Məhkəmə qərarları › İş №2(105)-2086/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2086/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2086/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «əsassız varlanmaya dair» tələbi üzrə Zəngilan Rayon Məhkəməsinin e-2(034)-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «əsassız varlanmaya dair» sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 1453,73 manat pul vəsaitinin və ona illik 5%-lə hesablanmış 90,86 manat əldən çıxamış faydanın, həmçinin 35.45 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin e-2(034)-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «əsassız varlanmaya dair» mülki iş baxılmamış saxlanılmışdır (hakim Gülsarə İmanova). İddiaçı Açıq Səhmdar Cəmiyyəti Zəngilan Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2(034)-330/2023 nömrəli qərardadından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini, əks təqdirdə 7 gün müddətində şikayətin işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin e-2(034)-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsasdandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əsasız varlanma” tələbinə dair ərizə ilə sadələşdirilmiş icraat qaydasında elektron məhkəmə sistemi vasitəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin e-2(034)-330/2023- saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş tərəflərin məhkəmədə iştirak etmədiyinə və işə onların iştirakı olmadan baxlmasını xahiş etməklərinə görə baxılmamış saxlanılmışdır. İlk öncə bildirilir ki, məhkəmə sadələşdirilmiş qaydada müraciət edilmiş ərizəyə iddia icraatı qaydasında baxılması ilə bağlı qərardad qəbul etmiş, mülki iş üzrə məhkəmə iclası xx.xx.2023-ci il tarixə təyin edilmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixli ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarını iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərindən ünvanlanmış ərizə məhkəmə tərəfindən qəbul edilmiş, hətta məhkəmə iclas katibilə əlaqə saxlanılmış və bildirilmişdir ki, ərizə elektron kabinetə yüklənmişdir. Mülki iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixli ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarını iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərindən ünvanlanmış ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Mülki iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixli ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarını iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərindən ünvanlanmış ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Mülki iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixli ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, bütün məhkəmə iclaslarını iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərindən ünvanlanmış ərizə yenə də məhkəmə tərəfindən qəbul edilmişdir. Bundan başqa məhkəmənin əməkdaşı tərəfindən şifahi qaydada tərəflər arasında bağlanmış müqavilə tələb edilmiş, sözü gedən müqavilə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş, məhkəmə tərəfindən qəbul edilmişdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırılır ki, məhkəmə hakiminin köməkçisi növbəti məhkəmə iclasının təyin edildiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə onunla əlaqə saxlayaraq bildirmişdir ki, hakim təkidlə bildirir ki, əgər iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməsə, mülki işi baxılmamış saxlayacaqdır. O, isə bildirmişdir ki, öncədən iş üzrə nəticənin səsləndirməsi hakim tərəfindən müşavirə sirrinin pozulmasıdır, qanuna ziddir, bu məsələ müşavirə otağıda həll olunmalı məsələdir, onların tərəfindən ünvanlanmış ərizə onların iştirakları olmadan işə baxılması üçün əsasdır, iddia qanunsuzdursa hakim tərəfindən təmin edilməyə bilər. Burdan da belə nəticəyə gəlinir ki, hakim öncədən mülki işin baxılmamış saxlanılmasında israrlı olmuşdur. Hesab edirlər ki, məhkəmənin belə bir nəticəyə gəlməsi, ərizələri qəbul etdiyi halda işin baxılmamış saxlanılması tam qanunsuzdur. Onu da qeyd etmək istəyirlər ki, hakim tərəfindən iş üzrə hər hansı bir iş üçün əhəmiyyət kəsb edən müqavilədən başqa heç bir sənəd nə yazılı, nə də şifahi qaydada tələb edilməmişdir. Buradan da görünür ki, tərəflərindən iddia ilə bağlı bütün zəruri hesab edilən subutlar təqdim edilmişdir. Cavabdeh tərəfin məhkəmə iclasında iddiaçı tərəfin iştirakını təmin edilməsi ilə bağlı vəsatəti olmuş olsaydı belə işin baxılmamış saxlanılması üçün əsas ola bilməzdir. Bu cinayət işi deyil ki, mütləq şəkildə məhkəmədə iştirak edilsin, ifadəsi alınsın. İddiaçı tərəf iddia ilə bağlı zəruri hesab edilən subutları təqdim etmiş və iddia ərizəsində tələbini aydın qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflər iddia ilə bağlı fikrini bildirdikdə və işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyi halda mülki işin baxılması mümkündür. Lakın hakim bank tərəfindən göndərilmiş ərizələri məhkəmə tərəfindən hamısının qəbul etməsinə baxmayaraq, ərizələrə əhəmiyət vermədən öncədən bildirdiyi fikrini əsas tutaraq tərəflərin məhkəmə iclasında iştirak etməməsini, hətta işə onların iştirakı olmadan baxılmasının xahiş etməməsini əsas götürərək ərizənin baxılmamış saxlanılması barədə 25 sentyabr 2023-cü il tarixli, e-2(034)- 330/2023 saylı qərardad qəbul etmişdir. Elektron kabinetə nəzər salınsa məlum olur ki, dörd dəfə ayrı-ayrı vaxtlarda iştirakları olmadan baxılması ilə bağlı ərizə yazılaraq məhkəmə elektron sisteminə yerləşdirilmiş, həmin ərizələr məhkəmə tərəfindən qəbul edilmişdir. Əgər iddiaları əsassızdırsa, hakim tərəfindən təmin edilməyə bilər, belə olduğu halda baxılmamış saxlanıla bilməz. Məhkəmə tərəfindən belə bir əsassız qərardadın qəbul edilməsi iddiaçı tərəfi əlavə olaraq 50 manat zərərə salmışdır. Belə ki, heç bir əsası olmayan qərardaddan şikayətə görə tərəflərindən əlavə olaraq qanunun tələbinə görə 50 manat rüsum ödənilmişdir. Mülki iş məhkəmə baxışına təyin edilən zaman bununla, yəni əsassız olaraq iddiaçı tərəfə vurulmuş əlavə 50 manat məbləğində zərərin kimin tərəfindən qaytarılacağı barədə rəsmi qaydada lazımı yerlərə müraciət olunacaqdır. Bir daha bildirirlər ki, iddiaçı tərəfindən hər hansı bir prosessual pozuntuya yol verilməmişdir, hakim tərəfindən qəbul edilmiş qərardad tam əsassızdır və ləğv olunmalı, işə mahiyyəti üzrə baxılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmə iddiaçının hüquqlarını pozmaqla yanaşı, məsələnin həllinin lüzumsuz uzadılmasına gətirib çıxarmışdır. Belə ki, ərizə əsassız baxılmamış saxlanıldığından, həm iddiaçı tərəfin, həm də məhkəmənin iş yükünün artmasına gətirib çıxarmışdır. Bu cür hallar yuxarı instansiya məhkəmələrinin işinin də əsassız səbəbdən artmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, həm məhkəmə hazırlıq iclaslarının, həm də məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəmyə müraciət edərək Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin əsas gətirərək mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olmasını, iddia ərizəsinin tam və qanuni olmasını, iddia ərizəsində qeyd etdikərini nəzərə alaraq, məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, məhkəmə iclaslarında iştiraklarının üzürlü səbəbdən baş verməsi haqqında sübutlarnı təqdim etməmişdir. Bundan əlavə iddiaçıdan mülki iş üzrə ətraflı araşdırmanın aparlması üçün dəfələrlə lazımı sənədlərin təqdim olunması tələb edilsə də buna əməl edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə mülki işi baxılmamış saxlanılması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunvericiliyin tələbindən də göründüyü kimi işə tərəflərin iştirakı olmadan baxılmasını xahiş etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçı təşkilatın nümayəndəsi X1 xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023,xx.xx.2023,-cü il tarixdə, ərizə ilə müraciət edərək iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı təşkilatın nümayəndəsi qanunvericiliyə uyğun olaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmənin qeyd etdiyi digər mövgeyi, tələb olunan sənədlərin təqdim edilməməsi iddia ərizəsinin baxılmamış saxlanılması üçün deyil, iddia tələbini təmin edilib-edilməməsi üçün əsas hesab edilə bilər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə zəruri hesab etdiyi sənədləri sənədləri əlavə etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla iddia ərizəsinin baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, şikayət təmin edilməli, qərardadı ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin e-2(034)-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar