Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2092/2022 22.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1, onun vəkili Vəkil3, İddiaçı2, cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1, onun nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3327/20221 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3327/20221 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilmiş, İddiaçı1, İddiaçı2 və İddiaçı3 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq qarşılıqlı iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3327/20221 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ilkin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evindən İddiaçı1, İddiaçı2, İddiaçı3 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, o, atasının tikdiyi evdə doğulmuş, orada böyümüşdür. Evləndikdən sonra 0,06 ha həyətdə valideynlərinin razılığı ilə özü üçün ev tikmişdir. Atasının həyətindəki evi 1982ci ildə 3 ay ərzində tikmişdir. Atasının həyətində olan evə ayrıca sənədi yoxdur. 0.01 ha torpaq sahəsinin içində atasının evi, 0,25 ha torpaq sahəsinin içində onun tikdiyi iki otaq və bir balkondan ibarət ev var idi. Həmin evin tikintisi üçün hər hansı rəsmi icazə olmayıb. 1982-ci ildən 2002-ci ilə qədər həmin evdə yaşayıb, uşaqları həmin evdə anadan olub, orda məktəbə getdilər. Bundan sonra 1992-ci ildə öz adına torpaq sahəsi almış, 1996-cı ildə həmin torpaq sahəsində evin təməlini qoymuşdur. Sonra isə qəza keçirdiyi üçün bir neçə il xəstə olmuş və tikintini yalnız 2001-ci ildə davam etdirə bilmişdir. Sərəncam onun adına idi, ona əsasən çıxarış almışdır. 2002-ci il oktyabr ayının 17-də ailədaxili münaqişələrə görə öz həyətlərində tikdiyi evdən köçmüşdür. Köçməyə məcbur idi, çünki qardaşı ilə aralarında münaqişə var idi. Söz-söhbətə görə tikdiyi evə qayıda bilməmişdir. Çıxarış olmadığı üçün öz evinə qeydiyyata düşməmişdi. Çıxarışı 1 il əvvəl alıb, 2021-ci ildə isə evini qızına bağışlayıb. Bağışlamaya qədər atasının həyətindəki evinə dair məhkəmədə hər hansı iddiası olmayıb. İndi onun mülkiyyətində başqa ev yoxdur. Atasının həyətində tikdiyi evdə qardaşı heyvan saxlayır. Daha sonra göstərdi ki, evdən çıxandan sonra yalnız valideynlərinin yas mərasimində iştirak etmiş, vərəsəliyi rəsmi olaraq qəbul etmək üçün notariusa getməmişdir. İndi onun yaşamağa yeri yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(060)-3327/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməsinə, qarşılıqlı iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qayınatasının həyətində evləri var idi, onu da cavabdehlər söküb. İstəyir ki, cavabdehlər onların payını versinlər, bərpa edib köçüb orada yaşasınlar. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(060)-3327/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməsinə, qarşılıqlı iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(060)-3327/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməsinə, qarşılıqlı iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçıların izahatları həqiqəti əks etdirmir, belə ki, 1992-ci ildə indi yaşadıqları evin torpağını atası özü alıb. Həyətdəki iki otaqlı evi atası və əmisi tikdi. Həmin evin tikintisində o da iştirak etmişdi. Sonra iddiaçı özünə torpa sahəsi aldı, orada ev tikib təxminən 2000-ci ildə köçüb getdi. İddiaçı köçüb gedəndə indi köçmək istədiyi evi sökərək gedib. Bütün avadanlıqlardan yeni evin tikintisində istifadə edib. Hətta 2010-cu ildə anası vəfat edəndə iddiaçı gəlmədi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(060)-3327/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kolllegiyasının iclasıneda Cavabdeh2 nümayəndəsi, Cavabdeh1 nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsində iddia ərizəsinə nə münasibət bildirməli olmaları aydın deyil. Çünki iddianın hər hansı əsası yox idi. 1954-cü il tarixli arxiv arayışı mövcuddur. Ata-anası müvəkkilinin yanında yaşayıb. İddiaçının artıq yaşayış sahəsi var. Onu bağışlaması iddiaçının öz iradə ifadəsidir. Miras ata-ananın ölümündən sonra cavabdeh tərəfindən qəbul olunub. İddiaçı evini bağışladıqdan 10 gün sonra iddia edir ki, cavabdeh mülkiyyət hüququnu pozaraq onun evinə getməsinə maneə yaradır. Halbuki iddiaçıların köçmək istədikləri ev artıq mövcud deyildir, belə ki, iddiaçılar həmin evin sökərək materiallarını yeni tikdikləri evin tikintisində istifadə ediblər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(060)- 3327/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(060)-3327/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 129 nömrəli, xx.xx.2022 tarixli və 243 nömrəli, xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və digərləri Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışlardan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və digərləri Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar. İşdə olan 446638 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X1 23 yanvar 1982-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İşdə olan AZ İİ-255069 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 nömrəli Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli evə dair Sumqayıt Şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən vətəndaş Əliyev Həsənbala Ağa oğlunun adına 1998-ci il tarixli, 163 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Sözügedən ev üzərində Əliyev Həsənbala Ağa oğlunun mülkiyyət hüququnun tanınması ilə bağlı dövlət reyestrində qeydiyyat aparılmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evində qeydiyyatda olan İddiaçı1, İddiaçı2, X18 oğlu, İddiaçı3, X9, X6, X7, X4, X8, X11 2000-ci il tarixdən həmin ünvanda yaşamırlar. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 222 nömrəli, xx.xx.2022-ci il tarixli ətraflı arayışdan görünür ki, İddiaçı1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 2-ci paralel küçəsi, 16-cı məhəllə, 13 nömrəli fərdi evdə qeydiyyatsız yaşayır. 1992-ci ildə ona həmin ünvanda fərdi yaşayış evi tikmək üçün Sumqayıt şəhər XDS İK tərəfindən torpaq sahəsi ayrılmışdır. Təqribən 2000-ci illərdə orada fərdi ev inşa edilmiş və həmin vaxtdan etibarən İddiaçı1 ailə üzvləri ilə birlikdə orada yaşayır. Hal-hazırda həmin ev X2 adına sənədləşdirilib. Evə dair sənədlərdə torpaq sahəsinin 323m2 olduğu göstərilmişdir. Qeydiyyat tarixi xx.xx.2021-ci ildir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 255 nömrəli, xx.xx.1992-ci tarixli əmrindən görünür ki, İddiaçı1 Sumqayıt şəhəri, Kotec qəsəbəsində fərdi ev tikmək üçün sahəsi 600 m2 olan torpaq sahəsi ayrılması əmr edilmişdir. İşdə olan AZ İ-411514 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cı il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 nömrəli Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 2-ci paralel küçə, məhəllə 16 ünvanda yerləşən 13 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, plan və ölçü, məlumatlandırma icrasına müvafiq olaraq vətəndaşın icra Hakimiyyəti orqanına ünvanlanmış məktubu və eskiz layihə əsasında İddiaçı1 adına qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-cı il tarixli, 4Ə-2373 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən fərdi yaşayış evi X2 adına qeydiyyata alınaraq xx.xx.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin bildirilir ki, sorğuda qeyd olunan digər vətəndaşların adına 2 nömrəli Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi inzibati ərazi vahidi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədi. İşdə olan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 2-ci paralel küçəsi, ev 13 xüsusi mülkiyyət hüququ üzrə X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər ZDS İK-nin xx.xx.1954-cü il tarixli, 13 nömrəli iclas protokolundan edilmiş arxiv çıxarışından görünür ki, Əliyev Həsənbala Ağa oğluna fərdi ev tikmək üçün 101 nömrəli torpaq sahəsi ayrılmışdır. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslı olubolmamasına hüquqi qiymət verilməlidir. Belə ki, qarşılıqlı iddia tələbi (cavabdehlərin istifadə hüququna xitam verilməsi) əsaslı olduğu təqdirdə, ilkin iddia tələbinin (mənzilə köçürülmə) təmin edilməsini aradan qaldıracaqdır. Müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.1954-cü il tarixdə mərhum Əliyev Həsənbala Ağa oğluna ayrılmış və sözügedən fərdi yaşayış evinə dair Sumqayıt Şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən onun adına 1998-ci il tarixli, 163 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci ildə vəfat etmişdir. Həmin vaxtdan etibarən H.Əliyevin vərəsələrindən Cavabdeh1 mübahisəli mənzili miras əmlak kimi faktiki olaraq qəbul etmiş və orada ailə üzləri ilə birlikdə daimi əsaslarla yaşamağa davam etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə mübahisəli hüquq münasibətləri (ilkin iddiaçıların mənzili tərk etmələri) 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt qeydiyyatda olan şəxslərin mənzildə uzun müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 artıq 20 ildən çox müddətdir ki, mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdirlər. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 20 ildən artıq müddətdə sözügedən mənzildə yaşamaması ilk növbədə İddiaçı1 özünün bu barədə məhkəmə iclasında verdiyi izahatı ilə, o cümlədən işdə olan digər sübutlarla (qonşular tərəfindən tərtib olunmuş akt, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 222 nömrəli, xx.xx.2022-ci il tarixli ətraflı arayış, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 255 nömrəli, xx.xx.1992-ci tarixli əmri və s.) tam təsdiq olunur. Bundan başqa İddiaçı1 başqa yerdə daimi yaşayış yeri olmuşdur. Belə ki, onun adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 2-ci paralel küçə, məhəllə 16 ünvanda yerləşən 13 nömrəli fərdi yaşayış evi qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmiş, ilkin iddiaçı bağışlanma müqaviləsi əsasında sözügedən fərdi yaşayış evinı qızı X3 bağışlamış və yalnız bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, ilkin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, 2000-ci ildən 20 ildən çox keçməsinə baxmayaraq onlar mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdirlər. Bu isə ilkin iddiaçıların müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Məhkəmə onu da qeyd etmişdir ki, ilkin iddiaçılar yalnız 2022-ci ildə (adlarına olan daşınmaz əmlakı başqa şəxsin adına keçirdikdən sonra) hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməli, ilkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddianın təmin edilməsi İddiaçı1, İddiaçı2, İddiaçı3 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evinə köçürülməsi barədə ilkin iddia tələbinin təmin edilməsini aradan qaldırdığından ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da sözügedən ev qanunsuz tikili deyildir. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evi qanuni əsaslarla ayrılmış torpaq sahəsində inşa edilmiş və evin Sumqayıt Şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən texniki pasportu tərtib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mərhum Əliyev Həsənbala Ağa oğlunun Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuşdur. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı atasının vəfatından sonra, yəni xx.xx.2011-ci ildən etibarən mübahisəli mənzili miras əmlak kimi faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı münasibətləri tənzimləyən müddəalarına görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (1145). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (1146). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (1255). Qarşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli mənzili atasının vəfatından sonra, yəni xx.xx.2011-ci ildən etibarən miras əmlak kimi faktiki olaraq qəbul etdiyindən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına elə həmin tarixdən qarşılıqlı iddiaçı Cavabdeh1 gözlənilən hüququ vardır. Məhkəmə eləcə də qeyd edir ki, qanuni əsaslarla ayrılmış torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində hal-hazıradək qeydə alınmaması 20 ildən çox orada yaşayan, miras əmlak kimi həmin evi qəbul edən və fasiləsiz olaraq ona sahiblik edən şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbi təmin edilmədiyindən məhkəmə hesab etmişdir ki, ilkin iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir. Qarşılıqlı iddia tələbi təmin edildiyindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilmiş 100 manat dövlət rüsumu tutularaq qarşılıqlı iddiaçı Cavabdeh1 ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə duzgun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar 20 ildən çox müddətdir ki mübahisəli evdə yaşamırlar. İddiaçı1 mülkiyyətində ev olmuş, həmin evi qızına bağışladıqdan sonra hazırkı iddianı qaldırmışdır. Bu müddət ərzində ora köçməyə cəhd etməmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, iddiaçıların köçmək istədiyi ev artıq mövcud deyil, İddiaçı1 həmin evi sökərək tikinti materiallarından sonradan tikdiyi evin tikintisində istifadə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(060)-3327/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(060)-3327/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı1 apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2092/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2092/2022
22.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver