Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2092/2021 30.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı Adı̇ l qızı, cavabdeh Rəsulov Pərvı̇ n Hacı oğlunun iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(067)-899/2021 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(067)-899/2021 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Adı̇ l qızının cavabdeh Rəsulov Pərvı̇ n Hacı oğlu və Cavabdeh2 qarşı istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia qismən təmin edilib, İddiaçı azyaşlı övladları 13.04.2015-ci il təvəllüdlü X2 və 22.06.2016-cı il təvəllüdlü X3 ilə birgə Cavabdeh2 sahibliyində olan ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi və iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumundan 5 (beş) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi və rüsumun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(067)-899/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Adı̇ l qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 sabiq həyat yoldaşı, Cavabdeh2 Adgözəl oğlu isə sabiq qaynatasıdır. O, Cavabdeh1la 24.06.2014-cü ildə evlənmiş və ailə qurandan sonra qaynatasının razılığı ilə ona məxsus ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Həmin evdə 13.04.2015-ci ildə Dinara və 22.06.2016-cı ildə Rəsul adlı uşaqları anadan omuşlar. O, 2014-cü ildən 2020-ci ilin fevral ayınadək gəlin köçdüyü evdə daimi yaşamışdır. Uşaqları həmin evdə böyümüşlər. 2020-ci ilin fevral ayında həyat yoldaşı ilə münasibətləri pozulduğuna görə evdən çıxıb atasının evinə qayıtmışdır. Sonradan ərinin evinə geri qayıtmaq istəsə də, cavabdehlər onu evə buraxmamışlar. Onun bütün cehiz əmlakları da həmin evdədir, başqa yaşayış yeri yoxdur. Ona görə də, onun və iki azyaşlı uşağının, 13.04.2015-ci il tarixdə anadan olmuş Dinaranın və 22.06.2016-cı il tarixdə anadan olmuş Rəsulun cavabdehlərdən Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququnun müəyyən edilməsi, həmçinin onun və uşaqlarının bu evə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 31 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinin, Azərbaycan Respublikası MPM-nin 4.1 və 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edib, təmin olumasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Rəsulov Pərvı̇ n Hacı oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Xaçmaz Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(067)-899/2021 saylı qətnaməsindən Cavabdeh2 apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsini - İddiaçı azyaşlı övladları 13.04.2015-ci il təvəllüdlü X2 və 22.06.2016-cı il təvəllüdlü X3 ilə birgə Cavabdeh2 sahibliyində olan ünvan 1 ünvanında yerləşən evə köçürülməsi hissəsində mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisə doğuran hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəfələrin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 970866 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Rəsulov Cavabdeh1 Günay Adil qızı ilə 24.06.2014-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. İş materiallarında olan AZ-İİİ seriyalı 538666 saylı və AZ-İİİ seriyalı 817331 saylı doğum haqqında şəhadətnamələrdən müəyyən olunur ki, Cavabdeh1 və İddiaçı birgə nikahlarından 13.04.2015-ci ildə X2 və 22.06.2016-cı ildə X3 adlı iki uşaqları anadan olmuşdur. 29.10.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı övladları 13.04.2015-ci il təvəllüdlü X2 və 22.06.2016-cı il təvəllüdlü X3 ilə birlikdə Xaçmaz şəhəri, ünvan 2 ünvanda müvəqqəti olaraq yaşayır. Hazırki vəziyyətdə işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Adı̇ l qızı və Rəsulov Pərvı̇ n Hacı oğlu 24 iyun 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. İddiaçı Cavabdeh2 ailə həyatı quran zaman cavabdehin yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evinə gəlin köçmüş və həmin ünvanda onların birgə nikahından 13.04.2015-ci ildə Dinara və 22.06.2016-cı ildə Rəsul adlı iki nəfər uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah münasibətləri pozulmuş və onlar başqa-başqa ünvanlarda yaşamaqla ümumi təsərrüfat aparmırlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı hüquq münasibətləri 2014-cü ildə yaranmışdır. Ona görə də, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir". Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi şərh olunan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətiçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Mənzil qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı azyaşlı övladları 13.04.2015-ci il təvəllüdlü X2 və 22.06.2016-cı il təvəllüdlü X3 ilə birgə Cavabdeh2 sahibliyində olan ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə iddianı təmin edərkən qanunverciliyin tələbləri pozulmuş, tərəflər arasında mövcud olan hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməmiş və sonda səhv nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «İddiaçı azyaşlı övladları 13.04.2015-ci il təvəllüdlü X2 və 22.06.2016-cı il təvəllüdlü X3 ilə birgə Cavabdeh2 sahibliyində olan ünvan 1 ünvanında yerləşən evə köçürülsün» hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməməli və qətnamə - «İddiaçı Adı̇ l qızının cavabdeh Rəsulov Pərvı̇ n Hacı oğluna və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən evə istifadə hüququnun tanınması barədə iddiası təmin edilməsin» hissəsində mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(067)-899/2021 saylı qətnaməsi qismən - «İddiaçı azyaşlı övladları 13.04.2015-ci il təvəllüdlü X2 və 22.06.2016-cı il təvəllüdlü X3 ilə birgə Cavabdeh2 sahibliyində olan ünvan 1 ünvanında yerləşən evə köçürülsün» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə - «İddiaçı Adı̇ l qızının cavabdeh Rəsulov Pərvı̇ n Hacı oğluna və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən evə istifadə hüququnun tanınması barədə iddiası təmin edilməsin» hissəsində mübahisələndirilməmişdir. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2092/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2092/2021
30.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver