Məhkəmə qərarları › İş №2(105)-2075/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2075/2023

19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2075/2023 19.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X12 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi, maraqlı şəxs X4 iştirakı ilə, Ərizəçi (maraqlı tərəf Maraqlı şəxs) “qohumluq faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə Quba Rayon Məhkəməsinin 16 avqust 2022-cü il tarixli, 2(027)-1583/2022 saylı qətnaməsindən X8 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “qohumluq faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X7 ilə ər-arvadqohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərmişdir ki, o, 18 dekabr 1997-ci il tarixdə el adəti ilə toy məclisi keçirilməklə Quba rayonu, Nügədi kənd sakini X7 ilə Qeydiyyat İdarəsində qeydiyyata alınmadan vətəndaş nikahına girib. Birgə nikahdan uşaqları olmamışdır. Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə birgə təsərrüfat kimi 0.39 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "Torpağa mülkiyyət hüququna dair" JN-367 kod 30319018 nömrəli Dövlət Aktı ilə mülkiyyətinə torpaq sahəsi ayrılmışdır. X15 kitabında 800 nömrə ilə 10 avqust 2001-ci ildə qeydiyyata alınıb. Həmin tarixdən torpaq sahəsindən istifadə edərək birgə sahiblik ediblər. Həyat yoldaşı X7 xx.xx.2005-ci il tarixdə komaya düşərək vəfat etmişdir. Qeydiyyat İdarəsindən AZ-İ 953050 nömrəli "Ölüm haqqında Şəhadətnamə" alıb. Həyat yoldaşının vəfatından sonra onun yeganə vərəsəsi odur, birgə mülkiyyətləri olan torpaq sahəsindən ərinə aid pay torpağı miras əmlakı faktiki qəbul edərək sahiblik edir. Lakin onun rəsmi nikahı olmadığı üçün həyat yoldaşıyla birgə mülkiyyətlərində olan ona məxsus pay torpağı sahəsinə vərəsəlik şəhadətnaməsi ala bilmir. Nikahları dövlət qeydiyyatına alınmadığından vərəsəlik məsələlərini həll edə bilmir. Bu fakt yalnız məhkəmə qaydasında həll edilməlidir. Belə ki, zəruri sənədləri, Quba rayon İHB-nın Nügədi kənd İƏD üzrə ninayəndəsindən xx.xx.2022-ci tarixli, 377 nömrəli vərəsəlik arayışı, ölüm haqqında şəhadətnamə Dövlət Aktını və şəxsiyyət vəsiqəsi ilə xx.xx.2005-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X2 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat kontorunun nümayəndəsi vasitəsi ilə xx.xx.2022-ci il tarixli 1278 nömrəli məktbuna AR MM-nin 1159cu maddəsinə əsasən qanun üzrə vərəsələr sırasına daxil olmadığından şəhadətnamənin verilməsi mümkün olmadığı və məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunur. Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün mərhum həyat yoldaşı X7 ilə qohumluq - ər-arvad nikahında olmağı faktının müəyyən edilməsi mərhum həyat yoldaşından miras qalmış torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almaq üçün lazımdır. Bu fakt Quba rayon İHB-nın Nügədi kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci tarixli, 377 nömrəli vərəsəlik arayışı, Quba rayon İHB-nın Nügədi kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 292 nömrəli arayışı, birgə mülkiyyət haqqında Dövlət Aktı və toylarının foto şəkilləri ilə təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, mərhum həyat yoldaşı X7 ilə ər-arvad-qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 16 avqust 2022-cü il tarixli, 2(027)-1583/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi İsmayl qızının X7 ilə ər-arvad-qohumluq münasibətində olması faktının müəyyən edilməsi qət edilmişdir (hakim İlqar Məmmədov). Qətnamədən maraqlı şəxs X8 apellaysiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 16 avqust 2022-cü il tarixli, 2(027)-1583/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X8 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qardaşı X7 ilə ərizəçi qeyri-qanuni yaşamış, toy etsələr də nikaha daxil olmamış, övladları olmamışdır. Şahid qismində dindirilmiş X5 onların qohumu olmamışdır. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini 17 ildən sonra qeydiyyat şöbəsindən alıb. O və bacısı X1 Regional ASAN Xidmət Mərkəzinin notariat ofisi tərəfindən X3 vərəsəsi kimi tanınmışdır. Odur ki, birinci instansiya məhkəməsini qətnaməsini ləğv edilməsi, ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 18 dekabr 1997-ci il tarixdə el adəti ilə toy məclisi keçirilməklə X7 ailə qurub, uşaqları olmamışdır. Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə birgə təsərrüfat kimi 0.39 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "Torpağa mülkiyyət hüququna dair" JN-367 kod 30319018 nömrəli Dövlət Aktı ilə mülkiyyətinə torpaq sahəsi ayrılmışdır. Həmin tarixdən torpaq sahəsindən istifadə edərək birgə sahiblik ediblər. Həyat yoldaşı X7 xx.xx.2005-ci il tarixdə komaya düşərək vəfat etmişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün mərhum həyat yoldaşı X7 ilə qohumluq - ər-arvad nikahında olmağı faktının müəyyən edilməsi mərhum həyat yoldaşından miras qalmış torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almaq üçün lazımdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılsa da iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiaysı MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, ərizəçi və maraqlı şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayət qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizə baxılmamış saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid X5 bildirdi ki, Ərizəçi onun qonşusudur, onun əri X3 atası ilə onun atası xalaoğludur. Zümrüdün əri Ələkbər Qasımov 2005-ci ildə vəfat edib. Ələkbər vəfat edən günə kimi onlar Zümrüdlə bir yerdə ər-arvad kimi yaşayıblar, amma övladlar olmayıb. İş materiallarında olan Quba RİNH-nın İ Nügədi İƏD-si üzrə nümayəndəliyindən verilmiş, xx.xx.2022-ci il tarixli, 292 nömrəli arayışdan görünür ki, xx.xx.1997-ci ildən Nügədi kənd sakini olmuş mərhum X7 ilə Ərizəçi ilə nikahsız ailə qurub və həyat yoldaşı vəfat edən günə kimi bir evdə yaşayıblar. İş materiallarında olan AZ-İ 953050 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2005-ci ildə Quba rayonu, İ Nügədi kəndində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 51 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 1278 nömrəli məktubundan məlum olur ki, xx.xx.2005-ci ildə vəfat etmiş X3 vərəsələri sırasına daxil olmadığından ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Ərizəçi ilə X7 18 dekabr 1997-ci il tarixdə rəsmi nikah qeyd etdirmədən ailə qurublar.Övladları olmayıb. Birinci instansiya məhkəməsi iş materiallarına və şahid ifadələrinə istinadən ərizəni təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olma faktını müəyyən edir. 307.2.4-cü maddəsinə əsasən məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktını müəyyən edir. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən məhkəmə müdafiəsindən istifadə edilməsinin məqsədi fiziki və hüquqi şəxslərin öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etməkdir. Beləliklə belə ərizələrin qəbul edilməsi məhkəmə baxışını məzmunsuz (predmetsiz) etmiş olardı. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Maraqlı şəxs X8 qeyd edilən faktı mübahisələndirmişdir. Belə olan halda hazırki mülki işə xüsusi icraat qaydasında baxılması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən hüquq haqqında mübahisənin olubolmamasını araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəni bu qaydada həll edən birinci instansiya məhkəməsi qanunun tətbiqində səhvə yol vermiş və bunun nəticəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Beləliklə də işə məhkəmədə baxılarkən hüquqi əhəmiyyətli olan faktın tanınmasının hüquq haqqında mübahisə olduğu müəyyən olunmuş və buna görə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən prosessual hüquq normasının tələbinə əsasən hazırkı işə xüsusi icraat qaydasında baxıla bilməz və ərizəçi ümumi əsaslarla iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 16 avqust 2022-cü il tarixli 2(027)- 1583/2022 saylı qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.4, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 16 avqust 2022-cü il tarixli 2(027)-1583/2022 saylı qətnaməsi ləğv olunsun. Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar