Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2089/2022 06.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (anası) Nümayəndə, Cavabdehlər X1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-1551/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş pellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-1551/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürmə tələbinə dair iddiası rədd edilmişdir (hakim Anar Sadıqov). İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin tərəfindən 05 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərlə birgə yaşadığı Xaçmaz rayonu Armudpadar kəndində yerləşən evdə istifadə hüququnu müəyyən etməklə onun və azyaşlı uşağının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə rəsmi olaraq ailə qurmuşdur. Hazırda ayrı yaşayır. Nikaha daxil olduğu gündən Cavabdeh3 ilə birgə təsərrüfatı olan Armudpadar kəndinə gəlin köçmüşdür. Cehiz əmlakları gəlin köçdüyü evdədir. Özü də hazırda həmin evdə qeydiyyatdadır. Birgə nikah dövründə 1 uşağı doğulmuşdur. Cavabdehlər uşağı ilə birlikdə onu evdən çıxarmış və o dəfələr evə qayıtmaq istəsə də, onu evə buraxmamışlar. Valideynlərinə məxsus ev kiçik olduğundan orada yaşaya bilmir. Ona görə də kirayədə yaşamaq məcburiyyətində qalmışdır. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 ilə birgə yaşadığı Xaçmaz rayonu Armudpadar kəndində yerləşən evdə istifadə hüququnu müəyyən etməklə onun və azyaşlı uşağının 18 yaşı tamam olanadək həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçının iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, mübahiəli ev 2014-cü ildə tikilib yaşayışa tam yararlı vəziyyətdə olmamış, birgə təsərrüfat apardıqları dövrdə təmir edilmişdir. Məhkəmədə verdiyi izahatında da bildirmişdir ki, həmin evdə 6 il müddətində yaşamış, evin sənədi olmadığından hər hansı bir notarial müqavilə bağlaya bilməmişdir. Mübahisəli ev qanunsuz tikilidir. Bu halda evə köçürülmə tələbi təmin edilməli idi. Həmçinin Cavabdeh3 bağladığı xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin həmin mübahisəli evə aid olub-olmamasını məhkəmə yoxlamamışdır. Sadalanan hallar əsasında apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (anası) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, mübahisəli evdən hər hansı payın verilməsini deyil, yalnız həmin evə köçürülməni, əsasən də iddiaçının uşağının həmin evə köçürülərək atasının evində böyüməsini tələb edirlər. Qarşı tərəf isə ata və nənə-baba olaraq öz doğma uşağının ora köçürülməsi tələbinə qarşı çıxırlar. Apellyasiya baxışı zamanı cavabdehlər X3 və Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdilər. Cavabdeh3 əlavə olaraq bildirdi ki, mübahisəli ev 2 otaqlıdır və onu 2015-ci ildə atası tikmişdir. Evin yerləşdiyi torpaq anası X2 məxsusdur, lakin buna dair çıxarış yoxdur. İddiaçı ilə 5 il evli olmuşlar, lakin buna baxmayaraq iddiaçı cəmi 5 ay belə o evdə yaşamamışdır. Hesab edir ki, uşaq bəhandir, Belə ki, uşağı ilə görüşməyə imkan vermirlər, aylardı uşağını görə bilmir. İddiaçı tərəfin dediyinə görə bir otağı əldə edərək bağlamaq niyyətindədirlər. Amma indi uşağın atasının yanına köçürülməsini bəhanə edirlər. Özü ikinci dəfə evlənmişdir və kirayədə yaşayır. Apellyasiya baxışı zamanı cavabdeh X3 əlavə olaraq bildirdi ki, mübahisəli ev bir mərtəbəlidir, 2005-ci ildə tikilmiş, 2006-cı ildən oraya köçüb yaşamışlar. İddiaçı 26 dekabr 2014-cü ildə gəlin gəlmişdir. Gəlin gələndə ev artıq hazır idi. Qızı da uşağının körpəlik vaxtından ailəsindən ayrılaraq onlarla birlikdə yaşayır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 1421/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur. İşə əlavə edilmiş xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür olunur ki, X7, X5 və X8 JN 2287 nömrəli şəhadətnaməyə əsasən onlara məxsus olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 4 sot torpaq sahəsini Cavabdeh3 satmışdır. Mülki işdə olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində Cavabdeh3, Cavabdeh1, Rabiyə Hidayətli və Afaq Hidayətlinin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-1551/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh3 26 dekabr 2014-cü il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan 30 oktyabr 2015-ci il tarixdə X12 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1421/2020 nömrəli, 16 noyabr 2020ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı, Cavabdeh3 ilə ailə qurduqdan sonra Xaçmaz rayonu Armudpadar kəndində yerləşən, Cavabdeh3 məxsus torpaq sahəsində tikilmiş evə gəlin köçərək 2020-ci ilədək qeyd edilən evdə yaşamışdır. Sonradan aralarında yaranan ailə münaqişəsi zəminində o, azyaşlı uşağıyla birlikdə valideyninin evinə getmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiası təmin olunmadığı üçün iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi işin faktiki hallarına uyğun aşağıda qeyd edilən normalara əsaslanır. Hər şeydən əvvəl işdən görünür ki, tərəflər arasında hazırkı mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri 26 dekabr 2014-cü il tarixdə (tərəflər arasında rəsmi nikahın bağlandığı və mübahisəli fərdi yaşayış evinə iddiaçının gəlin köçməsi tarixi) yaranmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisə həll edilərkən xx.xx.2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. İşin tədqiq olunan faktiki hallarından, işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, hazırkı mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla, Cavabdeh3 məxsus torpaq sahəsində onun valideynləri tərəfindən inşa edilmiş və ona məxsus olmuşdur. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehlə ailə qurarkən mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş və orada yaşamışdır. Başqa sözlə, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi iddiaçının həmin evə gəlin köçməsindən əvvəl mövcud olmuş və yaşayış üçün yararlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının köçmək istədiyi, Xaçmaz rayonu Armudpadar kəndində yerləşən Cavabdeh3 məxsus olan 4 sot torpaq sahəsində tikilmiş mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da Cavabdeh3 istifadəsində və sahibliyindədir. Başqa sözlə, sözügedən fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz ona məxsusdur. Belə ki, Mülki Məcəllənin 146.1-ci madəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə isə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İş materiallarından görünür ki, notarial qaydada bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə əsasında Cavabdeh3 Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 4 sot torpaq sahəsini almışdır. Yəni, sözügedən müqavilənin notarial qaydada təsdiq edildiyi andan onun əmlaka dair sahiblik və istifadə hüququ yaranmışdır. İddiaçı köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin cavabdehlə birgə nikahda olduqları müddətdə tikilməsinə, habelə yaşayış evinin inşa edilməsində onun hər hansı maddi və sair xidmətlərinin olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçının köçürülməsini tələb etdiyi evin tikintisində onun maddi, yaxud digər formada heç bir rolu olmadığından, həmin evlə bağlı iddiaçının hər hansı iqtisadi marağından söhbət belə gedə bilməz. Məhkəmə kollegiyası mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi Cavabdeh3 mübahisəli yaşayış evinin faktiki sahibidir. Başqa sözlə, daha öncə qeyd olunduğu kimi mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, mübahisəli əmlаkа sаhiblik edən şəxs kimi ona məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həlli üçün maddi hüquq normasını tətbiq edərkən işin yuxarıda qeyd olunan faktiki halları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun digər müvafiq qərarlarında irəli sürülmüş hüquqi mövqeyi də nəzərə alınmalıdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Yuxarıda şərh olunanlara əsasən iddiaçı köçmək istədiyi evə “qanuni gözlənti” hüququ olan hazırkı sahibin-mülkiyyətçinin ailə üzvü hesab olunmur. Belə ki, iddiaçı cavabdehlərə münasibətdə Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyildir. Hazırkı iddia üzrə iddiaçının mübahisə predmetini təşkil edən daşınmaz əmlaka dair heç bir hüquqi bağlılığı qalmamışdır. Qeyd edildiyi kimi tərəflər arasında nikaha xitam verilmiş, iddiaçı həmin evi tərk edərək yaşayış yerini dəyişmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə həll edilmiş olsaydı belə iddia təmin oluna bilməzdi. Belə ki, həmin maddəyə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün köçmək istədiyi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ailə münasibətlərinə xitam verildiyi üçün iddiaçının keçmiş ailə üzvü olaraq köçmək istədiyi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə məhkəmə kollegiyası hesab edir ki, hər bir halda mübahisəli evə sahiblik hüququ Cavabdeh3 məxsus olduğundan onlar hazırki iddia üzrə cavabdeh ola bilməzlər və bu əsasla da onlara qarşı irəli sürülmüş iddia tələbi əhəmiyyətsizdir, təmin oluna bilməz. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisə predmetini təşkil edən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır, o, həmin yaşayış evinə tələb etdiyi qaydada köçürülə bilməz və mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(067)-1551/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2089/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2089/2022
06.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver