd etdiyi kimi əmək haqqı mənimsənilmişdir. Qanunsuzluqlarla bağlı o, 19.02.2020-ci il tarixdə ərizə ilə Zəngian Rayon Təhsil Şöbəsinin müdiri Kənan İmaməliyevə, eyni zamanda 19.02.2020-ci il tarixində Zəngian Rayon Azad Həmkarlar Təşkilatının sədri Sənubər Əliyevaya müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh müdiri K.İmaməliyevin 10 mart 2020ci il tarixli 093№-li məktubu ilə ərizəsinə cavab olaraq bildirilmişdir ki, Zəngian rayon Təhsil Şöbəsinə ünvanladığı 19.02.2020-ci il tarixli ərizəsinə baxılmışdır. Əmək kitabçasına baxılarkən məlum olmuşdur ki, 15.09.2010-cu idə Zəngilan rayon 26 nömrəli tam orta məktəbdə texniki işçi vəzifəsinə təyin edilmiş və məktəb üzrə daxili əmrlə kompyuterlərə xidmət və nəzarət işi ona həvalə olunmuşdur. Araşdırma göstərmişdir ki, məktəbdə kompüterlərə xidmət və nəzarət üzrə operator ştatı olmadığı halda məktəbin keçmiş direktoru S.Abdullayev düzgün olmayan əmr vermişdir. Hal-hazırda məktəbdə kompyuterlər xidmət və nəzarət üzrə operator ştatı olmadığından texniki işçi kimi fəaliyyət göstərilməsinin davam etdirilməsi bildirilmişdir. Hesab edir ki, Zəngilan Rayon Təhsi Şöbəsinin müdiri K.İmaməliyev Zəngilan rayon 26 №-li tam orta məktəbin ədalətsiz mövqeyini müdafiə etməklə qanuna zidd əməllərin davam etməsinə zəmin yaradır. Belə ki, əmək kitabçasından göründüyü kimi 15.09.2010-cu il tarixində öz ərizəsi əsasında məktəbin 115 saylı əmri ilə 26 nömrəli tam orta məktəbə texniki işçi (kompyuterlərə xidmət və nəzarət) kimi işə qəbul edilmişdir. Eyni zamanda yuxarıda qeyd etdiyi 15.09.2016-cı il tarixli müqavilədən göründüyü kimi 15.09.2016-cı il tarixində məktəbin sabiq direktoru R.E.Əmiraslanova ilə onun arasında müddətsiz müqavilə bağlanmışdır. Həmin müqaviləyə, əsasən, o, müəllim kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Təhsil işçiləri X8 Zəngilan Rayon Komitəsinin sədri S.Əliyevaya 21 fevral 2010-cu il tarixli 03 saylı məktubu ilə 19.02.2020-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, ATİAHİ Zəngilan rayon komitəsi şikayətlə əlaqədar müəyyən araşdırmalar aparılmışdır. Belə ki, Cavabdeh arxiv sənədlərinə əsasən aydın olmuşdur ki, onu 01 senytabr 2010-cu il tarixdə işə qəbul edərkən, 0,5 ştat vahidi ilə xidmətçi vəzifəsinə qəbul etmiş və həmin vəzifəyə uyğun əmək haqqı ödənilmişdir. Lakin sonradan məktəb direktorunun onun əmək kitabçasında etdiyi dəyişikliklər haqqında mərkəzi mühasibatlığa heç bir sənəd verilməmişdir. Əlavə olaraq arxiv sənədlərinin içindən götürülmüş əmrin sürəti məktuba əlavə edilmişdir. O, 15.09.2010-cu il tarixində 115 saylı əmrlə Zəngilan rayon 26 nömrəli tam orta məktəbinə texniki işçi (kompüterlərə xidmət və nəzarət) kimi işə qəbul edilmişdir, 15.09.2016-cı il tarixində məktəbin sabiq direktoru R.E.Əmiraslanova ilə onun arasında müddətsiz müqavilə bağlanmışdı. Həmin müqaviləyə, əsasən, o, müəllim kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Təhsil İşçiləri X8 Zəngilan Rayon Komitəsinin sədri S.Əfiyevanın 21 fevral 2010-cu il tarixli 03 saylı məktubuna əlavə etdiyi 86 saylı əmr hansı əsasla verilmişdir. Xüsusi olaraq qeyd edir ki, məktəbin hazırkı direktoru N.Sayılov ondan tələb edirki o, xadiməçi işləməlidir. Bu tələb isə 15.09.2016-cı il tarixli onunla bağlanmış müddətsiz müqaviləyə ziddir. Bildirir ki, həyat yoldaşı X7 da məcburi köçkündür və heç yerdə işləmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Hakim öz qətnaməsində qeyd edir ki, iş materiallarında olan 15 sentyabr 2016-cı il tarixdə Zəngilan rayon 26 saylı tam orta məktəbin direktoru R.E.Əmiraslanova ilə onun arasında bağlanan əmək müqaviləsinin surətindən göründüyü kimi, o, Zəngilan rayonu 26 saylı tam orta məktəbə müəllim vəzifəsinə müddətsiz olaraq işə götürülmüşdür, işçinin əmək funksiyası kompryuterlərə xidmət və nəzarət göstərilmişdir. Ştat cədvəlində qeyd olunan şəxslərin əmrlərinin surəti məhkəməyə təqdim edilmişdir. Ştat cədvəlində olan şəxslərin 50%-nın əmək haqqı göstərilir, qalanlarını göstərilmir. Ştatda olanların əksəriyyətinə formal olaraq əmr verilib. Zəngilan Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(034)-180/2021 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normaları pozularaq qəbul edildiyindən ləğv edib, iş materiallarında olan sübutlar əsasında iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Maraqlı tərəfin nümayəndəsi M.Ə.Quliyev apellyasiya şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, 2010-cu ildən elə hal-hazıradək kompyuterlərə xidmət və nəzarət vəzifəsinin ştat cədvəlində olmamasına və iddiaçının həmin vəzifəyə bərpa olunmasının əsası olmadığına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan BB-İİ№ 081325 saylı diplomun surətindən məlum olur ki, İddiaçı 2005-ci il tarixdə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuş və 14.02.2009-cu il tarixdə həmin Kollecin ibtidai təhsil ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan əmək kitabçasının sürətindən və əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı 15.09.2010-cu il tarixində 115 saylı əmrlə 26 saylı ümumi orta məktəbinə texniki işçi (kompyuter xidməti və nəzarət) kimi işə qəbul edilmişdir. İşə əlavə olan 19.09.2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, İddiaçı əmək müqaviləsi üzrə Cavabdehndə müddətsiz xadimə işləmişdir. İş materiallarında olan 16.01.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, İddiaçı əmək müqaviləsi üzrə müddətsiz məşğulluq təsnifatı üzrə operator, kompüter, Zəngilan Rayon 26 saylı tam orta məktəbdə kompüterlərə xidmət və nəzarət vəzifəsində işləmişdir. Cavabdeh 10.03.2020-ci il tarixli 093 saylı məktubundan məlum olur ki, hazırda Zəngilan Rayon 26 saylı tam orta məktəbdə kompyuterlər xidmət və nəzarət ştatı olmadığından İddiaçı texniki işçi kimi fəaliyyətini davam etdirməsi bildirilmişdir. İş materiallarında olan 15.09.2016-cı il tarixdə Zəngilan rayon 26 №-li tam orta məktəbin direktoru R.E.Əmiraslanova ilə İddiaçı arasında bağlanan əmək müqaviləsinin sürətindən göründüyü kimi, iddiaçı Zəngilan Rayon 26 saylı tam orta məktəbə müəllim vəzifəsinə müddətsiz olaraq işə götürülmüşdür, işçinin əmək fünksiyası kompyuterlərə xidmət və nəzarət göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin normanın 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işcidə, digər nüsxəsi isə işə götürəndə saxlanılır. Qeyd olunan Məcəllənin 49-cu maddəsinin İ hissəsinə əsasən əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin İ hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə, tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 43-cü maddəsinin İ hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı Maddəsinə əsasən: 1-ci istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. İş materialları və məhkəmə kollegiyası iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı 15.09.2010-cu il tarixində 26 saylı ümumi orta məktəbinə texniki işçi kimi işə qəbul edilmişdir. İddiaçı faktiki olaraq kompyuterlərə xidmət və nəzarət vəzifəsini yerinə yetirmişdir.Əmək müqaviləsinin bağlanması ilə bağlı sistemdən çıxarışın sürərindən göründüyü kimi İddiaçı əmək funksiyası əmək müqaviləsi üzrə Zəngilan Rayon 26 saylı tam orta məktəbdə 15.09.2010-cu il tarixdən 16.01.2020-ci il tarixinədək müddətsiz olaraq xadimə kimi göstərilmişdir. Əmək haqqını da həmin ştat cədvəlinə uyğun olaraq almışdır və hal-hazırda da özünün etiraf etməsinə görə həmin əmək haqqını alır. İddiaçı tərəfindən təqdim olunmuş əmək haqqı cədvəlindən göründüyü kimi 2010-2016-cü illərdə əmək haqqını xidmətçi kimi və 2017-2019-cu illərdə isə xadimə kimi almışdır. 15.09.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmasına baxmayaraq, daxili əmrlərdə və mərkəzləşdirilmiş portal sistemində 16.01.2020-ci il tarixinədək texniki işçi, xadimə kimi göstərilmişdir ki, məktəbdə iddiaçının işə götürüldüyü 2010-cu ildən elə hal-hazıradək kompyuterlərə xidmət və nəzarət vəzifəsi ştat cədvəlində olmamış və yoxdur.16.01.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı əmək müqaviləsi üzrə müddətsiz Zəngilan Rayon 26 saylı tam orta məktəbdə kompyuterlərə xidmət və nəzarət vəzifəsində işləməsi göstərilməsinə baxmayaraq məktəbin əmr kitabında iddiaçının iş yerinin dəyişdirilməsi ilə bağlı əmr yoxdur. Hazırda Zəngilan Rayon 26 saylı tam orta məktəbdə kompyuterlər xidmət və nəzarət ştatı olmadığından İddiaçı texniki işçi kimi fəaliyyətini davam etdirməsi bildirilmişdir. Lakin iddiaçı cavabdeh tərəfin bu təklifi ilə razılaşmamışdır. İş materialları ilə müəyyən olunur ki, Zəngilan Rayon 26 saylı tam orta məktəbdə kompüterlərə xidmət və nəzarət ştatı olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddiasını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin iş üzrə 11 mart 2021-ci il tarixli 2(034)-180/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2073/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2073/2021
12.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver