Məhkəmə qərarları › İş №2(105)-2085/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2085/2021

20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2085/2021 20.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X17 Tağızadənin sədrliyi və məruzəsi, X6 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək əmisi X3 atası X7 ilə doğma qardaş olmaları hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum əmisi M.Y.Məhərrəmovdan miras qalmış Quba rayonu Üçgün kəndində yerləşən torpaq sahəsinə və evə dair qanun üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirməklə bağlı notariat ofisinə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, əmisi Məhərrəmin və atası Qəzənfərin qardaş olmaları faktı təsdiqini tapmadığından vərəsəlik işinin aparılması qeyri mümkündür. Quba rayonu Üçgün kəndində Ərizəçi adına fərdi yaşayış evi aşkar edilmiş və evə dair texniki pasportun surəti ona təqdim edilmişdir. M.Y.Məhərrəmov Quba rayonunun Üçgün kəndində yaşamış, 1941ci ildə vəfat etmişdir. Vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır. X8 1984-cü ildə, X7 1994-cü ildə vəfat etmişlər. Ərizəçi hazırda ondan başqa vərəsəsi yoxdur. 1951-1953cü illərə aid Üçgün kəndi üzrə təsərrüfatbaşına kitabda X4 1935-ci ildə tikilmiş yaşayış evi və 1950-ci ildə 1300 kv.metr, 1951-ci ildə 1200 kv.metr, 1952-ci ildə 1300 kv.metr torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda X1 Müzəffər Yəhyə oğlunun qardaşı olduğu yazılmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ərizənin təmin edilməsindən imtinası üçün əsas kimi o halı götürmüşdür ki, M.Y.Məhərrəmovun ölüm faktını təstiq edən müvafiq sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqdim edilmiş arayışın məzmununu qətnaməsində tam göstərməmiş və əsassız olaraq qeyd edir ki, M.Y.Məhərrəmovun 1941-ci ildə vəfat etmişdir. Amma harada hansı şəraitdə vəfat etməsini göstərməmişdir. Məhkəmə Xaçmaz Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2(067)-2865/2019 saylı qətnaməsinin surətinə də istinad edir ki, həmin qətnamədə ərizəçi olaraq ata adı Qazafər yazılmışdır. Bu mexaniki səhvdir. Məhkəmə tərəfindən bir çox maddi normalarının tələblərini pozmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(067)-787/2021 saylı qətnaməsini ləğv edib, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə maraqlı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni rədd edərkən, ərizəçinin göstərilən faktı sübuta yetirməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsassız olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Quba rayon Küpçal İƏD üzrə nümayəndəsinin 01.11.2020-ci il tarixli 470 nömrəli arayışından müəyyən olunur ki, X2 rayonunun Üçgün kəndində yaşamış, 1941-ci ildə vəfat etmişdir. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, ərizəçi, X3 ölüm faktını təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa iş materiallarında olan 14 iyul 2019-cu il tarixli 1204 nömrəli arxiv arayışından müəyyən olunur ki, Quba rayonu Küpçal kənd ZDS İK-nin 1951-1953-cü illərə aid Üçgün kəndi üzrə təsərrüfatbaşına kitabda X4 154 saylı təsərrüfatın başçısı olub. X4 1935-ci ildə tikilmiş yaşayış evi və 1950-ci ildə 1300 kv.metr, 1951-ci ildə 1200 kv.metr, 1952-ci ildə 1300 kv.metr torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda X9 «Məhərrəmov» Müzəffər Yəhyə oğlunun qardaşı olduğu yazılmışdır. Birinci instansiya məhkəməsi ərizəni təmin etmədikdə M.Y.Məhərrəmovun ərizəçinin əmisi və atasının doğma qardaşı olmaması barədə ərizəçi tərəfindən heç bir sübutun təqdim olunmamasına istinad etmişdir. Bunda əlavə məhkəmə kollegiyası qeyd edir ki, ərizə təmin edilmədikdə, M.Y.X19 Müharibəsi illərində itkin və ya həlak olması barədə ərizəsi tərəfindən məhkəməyə sübut təqdim olunmaması göstərmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin 06 sentyabr 2021-ci il tarixli 1092 saylı məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində X20 illərində itkin düşmüş və həlak olmuş əsgər və çavuş heyətinin 43 saylı əlifba kitabında Ərizəçi Kursk vilayətində dəfn olunması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz Rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli 2(067)-2865/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, həmin qətnamədə Ərizəçi Qazafər oğlu olmuşdur. Hazırki ərizə üzrə isə Ərizəçidur. Məhkəməyə təqdim edilmiş Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(067)-2865/2019 saylı qərardadından görünür ki, adı çəkilən qətnaməsində ki yanlışlıq aradın qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 12 mart 2021-ci il tarixli 2(067)-787/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi, X10 və X7 ilə doğma qardaş olmaları faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar